ƏLABBAS

Əl artikldır, sözə heç bir məna əlavə etmir. Söz elə Abbas (mənası: qaş­qa­baqlı) kimi başa düşülməlidir. Alxas da həmin qəlib üzrə əmələ gəlib: xas “əsil” (xasiyyət...) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏL
ƏLAQƏ
OBASTAN VİKİ
Əlabbas Bağırov
Əlabbas Məmmədhüseyn oğlu Bağırov (5 may 1957, Nursu, Şahbuz rayonu)— yazıçı, publisist, esseist. 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2016-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Əlabbas Bağırov 1957-ci il mayın 5-də Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nurs kəndində anadan olub. Nurs kənd orta məktəbini bitirmişdir. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.1978-ci ildə əmək fəaliyyətinə Şahbuz rayonunun Mahmudava kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi başlamışdır. 1982-ci ildən sonra isə Bakı şəhər Tramvay-Trolleybus İdarəsinin yataqxanasında tərbiyəçi müəllim, Azərbaycan Dövlət Universitetinin nəşriyyatında korrektor (1985), redaktor, dövri nəşrlər redaksiyasının müdiri (1986–1994), Evraziya Mətbuat Fondunda koordinator (1995), Respublika Uşaq Təşkilatının orqanı "Arzu" qəzetində baş redaktor (1996) işləmişdir. Bakı şəhər metropolitenində mətbuat xidmətinin rəhbəri (1997–1998), on doqquz il(1999–2018-ci illərdə) Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentində dövlət qulluqçusu kimi istehlakçıların və sahibkarların məlumatlandırılması bölməsinin müdiri və mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. 2018-ci ildən Azərbaycan Dövlət Metrologiya İnstitutunun mətbuat xidmətinin rəhbəridir. === Ailəsi === Ailəlidir, üç övladı var. == Yaradıcılığı == === Bədii yaradıcılığı === Ədəbi yaradıcılığa 1979-cu ildə povestlə ("Köhnə kişi") başlasa da, ilk mətbu əsəri 1981-ci ildə "Ulduz" jurnalında işıq üzü görən "Kişilik" hekayəsi olmuşdur.
Əlabbas Qədirov
Əliabbas Gülabbas oğlu Qədirov (13 fevral 1946, Bakı – 8 mart 2006, Bakı) — Azərbaycanlı aktyor, Azərbaycan SSR xalq artisti (1989). == Həyatı == Yaradıcılıq imkanları romantik və realist aktyor məktəblərinin estetik göstəricilərinə, psixoloji mahiyyətinə, fəlsəfı dərinliyinə uyğundur. Daxilən hərarətli və ehtiraslı temperamentə, dinamik plastikaya malik aktyor idi. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Onun aktyor təbiətində ilk baxışda "gizli" görünən, ancaq duzlu və cazibəli yumor idi. O, bu yumordan həssaslıqla, yığcam "xəsisliklə", lakin bədii məziyyətləri cazibəli, könüloxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla istifadə edərdi. Əliabbas Qədirov oynadığı obrazlara ilk növbədə elmi-nəzəri əsaslarla yanaşır, xarakterin əsərdə kəsb etdiyi psixoloji-fəlsəfi qənaətlərin mahiyyətini müəyyənləşdirərdi. Səhnədə diqqətcil və həssas olardı, mürəkkəb mizanlar toplusunda oynamağı xoşlayan aktyor idi. Azərbaycanın məşhur qiraət ustalarından biridir, onun ifasında Füzuli, Vaqif, Nəsimi, Sabir… kimi dahilərin poetik nümunələri lentə alınıb. Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub.
Əlabbas İsgəndərov
Əlabbas Qara oğlu İsgəndərov (20 noyabr 1958, Kürdlər, Ağdam rayonu – 4 mart 1992, Qazançı, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 20 noyabr 1958-ci il Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. O, cavanlığında Kolanı obasında ad-san çıxarmış, əyilməzliyi ilə hamının hörmətini qazanmışdır. 18 yaşı tamam olduqda ordu sıralarına çağırılır, tərxis edildikdən sonra isə öz doğma obasına dönərək təsərrüfatla məşğul olur. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas oldu. == Döyüşlərdə iştirakı == 1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz mühasirdən çıxa bilmirdi erməni yaraqlıları onları hər tərəfdən atəşə tuturdular, məhz Əlabbasın qəhrəmanlığı ilə onlar gizli yollarla hərbi hissəyə dönə bildilər. 4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə o qəhrəmancasına həlak oldu. == Ailəsi == Evli idi, üç övladı yadigar qalıb. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.Ağdamın Şəhidlər xiyabanında dəfn edilmişdir. == Ədəbiyyat == Vüqar Əsgərov.

Значение слова в других словарях

анато́мия дико́винно недо́лгий неистреби́мый парфюме́р поцара́пать тиски́ умилённость ла́вка набало́ванный послело́г произвести́ раструси́ться терпели́вость ука́зываться cornet à pistons critical philosophy Greekishly Isabel uneasily wolfish моложавый музыковедение размякать форшмак