ƏLİNİYAZ

“Əlinin hədiyyəsi” deməkdir. Niyaz farsca “arzu etmək”dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏLİMƏRDAN
ƏLİSAHİB
OBASTAN VİKİ
Əliniyaz Məmmədov
Əliniyaz Məmmədov (2 may 1955, Masallı rayonu) — tibb elmləri doktoru, professor. == Həyatı == Məmmədov Əliniyaz Əli oğlu 1955-ci il mayın 2-də Azərbaycan Respublikası Masallı rayonunun Tatyanoba kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə Masallı şəhər 3 saylı orta məktəbini bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1975-ci ildə hələ tələbəykən, Bakı şəhər Döş qəfəsi cərrahiyyəsi klinikasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1978–1979-cu illərdə Bakı şəhər təcili və təxirəsalınmaz cərrahiyyə klinik xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keçmişdir.1979–1985-ci illərdə Səhiyyə Nazirliyinin təyinatı ilə Cəlilabad rayon mərkəzi xəstəxanasında əvvəlcə cərrahiyyə şöbəsində həkim-ordinator sonra isə şöbənin müdiri vəzifələrində çalışıb. 1981-ci ildə 6 ay müddətində Xarkov şəhərində cərrahiyyə üzrə ixtisasartırma kursunda olmuşdur. Əliniyaz Əli oğlu Məmmədov 1985–1987-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda cərrahiyyə ixtisası üzrə 2 illik klinik ordinatura keçmişdir. Kliniki ordinaturanı bitirdikdən sonra elə həmin il (1987) N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda aspiranturaya qəbul olunub. 1989-cu ildə Namizədlik dissertasiyasını tez müdafiə etdiyindən (1 il 6 ay ərzində) aspiranturanı vaxtından əvvəl bitirmişdir. 1989-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Elmi şurasının qərarı ilə İnstitutun cərrahi xəstəliklər kafedrasına assistent vəzifəsinə qəbul edilmiş, sonra həmin kafedranın dosenti vəzifəsinə qədər yüksəlmişdir.
Аграфе́на вска́тываться зашнурова́ть мае́тность неумолка́емый овева́ться пересви́стывать поясни́чный проверте́ть андроги́н безавари́йность двухко́мнатный секве́стр чужезе́мность объем тритон чепан экземпляр ad verbum ice patrol pencil shover starting наизнанку обтяпывать удобрение