ƏHD-CƏDİD

i. din. the New Testament

ƏHD
ƏHD-ƏTİQ
OBASTAN VİKİ
Yeni Əhd
Yeni Əhd (ivrit. ברית חדשה brit xadaşa; yunan. διαθήκη καινή diateke kayne) İsa Məsihin insanların günahının bağışlanması üçün tökülmüş qanı vasitəsilə Allahın insanlarla bağladığı əhd. Bu əhdə görə İsa Məsihin qurbanına iman gətirən hər kəs xilas olur. == Əhdi-Ətiqdə Yeni Əhd == Yeni Əhddən ilk dəfə bəhs edən Yeremya Peyğəmbər olmuşdur. Yeremya xəbər vermişdir ki, Allahın seçdiyi [[İsrail] xalqı günaha batıb cəzalandırıldıqdan sonra, Allah bu xalqla Yeni Əhd bağlayacaq: "Rəbb bəyan edir: "İsrail xalqı və Yəhuda xalqı ilə Yeni Əhd bağlayacağım günlər yaxınlaşır.Bu Əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular" Rəbb belə bəyan edir. "O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq" Rəbb belə bəyan edir. "Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını "Rəbbi tanıyın" deyib öyrətməyəcək.
Əhd sandığı
Əhd sandığı. Onun başqa bir adı “Tabutu-Səkinə”dir. Bu barədə Müqəddəs Kitabımız Qurani-Kərimdə də ayə var. Bu günə qədər Əhd Sandığı barədə saysız araşdırmalar aparılıb, müxtəlif məqalələr yazılıb, bir çox iddialar, versiyalar irəli sürülüb. Bu məqalədə bəzi alimlərin fikirlərinə yer verməyə çalışacağıq. Sandıq miladdan öncə 587-ci ildə Babil qoşunlarının Qüdsü işğalından sonra yoxa çıxır. O gündən bəri qeybə çəkilən bu əşya bir çox əfsanəyə səbəb olub. Tarix boyu krallar, hakimlər, alimlər, din xadimləri tərəfindən araşdırılan sandıq günümüzdə hətta xüsusi xidmət orqanları tərəfindən də axtarılır. Hətta deyilənlərə görə, CİA və MOSSAD-ın onu tapmaq vəzifəsi daşıyan şöbələri də var. Hətta Hitlerin də Əhd Sandığını tapmaq üçün ekspedisiya təşkil etdiyi iddia edilir.
Cədid
Cədid (Liviya) — Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində, Böyük Səhrada vadi şəhər
Bünab Cədid
Bünab-i Mərənd (Mərənd Binabı) (həmçinin Bünab-i Cədid (Yeni Bunab) və sadəcə Binab) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,430 nəfər və 1,236 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. == Tarixi == 2004-ədək sadəcə Bünab adlanan bu yaşayış məntəqəsi yalnızca iri bir kənd sayılırdı, lakin həmin il şəhər statusu qazanmış və adı Bünab-i Cədid (yəni "Yeni Bünab") olaraq dəyişdirilmişdi. Bu ad isə 2012-də (Mərənd şəhristanında yerləşdiyinə görə) Bünab-i Mərənd (yəni "Mərənd Bünabı, Mərənddə yerləşən Bünab") olaraq təkrarən dəyişdirildi. == Coğrafiyası == Bünab-i Mərənd öz ətraf ərazisinin füsunkar təbiəti ilə seçilir - Aladar və Ağcaqapı dərələrinin adlarını misal gətirmək olar. Şəhərin yaxınlığında həmçinin su anbarı yerləşir.
Cədid (Liviya)
Cədid — Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində, Böyük Səhrada vadi şəhəridir. Səbha rayonunun inzibati-mərkəzi olan Səbha şəhərinə yaxındır.
Nizami-cədid
Nizami-cədid — XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Osmanlı imperiyasında Avropa dövlətlərinin (ilk növbədə Rusiya imperiyasının) artan təsirlərinə qarşı Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ordu quruculuğu, yeni vergilərin müəyyənləşdirilməsi, dövlət idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mərkəzi hakimiyyətlə regionlar arasında səlahiyyətlərin dəqiqləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər seriyası. Bu sahədə ilk islahatlar sultan III Səlim tərəfindən həyata keçirilməyə başlamışdır. Ill Səlim Fransa təcrübəsini əsas tutaraq Nizami-cədid (yeni qayda) adlanan islahatları həyata keçirməyə başladı. == Etimologiyası == Nizami-cədid termini ərəb (النظام الجدید) və türk (An-Niẓām Al-Jadīd) sözbirləşməsindən yaranıb "yeni qayda" deməkdir. == Osmanlı imperiyası islahat ərəfəsində == XVIII əsrin sonlarında Osmanlı imperiyasında siyasi və iqtisadi böhran daha da dərinləşmişdi. Ölkəni böhrandan çıxarmaq üçün Sultan III Səlim (1789–1807) taxta çıxan kimi islahat layihəsi hazırlamağı tapşırmışdı. İslahat tərəfdarları XVIII əsrin sonlarında Osmanlı imperiyasının müharibələrdə məğlubiyyətinin əsas səbəbini ordunun qeyri-mütəşəkkilliyində görürdülər. Ona görə də islahatlar zamanı əsas diqqət ordu quruculuğuna yönəldilmişdi. Ordunun yenidən qurulması üçün küllü miqdarda vəsait lazım idi. Yeniçərilər heç bir qanuna və intizama tabe olmurdular.
Sekbani Cədid
Sekbani Cədid (29 sentyabr 1808 - 18 noyabr 1808) — II Mahmudun əvvəlki Nizami-cədid Ordusunun bir nümunəsi olaraq qurduğu qısa müddətli Osmanlı ordusu. Ruse deputatı, Ələmdar Mustafa Paşa, ordusu ilə İstanbula gedərək IV Mustafanı taxtdan saldı və onu II Mahmud ilə əvəz etdi. (28 iyul 1808) II Mahmudda öz növbəsində Ələmdar Mustafa Paşanı Böyük Vəzir etdi. Ələmdar Mustafa Paşa böyük vəzir olandan sonra ilk işlərdən biri olaraq dövlətin görkəmli şəxsləri ilə böyük bir görüş keçirdi. Bu iclasda qəbul edilən qərarlar İttifaq sənədi adlı sənəddə sənədləşdirildi. Bu sənədlə Osmanlı parlamenti, dövlət əmrlərinə qulaq asacağına söz verdi. Nizami-Cədid ordusu Sekbanı Cədid olaraq yenidən quruldu. Həmin dövrdə Karaman qubernatoru olan Kadi Əbdürrəhman Paşa bu yeni ordunun başçısı təyin edilmişdir. Taxtdan salınmış IV Mustafa və adamları hadisələrin bu cür inkişaflarından məmnun deyildilər. 14 noyabr 1808-ci il gecəsində yeniçərilər Ələmdar Mustafa Paşanın malikanəsinə hücum edərək onu öldürdülər.
Üsuli-Cədid
Üsuli-cədid (yeni üsul) — Azərbaycanda 1920-ci ilədək məktəb və mədrəsələrdə tətbiq edilən yeni tədris üsulu, mütərəqqi pedaqoji cərəyan. XIX əsrin sonları-XX əsrin əvvəllərində yaranmışdır. Üsuli-cədid məktəblərində dərslər ana dilində keçirilir, rus dili müstəqil fənn kimi tədris edilirdi. Əlifba təlimi yeni üsulla aparılırdı. Üsuli-cədid məktəblərində dövrün qabaqcıl ziyalıları dərs deyirdilər. Azərbaycanda ilk üsuli-cədid məktəbləri S.Ə.Şirvani tərəfindən Şamaxıda (1870), M.T.Sidqi tərəfindən Ordubad (1892) və Naxçıvanda (təxm.1894), M.M.Nəvvab tərəfindən Şuşada (təxm.1895), M.İ.Qasir tərəfindən Lənkəranda (təxm.1896) açılmışdır. Mollalar və dindarlar üsuli-cədid məktəblərini pisləmiş, onu "kafir məktəbi" adlandırmış, tərəfdarlarını təqib etmişdir.
Əhdi-Cədid
Əhdi-cədid və ya Yeni and – xristian Müqəddəs Yazılarının ikinci bölməsi. Əhdi-cədidə həmçinin İncil kitabı deyirlər. == Əhdi-cədidin məzmunu == Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab Müjdələrdir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. Müjdələr Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.
Əhdi Cədid
Əhdi-cədid və ya Yeni and – xristian Müqəddəs Yazılarının ikinci bölməsi. Əhdi-cədidə həmçinin İncil kitabı deyirlər. == Əhdi-cədidin məzmunu == Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab Müjdələrdir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. Müjdələr Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.
Əhd-i Milli Bəyannaməsi
Əhd-i Milli Bəyannaməsi və ya Türk Milli Paktı, Türkiyə İstiqlal Bəyannaməsi (türk. Mîsâk-ı Millî) — 28 yanvar 1920-ci ildə İstanbulda əksəriyyətinin Türk Milli Hərəkatının tərəfdarları olduğu Millətlər Palatası tərəfindən qəbul edilmişdir. Sənəddə Birinci Dünya müharibəsindən sonra türk dövlətinin quruluşunun ərazi məsələləri nəzərdə tutulurdu: ərəb torpaqları məsələsinin onların əhalisinin plebisitinə çıxarılması təklif edilirdi və türk millətinin nümayəndələrinin yaşadığı torpaqlar, şübhəsiz ki, Türkiyənin bir hissəsidir deyilirdi. Türk millətinin yaşadığı ərazi, Qərbi Trakya və Qars, Ərdəhan və Batum bölgələri istisna olmaqla, müasir Türkiyə Cümhuriyyətinin bütün ərazisi kimi başa düşülürdü ki, burada bu ərazilərin dövlət mülkiyyətində olması ilə bağlı referendum keçirilməli idi.Osmanlı imperiyasının daxili işlər naziri Damat Fərid Paşa VI Mehmedin xəstəliyi ilə əlaqədar parlamentdə açılış nitqi söylədi. Ərzurumda və Sivasda keçirilən qurultaylarda alınan qərarları tanımaq üçün Mustafa Kamalın dostları tərəfindən Felah-ı Vətən adlı bir millət vəkili qrupu yaradıldı. Mustafa Kamalın bu sənəd baradə fikirləri belə olub: “Millətin dəmir yumruğu tarix salnaməsinə müstəqilliyimizin təməl prinsipi olan Millət Andını yazır”. Bu qərarlar işğalçı müttəfiqləri narahat edirdi, nəticədə 1920-ci il martın 16-da İngiltərə, Fransa və İtaliya qoşunları İstanbulu işğal etdilər və bu Ankarada yeni türk millətçi parlamenti olan Türkiyə Böyük Millət Məclisinin yaradılması ilə nəticələndi. Bu da Türkiyənin Müttəfiqlərə qarşı İstiqlal Müharibəsini gücləndirdi. Keçmiş Osmanlı Parlamenti tərəfindən qəbul edilən Misak-ı Millinin altı qərarı daha sonra Qars müqaviləsində və Lozanna müqaviləsində yeni Türkiyə Cümhuriyyətinin Türkiyə Böyük Millət Məclisində iddiaları üçün əsas götürüldü. == Tarixi == Birinci Dünya müharibəsində Osmanlı imperiyasının təslim olması və 1919-cu ilin dekabrında Antanta qoşunlarının İstanbula daxil olmasından sonra Osmanlı imperiyasının parlamentinə (Ümumi Məclis) son seçkilər keçirildi.
Biçənək-i Cədid
Biçənək-i Cədid (fars. بوچينك جديد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 95 nəfər yaşayır (27 ailə).
Nizami-Cədid ordusu
Nizami-Cədid ordusu — Osmanlı İmperiyasının sultanı III Səlim tərəfindən yaradılmış nizami ordu. Bu ordunun əsası 1717-ci ildə İstanbula gələn Fransız zabiti De Roşefortun sadərət islahat layihəsinin tərcüməsində, ediləcək hərbi yenilik Nizami-Cədid adlandırılmışdır. Bu ordu Yeniçəri ocağı tərəfindən çıxarılan Qabaqçı Mustafa üsyanı zamanı ləğv edilmişdir. == Məqsədi == Yeni bir ocağın qurulmasına qərar verilməsinin ən mühüm səbəbi, yeniçərilərin islah edilməsinin çox çətin olması idi. Bu islahat düşüncəsini mənimsəyən III.Səlim hələ taxta çıxdığı vaxtlarda bu düşüncəni mənimsəmiş olan,açıq fikirli və yenilikçi bir tərəfdar bir qrupu yığıncağa çağırdı. Bu qrupun rəhbərliyinə Rumeli kazəsgəri İsmayıl Paşazadə əs-Səid İbrahim İsmət Bəyi gətirir.Yayla İmamı Risaləsinə görə Nizami-Cədid üsulunu 72 maddədən meydana gəlmişdir. Osmanlı dövləti bu islahatı edərkən Fransadan kömək istəmiş, 1796-cı ildə mövzuyla əlaqədar olaraq top, humbara tökmə, top qundağı və tüfəngçi işçiləri gəlmişdi. Ayrıca bir müddət sonra Fransadan General Menand rəhbərliyində və iş başçısı Bamilo ilə gələn heyətlə Prussiya krallığıdan da zabitlər gəlmişdi. Bunlardan Albay Von Goetze, 1798-ci ildə III.Səlimin istəyinə görə Osmanlı Qara qüvvələrində araşdırmalar etdi. III Səlimin bir məclisdə topladığı Sultan Süleyman Qanuni dövründəki nizama qayıdarsa işlərin rahatlaşacağı fikri tərəfdar tapınca ilk öncə ocağa həftəlik müəyyən qaydada təlim verilməsi fikri soruşulmuş, ancaq ocaq ağalarından mənfi cavablar alınmışdır.
İslampənahabadi Cədid (Urmiya)
İslampənahabadi Cədid (fars. اسلام‌پناه آبادی جدید‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 169 nəfər yaşayır (35 ailə).
As-i Cədid (Kəleybər)
As-i Cədid (fars. اس جديد‎) Yeni As - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (8 ailə).
Atəşgah-i Cədid (Meşkinşəhr)
Atəşgah-i Cədid (fars. اتشگاه جديد‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 185 nəfər yaşayır (41 ailə).
Ağdərə-i Cədid (Kəleybər)
Ağdərə-i Cədid (fars. اق درق جديد‎) və ya Yeni Ağdərə - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 235 nəfər yaşayır (44 ailə).
Meşkabad-i Cədid (Həştrud)
Meşkabad-i Cədid (fars. مشك ابادجديد‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Mincab-i Cədid (Hurand)
Mincab-i Cədid (fars. منجاب جديد‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (12 ailə).
Miqas-i Cədid (Kəleybər)
Miqas-i Cədid (fars. مقاس جدید‎) və ya Yeni Miqas - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (30 ailə).
Nəqqarəkub-i Cədid (Əhər)
Nəqqarəkub-i Cədid (fars. نقاره كوب جديد‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 314 nəfər yaşayır (61 ailə).
Qışlaq-i Cədid (Əhər)
Qışlaq-i Cədid (fars. قشلاق جديد‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 52 nəfər yaşayır (11 ailə).
Rəştabad-i Cədid (Əhər)
Rəştabad-i Cədid (fars. رشتابادجديد‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (7 ailə).
Savan-i Cədid (Sərdəşt)
Savan-i Cədid (fars. ساوان جديد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 553 nəfər yaşayır (98 ailə).
Təzəkənd-i Cədid (Pərsabad)
Təzəkənd-i Cədid (fars. تازه كندجديد‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 748 nəfər yaşayır (158 ailə).

Digər lüğətlərdə

басо́к выкле́ивать ла́потный Лиси́чка мамелю́к маскаро́н обмеща́ниваться перепа́чкаться по-швейца́рски ра́зик сушь уточня́ть вкра́пливание ди́вный ухмыльну́ться фе́ртик рули air-pocket besought erotica lissom Louis paper mulberry модификация фабула