ƏFSANƏVİ
ƏFSUS
OBASTAN VİKİ
Əfsun
Əfsun və ya Ekzorsizm (yun. ἐξορκισμός — ovsunlamaq) — cinlərin və ya şər ruhlarının insanlardan yaxud müəyyən yerlərdən qovması. == Ümumi məlumat == Ekzorsizm hələ Qədim Babilistanda işlədilmiş, adətən səlahiyyətli bir şəxslə (keşiş və ya şaman) icra edilir. Əhdi Cədiddə İsanın dua və əmr gücü ilə keçirilmiş cinlər qovmaları təsvir edilmişdir. Haqqında bir çox bədii film çəkilmişdir, o cümlədən "İblisi Qovan" və "Emili Rouzun Altı Cini". Cinlәrin vә ya şәr ruhların insandan, yaxud müәyyәn yerdәn qovulması ritualı. Ekzorsizmi rahiblәr, ekstrasenslәr vә ya şamanlar hәyata keçirir. Ekzorsizmә bir çox dindә rast gәlinir. Dörd vedadan biri olan Atharvavedada Ekzorsizm, әl-kimya vә sehr ilә bağlı mәsәlәlәrdәn bәhs edilir. Ekzorsizmin әsas vasitәsi olan mantra vә yacnadan veda vә tantra әnәnәlәrindә istifadә olunurdu.
Əfsun Hüseynov
Əfsun Mətləb oğlu Hüseynov (23 iyun 1999, Sabirabad rayonu – 21 oktyabr 2020, Balasoltanlı, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əfsun Hüseynov 23 iyun 1999-cu ildə Sabirabad rayonu Yaxabeşdəli kəndində anadan olub. 2006-2017-ci illərdə I Qarabağ Müharibəsi şəhidi Əlif Xanlarov adına tam orta məktəbdə orta təhsilini almışdır. == Hərbi xidməti == Əfsun Hüseynov 2017-ci ildə hərbi xidmətə yollanır və Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini başa vurur. Hərbi xidmətdə olarkən atası Hüseynov Mətləb Zöhrab oğlu dünyasını dəyişir. Şəhidin atası Mətləb Hüseynov I Qarabağ müharibəsi könüllülərindən olmuşdur. === İkinci Qarabağ müharibəsində iştirakı === Əfsun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsinə oktyabr ayının 1-də könüllü olaraq cəbhəyə yollanır. Füzulinin, Cəbrayılın, Qubadlının Xanlıq, Balasoltanlı kəndləri və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdə PK (kalaşnikov pulemyotu) silahından istifadə edib. Oktyabr ayının 21-də Qubadlı rayonunun Balasoltanlı kəndində gecə vaxtı düşmən pusqusuna düşür və şəhidlik zirvəsinə ucalır.
Əfsun Sucayev
Əfsun Rəzzaq oğlu Sucayev (14 noyabr 1979) — kimyaçı alim. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent. == Həyatı == Sucayev Əfsun Rəzzaq oğlu 1979-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. Orta təhsilini Züvüç kənd orta məktəbində, sonra Lerik qəsəbə 1 saylı kimya-biologiya təmayüllü liseydə almışdır. Orta məktəbi bitirdikdən sonra 1997-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. 2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 2008-ci ildə “Üzvi kimya” ixtisası üzrə “Mono-, di(2-hidroksilpropil)aminlərin və onların tiokarbamid törəmələrinin sintezi və xassələri” mövzusunda dissertasiya işini müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2017-ci ildə isə dosent elmi adına layiq görülmüşdür. 2012-ci ildə Aşqarlar Kimyası İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbul olunmuşdur, 2017-ci ildə təhsilini başa vurmuşdur. 2018-ci ildə “Üçkomponentli kondensləşmə reaksiyaları əsasında aminospritlərin tsiklik tiokarbamid törəmələrinin sintezi və çevrilmələri” mövzusunda doktorluq dissertasiya işini müdafiə etmiş və kimya elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Значение слова в других словарях

конокра́д миро́н отши́ть подъёмные точи́льный узре́ть упла́чиваться черноспи́нный женьше́нь облачи́ть парте́рный раздражи́ть раки́та Aru Islands be about face-saver henrietta hipp- life peeress parlor photocube sea steps uninitiated сбросить черноглазый