ƏFŞARI

сущ. муз. “Овшары”:
1. один из ударных мугамов, построенных на ладе “Шур”
2. название ашугской мелодии
ƏFŞAN
ƏFŞARLAR
OBASTAN VİKİ
Nadir şah Əfşarın Herat səfəri
Nadir xan Əfşarın Herat səfəri - 1730-cu ilin avqust ayəndan başlayan və Herat üzərində Səfəvi hakimiyyətinin yenidən bərqərar olması ilə nəticələnən səfər == Zülfüqar xanın üsyanı == Nadir öz qoşunları ilə İraqda (bu günkü İranın cənub-qərbi nəzərdə tutulur) və Azərbaycanda Osmanlı qüvvələrinə qarşı ağır döyüşlər apararkən vaxtilə ondan ağır zərbə almış əbdali əfqanları Şah Təhmasib hakimiyyətinə itaət etməkdən boyun qaçırdılar. Mərkəzi hakimiyyətə qarşı istiqamətlənmiş bu qiyamın təhrikçiləri əslində gilzayi əfqanları idilər. Qəndahar hakimi Sultan Hüseyn Nadirə qarşı tək silah qaldırmağın mümkünsüz olduğunu başa düşərək ilk əvvəl Herat hakimi Allahyar xanı öz tərəfinə çəkməyə çalışdı. Lakin Allahyar xandan rədd cavabı aldıqdan sonra Sultan Hüseyn öz adamlarına Herat əhalisi arasında Nadir xana qarşı təbliğat aparmağı tapşırdı. Çünki, Herat camaatı da Allahyar xanın Nadirə qarşı sədaqətindən razı deyildi. Bu narazı əbdali əyanları toplanaraq Fərəh hakimi Zülfüqar xanı Herat hakimliyini öz əlinə almağa çağırdılar. “Aləm Ara-ye Naderi”nin verdiyi məlumata görə, Allahyar xanla Zülfüqar xanın atası arasında olan ixtilaflar da Zülfüqar xan tərəfdarlarının ona qarşı sərt mövqe tutmasına səbəb oldu. Bir tərəfdən Sultan Hüseynin fitnələri, digər tərəfdən də Zülfüqar xan tərəfdarlarının Allahyar xana qarşı sərt mövqeyi birləşərək Allahyar xanın Herat hakimliyindən devrilməsi ilə nəticələndi. Allahyar xan müqavimət göstərməyə çalışsa da bir nəticə hasil olmadı və o, Heratı tərk etmək məcburiyyətində qaldı. Ailəsini və uşaqlarını Maruçaq qalasına gətirib sonra oranın hakimi Mövcudqulu xanla birlikdə Məşhədə, Nadirin Xorasan hakimi təyin etdiyi İbrahim xanın yanına gəldi.
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi — Səfəvi sülaləsinin devirərək öz sülaləsini hakimiyyətə gətirən Nadir şah Əfşar bir neçə il sonra müasir Hindistan ərazisində yerləşən Böyük Moğol imperiyası üzərinə yürüşə çıxdı. Müasir Hindistanın şimalını, Pakistanı ələ keçirən Nadir şah 1739-cu ilin martında Karnal döyüşündə qələbə qazanaraq Dehliyə daxil oldu. Beləliklə də, bütün döyüşlərdə qələbə qazanan Nadir moğolların paytaxtı olan şəhərə daxil olmuş oldu.Nadir şahın şərqdə bu parlaq qələbəsindən sonra geri dönüb, qərbdəki əsas rəqib olan Osmanlı imperiyası ilə müharibəyə başlamaq üçün şəraitin yarandığı demək idi. Həmçinin Nadir şahı qərbə yürüş zamanı Şimali Qafqaza və Mərkəzi Asiya yürüşlərinin həyata keçirilməsi də gözləməkdə idi. == Başlanğıc == Səfəvi imperiyası şahının vəziri kimi fəaliyyət göstərən Nadir ölkədən əfqanları, rusları, osmanlıları qovmağı bacarmışdı. 1738-ci ildə Nadir şah bir zamanlar Səfəvi imperiyasının paytaxtı İsfahanı ələ keçirən Hotakilərin son istehkamı olan Qəndəharı da ələ keçirdi. Bu yürüş ardınca o, ordularını Hindiquş dağları vasitəsiylə Şimali Hindistana saldı. Bu torpaqlar o zaman moğollların hakimiyyəti altında idi.Moğol imperiyası I Övrəngzibin ölümündən sonra imperiyadakı daxili çəkişmələr nəticəsində zəifləmişdi. İmperiyanın torpaqlarının bir qismi Maratxa dövləti tərəfindən ələ keçirilmiş, yerdə qalan hissələrdə isə bir çox moğol feodalı müstəqillik iddia etməkdə idi. Moğol hökmdarı Məhəmməd şah dövlətin bütövlüyünü qoruya bilməməkdə idi.
Nadir şah Əfşarın Səmərqəndi ələ keçirməsi
Nadir şah Əfşarın Səmərqəndi ələ keçirməsi — Nadir şahın Mərkəzi Asiya yürüşü zamanı bölgənin siyasi və iqtisadi mərkəzlərindən biri olan Səmərqəndi ələ keçirməsi nəzərdə tutulur. == Arxa plan == Səmərqəndin ələ keçirilməsinə səbəb olacaq yürüşün əsasları 1730-cu illərdə meydana çıxmışdı. Bu zaman Nadir Hindistan yürüşündə idi və onun varisi şahzadə Rzaqulu Mirzə Mərkəzi Asiyanın dövlətləri üzərində bir neçə parlaq qələbə qazanmağı bacarmışdı. Rzaqulunun Xivəni ələ keçirməsi Xivə hökmdarı İlbars xanın qəzəbinə səbəb oldu və o, əks-hücuma keçəcəyi ilə bağlı hədələr verməyə başladı. Nadir özü uzaqda olduğuna görə oğluna hərbi əməliyyatları sonlandırmağı əmr etdi. Onun planı geri döndükdən sonra daha parlaq əməliyyatları öz komandanlığı altında həyata keçirmək istəyirdi. Xivənin ilhaq edilməsindən sonra İlbars edam edildi və onun yerinə Əbülfəz xan gətirildi. Nadir onun daha sadiq olacağını düşünürdü. Bu yürüşün nəticəsində Səfəvilər də daxil olmaqla, regionda mövcud olmuş dövlətlərdən demək olar ki, heç birisinin Mərkəzi Asiya üzərində qazanmağa nail ola bilmədiyi qələbə qazanıldı. === Mərkəzi Asiyaya yürüşün başlanması === Nadir şah Türküstanı ələ keçirməyi arzulayırdı.
Nadir şah Əfşarın Xorasan səfəri
Nadir xan Əfşarın Xorasan səfəri — Nadir xanın II Təhmasib tabeliyində apardığı ilk böyük hərbi kampaniya == Nadirin II Təhmasib tabeliyində ilk fəaliyyətləri == 1726-cı il sentyabr ayında Təhmasibə bağlı qüvvələri də öz ətrafında birləşdirən Nadir ilk növbədə ölkənin şərq sərhədlərini bərpa etmək üçün səfərbərliyə başladı. Bu siyasət eyni zamanda həm Məlik Mahmudu və Əbdadiləri həm də Gilzayları hədəf almışdı. Lakin ilk hücum hədəfi olaraq Məlik Mahmud seçildi. Bunun əsas səbəbi Məşhəd kimi şiiələr üçün müqəddəs sayılan bir mərkəzin bu güruhun əlinə keçməsi eləcə də Məlik Mahmudun ən zəif düşmənlərdən biri olması idi. Məlik Mahmud da Xorasanda ikitərəfli təzyiqin gücləndiyini hiss edirdi. Şərq tərəfdə Nadir günü-gündən güclənir, bölgədəki tayfa və oymaqları öz nəzarəti altına alır və Məşhəd üzərinə hücuma hazırlaşırdı. O biri istiqamətdən isə Səfəvi xanədanının varisi olan Təhmasib Məşhədin qərbində, Mazandaran və Astrabad ətrafında qüvvə toplamaqda idi. Təhmasibin gücləndikdən sonra Məşhəd üzərinə hücum təşkil edəcəyi də gizli deyildi. Mirzə Mehdi xan Astrabadiyə görə, Məlik Mahmud onun ətrafında mürəkkəbləşən vəziyyəti öz xeyrinə dəyişmək üçün Təhmasibin üzərinə qoşun çəkməyi qərarlaşdırdı. Bu məqsədlə qoşunu ilə Cəvin və Esfəreyn istiqamətində hərəkətə başladı ki, orada Təhmasibin qoşununa zərbə vurub onun tərəfindən ehtimal edilən təhlükəni aradan qaldırsın.
досочка наса́харить неосла́бно радикули́тчик ти́пик штампова́ться гекко́н мете́льный нахозя́йничаться пого́да систе́мщик согласи́ться altocumulus concessionary gradualism mutatis mutandis oft planet plasmalemma prepalatal root leaf teratoid top removal бракосочетание упорство