ƏFLAK
ƏFLATUNİ
OBASTAN VİKİ
Əflatun
Platon (yun. Πλάτων təxminən e.ə.428/427 — e.ə. 348/347), şərq mənbələrində Əflatun — qədim yunan filosofu, Klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın şagirdi, Aristotelin müəllimi. == Həyatı == Platon Afinada aristokrat ailəsində dünyaya gəlmiş, orada yaşayıb yaratmışdır. Platonun atası Ariston (m. ö. 465–424) Attika çarı Kodrunun, anası isə Afinalı islahatçı Solonun nəslindən idilər. Platonun Adimant və Qlavkon adında iki qardaşı və Poton adında bacısı var idi. Platonun İlk müəllimi Kratiles olmuş, sonra isə o Sokratdan dərs almışdır. Ona görə də Sokrat Platonun dialoq formasında yazılmış əsərlərinin iştirakçısıdır.
Əflatun Amaşov
Əflatun Əhməd oğlu Amaşov (26 aprel 1957, Faxralı, Bolnisi rayonu) — jurnalist və publisist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurasının Sədri (2003–2022), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, "RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri."Xalq qəzeti"nin baş redaktoru == Həyatı == Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976–1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Jurnalistika fəaliyyəti === 1985–1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. === İctimai-siyasi fəaliyyəti === 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olmuş, 1995–1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutmuşdur. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub. Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
Əflatun Fərəcov
Əflatun Mircangir oğlu Fərəcov (7 oktyabr 1999; Osakücə, Lənkəran rayonu, Azərbaycan — 20 noyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əflatun Fərəcov 7 oktyabr 1999-cu ildə Lənkəran rayonunun Osakücə kəndində doqquzuşaqlı ailədə anadan olmuşdur. Ailəsində özü ilə birgə 5 bacısı və 4 qardaşı var idi. Atası Mircangir Fərəcov və anası Mahirə Səmədova Əflatun uşaq yaşında olarkən vəfat etmişdir. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Əflatun Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əflatun Fərəcov Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Bir müddət sonra tapılan nəşi 20 noyabr 2020-ci ildə Lənkəran rayonunda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əflatun Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əflatun Fərəcov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əflatun Fərəcov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əflatun Həsənov
Əflatun Kazımov
Əflatun Kazımov (azərb. Kazımov Əflatun Həşim oğlu‎) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Əflatun Kazımov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. Bakıdakı 28 nömrəli tikinti idarəsində fəhlə işləyib. Dörd övladı var. 20 yanvar gecəsi təxminən saat 04:00 radələrində Moskva prospektində hərbçilər tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bədənində 14 güllə yarası olub. Moskva prospektindəki körpünün yanında bir neçə adamın qarşısına bir dəstə əsgər çıxıb, xəbərdarlıq etmədən atəş açıblar. Oradaca həlak olub.
Əflatun Kərimov
Əflatun Xudkar oğlu Kərimov (23 noyabr 1941, Bakı) — tibb elmləri doktoru, professor. == Həyatı == Kərimov Əflatun Xudkar oğlu 23 noyabr 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1960-1966-cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub. 1968-1971-ci illərdə Aspiranturaya, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Döş qəfəsi cərrahiyyəsi kafedrasında oxuyub. 1983-1987-ci illərdə isə Sankt-Peterburq Həkimləri Təkmilləşdirilməsi İnstitutunda doktorluq oxuyub. 1988-ci ildən onkologiya kafedrasında işləyir. Onkologiya kafedrasının professoru, tibb elmləri doktorudur. 1971-ci ildə «Бронхологические методы исследования при различных заболеваниях легких» namizədlik dissertasiyasını, 1989-cu ildə isə «Аспергиллез легких» doktorluq dissertasiyasını müdafiə etmişdir. Kafedranın elmi istiqaməti – süd vəzisinin xərçəngi – klinikası, diaqnostikası, cərrahi müalicəsi və mədə-bağırsaq xərçənginin – klinikası, diaqnostikası, cərrahi müalicəsi. O, 235 elmi əsərlərin və 22 metodik tövsiyələrin müəllifidir.
Əflatun Nemətzadə
Əflatun Nemətzadə (25 aprel 1944, Ərçivan, Astara rayonu) — Azərbaycan və Türkiyə teatr rejissoru, yazıçı və şair. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2011) və xalq artisti (2018). Ankara Qazi Universitetinin professoru, fəlsəfə və sənətşünaslıq doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Yəməndə milli operanın qurucusu. == Həyatı == Əflatun Nemətzadə 1944-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 1962–1967-ci illərdə M.Əliyev adına Azərbaycan Teatr İnstitutunun musiqili komediya fakültəsində təhsil almışdır. 1970–1975-ci illərdə Leninqrad (indiki Sankt-Peterburq) Rimski-Korsakov Dövlət Konservatoriyasının opera rejisorluğu fakültəsini bitirib. 1976-cı ildə Moskvada Böyük Opera və Balet teatrında dünyada məşhur olan Boris Pokrovskinin yanında rejissor köməkçisi olub. 1980-ci ildə Yəmən Xalq Respublikasında işə göndərilən rejissor, Adendə Dövlət Milli Musiqi Teatrını qurub və bununlada Yəməndə milli operanın qurucusu hesab olunur. 1984–1992-ci illər arasında Bakı Dövlət Opera və Balet teatrında bir çox operalara rejisorluq edib.
Əflatun Qubadov
Əflatun Sultan oğlu Qubadov (4 sentyabr 1968, Babaxanlı, Cəlilabad rayonu) — Azərbaycan müğənnisi. == Həyatı == Əflatun Qubadov 1968-ci ilin sentyabrın 4-də Azərbaycanın dilbər guşəsi olan Cəlilabad rayonunun Babaxanlı kəndində anadan olmuşdur.Valideynləri Qubadov Sultan Ağalar oğlu və Qubadova Tamamzər Qılıncxan qızıdır.7 uşaqlı ailənin 2-ci övladı olmuşdur. 1975-ci ildə Babaxanlı kənd məktəbinə getmişdir. 1985-ci ildə isə Əliqasımlı kənd orta məktəbini bitirmişdir. 1986-cı ildə hərbi xidmətə getmişdir. 1989-cu ildə Muğam kollecinə qəbul olmuşdur. Müəllimləri İslam Rzayev , Şövkət Ələkbərova , Nəriman Əliyev , Vahid Abdullayev və Qəzənfər Abbasov olmuşdur. Təhsil aldığı illərdə öz xarakteri və səs rəngi ilə seçilmiş,müəllimlərinin hörmət və diqqətini qazanmışdır. 1991-ci ildə “Muğam ifaçısı və nəzəriyyəsi” ixtisasını bitirmişdir. 1991-ci ildə ailə həyatı qurmuşdur.
Əflatun Rufiyev
Əflatun Rufiyev — Ağsu Rayon İcra Hakimiyyətinin başçısı (2002–2007), Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı (2007–2011). == Həyatı == Əflatun Rufi oğlu Rufiyev Lənkəran şəhərində anadan olub. 2002-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, 2002–2007-ci illərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı, 2007–2011-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Hal-hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasında çalışır.
Əflatun Saraçlı
Məmmədov Əflatun Yunis oğlu (Əflatun Saraçlı) (5 dekabr 1936 – 22 yanvar 2008, Bakı) – şair, tərcüməçi, ədəbiyyatşünas. == Həyatı == Əflatun Saraçlı 1936-cı il dekabr ayının 5-də Gürcüstan Respublikası Bolnisi rayonun Saraçlı kəndində anadan olmuşdur. 1944–1952-ci illərdə kənd səkkizillik məktəbində, 1952–1956-cı illərdə isə Borçalı (Marneuli) Pedaqoji Məktəbində təhsil almışdır. 1956-cı ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək həmin institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant və müəllim vəzifələrində işləmişdir. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1967-ci ildə "Azərbaycan uşaq mətbuatında ədəbiyyat məsələləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1969-cu ildən baş elmi işçi vəzifəsində işləyən Ə. Məmmədov 1984-cü ildə "XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycan bədii nəsrinin inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildən həmin institutun aparıcı elmi işçisi, sonra isə ömrünün sonuna kimi şöbə müdiri vəzifəsində çalışmışdır. Azərbaycanın tanınmış ədəbiyyatşünas alimlərindən olan Əflatun Saraçlının yüzlərlə elmi məqaləsi və kitabları nəşr olunmuşdur. "Azərbaycan bədii nəsri" , "Abdulla Şaiq", "Zeynalabdin Marağalı", "Azərbaycan yazıçıları Cümhuriyyət dönəmində" və s. monoqrafiyaları ona böyük şöhrət qazandırmışdır.
Əflatun soğanı
Əflatun soğanı (lat. Allium aflatunense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Əflatun Mürsəl oğlu Həsənov

Digər lüğətlərdə

...дне́вный буква́льно зача́ть крестья́нствовать многоэта́жный несо́бственно-прямо́й попры́гивание прекраси́во антиэстети́чный долгуне́ц онтоло́гия отве́сить поклон после... седоу́сый синтои́стка уподо́биться управля́емый постылый Arches beatitude chloral falbala rack and pinion грудник поросята