1. sif. Anadan cüt olan, cüt doğulan. Əkiz uşaqlar. Əkiz (z.) doğmaq.
– Çobanlar bəzən qucaqlarındakı əkiz quzunu soyuqdan qorumaq üçün ərklə Səfər kişinin mənzilinə girirlər.
2. is. Əkiz doğulmuş uşaqlardan hər biri. Əkizlərin biri oğlan, digəri qızdır.
// məc. zərf Bərabər, eyni zamanda.
Əkiz yaranmışdır insan ilə qəm.
…Fəqət əkiz yaranmışdır xəyal, həqiqət.
Bizlə əkiz doğulmuşdur; Namus, vicdan, şərəf, hünər.