ƏHƏNGDAŞI

is. Tərkibində əhəng olan çöküntü süxur – inşaat materialı. Əhəngdaşını yandırıb əhəng alırlar. Əhəngdaşından tikilmiş ev. – Çökmə süxurların dənizdə əmələ gələn növlərinə misal olaraq qumdaşı, əhəngdaşı, gil və s.
-ni göstərmək olar. M.Qaşqay.

ƏHƏNGÇİ
ƏHƏNGLƏMƏ
OBASTAN VİKİ
Əhəngdaşı
Əhəndaşı və ya əhəngdaşı — böyük bərkliyə malikdir: qədimdə onu daş tikililərdə material kimi istifadə edirdilər. Onun üzərində balıqqulağı izləri aydın görünür. Bu süxurun yaranmasında daşlaşmış heyvan qalıqları iştirak edir. Bu da bir fərziyyə deyil ki, Xeops ehramı əhəngdaşından tikilib. Böyük Moskva knyazlığında olan əksər məbədlər Myaçkov əhəngdaşından tikilmişdir. Bu əhəngdaşı Moskva çayı yaxınlığında yerləşən Myaçkov kəndində çıxarılırdı və xüsusi gəmilərdə tikinti aparılan məkana daşınırdı. Əbəs yerə Moskva qədimdə ağ daşdan tikilmiş şəhər adlandırılmırdı. Hal-hazırda əhəngdaşı sement istehsalında xammal kimi, metallurgiyada flüs kimi, kimya sənayesində sodanın, xlorlu əhəngin, kalsium karbidin istehsalında geniş tətbiq edilir. == Növləri == Əhəng daşını içindəki gilin miqdarından aslı olaraq yalnız havada bərkiyən hava əhəngi (yağlı əhəng) və həm havada həm də suda bərkiyən su əhəngi (hidroliz əhəng) olaraq iki qrupa bölmək olar. Azərbaycanda əhəng daşı yataqları əsasən Qaradağ rayonunda geniş yayılmışdır.
Daş Salahlı əhəngdaşı yatağı
== Yerləşməsi == Daş Salahlı əhəng daşı yatağı Qazax rayonu Daş Salahlı kəndindən 2,0 km. şimal-qərbdə yerləşir. == Öyrənilməsi == Yataq əvvəllər S. Dadaşov adına Azərbaycan Tikinti Materialları İnstitutu tərəfindən öyrənilmişdir. 1967-1968-ci illərdə yataqda yenidən kəşfiyyat işləri aparılmışdır. Kəşfiyyat işlərinin əsas məqsədi Daş Salahlı əhəngdaşının sement istehsalına yararlı olmasını aydınlaşdırmaq olmuşdur. Aparılmış işlərin nəticəsinə görə əhəng daşları bütün növ sement istehsalına yararlı olduğu müəyyənləşdirilmişdir. Yatağın hesablanmış ehtiyatı bütün növlər və kateqoriyalar üzrə 7,4 mln. m³. təşkil edir. Daş Salahlı əhəngdaşı yatağı, əsasən qalın laylı, yarım kristallik maastrixt yaşlı əhəngdaşlarından ibarətdir.
Qaramurad mərmərləşmiş əhəngdaşı yatağı
Qaramurad mərmərləşmiş əhəngdaşı yatağı — Gədəbəy rayonunun Böyük Qaramurad kəndi yaxınlığında, Gədəbəy şəhərindən təxminən 15 km qərbdə yerləşən yataq. Yataq Oksford yaşlı massiv, mərmərləşmiş əhəngdaşlarından ibarətdir. Yataqda aşkar olunmuş əhəngdaşları park və meydançaların, bina fasadlarının və s. ictimai yerlərin bəzədilməsində keyfiyyətli üzlük materialı kimi istifadə oluna bilər. == Mənbə == E.Səfərov. Kiçik Qafqazın faydalı qazıntı yataqları. Bakı: 2012. səh.40-41.

Значение слова в других словарях

вести́ доти́снуть засекре́чивать кристаллизо́ванный перега́снуть попу́тчик фау́тность азотоба́ктер видеотелефо́нный ла́зка меня́ть шило на мыло молодча́га несчастли́вый отве́ять па́рень подтача́ть самое ра́ннее советизи́рование бамбук eared nut orient Pygmalion tide-lock москит туманиться