ƏLAMƏT

is. [ ər. ]
1. Bir şeyin bilinməsinə, müəyyən edilməsinə vasitə olan nişanə; işarə. Xəstəliyin əlamətləri. Baharın əlamətləri.
– Bütün günü Fəxrəddinin xəfiyyələri saray ətrafında gəzib müəyyən əlamətləri daşıyan qadının intizarını çəkirdilər. M.S.Ordubadi.
[Oğlan] bütün zahiri əlamətlərinə: gözlərinin rəngi, üzünün cizgilərinə görə rus idi. M.Rzaquluzadə.

2. İz, əsər, qalıq. Qədim zamanda Azərbaycanda şüşəçilik sənətinin tərəqqi etdiyini göstərən bir çox tarixi əlamətlər var.
– Qırx gün, qırx gecə Usta Ağabala yol getdi, ətrafda bir işıq əlaməti görmədi, axırda təngə gəlib bir daşın ətəyində uzandı. Çəmənzəminli.
İlk baxışda bu şəhərdə həyat əlaməti görünmürdü. M.Hüseyn.
Ərdəbildə baş vermiş hadisələr üçün Firidunun və ya başqa bir adamın tutulduğunu bildirən heç bir əlamət yox idi. M.İbrahimov.

3. məc. Rəmz, ifadə, işarə.
Katib Kosanın sifətində bədbəxtliyi xəbər verən bir əlamət olduğunu mülahizə edərək qorxuya düşdü və yerindən ayağa qalxdı. S.Rəhimov.
[Qədir] özünün adamlardan seçilməsini böyüklük əlaməti sayırdı. Mir Cəlal.
[Oğlan] yəqin mənim üzümdə heyrət əlaməti görüb əlavə etdi. M.Rzaquluzadə.

4. məc. dan. Görünməmiş, fövqəladə, tayıbərabəri olmayan şey haqqında.
Hər aşiqin bir yarı var; Əlamətdi mənim yarım. Q.Zakir.
Qaşların əlamət, gözün afatdı; Alışdırdı canım, odlara çatdı. Aşıq Novrəs.

◊ Əlaməti-fariqə köhn. – bir şeyi başqalarından fərqləndirən əlamət.

Синонимы

  • ƏLAMƏT 1. ƏLAMƏT, ƏSƏR, İZ, QALIQ 2. əlamət bax nişanə
  • ƏLAMƏT nişanə — işarə — rəmz
  • ƏLAMƏT iz — əsər — qalıq
  • ƏLAMƏT ifadə
ƏLAMAN
ƏLAMƏTDAR
OBASTAN VİKİ
Əlamət
Əlamət dəqiq elmlərdə hansısa halın faktlarının təsviri.
Əlamət (film, 2006)
"Məzməzə" — Asif Abramovun rejissoru olduğu 2006-cı ildə çəkilən 10 qısametrajlı bədii süjetdən ibarət olan Azərbaycan uşaq satirik kinojurnalıdır. Bütün süjetlərin bəstəkarı Vüqar Camalzadə, "Atama deyərəm" süjetindən başqa, digər bütün süjetlərin ssenaristi Müşfiq Hətəmov, operatoru isə Samir Həsənovdur. Hər bir süjet 3–8, ümumilikdə isə 38 dəqiqədən ibarətdir. == Filmoqrafiya == === Atama deyərəm === ==== Məzmun ==== Film dərsə qulaq asmayan dəcəl şagirdlərdən bəhs edir. ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Yusif Şəfiyev Bəstəkar: Vüqar Camalzadə Prodüser: Tural Məmmədov ==== Rollarda ==== Aynur Məmmədova — müəllimə Taleh Səmədov — dəcəl ==== Xarici keçidlər ==== Vimeo-da izlə Myvideo.az-da izlə Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine === Çətin yol === ==== Məzmun ==== ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov ==== Rollarda ==== Ruhəngiz Qasımova — nənə Mübariz Tağıyev — baba Murad Dadaşov — ata İranə İlkin — ana Cahid Məmmədov — uşaq ==== Xarici keçidlər ==== YouTubeda izlə === Əlamət === ==== Məzmun ==== Filmdə anasını bulvarda itirən uşağın başına gələn əhvalat əks etdirilir. Kinosüjetdə uşaqlarına biganə yanaşan analar və televiziya kanallarındakı açıq-saçıqlığın uşaqların tərbiyəsini pozması tənqid edilir. ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov ==== Rollarda ==== Könül Mehrəliyeva — ana Rəşid Əbdül Vahid — uşaq Günay İsmayılova — uşaq ==== Xarici keçidlər ==== YouTubeda izlə === Əziz dost === ==== Məzmun ==== Əzəli düşmən olan iki aktyor rol xatirinə bir-birilərinə əziz dost deyirlər. Hətta belə vəziyyətdə belə çəkiliş arası yapışırlar bir-birilərinin yaxasından. Bəzən böyüklərdə də belə olur. ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zümrad Muradov (Zumrad Muradov kimi) Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov ==== Rollarda ==== İntiqam Soltan — rejissor Kərəm Sərxanoğlun — aktyor Kənan Sərxanoğlu (Kənan Quliyev kimi) — aktyor ==== Xarici keçidlər ==== Vimeo-da izlə === Hesab === ==== Məzmun ==== Film marşrut avtobuslarda pulyığan uşaqlardan bəhs edir.
Gölün marfometrik əlamətləri
Gölün marfometrik əlamətləri– göl çalası və su kütləsinin ölçü kəmiyyətləri. Əsas morfometrik elementlərə aiddir: su səthinin sahəsi, su kütləsinin həcmi, maksimal və orta dərinliyi, uzunluğu, orta və maksimal eni, dibin meylliyi və s. morfohidroloji göstəricilərə aiddir: uzunluq əmsalı, həcm əmsalı, nisbi dərinlik, su səthinin açıqlıq əmsalı və s.Gölün marfometrik əlamətləri geoloji inkişaf mərhələsi ilə qismən dəyişir.
Koşi əlaməti
Teorem. Tutaq ki, müsbət hədli ∑ n = 1 ∞ a n {\displaystyle \sum \limits _{n=1}^{\infty }a_{n}} ədədi sırası verilib və aşağıdakı limit var: lim n → ∞ a n n = l . {\displaystyle \lim \limits _{n\rightarrow \infty }{\sqrt[{n}]{a_{n}}}=l.} Onda baxılan sıra l < 1 {\displaystyle l<1} olduqda yığılır, l > 1 {\displaystyle l>1} olduqda isə dağılır. Qeyd edək ki, l = 1 {\displaystyle l=1} olduqda sıra yığıla da bilər, dağıla da bilər. ( , ) m m x y ,( , ) m m m x + h y + hy¢ nöqtələri üçün toxunanın meyl bucağının orta tangensi tapılır. == Xarici keçidlər == Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Əlaməti-Qiyamət (film, 2016)
Əlaməti Qiyamət — rejissoruluğunu Doğa Can Anafartanın etdiyi 2016-cı ilin türk filmi. Filmin baş rollarını Murad Onuk və Mügə Əsməray paylaşır. Filmdə 1999-da Türkiyədə və dünyanın bəzi yerlerində yaşanan qorxu dolu hadisələrin Yeni Dünya Nizamı, Mehdi, İsa, şeytan, dəccal, cin və illüminati kimi mövzulara paralel inkişaf etdiyi düşüncəsini müdafiə edən hekayəsinə yer verilib. Hekayənin mərkəzində isə yalnız yaşayan "Əlif" adlı hamilə bir qadın var.

Значение слова в других словарях

вы́петься заикну́ться и во́т излупцева́ть изму́слиться интроскопи́я полифони́я спецоде́жда сплю́щиваться злора́дный отга́дчица подста́виться разнима́ться це́лость цельнолито́й шалыгать hackie vaivode war-jittery wrest out водяной вплетать завести электроположительный юнга