ƏFRAXTƏ
ƏFRAZ
OBASTAN VİKİ
Emil Əfrasiyab
Emil Əfrasiyab oğlu Məmmədov (27 iyun 1982, Bakı) — pianoçu, bəstəkar və musiqi prodüseri, ifa edtiyi janr caz, Klassik musiqi, Gospel , Azərbaycan Respublikasının əməkdar artisti 2011. == Həyatı == Emil Əfrasiyab oğlu Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk dəfə üç yaşında 2000–2006-ci illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində (professor Fərhad Bədəlbəylinin sinfi), eləcə də ABŞ-nin Boston şəhərindəki Berkli adına Ali Musiqi Kollecində təhsil almışdır. pianoda ilk uşaq melodiyasını ifa etmiş, caz musiqisinə 13 yaşından maraq göstərmişdir. Müxtəlif janrlarda sintez xarakterli improvizasiyaların ifaçısıdır. Dünyanın müxtəlif ölkələrində (Almaniya, İngiltərə, Fransa, Bolqarıstan, Macarıstan, Kuba, Meksika, Çin və s.) Azərbaycan musiqisini təmsil etmişdir. O, bir çox müsabiqələrin, o cümlədən 2011-ci ildə İsveçrədə beynəlxalq Montre caz pianoçuları müsabiqəsinin finalında çıxış edərək "Tamaşaçı rəğbəti" diplomuna layiq görülmüşdür. 2002, 2003 və 2004-ci illərdə Bakıda keçirilmiş "Caspian Jazz and Blues" caz festivallarında uğurla çıxış etmişdir. 2012-ci ildə Fransa kino xadimləri tərəfindən çəkilən "Aleksandr Düma Azərbaycanda" sənədli filminin musiqisini yazmağı fransız aktyoru Jerar Depardye Emil Əfrasiyaba təklif etmişdir. == Təhsili == 1989-2000-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib.
Hər şey olduğu kimi. Üçüncü film. Əfrasiyab Bədəlbəyli (film, 2000)
== Məzmun == Film Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylidən bəhs edir. == Film haqqında == Filmdə Həsən Seyidbəylinin "Doğma xalqıma", Oqtay Mirqasımovun "Cəfər Cabbarlı" sənədli filmlərindən və Ə. Bədəlbəylinin şəxsi arxivindəki kinomateriallardan istifadə olunub.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2012)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2013)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.
Əfrasiyab
Əfrasiyab (fars. افراسياب‎; avest. Fraŋrasyan) — Turanın mifik padşahı və qəhrəmanı. O, Firdovsinin qələmə aldığı "Şahnamə" dastanının əsas antaqonistidir. == Təsviri == İran şairi Firdovsinin "Şahnamə" əsərinə görə, Əfrasiyab Turan şahı və qəhrəmanı, İranın baş düşməni olmuşdur. İran mifologiyasında Əfrasiyab bütün Turan padşahlarının ən görkəmlisi hesab olunur. O, nəhəng döyüşçü, mahir sərkərdədir, İran sivilizasiyasını məhv etmək üçün sehrli aldatma gücünə malik Əhrimənin müttəfiqidir.İslam mənbələrinə görə, Əfrasiyab İran mifik padşahı Firidunun üç oğlundan biri olan Turun nəslindən idi. == Hipotezlər == Ernst Hertzfeld hesab edirdi ki, Parsond adı etimoloji cəhətdən Əfrasiyab adı ilə eynidir. Təbəri əsərlərində Eftalit şahı Axşunvar və ya Axşunvaz adı ilə törəmə Əfrasiyabdan bəhs edir.
Əfrasiyab (qədim şəhər)
Əfrasiyab — müasir Özbəkistanda bizim eradan əvvəl 500-cü il ilə 1220-ci illər aralığında məskunlaşılmış Səmərqəndin şimalında qədim bir məntəqədir. Bugün bir dağlıq çim tell üzərində Əmir Teymurun arvadı Bibixanım məscidi yaxınlarındadır. Müdafiə məqsədi üçün yüksək bir yerdə inşa olunmuşdur. Bir çay qolunun cənubunda yerləşib və şimal hissəsi olduqca münbit bölgədir və indiki Səmərqənd şəhərinin bir hissəsi olmuşdur.Hicri 617 Məhərrəm və ya 1220-ci il Mart ayında Səmərqənd Çingiz xanın ordusu tərəfindən dağıdılmışdır. Əfrasiyab bu olaydan sonra əsla dirçələ bilməmiş və şəhər yığın bir yerləşim yeri olmuşdur. XX əsrə qədər bir məzarlıq istisna Şaxi Zində ətrafı tullantı sahəsinə çevrilmişdir. Daha sonralar Əfrasiyab yenidən qurulmuş, mədrəsə və yay məscidi, qalıqların şimal bölgəsindəki Hacə Daniyəl məzarı, Hazrat-i Xəzr məscidi (XIX əsrin ikinci yarısında, 1919-cu ildə memar Əbdülqadir b. Baki Səmərqəndi tarafından yenidən inşa edilmişdir) kimi tarixi əsərlər təmir edilmişdir. === Qazıntı, elmi qalıntılar === Əfrasiyab, 219 hektar sahəni əhatə edir. Qazıntı elmi katmanların kalınlığı 8–12 m.
Əfrasiyab Bədəlbəyli
Əfrasiyab Bədəl bəy oğlu Bədəlbəyli (6 (19) aprel 1907, Bakı – 6 yanvar 1976, Bakı) — Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu, Azərbaycanın xalq artisti (1960). Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq etmişdir. İlk Azərbaycan baletinin – "Qız qalası"nın (1940), "Nizami", "Söyüdlər ağlamaz" operalarının, simfonik poema və təntənəli marşın müəllifidir. Bir çox dram tamaşalarına musiqi bəstələmişdir. ("Hacı Qara", "1905-ci ildə", "Fərhad və Şirin" və s.). == Həyatı == Əfrasiyab Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakı şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımın ailəsində anadan olub. Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb. 1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı rus-müsəlman məktəbinə daxil olur və 1916-cı ildə, tədris olunan bütün fənlərdən "əla" qiymətlərlə məktəbi bitirir. 1917–1924-cü illər ərzində o, Bakıdakı 1-ci realni məktəbində təhsil alır. 1923-cü ildən 1926-cı ilə kimi Ə. Bədəlbəyli təzəcə təşkil olunmuş Azərbaycan teatr məktəbinin dinləyicisi olur və məktəbdə təşkil olunan səhnə tamaşalarında böyük həvəslə iştirak edir.
Əfrasiyab Məmmədov
Əfrasiyab Əli oğlu Məmmədov (19 mart 1928, Gəncə – 18 noyabr 1990, Bakı) — Azərbaycan aktyoru və teatr rejissoru. == Həyatı == Əfrasiyab Məmmədov 1928-ci il martın 19-da Gəncə şəhərində dünyaya göz açmışdır. 1945-ci ildə Bakıda Dövlət Teatr İnstitutununda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) məşhur rejissor və pedaqoq Məhərrəm Haşımovun rejissorluq kursuna daxil olub. Lakin 6 ay sonra aktyor və rejissor Adil İsgəndərov Əfrasiyabın səhnə görünüşünü, daxili imkanlarını eşidib görən kimi, aktyorluq kursuna keçirib. Tədris prosesinin fəallığını gələcək sənətdə ümid verə biləcəyini eşidib hiss edən Adil İsgəndərov Əfrasiyab Məmmədovu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor qəbul edib. Öz dövrünün tanınmış tear və kino aktyoru Əfrasiyab Məmmədovun "O olmasın, bu olsun", "Koroğlu", "Qızmar günəş altında", "Kişi sözü" filmlərində, "Otello", "Vaqif", "Ailə namusu" səhnə əsərlərində oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləmiş aktyor, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1990-cı il noyabrın 18-də 62 yaşında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. 2011-ci ildə aktyorun yaradıcılığının bir hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub və aktyorun şəxsi arxivi yaradılıb.2013-cü ildə Azərbaycan Televiziyasında aktyorun yaradıcılığını əks etdirən "Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov" sənədli film çəkilmişdir.
Əfrasiyab Vəkilov
Əfrasiyab Paşa oğlu Vəkilov (1920, Bakı – 2004) — Azərbaycan SSR əməkdar ali məktəb işçisi (1991). Görkəmli sovet türkoloqu, filoloq, Leninqrad Universiteti, Şərqşünaslıq fakültəsinin dekanının müavini. Rusiyanın fəxri ali məktəb işçisi "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmişdir. "Vətən müharibəsi" ordeni, "Döyüş xidmətlərinə görə" medalı, "Leninqradın müdafiəsinə görə" medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. Səməd Vurğun və Mehdixan Vəkilovun əmisi oğludur. Yuxarı Salahlı kəndindəndir, Bakı şəhərində anadan olub. == Fəaliyyəti == 1920-ci ildə anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Moskva Aviasia Məktəbində təhsilini yarımçıq qoyub, 2-ci dünya müharibəsində döyüşmüşdür. Leninqradın müdafiəsində iştirak etmişdir.
Əfrasiyab Əzimov
Əfrasiyab Əzimov (tam adı:Əfrasiyab Hacı Əzim оğlu; 7 mart 1863, Şuşa – Şuşa) — Azərbaycan hərbçisi, xalq qəhrəmanı. == Həyatı == Əfrasiyab Hacı Əzim оğlu 1863-cü ildə Şuşa şəhərində anadan оlmuşdu. Mоlla yanında оxumuşdu. Ticarətlə məşğul idi. Əfrasiyab Əzimоv gözəl minici idi. At yarışlarında, cıdırda iştirak edirdi. Yaşlı vaxtlarında at yarışlarında jüri üzvi оlmuşdu. Cəlil Bağdadbəyov yazır: "Münsiflər məşhur minici Əfrasiyab, Məşədi Qasım (Küftə Qasım) və Xanlıq Səlimdən ibarət idi. Bəzi vaxt Kərbəlayı Abbas, Nəcəfqulu ağa və Kəblə Mürsəl оlurdular…". Əfrasiyab Əzimov millət sərdarı Səttar xanın köməyinə yollanmışdı.
Əfrasiyab (Divandərə)
Əfrasiyab (fars. افراسياب‎) — İranın Kürdüstan ostanının Divandərə şəhristanına daxil olan kənd. == Yerləşməsi == Kənd Divandərə şəhristanının Saral bəxşində, Hüseynabad-i Şimali dehistanındadır. == Əhalisi == Kənddə kürdlər məskunlaşmışdır və sayı 300 nəfər ətrafındadır.
Əfrasiyab (dəqiqləşdirmə)
Şəxslər Əfrasiyab Bədəlbəyli — xalq artisti. Əfrasiyab Məmmədov — aktyor. Əfrasiyab Əzimov — xalq qəhrəmanı. Əfrasiyab Vəkilov — Sovet türkoloq və filoloqu. Əfrasiyab — mifik hökümdar.Digərləri Əfrasiyab (qədim şəhər) — Səmərqəndin şimalında arxeoloji yer. Əfrasiyab müzeyi — Eyniadlı qədim şəhər arxeoloji yerinin şərqində tarixi müzey. Əfrasiyab (Divandərə) — İranın Kürdüstan ostanı, Divandərə şəhristanında kənd. Əfrasiyab (Babül) — İranın Mazandaran ostanı, Babül şəhristanında kənd. Əfrasiyab sülaləsi — 1349 və 1504-cü illər arası mövcud olmuş Təbəristanda kiçik şiə sülalə.

Digər lüğətlərdə

бритт кнель нащепа́ть ни́зко перешлихтова́ть повы́тянуть препика́нтный сурьми́ться учреди́ться була́ный кинолюби́тельство самовыключе́ние хоть трава не расти́ agapae chérie Estonian Very light wood-borer woodprint аристократический заслуга иммигрировать кислотность открыть подтверждаться