ƏHLİ-BEYT

Məhəmməd peyğəmbərin qızı Fatimə və Əli İbn Əbu Talibin izdivacından davam edən peyğəmbər ailəsinə verilən addır. Bunların konkret olaraq kimlərdən ibarət olması haqqında müsəlman ilahiyyatçıları arasında fikir ayrılığı vardır. Onların bəzilərinə görə peyğəmbərin əhlibeyti dedikdə bütün ailəsi nəzərdə tutulur. Onlar bu siyahıya peyğəmbərin əmiləri Əbu Talib, Abbas və Həmzəni də daxil edirlər; İslama gec gəldiklərinə görə peyğəmbərin digər əmilərini onun əhli-beyti hesab etməmişdirlər. Bundan başqa İslam alimlərinin çoxu Quran (33: 32, 33) ayəsinə istinad edərək Məhəmməd peyğəmbərin əhli-beytinə onun həyat yoldaşlarını da daxil etmişdirlər. Müsəlmanların çoxu Məhəmməd peyğəmbərin qızı Fatimənin Əli ibn Əbu Taliblə evliliyindən doğulmuş oğullarını və onların bütün sonrakı nəsillərini də əhli-beyt hesab etmişdirlər. Əlinin peyğəmbərin əmisi oğlu olduğu kimi, İslama erkən yaşlarından gəlməsi, daha sonra müsəlman cəmiyyətinin inkişaf etməsində böyük rol oynaması bilinməkdədir. Bəzi rəvayətlərdə Məhəmməd peyğəmbər öz qızı Fatiməni, onun həyat yoldaşı Əlini, eləcə də onların övladları olan Həsən və Hüseyni öz əhli-beyti adlandırmışdır. Buna görə şiələr, Əlinin soyundan olanlardan bəzi şəxsləri xəlifə və imam kimi qəbul edirlər. Onlar Quranın müxtəlif ayələri və hədisləri buna dəlil gətirmişlər. Onlar ən başlıca dəlil kimi hədislərin birində Məhəmməd peyğəmbərin Qədir-Xum adlanan yerdə “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” sözlərini göstərirlər. Ancaq, İslam alimlərinin əksəriyyətinə görə bu hədisdə Əlinin imamlığı birbaşa vurğulanmamışdır. Onlar qeyd edirlər ki, burada deyilən “mövla” sözünün bir çox mənaları vardır. Bu söz ərəb dilində cənab, köməkçi, əmioğlu, sevimli, istəkli, himayəçi, idarəçi, başçı, yardımçı, qohum, qonşu, dost və başqa mənalarda işlənilə bilər. Bəziləri isə bu hədisin zəif və etibarsız olduğunu iddia etmişdirlər. İslam alimlərinin az bir hissəsi isə Qədir- Xum hadisəsini həqiqət hesab edərək, burada işlənilən “mövla” sözünün yalnız “cənab” mənasında başa düşülməsində israrlıdırlar. Onların fikrincə bu da Əlinin imamlığına dəlalət edir. İslam tarixində Əməviləri devirmək yolu ilə əhli-beyti xilafətə gətirmək məqsədini güdmüş güclü hərəkatlar olmuşdur. Onlar əsasən Əli ibn Əbu Talib və Abbas soyunun tərəfdaşları olmuşdurlar. Abbasilər bu hərəkatlar arasında ən fəalı olmuşdur. Bu səbəblərdən də Abbasilər xilafəti ələ keçirə bilmişdirlər. Bu da sonralar Ələvilərlə (I) Abbasilərin arasındakı qarşıdurmaları daha da alovlandırmışdır. Ələvilər Abbasiləri xilafəti zorla ələ keçirmək, ədalətsizlik və çoxsaylı günahlarda günahlandırmışdırlar. Abbasilər isə onları hər zaman təqib etmişdirlər. Bununla belə, Əlinin imamətini qəbul edənlər onun çoxsaylı soyunun arasında kimlərin imam (icma öndəri) olması problemində birliyə gələ bilməmişdirlər. Onların hamısı imamın öz varisini aydın göstərişlə təyin etməsini vacib hesab edirdilər. İmamların varislərinin çoxu onların oğulları olurdu, ancaq liderlik qardaşdan qardaşa da ötürülə bilərdi (Həsəndən Hüseynə keçdiyi kimi). Bəzi imamların qardaş və oğullarının çox olduğundan, onlardan kimin imam olması məsələsində Əli tərəfdarları arasında şübhələr və ixtilaflar ortaya çıxırdı. Bu qarşıdurmalar onların arasında müxtəlif təriqətlərin yaranması ilə nəticələnmişdir.
ƏHƏD HƏDİSLƏR
ƏHLİ-BEYT
OBASTAN VİKİ
Əhli-Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli Beyt

Beyt
Beyt — şeirdə 2 misra. Beytin tərifinə aid fikirlərdə müəyyən ziddiyyətlərlərə rast gəlinir. Məsələn, Mir Cəlal və Pənah Xəlilovun fikrincə: "Şerin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir". Cəfər Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: "Şerin müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir". Əziz Mirəhmədov isə tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə anlayışın daha geniş şərhini verir: "…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır". Beyt şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şerin müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt qafiyələnir. Qəzəl və qəsidələrdə ilk beytlər həmqafiyə olur.
Beyt Aghiyon
Beyt Aghiyon (ivr. ‏בית ראש הממשלה‏‎) — İsrail Baş nazirinin rəsmi iqamətgahıdır. Şəhərin mərkəzi ilə Talbiya məhəlləsi arasında yerləşən Rehavianın böyüdülmüş Qüds məhəlləsindəki Balfour küçəsinin küçə küncündə, Smolenskin küçəsində yerləşir. == Tarixi == Bina İsgəndəriyyə şəhərinin varlı sakini olan yəhudi-yunan taciri Eduard Aghiyon üçün inşa edilmişdir. Yəhudi-Alman memarı Riçard Kufmann tərəfindən tərtib edilmiş və 1936-1938-ci illər arasında inşa edilmişdir. 1941-ci ildə Yuqoslaviyanın Kralı II Pyotr burada yaşayırdı. 1948-ci ildəki Ərəb-İsrail müharibəsi zamanı İrgun döyüşçüləri üçün xəstəxana kimi xidmət edirdi.
Beyt HaNassi
Beyt HaNassi (ivr. ‏בֵּית הַנָּשִׂיא‏‎) bəzən Mişkan HaNassi (ivr. ‏מִשְׁכָּן הַנָּשִׂיא‏‎) — İsrail Prezidentinin rəsmi iqamətgahıdır. Qüdsün Talbiya məhəlləsində yerləşir.
Beyt-din
Beyt-din (ivr. ‏בית דין‏‎, Bet Din, hərf. "mühakimə evi", [bet ˈdin], aşkenazi: beys-din) — iudaizmdə ravvin məhkəməsi. Qədim dövrlərdə hüquq sisteminin əsasını təşkil edirdi. İndiki dövrdə həm İsraildə, həm də yəhudi diaspor icmalarında bir sıra dini məsələlərdə qanuni güclərdə istifadə edilir. Burada onun hökmləri xüsusi olaraq iudaist dini həyatı ilə bağlı məsələlərdə müxtəlif dərəcədə səlahiyyətlərə malikdir. == İndiki dövrdə == Ortodoks iudaizmdə adət-ənənələr bildirir ki, beyt-din dinlənilən işə aid hər hansı "halaxa" işlərində digər üzvlərə təlimat verə bilmək üçün ən azı biri "halaxa" haqqında geniş məlumatlı olan üç müşahidəçi yəhudi kişidən ibarətdir. Beyt-din işindəki ravvinlər yəhudi hüququnun bütün aspektləri üzrə mütəxəssis olmalı deyil, yalnız sözügedən sahə üzrə mütəxəssis olmalıdırlar. Qadınlara beyt-dində xidmət etməyə icazə verən bir sıra ravvinlər də var. Proqressiv icmalarda, eləcə də iudaizmin digər qeyri-ortodoks axınlarında qadınlar beyt-dində xidmət edirlər.
Kitab əhli
Kitab əhli — (ərəb.اهل الكتاب) İslam ənənəsinə görə, digər iki səmavi dinlərin əhalisini, yəhudi və xristianları, bildirən anlayış. Kitab əhlinə münasibət fərqli idi. Bütpərəstlərdən fərqli olaraq, kitab əhli daha imtiyazlı vəziyətdə idi, onların sıxışdırılması və təqib olunması barədə açıq göstərişlər yox idi. Məsələn kitab əhlinin qadınları ilə nigaha girmək icazəsi vardı, lakin onlara qız vermək qadağan idi. Kitab əhli öz kilsələrində və sinaqoqlarında ibadət edirdilər və öz ayinlərini yerinə yetirməkdə azad idilər. Lakin onlar zimmilər zümrəsinə aid idilər və xüsusi cizyə vergisi ödəyirdilər, yaxud bunun əvəzinə orduda köməkçi qoşun kimi istifadə edilirdilər.
Əhli-Haqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur. İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir.
Əhli-Həqq

Əhli-Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli-Sünnət

Əhli Sünnə

Əhli Şirazi
Məhəmməd ibn Yusif Əhli Şirazi (fars. اهلی شیرازی‎; təq. 1454, Şiraz – təq. 1535, Şiraz) — fars şairi. Əhli Şirazinin təxminən 1454–1535-ci illərdə İranın Şiraz şəhərində yaşadığı və öldüyü zaman cənazəsini oradakı Hafiz Şirazinin türbəsində dəfn olunduğu güman edilir. Onun haqqında tənha həyat sürdüyü, ehtiyac içində yaşadığı, bütün həyatının mübarizə ilə keçdiyi barədə şahid ifadələri var. Manuscript of his works available on the digital library website of the Iran Parliament Library.
Əl-Əhli İK
Əl-Əhli — Misirin futbol klubu. 1907-ci ildə yaradılıb.
Beyt Quvrin Milli Parkı
Beyt Quvrin-Mareşa Milli Parkı (ivr. ‏בית גוברין - מרשה‏‎) — İsrailin mərkəzində, Kiryat Qat şəhərindən 13 km uzaqlıqda yerləşən milli park. Milli parkda ilk məbəd dövründə Yehuda Krallığı üçün əhəmiyyətli şəhərlərdən biri olan Mareşa və Roma İmperiyası dövründə Eleteropol kimi tanınan Beyt Quvrin şəhərinin qalıqları yerləşir. Milli parkda aparılan qazıntı işlərində yəhudi məzarlığı, Bizans-Roma amfiteatrı, Bizans kilsəsi, ictimai hamamlar, mozaikalar, məzar mağaralar aşkarlanmışdır. == Tarixi == Mareşa şəhəri haqqında ilk məlumatlar Yehuda qəbiləsinə qədər uzanır. Yəhudi Bibliyasına görə şəhər Rovoam tərəfindən Misirə qarşı müdafiə edilmişdir. Yehuda Krallığının dağıdılmasından sonra şəhər İdumeya Krallığının parçası olmuşdur. Gec fars dövründə şəhərdə saydanlar məskunlaşmışdırlar və şəhər e.ə. 259-cu ildə Zenon papirusunda qeyd olunmuşdur. Makkabi üsyanı zamanı şəhər makkabilərə qarşı müdafiə olunduğundan zərər görmüşdür.
Əl-Əhli Dubay FK
Əl-Əhli (Dubay) FK — Birləşmiş Ərəb Əmirliklərinin futbol klubu 1970-ci ildə yaranmışdır.
Əhli Ərəb xəstəxanasına hücum
Əhli Ərəb xəstəxanasına hücum — HƏMAS–İsrail müharibəsi əsnasında, 17 oktyabr 2023-cü ildə "Əl-Əqsa fırtınası" əməliyyatına cavab olaraq İsrail tərəfindən həyata keçirilən "Dəmir qılınclar" əməliyyatı zamanı Qəzzə zolağında yerləşən Əhli Ərəb xəstəxanasında baş tutmuş partlayış. Fələstin tərəfinin bildirdiyinə görə, xəstəxanada partlayış nəticəsində bir neçə yüz nəfər həlak olmuşdur. Bununla belə, müstəqil məlumatlara görə, Fələstin tərəfinin iddia etdiyi bu say görə həddən artıq qiymətləndirilir və partlayışın özü xəstəxananın özündə deyil, xəstəxananın yanındakı dayanacaqda baş vermişdir. Hadisə ilə bağlı yoxlanılmamış və etibarsız məlumatların geniş yayılması informasiya müharibəsinin predmetinə çevrilmişdir. "HƏMAS" partlayışa görə İsraili günahlandırmış, buna səbəb kimi İsrail Müdafiə Qüvvələrinin (IDF) aviazərbələrini göstərmişdir. Bu ittiham bir çox ərəb dövlətləri və islam dünyasının ölkələri tərəfindən təkrarlanmışdır. Öz növbəsində, İDF partlayışın "Fələstin İslam Cihadı" qruplaşmasının Qəzzə zolağından İsrail istiqamətində uğursuz raket atması nəticəsində baş verdiyini bildirmişdir. "HƏMAS" raket qalıqlarını müstəqil araşdırmalar üçün təqdim etməmişdir.

Digər lüğətlərdə