ƏLİŞAN

Ərəbcə alişan (adlı-sanlı) sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏLİŞ
ƏLİŞİR
OBASTAN VİKİ
Qışlaq-i Əlişansuyu (Meşkinşəhr)
Qışlaq-i Əlişansuyu (fars. قشلاق علي شان سوئي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (5 ailə).
Tehran Əlişanoğlu
Tehran Əlişanoğlu (Tehran Əlişan oğlu Mustafayev; 16 yanvar 1960, Bakı) — AMEA-nın müxbir üzvü (2017), ədəbiyyatşünas, filologiya elmləri doktoru, ədəbiyyat tarixçisi, tənqidçi və publisist. == Həyatı == Tehran Əlişanoğlu 1960-cı il yanvar 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1983-1989-cu illərdə orta məktəb müəllimi, 1989-2006-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1994-1996-cı illərdə Futurologiya İnstitutunun, 2001-dən bugünəcən Bakı Slavyan Universitetinin filoloji fakültəsində ali məktəb müəllimi kimi çalışır. Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşıdır. 1993-1995-ci illərdə AMEA-nın «Elm» qəzetində, 1996-2004-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti"ndə baş redaktor müavini vəzifəsində çalışmışdır. Heç bir partiyaya üzv olmamışdır.1998-ci ildə Azərbaycan Yazıçılar birliyinə daxil olmuşdur. == Elmi fəaliyyəti == 1985-1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. «Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960-1980-ci illər)» mövzusunda namizədlik (1990), «XX əsr Azərbaycan nəsrinin poetikası» mövzusunda doktorluq (2005) dissertasiyaları müdafiə etmişdir.Filologiya elmləri doktoru, professordur. Mətbuatda 1981-ci ildən çıxış etməyə başlamış, ədəbi-tənqidi və publisist yazıları ilə «Ədəbiyyat və incəsənət», «Elm», «Qala», «Mübarizə», «Yeni müsavat» qəzetlərində görünmüşdür.
Əlişanqışlağı (Biləsuvar)
Əlişanqışlağı (fars. عليشان قشلاقي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 133 nəfər yaşayır (23 ailə).
Əlişansuyu
Əlişansuyu (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Əlişansuyu (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Əlişansuyu (Meşkinşəhr)
Əlişansuyu (fars. عليشان سويي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkinşəhrdən 55 km şimal-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (11 ailə).

Значение слова в других словарях

бли́нная глыбообра́зный захвали́ть кейфану́ться пантеи́ст петли́чный ресиллаба́ция селени́т соболе́знователь сон антитоталитари́стский атеи́зм гала́нтус нале́зть пошевели́ть мозгами чу́точку half line learning rave San Marino vested interests безудержно крутизна нахлёстка пророк