ƏKMƏK₁

f.
1. Sürülmüş yerə toxum atmaq, toxum səpmək. Nə əkərsən, onu biçərsən. ( Ata. sözü ).
[Əyyar:] Onlar səndən də güclüdür; Əkin əkir, naxır güdür… A.Şaiq.
[Haşım] əkirdi, biçirdi və hər bir ağır zəhmətlərə qatlaşırdı. B.Talıblı.

2. Quyu şəklində qazılmış yerə ağac, kol və s. basdırmaq. Ağac əkmək.
– Bir gün əkdim miyanə; Gül sünbülə dayana; Oxu, bülbülüm, oxu; Bəlkə yarım oyana. (Bayatı).
Bu gün əkdiyimiz bu qatar-qatar; Ağaclar bir zaman orman olacaq. S.Vurğun.
Şair ilə Afaq … ləklərə çiçək, yonca toxumu səpib çəpər boyu cavan ağaclar əkdilər. Ə.Məmmədxanlı.

3. məc. Başlanğıcını qoymaq, binasını qoymaq.
İllər keçib, zəmanələr dolanıb, o şəxslərin əkdikləri toxumlar bar verib. Ə.Haqverdiyev.

4. məc. dan. Döl qoymaq, törətmək. Goruna od qalansın, ay bu sarsaq kişini əkən dədə! “M.N.lətif.”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏKMƏK səpmək
  • ƏKMƏK qovmaq
  • ƏKMƏK törətmək
  • ƏKMƏK basdırmaq
  • ƏKMƏK I 1. ƏKMƏK Arada söz gəzirdi ki, bizim küçəmizdəki çinarları kökündən qopanb, yerində söyüd ağacları əkəcəklər (M

Omonimlər

  • ƏKMƏK ƏKMƏK I f. Basdırmaq. Quba bağlarında şitillər alıb; Alma da, armud da, ərik də əkdi (S.Vurğun). ƏKMƏK II f

Antonimlər (əks mənalı sözlər)

  • ƏKMƏK ƏKMƏK – BİÇMƏK Gecə, gündüz əkir, biçir yoxsul; Yenə görməz evində bir məhsul (A.Şaiq). ƏKMƏK – ÇIXMAQ Arpa əkdim, darı çıxdı (Ata

Etimologiya

  • ƏKMƏK Ək (ik) sözü “əlavə etmək” deməkdir. Əkmək əlavə məhsul götürməklə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏKMƏK₃
ƏKMƏK₂

Digər lüğətlərdə