ƏFSANƏVİ
ƏFSUN
OBASTAN VİKİ
Əfsər Cavanşirov
Əfsər Bayram oğlu Cavanşirov (8 noyabr 1930, Horadiz – 20 may 2006, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1982). == Həyatı == Əfsər Bayram oğlu 8 noyabr 1930-cu ildə Füzuli rayonunun Horadiz kəndində doğulmuşdur. 1948-ci ildə orta məktəbi və 2 saylı uşaq musiqi məktəbini bitirmişdir. Bakı Musiqi Texnikumuna daxil olmuşdur. 1952-ci ildə texnikumu tamamlamışdır. Elə həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olmuşdur. 1958-ci ildə professor Cövdət Hacıyevin sinfini bitirmişdir. Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri şirkətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri idi. 1982-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. Əfsər Cavanşirov 2006-cı il mayın 20-də Bakı şəhərində 75 yaşında vəfat edib.
Əfsər Sadıqov
Sadıqov Əfsər İsa oğlu (8 mart 1966, Alçalı, Salyan rayonu) — "Beynəlxalq Ümumi Hüquq" kafedrasının professoru və "Beynəlxalq hüquq və inteqrasiya problemləri" elmi-analitik və praktiki jurnalın redaksiya heyətinin üzvü, hüquq elmləri doktoru, professordur. == Həyatı == Sadıqov Əfsər 8 mart 1966-cı ildə Salyan rayonu Alçalı kəndində anadan olmuşdur. 1983-cü ildə Qızılağac kənd orta məktəbini bitirmişdir. 1983–1990-cı illərdə ADPU-nun tarix və hüquq fakültəsində təhsil almışdır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professorudur. AR Prezidenti yanında AAK-ın, BDU-nun təsis etdiyi "Beynəlxalq hüquq və inteqrasiya problemləri" elmi-analitik və praktiki jurnalın redaksiya heyətinin və Vəkillərin İxtisas Komissiyasının üzvüdür. Həmçinin, Azərbaycan Hüquq Jurnalının da redaktə heyətinin üzvüdür. Evlidir, iki övladı var. == Təhsili == 1983-cü ildə ADPU-nun tarix və hüquq fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərlqlənmə diplomu ilə bitirmişdir.1999-cu ildə isə Fransanın Nitsa universitetində TASİS-TEMPUS proqramı çərəivəsində ixtisasartırma kursunda olmuşdur. AR Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının və ARDNŞ-in "Neft-qaz hasilatı və AR-in davamlı inkişafı" mövzusunda keçirdiyi Respublika müsabiqəsi1də 2-ci yer qazanmışdır.
Əfsərli
Əfsərli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 1960-cı ildə ləğv edilmişdir. Toponim əfşar qədim türk tayfasının adına mənsubluq bildirən -li şəkilçisinin artırılması əsasında əmələ gəlib «əfşar tayfasına mənsub olan yer, ərazi, kənd» mənasını ifadə edir. ş~s və a~ə səs dəyişməsi Azərbaycan dili üçün qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Əfsərli çayı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda çay. Hidronim əfşar türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnohidronimdir.

Значение слова в других словарях

ве́домственность голоно́гий дореза́ться и́щущий кулугу́р самоперве́йший геро́йствовать де́льта карти́нка коммуни́стка опти́роваться поднавали́ть пораски́нуть су́питься гумежи ну pearlies quizzery Ras unborrowed vagary wrangle ералаш перескочить схизматик