ƏHSƏN

nida [ ər. ]
1. Bəyənmə, tərif bildirir – afərin! barakallah! eşq olsun!
Əhsən sənə, ey vətənin qəhrəman oğlu! Əhsən onu yaradan əllərə! Əhsən bu kəlama! – Hər ildə müsəlman edə gər bunca tərəqqi; Bir az keçər aləm deyər: – Əhsən, belə millət! Ə.Qəmküsar.
[Səfər bəy:] Əhsən! Yaxşı sudur, Qənbərqulu! B.Talıblı.

Kimsə yerindən dedi: – Bu ağıllı təklifdir.
Əhsən bu kəlama… Ə.Vəliyev.

□ Əhsən demək (oxumaq) – tərifləmək, afərin demək, bəyənmək. Hamı sənə əhsən deyər. – Gül rüxsarın əhsən deyib bülbülə; O çeşmi-xumarın yadıma düşdü. “Abbas və Gülgəz”.
O, tamaşa günü anasını aparıb zalda oturdacaqdı ki, baxıb oğlunun göstərdiyi məharətə əhsən desin. S.Rəhman.
Ətri gözəl, təzə balın; Baxan kimi xoş dadına; Bir ağızdan əhsən dedi; Hamı onun ustadına. M.Dilbazi.

2. Bəzən əks mənada işlənir.
[Gəray:] Əhdi, ilqarı nə tez qırdın sən? Adına bu yaraşarmı, əhsən! A.Şaiq.

Синонимы

  • ƏHSƏN əhsən bax afərin
  • ƏHSƏN bəyənmə — tərif — afərin
ƏHRİMƏN
ƏHVAL
OBASTAN VİKİ
Əhsən Dadaşov
Əhsən Əliabbas oğlu Dadaşov (16 avqust 1924, Bakı – 30 may 1976, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Əhsən Dadaşov 1924-cü il avqustun 16-da Bakı şəhərində dünyaya göz açmışdır. Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb. 1938-ci ildə 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb. Atası Əliabbas Dadaşov 1937-ci ildə repressiya edilib. 1940-cı ildə S.Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edilib. Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmişdir. Məlumdur ki, Zərif Qayibovdan sonra "Şur" muğamının ən gözəl ifaçılarından biri onun sevimli tələbəsi, mərhum Əhsən Dadaşov olmuşdur Onun lentə yazdırdığı "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah", "Hümayun", "Vilayəti-Dilkeş", "Çahargah", "Bayatı-Şiraz" və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edir.AzTRV QSC nəznində 1960 cı ildə xalq çalğı alətləri ansamblı yaratmış və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olmuşdur.
Əhsən ət-Təvarix
"Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") — Səfəvi tarixçisi Həsən bəy Rumlunun 12 cilddən ibarət əsəri. Azərbaycan səfəvişünas-tarixçisi Oqtay Əfəndiyevin yazdığına görə, "I Şah Təhmasibin yarım əsrlik hakimiyyət dövrü heç bir mənbədə Həsən bəy Rumlunun əsərindəki dəqiqliklə ətraflı əks olunmayıb". Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsərinin son iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətən, istərsə də bir sıra Yaxın və Uzaq Şərq ölkələrinin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır. == Həsən bəy Rumlunun həyatı == Rumlu tayfası Azərbaycan Səfəvilər dövlətinin yaranması və möhkəmlənməsi uğrunda gedən mübarizədə aktiv iştirak edən tayfalardan biridir. Səfəvilər dövründə bu tayfanın ən tanınmış başçıları Nur Əli Xəlifə, Piri bəy və Div Sultan olmuşdur. Həsən Rumlunun nəvəsi Əmir Sultan Təhmasibin yaxın əmirlərindən biri idi. Səfəviyyə təriqətinə bağlı xəlifələrə ümumi rəhbərliyi həyata keçirən xəlifətül-xüləfa mənsəbi uzun müddət rumlu tayfasının təmsilçilərinə məxsus olmuşdur. Rumlu tayfası yalnız idarəçi və hərbçilər deyil, türkcə və farsca şeirlər yazan Şahqulu bəy kimi şair, tərcümə etdiyimiz mənbənin müəllifi olan Həsən bəy kimi tarixçi də yetirmişdir.
Mirzə Həsən xan Əhsənüddövlə
Mirzə Həsən xan Əhsənüddövlə Təbrizi (?-?) — Məşrutə hərəkatının üzvü. == Həyatı == Mirzə Həsən xan Əhsənüddövlə Təbriz şəhərində doğulmuşdu. O, mükəmməl mədrəsə təhsili almışdı. İctimai işlərlə məşğul olmuşdu. Təbrizin ziyalı şəxslərdən idi. Məşrutə hərəkatını dəstəkləyirdi. Mirzə Həsən xan Əhsənüddövlə Təbrizi İranda ilk Milli məclis təşkil olunanda Təbrizdən öz namizədliyini vermişdi. Cənubi Azərbaycanın mülkədar təbəqəsi bu hörmətli şəxsi vəkil seçmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

Значение слова в других словарях

база́льтовый двои́ться детвора́ женолю́б залуже́ние либера́льный медиасе́ллер нату́га небесспо́рно незащищённость пестици́ды развлека́ться бодли́вость интернационалисти́ческий э́ра gimlet-eyed Morning Prayer obeyance Panamanian preeminence senescent tentative wand-bearer парасоль предстоящий