ƏFĞAN
ƏFİ
OBASTAN VİKİ
Ağabala xan Sərdari-Əfxəm
Ağabala xan Sərdari-Əfxəm — Qacarlar dövlətinin daxili işlər naziri, Gilan əyalətinin valisi. == Həyatı == Əsl adı Mirzə Məhəmmədəli xandır. Moini-nizam ləqəbini daşıyırdı. Ağabala xan vəliəhd Müzəffərəddin mirzənin yanında tədricən inkişaf edərək 1883-cü ildə sərhəng (polkovnik), 1885-ci ildə isə mirpənc (general-leytenant) rütbələrinə yiyələnir. Ağabala xan 1891-ci ildə vəkilüddövlə ləqəbinə layiq görülür. Sənaye naziri və Topxana (artileriya) rəisi Cahangir xan vəfat etdikdən sonra Ağabala xan onun vəzifələrinə sahib olur. Ağabala xan Sərdari-Əfxəm 1907-ci ildən sonra Gilan əyalətinə vali təyin olunmuşdu. 1909-cu ildə "Səttar xan adına komitə"nın fəalları Rəştdə üsyan qaldırdılar. Vali Sərdari-Əfxəm öldürüldü. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Sultanəli xan Vəziri-Əfxəm
Sultanəli xan Vəziri-Əfxəm (1882-1914)—İranın baş naziri. == Həyatı == Sultanəli xan Məhəmməd xan Salarülmülkün oğlu və Mirzə İbrahim xan Zəhirəddvölə Qacarın qız nəvəsi idi.O, Azərbaycanın vergi agenti (mustovfisi) idi. Sonra Xalxalın hakimi oldu və Şatıranlı və Şahsevən tayfalarının fitnə və fəsadlarının aradan qaldırılması üçün effektiv tədbirlər gördü.Nasirəddin şah Qacarın ölümündən sonra,hesablamalar naziri oldu və bir il sonrada Yəzdə başçılıq etdi.Eynəddövlə və Müşirəddövlə kabinetlərində daxili işlər naziri idi.Mirzə Nəsrulla xan Müşirəddövlənin istefasından sonra,baş nazir oldu. O, tarixdən bəri "sədr əzəm" ləqəbinin yerinə, baş nazirə"riyasate vozəra"(nazirlərin rəisi) deyildi.Mirzə Sultanəli xan Vəziri-Əfxəm, nazirlərin rəisi olmaqdan başqa həmdə daxili işlər naziri vəzifəsini daşıyırdı.1907-ci ildə, nümayəndələr yekdilliklə, onun işdən kənarlaşdırılmasına səs verdilər və beləliklə, Əfxəmin təxminən qırx günlük hökuməti tamamlandı. Vəziri-Əfxəm işdən kənarlaşdırılmadan sonra,Məhəmmədəli şah Qacar əmri ilə dərbar (saray) naziri oldu. Sultanəli xan Vəziri-Əfxəm 1914-ci ildə vəfat etdi. Vəziri-Əfxəm böyük əmlak sahiblərindən idi və Zəncan və Kirmanda çoxlu əmlakı vardi.Onun törəmələrinin bəzisi "Əfxəmi" və bəzisi isə "Əfxəm-İbrahimi" soyadını daşıyırlar.
зно́йный непритяза́тельно нереализо́ванный пристреля́ться рыси́ха солодо́венный транскриби́рование тсс уво́ленный камбоджи́йцы непредубеждённость отзы́вчиво плане́та словотво́рческий ума́слить блазень battle-ax bumper exhilarating импотент навозный протираться столетний флаг-офицер щелкопёр