ƏKBƏR

ə. 1) ən böyük, ulu; 2) daha böyük; 3) (ən) böyük oğul.

ƏKAZİB
ƏKDAR
OBASTAN VİKİ
Məhəmməd Əkbər
Məhəmməd Əkbər (11 sentyabr 1657 – 31 mart 1706) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun əsas arvadı, Səfəvi sülaləsinin nümayəndəsi Dilras Banu Bəyimin övladı olan moğol şahzadəsi. Əkbər atasına qarşı üsyan başlatmış, uğursuzluğa düçar olduqdan sonra da Dəkkənə qaçmışdır. Bundan sonra Səfəvi imperiyasına sürgün edilmiş və orada da ölmüşdür. O, 1719-cu ildə bir neçə aylıq moğol imperiyasına hökmdanlıq etmiş Nikusiyarın atasıdır. == Həyatının erkən dövrü == Məhəməd Əkbər 11 sentyabr 1657-ci ildə Övrəngabadda şahzadə Sultan Övrəngzib (Aləmgir)lə onun birinci və əsas arvadı Dilras Banu Bəyimin ailəsində dünyaya gəlmişdir. Onun anası dövrün ən görkəmli hökmdar ailələrindən hesab edilən Səfəvi sülaləsinə mənsub idi və Bədiüzzaman Mirzə Səfəvinin qızı idi. Bədiüzzaman Mirzə Səfəvi moğol imperiyasında Qucarat valisi kimi çalışmış və sarayda çox güclü nüfuza sahib olmuşdu. Anası Dilras Banu Bəyim Əkbəri dünyaya gətirən zaman infeksiyaya yoluxmuş və buna görə də Əkbər bir neçə aylıq ikən vəfat etmişdir. Övrəngzibin ən sevimli arvadı olan Dilrasın ölümündən sonra Əkbər atası və böyük bacısı Zeb-un Nisə Bəyim tərəfindən xüsusi qayğı və diqqətlə böyüdülmüşdür. O, atasının ən sevimli övladı olmuşdur.
Məmməd Əkbər
Məmməd Əkbər (tam adı: Əkbərov Məmməd Həmzə oğlu; 5 may 1909, Ordubad, Naxçıvan qəzası – 10 dekabr 1974, Bakı) — yazıçı, jurnalist, tərcüməçi. 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əkbərov Məmməd Həmzə oğlu (Məmməd Əkbər) 1909-cu il mayın 5-də Ordubad şəhərində ipəkçi ailəsində anadan olmuşdur. Atası əttarlıqla məşğul olduğundan, yəni bitkilərdən ətriyyat, ədviyyat hazırladığından, el arasında “Əttar Həmzə” kimi tanınmışdı. Məmmədin əmisi Axund Hacı Molla Hüseyn Bikəs şair idi, “Bikəs” təxəllüsü ilə klassik şer nümunələri yaradırdı. XIX əsr Ordubad ədəbi mühitinin formalaşmasında, “Əncüməni şüəra” ədəbi məclisinin fəaliyyətində Axund Hacı Molla Hüseyn Bikəsin böyük xidmətləri olub. Balaca Məmməd ilk təhsilini Ordubad mədrəsəsində Axund Mirzə Həsənin hücrəsində almağa başlayır. Lakin həyat elə uşaq yaşlarından onu sınağa çəkir. O, 6 yaşında ikən atası Həmzə, 8 yaşında ikən anası Səltənət xanım vəfat edir. Məmməd bacısı Tərlanla ata nənəsi Gülsüm xanımın himayəsinə sığınır.
Məşkur Əkbər
Məşkur Əkbər(ədəbi adı:Məşkur Qurban oğlu Əkbərzadə; 9 may 1925, Ordubad, Naxçıvan MSSR) — şair == Həyatı və təhsili == 9 may 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Şərq qapısı qəzetində şöbə müdiri, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor işləmişdir. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Regional Elmi Mərkəzinin əməkdaşı işləmişdir. == Kitabları == Qaynar bulaqlar 1964, Mənim arzum 1967, Ömrümüzün baharı 1989.
Ramiz Əkbər
Ramiz Fəzail oğlu Əkbərov (Ramiz Əkbər) —yazıçı-dramaturq, həkim-cərrah, Respublikanın əməkdar həkimi, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, istefada olan tibb xidməti polkovniki. == Həyatı == Ramiz Fəzail oğlu Əkbərov 11 sentyabr 1956-cı ildə Yardımlı rayonunda ziyalı ailəsində anadan olub. 1963–1973-cü illərdə Yardımlı rayon M. F. Axundov adına orta məktəbdə əla qiymətlərlə oxuyub. 1973-cü ildə yüksək qiymətlərlə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1979-cu ildə oranı Lenin adlı təqaüdlə bitirib. 1979–1980-ci illərdə M. Nağıyev adına Təcili Tibb Yardım Xəstəxanasında cərrahiyə üzrə ordinatura və internatura kursu keçib. Əmək fəaliyyətinə tələbəllik illərində akademik M. Cavadzadənin klinikasında orta tibbi personal – tibb qardaşı kimi başlamışdır. 1980–1983-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə Saatlı rayon Mərkəzi Xəstəxanasında cərrah-həkim kimi işləmiş, 1983–1985-ci illərdə Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya kafedrasında iki illik kliniki-ordinatura təhsilini almışdır. 1985-ci ildən 2017-ci ilə kimi Daxili İşlər Nazirliyinin Respublika Hospitalında fəaliyyət göstərmişdir. Mülki-uroloq; cərrahiyə şöbəsinin rəisi, hospitalın müalicə işləri üzrə rəis müavini, hospitalın rəisi vəzifələrində çalışmışdır. İstefada olan polkovnikdir.
Əkbər
Əkbər — kişi adı. Əkbər şah — Böyük Moğol imperiyasının 3-cü padşahı. Aşıq Əkbər Cəfərov — Azərbaycan aşığı. Əkbər Xanmətov — kimya elmləri doktoru. Əkbər Yerevanlı — ədəbiyyatşünas, pedaqoq, nasir, dramaturq, dosent (1956). Əkbər Nəcəf — tarixçi, tədqiqatçı, tərcüməçi.
Əkbər Xanmətov Əkbər oğlu
Əkbər Xanmətov (tam adı: Əkbər Əkbər oğlu Xanmətov; 25 oktyabr 1938, Sudur, Qusar rayonu – 26 dekabr 2020, Bakı) — kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun 30 saylı "Polimerləşmə katalizi" laboratoriyasının baş elmi işçisi. == Həyatı == Əkbər Əkbər oğlu Xanmətov 25 oktyabr 1938-ci ildə Qusar rayonunun Sudur kəndində anadan olmuşdur. O, 1957-ci ildə Xaçmaz rayonunun Maksim Qorki adına kənd orta məktəbini bitirmişdir. 1958–1961-ci illərdə Sovet Ordu sıralarında xidmət etmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş və orada 1965-ci ilə kimi təhsil almışdır. 1965-ci ildən təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş və 1968-ci ildə həmin universiteti kimyaçı ixtisası üzrə bitirmişdir. O, 1969–1972-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil almış və 1972–1976-cı illərdə həmin institutda kiçik elmi işçi vəzifəsində işləmişdir. O, 1977–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuda böyük elmi işçi vəzifəsində, 1996–2001-ci illərdə elmi tədqiqat "Olefinlər" institutunda və 2002 – 2012-ci illərdə AMEA – nın Neft-Kimya Prosesləri İnstitutuda aparıcı elmi işçi, 2014-cü ildən Neft-Kimya Prosesləri İnstitutunun 30 saylı "Polimerləşmə katalizi" laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışır. 2012-ci ildən Neft-Kimya Prosesləri İnstitutunun Kiçik Elmi Şurasının üzvüdür. Əkbər Xanmətov 26 dekabr 2020-ci ildə Bakıda vəfat etmişdir.
Sülhəddin Əkbər
Sülhəddin Bayram oğlu Əkbərov və ya Sülhəddin Əkbər (1960, Noraşen) — Azərbaycan Demokrat Partiyasının həmtəsisçisi və həmsədri, Müsavat Partiyasının keçmiş başqan müavini, rəsmi dövlət qeydiyyatında olmamış Açıq Cəmiyyət Partiyasının keçmiş sayca ikinci və sonuncu sədri, Azad Demokratlar Partiyasının qurucusu və sədri. == Həyatı == Sülhəddin Bayram oğlu Əkbərov 1960-cı ildə Şərur rayonunda anadan olub. İxtisasca həkimdir. == Siyasi fəaliyyəti == 1990-cı il Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə 346 nömrəli Qıvraq seçki dairəsindən deputat seçilmişdir. 26 noyabr 1991-ci ildə təşkil olunan Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurasına daxil edilmişdir. Azərbaycan Demokrat Partiyası 26 yanvar 1991-ci ildə Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin sabiq üzvü Sərdar Cəlaloğlu daxil olmaqla 27 nəfərin iştirakı ilə Naxçıvan şəhərində təsis olunmuşdur. Partiyanın təsisçiləri arasında Sülhəddin Əkbər də olmuşdur. Partiyanın qurucularından və sədr müavini olmuş Sülhəddin Əkbərin 1992-ci ildə milli təhlükəsizlik nazirinin müavini təyin olunması və Müsavat Partiyasının bərpa prosesində iştirak etməsi partiyanın qərarlarına tabe olmama kimi dəyərləndirilmişdir. Bu səbəbdən o, Azərbaycan Demokrat Partiyası İdarə Heyəti tərəfindən partiyadan uzaqlaşdırılmışdır. 16 may 1992-ci ildə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini təyin olunmuşdur.
Tahir Əkbər
Tahir Əkbər (tam adı: Tahir İsmayıl oğlu Əkbərov; 20 yanvar 1946, Bakı – 2 mart 2018, Bakı) — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). Tahir Əkbər müxtəlif janrlarda, xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. Onun "Simfonik rənglər" və ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri Azərbaycan professional musiqisində yeni janr hesab olunur. Bəstəkar onlarla mahnının, o cümlədən, "Dərdin alım", "Heç küsməyin yeridirmi?", "Azərbaycan", "Əzizim", "Heyfim gəldi", "Qalardım", "Bir qız bir oğlanındır" və "Xəzəllərin rəqsi" mahnılarının müəllifidir. == Həyatı == Tahir İsmayıl oğlu Əkbərov 1946-cı il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur. O, 1960–1965-ci illərdə Dzerjinski adına Musiqi Məktəbinin fortepiano şöbəsində, 1965–1969-cu illərdə isə Həmzə Həkimzadə Niyazi adına Daşkənd Musiqi Texnikumunun musiqi nəzəriyyəsi şöbəsində təhsil alıb. Ailəsi ilə Daşkəndə köçən Tahir Əkbər buradakı məclislərin birində bəstəkar-pedaqoq, professor Boris İsaakoviç Zeydmanla görüşüb. Hələ uşaq yaşlarından musiqiyə böyük maraq göstərən Tahir Əkbər bəstəkarın diqqətini cəlb edir və Boris Zeydman gənc bəstəkarın əsərləri ilə tanış olduqdan sonra Tahir İsmayılova onun sinfində oxumağı təklif edir. Beləliklə, Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, Boris Zeydmanın sinfinə daxil olur. O konservatoriyanı 1975-ci ildə bəstəkar-musiqişünas kimi bitirib.
Vəli Əkbər
Əkbərov Vəli İbrahim oğlu — Azəraycanlı telejurnalist. == Həyatı == Vəli Əkbər 1968-ci il mart ayının 28-də Şəki rayonun Aşağı Layısqı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatrşunaslıq fakültəsini bitirib. 1989-cu ildə o ictimai "Xalq Universiteti"nin "İctimai müxbirlər" kursunu bitirib və həmin zamandan dövrü mətbuatda çalışır. 1993-1998-ci illərdə "Press-Fakt" qəzetində məsul katib, məsul redaktor vəzifələrində fəaliyyət göstərib. 1998-2001-ci illərdə "Rezonans" qəzetinə rəhbərlik edib. 2001-ci ildə "Həftə-içi" qəzetini qurub, 2003-2008-ci illərdə "Media Holdinq"-in ("Lider" televiziyasının) İçtimai-Siyasi proqramlar və Xəbərlər departamentinin rəisi işləyib. 2008- 2012 - ci illərdə Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Proqramları Studiyası direktorunun müavini vəzifəsində çalışıb. 2013-cü ildə “Tezxeber.az” İnformasiya Portalını yaradıb və həmin portalın baş redaktorudur. 2014-cü ilin fevralından TTV kanalının direktor müavini və Region TV-nin xəbər direktorudur.
Əkbər Axundov
Əkbər Axundov (Əkbər Cavad oğlu Axundov) — Naxçıvan şəhər Partiya Komitəsinin katibi, Vəli Axundovun əmisi oğlu. == Haqqında == Saray kəndində olan Müsavat Partiyasının katibi, (1920), Azərbaycan KBP Bakı Komitəsində təlimatçı vəzifəsində çalış­mış, sonra isə Naxçıvan şəhər Partiya Komitəsinin katibi olmuş­dur 3 iyun 1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir.
Əkbər Ağayev
Əkbər Ağayev (hərbçi) (1919—1944) — Buhenvald həbs düşərgəsində yaradılan antifaşist təşkilatın rəhbərlərindən biri. Əkbər Ağayev (kimyaçı) (d. 1954) — kimya elmləri doktoru. Əkbər Ağayev (tənqidçi) (1915—1989) — Tənqidçi, Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor.
Əkbər Babayev
Əkbər Babayev (tam adı: Əkbər Ağarza oğlu Babayev; 1924, Gəncə – 12 sentyabr 1979 və ya 1979, Moskva) — Nazim Hikmət irsinin araşdırmaçısı və türkoloq-alim. == Həyatı == Əkbər Ağarza oğlu Babayev 1924-cü ilin iyul ayının 10-da Gəncənin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Əkbər Ağarza oğlu Babayev ağır xəstəlikdən sonra 1979-cü il sentyabrın 12-də Moskva şəhərində vəfat etmişdir. == Ailəsi == Atası Ağarza Babayev məktəbdə müəllim kimi çalışmışdır. Atası Ağarza Axund Molla Ələkbər oğlu 1947-ci ildə Stalin hökumətinin qəzəbinə tuş gələrək “pantürkist” olmaqda ittiham edilərək 25 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını Bakıda “6-cı kalon” deyilən cəzaçəkmə məntəqəsində çəkib. Ağarza Babayev yalnız 1953-cü ildə Stalinin vəfatından sonra bəraət ala bilib. Ailədə 4 uşaq olmuşdurlar. == Təhsili == Əkbər Babayev 5 yaşında oxuyub-yaza bilmişdir. Təhsilə marağının olmasında evlərində tez-tez qonaq olan Əhməd Cavadın, Səməd Vurğunun xüsusi rolu olmuşdur.
Əkbər Bayramov
Əkbər Bayramov (tam adı: Bayramov Əkbər Salman oğlu; 30 dekabr 1930, Ağdam – 8 iyul 2017) — Azərbaycan alimi, psixologiya elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi, professor. == Həyatı == 30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olmuşdur. O, Əlimədətli kənd 7-illik məktəbini (1945), Ağdam Pedaqoji Texnikumunu (1945–1949) və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini (1949–1954) əla qiymətlərlə bitirmiş, Universitetin Böyük Elmi Şurasının qərarı ilə psixologiya ixtisası üzrə aspiranturaya tövsiyə edilmiş və Azərbaycan Pedaqoji İnstitutunda psixologiya ixtisası üzrə aspiranturada təhsil almışdır (1954–1957). Ə.S. Bayramov APİ-də aspirantura şöbəsinin müdiri (1957–1958), elmi işlər üzrə prorektorun köməkçisi işləmişdir (1958–1960). 1959-cu ildə "Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III–IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri" mövzusunda namizədlik və 1969-cu ildə "Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960–1970-ci illərdə APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir. 1965–1969-cu illərdə əvəzçilik üzrə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmiş və həmin illərdə İstitutun psixologiya laboratoriyasının digər əməkdaşları ilə birlikdə təlimdə şagirdlərin fəallaşdırılması və onlarda idrak proseslərinin inkişaf etdirilməsinin psixoloji problemləri ilə bağlı tədqiqat işləri aparmışdır. Ə.S.Bayramov eyni zamanda Yerevan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə kömək məqsədilə əvəzçilik üzrə (1965–1983) orada işləmişdir. 1970–1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971–1992-ci illərdə Azərbaycan Dövlət Universitetinində pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra Bakı Dövlət Universitetində psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləmişdir. 1960–2004-cü ilə kimi keçmiş sovetlər ölkəsi məkanında, xarici ölkələrdə, xüsusən də respublikada keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda, eləcə də beynəlxalq elmi konqreslərdə fəal iştirak etmiş, psixologiya elminin aktual problemlərinə dair maraqlı elmi məruzələrlə çıxış etmişdir.
Əkbər Behkəlam
Əkbər Behkəlam (alm. Akbar Behkalam‎; 1944[…], Təbriz) — Almaniya azərbaycanlılarından olan rəssam və heykəltaraş. 1944-cü ildə Təbrizdə dünyaya gəlib. 1961-ci ildən 1964-cü ilə qədər Təbriz incəsənət məktəbində təhsil alıb. Sonra İstanbula köçüb və Memar Sinan Gözəl Sənətlər Universitetində təhsilin davam etdirib. 1976-cı ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır.
Əkbər Fərzəliyev
Əkbər Fərzəlidin oğlu Fərzəliyev (1 oktyabr 1932, Qusar, Hil rayonu – 15 may 1999) — Azərbaycan kino aktyoru, hüquqşünas. == Həyatı == Əkbər Fərzəli oğlu Fərzəliyev 1 oktyabr 1932-ci ildə Qusarın Köhnə Xudat kəndində anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub. Buradakı təhsilini III kursdan sonra dayandırmalı olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini qurtarıb ömrünün sonuna kimi vəkil işləyib. Azərbaycan Dövlət Dram Teatrında kütləvi səhnələrdə çıxış edib. Əkbər Fərzəliyev 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib və həmin ilin mayından teatrın rejissoru, 1965-ci ildən 1970-ci ilədək Qusar rayon Mədəniyyət evinin direktoru işləyib. 1966-cı ildə Əkbər Fərzəliyevin rəhbərliyi altında Qusar rayon Mədəniyyət Evinin nəzdində "Ləzgi mahnı və rəqs ansamblı" təşkil olunub. 1967-ci ildə yenə də Ə. Fərzəliyevin rəhbərliyi ilə Xalq teatrının səhnəyə qoyduğu "Qisas" tamaşası Bakıda özfəaliyyət incəsənət festivalının laureatı olub. Əkbər Fərzəliyev rejissor kimi 1969-cu ildə "30 qəpiklik cərimə", "Müqtədir", 1971-ci ildə "Dağlar şahiddir" tamaşalarına quruluş verib.
Əkbər Hüseynli
Əkbər Hüseynov
Əkbər Muradov
Əkbər Muradov (d. 30 iyun 1968, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan paraolimpiyalı idmançısı. == Fəaliyyəti == İdman fəaliyyətinə 2004-cü ildə Bakıda başlamışdır. O, kişilərin 10 metr məsafəyə güllə atıcılığında dünya sıralamasında 5-ci olmuşdur. Əkbər Muradov 2007 və 2013 Avropa Çempionatının bürünc mükafatçısı və Dünya Kubokunun qalibidir. Azərbaycanı 2012 Yay Paralimpiya Oyunlarında təmsil etmişdir. Əkbər Muradov Dağlıq Qarabağ müharibəsi zamanı ağır xəsarət alaraq əlil olmuşdur.
Əkbər Mustafayev
Əkbər Məftun
Əkbər Məftun (ilk adı:Əkbər Qurban oğlu Əkbərov; 15 aprel 1912 – 14 sentyabr 1990) — şair, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1943), filologiya elmləri namizədi (1968), dosent (1975), Naxçıvan Əməkdar müəllimi, müharibə və əmək veteranı (1981). == Həyatı == Əkbər Qurban oğlu Əkbərov (Əkbər Məftun) 1912-ci il aprel ayının 15-də Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. O, 1921-1926-cı illərdə Naxçıvan şəhərində beş sinifli ibtidai məktəbdə təhsil almış, sonra 1926-1930-cu illərdə pedaqoji texnikumu bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əkbər Məftun 1930-1934-cü illərdə Nehrəm, Dırnıs, Əndəmic kəndlərində müəllim işləmişdir. 1934-1938-ci illərdə o, Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Bu illərdə Ə.Məftun eyni zamanda "Pioner" jurnalı redaksiyasında Bədii şöbə müdiri, "Azərbaycan pioneri" qəzeti və "Müəllimə kömək" jurnalı redaksiyasında ədəbi işçi, 1935-1941-ci illərdə Bakının 3 (6) nömrəli məktəbində müəllim işləmişdir. O, İkinci Dünya müharibəsinin ilk günlərindən sovet ordusu tərkibində Kerç uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, 1941-1942-ci illərdə Hərbi xəstəxanada müalicədən sonra tərxis olunmuşdur. Əkbər Məftun sonralar Ordubad şəhər yeddiillik məktəbində müdir, orta məktəbdə müəllim, eyni zamanda "Ordubad işçisi" (indiki "Yeni Ordubad") qəzeti redaksiyasında məsul katib, redaktor, radio verilişləri qovşağında diktor, məsul katib, 1943-1954-cü illərdə M.S.Ordubadi adına şəhər Dövlət Dram Teatrında müvəqqəti müdir kimi çalışmışdır. Ordubad şəhər orta məktəbində ilk partiya təşkilatının katibi olmuş, 1953-cü ildə Ordubad rayon xalq Sovetinə deputat seçilmişdir. 1954-1959-cu illərdə o, S.Vurğun adına Ordubad orta məktəbində müdir işləmişdir.
Əkbər Məhəmmədov
Əkbər Məsimov
Əkbər Nəcəf
Əkbər Nəcəf (1975, Neftçala rayonu) — tarixçi, tədqiqatçı, tərcüməçi. == Həyatı == Əkbər Nəcəf 1975-ci ildə Neftçala rayonunda anadan olub. 1992-ci ildə Neftçala rayonu Astanlı kənd orta məktəbini bitirdikdən sonra Ankara Universitetində Türk Dili fakültəsinə daxil olub. 1993-cü ildə buranı bitirdikdən sonra 2009-cu ilə qədər Türkiyənin Mərmərə Universiteti Fən-Ədəbiyyat fakultəsi Tarix bölümündə "Ümumi Türk Tarixi" mövzusunda tədqiqatlarla məşğul olub. Hazırda Azərbaycan Milli Araşdırmalar Assosasiyası (AMAA) tarix araşdırmalarına rəhbərlik edir. == Əsərləri == Xəzər ötəsi türkmənləri (türk dilində). İstanbul 2004, Kaknüs nəşriyyatı; Qaraxanlılar (türk dilində). İstanbul 2005, Selenge nəşriyyatı; Şah İsmail Xətai Külliyatı (türk dilində). İstanbul 2006, Kaknüs nəşriyyatı (Babek Cavanşirlə birlikdə); Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından XIV əsrə qədər). Bakı 2010 (Azərbaycan dilində); İnanc yaddaşı (Köklər və tarixlər), Bakı, Qanun-İzmedia, 2013.
Əkbər Nəimi
Əkbər Nəimi — İran İslam Respublikasında fəaliyyət göstərən azərbaycanlı milli-mədəni fəal. Azərbaycan türkcəsi uğrundakı mübarizəsinə görə uzunmüddətli həbs edilmişdir. == Həyatı və fəaliyyəti == Əkbər Nəimi Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində anadan olub və mexanika mühəndisliyi fakültəsində təhsilini başa vurmuşdur. 2012-ci ildən bəri milli hava yolları şirkətinin təmir bölməsində çalışır. Lakin 2017-ci ilin yanvarında həbs edilyi gündən bəri işə qayıda bilməmişdir. O, "Evrin" və "Yarpaq" kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan" dərnəyinin qurucularından biri olub.. Azərbaycan ،Türkcəsi dilində təhsili sahəsində fəaliyyət göstərən bu qeyri-hökumət təşkilatlarının hər ikisi də məhkəmə qurumları tərəfindən bağlanmışdır. == Həbsləri == 2014-cü ilin fevral ayının 21-də İranın kəşfiyyat nazirliyinin işçiləri Nəimini həbs etmişdirlər. Həbsin səbəbi onun şəxsi toplantı təşkil edərək UNESCO tərəfindən yaradılmış Beynəlxalq Ana Dili Gününü qeyd etməsi olmuşdur. Bu səbəblə həbs edilən Nəimi milli təhlükəsizliyə qarşı hərəkət etmə, İslam Respublikasına qarşı təbliğat aparmada ittiham edilmişdir.
Əkbər Pənahov
Hafiz Əkbərov
Hafiz Əkbərov — rejissor və rejissor assistenti. == Həyatı == Hafiz Əkbərov 1 noyabr 1941-ci ildə Azərbaycan Respublikasının Saatlı rayonunun Xanlarkənd kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirib. 1962-ci ildə İncəsənət İnstitutuna daxil olub, 1968-ci ildə həmin Ali məktəbi bitirib. İnstitutda oxuyarkən Badamdar qəsəbəsindəki Mədəniyyət Evində bədii rəhbər vəzifəsində işləyib. 1968-ci ildən 1993-cü ilə qədər C.Cabbarlı adına "AzərbaycanFilm" Kinostudiyasında əvvəlcə rejissor assistenti, sonra isə multiplikasiya filmləri rejissoru vəzifəsində çalışıb. 1972-ci ildə Moskva şəhərindəki "SoyuzMultfilm" kinostudiyasında təkmilləşmə keçib. 1979-1982 illərdə Multiplikasiya Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb. 1989-1991 illərdə AzərbaycanFilm kinostudiyasının nəzdində "Azərbaycan" kooperativi yaradıb və bu illər ərzində bir neçə reklam və sənədli filmlər çəkib. == Filmoqrafiya == Cırtdanın yeni sərgüzəşti (film, 1973) Çaqqal oğlu çaqqal (film, 1972) Cücələrim (film, 1975) Daş (film, 1977) Dınqıl, sazım, dınqıl (film, 1976) Günlərin bir günündə...
Həsən Əkbərov
II Əkbər Şah
II Əkbər Şah (22 aprel 1760, Mukundpur[d] – 28 sentyabr 1837, Qırmızı Qala) — Böyük Moğol İmperiyasının XIX padşahı.
Kərəm Əkbərov
Əkbərov Kərəm Nurəddin oğlu — azərbaycanlı bəstəkar. == Həyatı == Kərəm Əkbərov 1988-ci il iyun ayının 25-də Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 2006-cı ildə Bül-Bül adına orta ixtisas musiqi məktəbini bitirmiş və eyni ildə Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasına, görkəmli bəstəkar Arif Məlikovun sinfinə daxil olmuşdur. 2010-cu ildə bəstəkarlıq sinfini "Azərbaycan" simfonik poema fantaziya əsəri ilə bitirmişdir. Bəstəkar təhsilini 2014-cü ildə magistr kimi tamamlamışdır. Və eyni zamanda Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. Bəstəkarın əsərləri Azərbaycanda və xarici ölkələrdə dəfələrlə ifa olunmuşdur. Azərbaycanın xalq artistləri professor Rauf Abdullayev, Teymur Göyçayev onun əsərlərini ifa etmişlər. 2011-ci ildə Kanadanın Niaqara şəhərində Azərbaycan mədəniyyəti günlərində bəstəkarın "Kamera orkestri üçün suita"sı müvəffəqiyyətlə ifa olunmuşdur. Bəstəkar 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatına" layiq görülmüşdür.
Maarif Əkbərov
Əkbərov Maarif Süleyman oğlu — riyaziyyatçı, filosof, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə Azərbaycanda ilk mütəxəssis-alim, fəlsəfə elmləri doktoru, fizika-riyaziyyat elmləri doktoru.[mənbə göstərin] == Həyatı == Maarif Süleyman oğlu Əkbərov 1930-cu ildə Qərbi Azərbaycanda (Ermənistanın) Vedi rayonunun Goravan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Böyük Vedi orta məktəbini gümüş medalla bitirmişdir. Maarif Əkbərov hələ ali məktəbə daxil olmamışdan əvvəl Vedi rayonunun Taytan kəndinin 7-illik məktəbində riyaziyyat müəllimi, kitabxana müdiri vəzifələrində çalışmışdır. O, Azərbaycanda Ucar rayonunun Qaradağlı kəndində ibtidai məktəb müəllimi işləmişdir. M.Əkbərov Böyük Vətən Müharibəsi illərində və məktəblərdə tətil müddətində şagird-əmək briqadası xətti ilə kolxozda işləyərək, yüksək əmək nümunəsi göstərərək "1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində Fədakar Əməyə görə" medalı ilə təltif edilmişdir. Maarif Əkbərov 1953-cü ildə Gəncə Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin universitetin Cəbr-həndəsə kafedrasında müəllim saxlanılmışdır. Alim 1953-1959-cu illərdə orada ali cəbr və elementar cəbr fənlərindən dərs demiş, "Elementar riyaziyyat" kafedrasının müdiri işləmişdir. Maarif Əkbərov 12 avqust 2006-cı ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Maarif Əkbərov 1959-cu ildə ümumi əsaslar üzrə müsabiqə yolu ilə "Riyaziyyat elminin fəlsəfi problemləri" ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olub, 1962-ci ildə oranı bitirib "Riyaziyyatda həqiqət problemi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alim təyinatla Azərbaycana qayıtmış və riyaziyyatın fəlsəfəsi ixtisası üzrə respublikada ilk və yeganə mütəxəssis kimi Bakı Dövlət Universitetinə işləməyə dəvət edilmiş, 1963-cü ildən Mexanika-riyaziyyat fakültəsində fəaliyyətə başlamışdır.
Mikayıl Əkbərov
Ələkbərov Mikayıl Məhəmməd oğlu (1924, Saray, Bakı qəzası – 13 oktyabr 1943, Verxnedneprovsk rayonu[d], Dnepropetrovsk vilayəti) — Sovet İttifaqı Qəhrəmanı == Həyatı == Bakının indiki Abşeron rayonunun Saray kəndində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə könüllü getmişdir. Hərbi əməliyyatlarda 1943-cü ilin aprelində 81-ci atıcı diviziyası (7-ci ordu) tərkibində kəşfiyyatçı kimi iştirak etmiş və həmin ilin sentyabrın sonunda Dneprin keçilməsində şəxsi igidliyi ilə fərqlənmişdir. Belə ki, kəşfiyyatçı Mikayıl çayı tez keçərək düşmən sahilindən onun müdafiə qüvvəsi haqqında məlumatı öz hissəsinə verməklə hücüm əməliyyatının qələbəsini təmin etmişdir. Ukraynanın Dnepropetrovsk vilayətinin azad edilməsi uğrunda aparılan döyüşlərdə düşmənin 14 hücumunun dəf edilməsində iştirak edərək, ağır yaralanmış və iki həftə sonra aldığı ağır yaralardan həlak olmuşdur. Dnepropetrovskda Rudka kəndində dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı adı ölümdən 12 gün sonra 1943-cü ilin 26 oktayabrında verilmişdir. Saraydakı və Rudkadakı məktəblərə onun adı verilmişdir. == İstinadlar == == Mənbə == Герои Советского Союза - сыны Азербайджана, Баку,1965 Герои Советского Союза. Краткий биографический словарь. Т.1.
Minayə Əkbərova
Minayə Əkbərova (19 iyul 2001, Ağcabədi) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Minayə Tapdıq qızı Əkbərova 2001-ci il iyulun 19-da Ağcabədi şəhərində anadan olub. == Karyerası == === 2014–2015-ci illər: Yeniyetmələrin Dünya Çempionatında gümüş medal === Minayə Əkbərova beynəlxalq səviyyə birinci uğuruna 2014-cü ildə Lommel şəhərində baş tutan yeniyetmələr arasında "Belgian Open" beynəlxalq turnirində imza atdı. Turnirin yarım-final mərhələsidə Çexiya nümayəndəsi Sara Xattibovanı 8:4, final görüşündə isə Xorvatiya təmsilçisi Lara Peteni 5:4 hesabı ilə məğlub edən Minayə Əkbərova, "Belgian Open" beynəlxalq turnirinin qalibi oldu. Daha sonra o, Avstriyada baş tutan "Austrian Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsidə İtaliya nümayəndəsi Sofiya Zampettiyə 11:10 hesabı ilə qalib gələn Minayə Əkbərova, final görüşündə Çexiya təmsilçisi Sara Xattibovaya 0:4 hesabı ilə məğlub oldu və "Austrian Open" beynəlxalq turnirinin gümüş medalına oldu. 2014-cü ilin əsas turniri iyulda Azərbaycanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatı oldu. Turnirin 1/8 final mərhələsində ABŞ nümayəndəsi Ashleigh Rose Oganı 4:2, 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Şayanne Sarsozanı 5:2, 1/2 final mərhələsində isə Rusiya nümayəndəsi Yelizaveta Rojinanı 5:2 hesabları ilə məğlub edən Minayə Əkbərova turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, İran təmsilçisi Mahla Momenzadəyə 1:6 hesabı ilə məğlub oldu və yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. Minayə Əkbərova 2014-cü ilin noyabrda Antalya şəhərində baş tutan yeniyetmələr arasında Klublararası Avropa Çempionatında çıxış elədi.
Mübariz Əkbərov
Mübariz Əkbərov — Azərbaycan Respublikasının Əməkdar Rəssamı. == Həyatı == Əkbərov Mübariz Səməd oğlu 1955-ci il aprel ayının 2-də Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Gəncə şəhəri Rəssamlıq Məktəbini, 1975-ci ildə isə Gəncə şəhər pedaqoji texnikumunun rəssamlıq fakültəsini bitirmişdir. 1980-ci ildə M.Əliyev adına İncəsənət İnstitutunun Rəssamlıq fakultəsinə daxil olmuş, 1985-ci ildə bitirmişdir. Mübariz Əkbərov 30 ildən çoxdur ki filiqran işləmələri ilə məşğuldur və o, Danimarka, İngiltərə, Almaniya, Fransa, Türkiyə və Rusiyada təşkil olunmuş bir sıra beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. O, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, yaratmış olduğu əsərlər bir sıra müzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Ailəlidir, 2 övladı, 2 nəvəsi var. == Sərgiləri == 1995-ci ildə Bakı şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2001-ci ildə Gəncə şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2003-cü ildə Bakı şəhərində "Sənət İnciləri" adlı fərdi sərgisi təşkil olunmuşdur 2004-cü ildə Gəncə şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2005-ci ildə Bakı şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2006-cı ildə Gəncə şəhərinin 2500 illiyinə həsr olunmuş fərdi sərgisi təşkil olunmuşdur 2007-cü ildə Şəki şəhərində "Sənət İnciləri" adlı fərdi sərgisi təşkil olunmuşdur 13-21 fevral 2010-cu il tarixində Londonda Viktoriya Və Albert müzeyində keçirilən Azərbaycan Mədəniyyəti günləri çərçivəsində 22 əl işindən ibarət sərgisi təşkil olunmuşdur 2011-ci ildə Fransanın Dijon şəhərində əl işlərinin fotosərgisi təşkil olunmuşdur 2-12 iyun 2016-cı il tarixində Bakı şəhəri, Azərbaycan Xalça Müzeyində 1-ci Beynəlxalq Türk Dünyasının Ortaq Dili-Naxışlar simpoziumu çərçivəsində Metalda Həkk Edilmiş Gözəllik adlı fərdi sərgisi təşkil olunmuşdur 28 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Gəncəli sənətkarın gözəllik dünyası” sərgisinin açılışı olub.
Məhəmmədabad-i Əli Əkbərxan (Bicar)
Məhəmmədabad-i Əli Əkbərxan (fars. محمد آباد علي اكبر خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 62 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.
Mətləb Əkbərov
Nazim Əkbərov
Əkbərov Nazim Fərrux oğlu — ssenarist. == Həyatı == Nazim Əkbərov 1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1972-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki Xarici Dillər Universiteti) ingilis-Azərbaycan dilləri fakültəsini ingilis və Azərbaycan dilləri müəllimi ixtisası üzrə bitirmişdir. 1972–1979-cu illərdə Babək rayonunun Təzəkənd, Qoşadizə, Nehrəm, Yarımca, Sovetabad kənd məktəblərində müəllim, Babək rayon qiyabi orta məktəbində, sonra Babək rayon xalq təhsili şöbəsində metodist vəzifələrində işləmişdir. 1979–1991-ci illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyəti aparatında əvvəlcə məsləhətçi, sonra işlər müdiri, daha sonra təşkilat-təlimat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1991-ci ilin iyun ayından 1994-cü ilin oktyabr ayınadək Naxçıvan MR təhsil naziri vəzifəsində işləyib. Bu vəzifədə bir sıra yeni tipli məktəblər – Naxçıvan şəhərində "Xanım qızlar pansionu" adlı qız məktəbi, Hərbi-İdman Təmayüllü Lisey, Naxçıvan Türk Liseyi, Ordubad Türk Qız Liseyi, Şərur Türk Liseyi, İlahiyyat təmayüllü "Hilal" liseyi, Babək rayonunda biologiya-kənd təsərrüfatı təmayüllü təsərrüfat hesablı liseylər açıb. 1994-cü ildən Çağ Öyrətim İşlətmələri şirkətində baş pedaqoji müşavir vəzifəsində, təhsil sahəsində həyata keçirilən kurikulum islahatında mənəviyyat üzrə milli məsləhətçi kimi də fəaliyyət göstərir. Mənəviyyata, əxlaq məsələlərinə dair 8 kitabda onun hekayələri, esseləri, məqalələri, irpərdəli pyesləri toplanmışdır. Mənəviyyat, əxlaq və davranış qaydalarına dair beş dərs vəsaitinin müəllifidir.
Nazir Əkbərabadi
Nazir Əkbərabadi (30 yanvar 1735, Dehli – 16 avqust 1830, Aqra) — Hindistan şairi. == Həyatı == Nazir Əkbərabadi Mir, Sauda və digərlərinin müasiri olan bir şairdir.
Nizami Əkbərov
Əkbərov Nizami Əlisahib oğlu (15 avqust 1960, Kürəkçi, Yardımlı rayonu, Azərbaycan SSR) — kimya üzrə fəlsəfə doktoru, Dosent, ADPU-nun Kimya fakültəsinin, "Analitik və üzvi kimya" kafedrasının müəllimi. == Həyatı == Əkbərov Nizami Əlisahib oğlu 15 avqust 1960-cı ildə Yardımlı rayonunun Kürəkçi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Kürəkçi kəndindəki orta məktəbin birinci sinfinə daxil olub, 1977-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Məktəbdə oxuyanda riyaziyyat fənninə böyük maraq gəstərib. O dövrdəki "Pioner" qəzetində çıxan "Gənc riyaziyyatçılar klubu"nun dəfələrlə qalibi olub. Orta məktəbin son siniflərində oxuyanda kimya fənninə marağı daha çox artıb, 1975-ci ildə VIII sinifdə oxuyarkən "Azərbaycan gəncləri" qəzetinin keçirdiyi üç turdan ibarət qiyabi kimya olimpiadasının hər üç turunda qalib olmuş, fəxri fərman, diplom və mükafatla təltif olunmuşdur. IX sinifdə o, Qazax şəhərində keçirilən XV Respublika kimya olimpiadasında II, X sinifdə isə Bakı şəhərində keçirilən XVI Respublika kimya olimpiadasında I yeri tutmuşdur. Nizami Əkbərov 1977-ci ildə iki imtahandan 10 ball toplamaqla eksperiment yolu ilə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1982-ci ildə universiteti əla qiymətlərlə bitirib. Hələ universitetdə oxuyarkən elmi işlərlə məşğul olmağa başlayıb.
Orxan Əkbərov
Orxan Nadir oğlu Əkbərov (12 dekabr 1982, Saatlı – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Orxan Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989–1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997–1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əkbərov oktyabrın 2-da Füzulinin azad edilməsi zamanı şəhid olub. 6 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qalib Əkbərov
Qəzənfər Əkbərov
Əkbərov Qəzənfər Qulam oğlu (4 aprel 1917, Cəhri – 3 avqust 1944, Mazovets voyevodluğu) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir. 1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Rahil Əkbərov
Rasim Əkbərov
Rasim Ağa oğlu Əkbərov (1957, Qasım İsmayılov) — Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri, keçmiş siyasi məhbus, sabiq Azərbaycanın Milli Qəhrəmanı (1992–2001). == Həyatı == Rasim Əkbərov 1957-ci ildə anadan olmuşdur. 1990-cı ildə könüllü əsgər kimi döyüşə yollanıb və 157 saylı briqadanın komandiri vəzifəsinə qədər yüksəlib. === Ailəsi === Rasim Əkbərov 1993–2000-ci illərdə Goranboy rayonu İcra hakimiyyətinin başçısı olan "Ağa dayı" kimi tanınan Ağa Tahir oğlu Əkbərovun oğludur. Ağa Əkbərov Bakı Dövlət Universitetinin professoru olmuş Səfiyar Musayevin qudası idi. == Keçmiş Milli Qəhrəman == Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdikləri şəxsi igidlik və şücaətə görə Rasim Əkbərova Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 1994-cü il tarixli 83 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğlu "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Rasim Əkbərov 2000-ci il fevralın 8-də dövlət çevrilişinə cəhd maddəsi ilə təqsirli bilinərək, 15 illik həbs cəzası alıb. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə Rasim Ağa oğlu Əkbərov "Azərbaycanın Milli Qəhrəmanı" adından və "Azərbaycan Bayrağı" ordenindən məhrum edilmişdir. Rasim Əkbərov Prezident İlham Əliyevin 26 avqust 2008-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.
Rufan Əkbərli
Rövşən Əkbərov
Əkbərov Rövşən Telman oğlu (4 iyun 1965, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant. == Həyatı == Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. 1972-ci ildə 42 nömrəli orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C. Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur. 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. 1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilir. 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. 1993–1995-ci illərdə hərbi hissədə bölük komandiri olmuşdur.
Rüstəm Əkbərov

Digər lüğətlərdə