ƏMƏLLİ-BAŞLI
ƏMİARVADI
OBASTAN VİKİ
Ay Molla əmi (qəzet)
Ay Molla əmi (qəzet) - Qacar hökumətində bilavasitə mürtəce və Məhəmmədəli Mirzənin sarayına bağlı qüvvələrin orqanı sayılan, 1908-ci ildə Təbrizin Dəvəçilər məhəlləsində İslamiyyə cəmiyyətinin vasitəçiliyilə nəşr edilən qəzet. == Qəzetin nəşri == XXI əsrin sonlarından İranda Qacar hökuməti əleyhinə kortəbii sıçrayışlar şəklində təzahür edən xalq nümayişləri artıq 1905-ci ilin sonunda şüurlu, nizamlı formalar almağa başladı. Hökumətə qarşı olan bu kütləvi hərəkatlar, inqilabla nəticələndi və tarixə Məşrutə inqilabı (1906-1911) adı ilə daxil oldu. XX əsrin əvvəllərində Azərbaycanın Güneyində yaşayan türklərdə «Hümmətçilikdən millətçiliyə» keçmə meylləri yaranırdı. Tədrisin türk dilində aparıldığı məktəblər qurulur, türkcə mətbuat yaranırdı. Belə bir dövrdə çap edilən Azərbaycan türkcəsində dərc edilən mətbu orqanlarından biri də «Ay Molla əmi» adlanan qəzet olmuşdur. Bu qəzet Təbrizin Dəvəçilər məhəlləsində İslamiyyə cəmiyyətinin vasitəçiliyilə nəşr edilirdi. Dövrün mürtəce qəzetlərindən olan əyləncəli «Ay Molla əmi» İslamiyyə cəmiyyəti tərəfindən 1908-ci ildə (h.q.1326) həm fars, həm də Azərbaycan dillərində çap olunurdu. Azərbaycan türkcəsində olan «Ay Molla əmi» qəzeti qəbul olunmuş qaydada əsasən kiçik həcmdə Bəsirət məktəbinin müdiri, eyni zamanda «Üxüvvət», «İttihad» və «İslamiyyə»nin qəzetlərinin rəhbəri olan Mirzə Əhməd tərəfindən Təbrizdə çap olunurdu. «Ay Molla Əmi», başqa bir mənbəyə istinadən, Mirzə Həsən və Səidüssoltanın rəhbərliyi altında nəşr olunurdu.
Əmi Məmmədov
Əmi Ağa oğlu Məmmədov (1922, Bakı – 26 mart 1944, Mikolayev, Ukrayna Reyxkomissarlığı) — Sovet İttifaqı Qəhrəmanı (1945). == Həyatı == Əmi Məmmədov 1922-ci ildə Bakı şəhərində anadan olub. Suraxanı RHK-dan 1941-ci ildə orduya çağırılmışdır. Əmi Məmmədov Suxumi ətrafında ilk dəfə vuruşmaya girmiş və orada kəşfiyyatçı keyfiyyətlərinə malik olduğunu göstərmişdir. Nikolayev desantı əməliyyatı keçirilməzdən əvvəl o, artıq təcrübəli döyüşçü idi. Novorossiysk və Taqanroq yaxınlığındakı desant əməliyyatları Kerç, Mariupol, Feodosiya uğrunda döyüşlərdə iştirak etmiş, dəfələrlə yaralanmış, döyüş ordenlərinə və medallarına layiq görülmüşdür. 1944-cü ilin martında Nikolayevdə desantçıların faşistlərlə qeyri-bərabər döyüşündə həlak olmuş 67 nəfərə 1944-cü ilin aprelində Sovet İttifaqı Qəhrəmanı adı verildi. 55 nəfər dəniz piyadasından, 10 nəfər istehkamçıdan və 2 nəfər radisdən ibarət olan Nikolayev desantının iştirakçılarının soyadları dəqiqləşdirərkən 4 nəfər bakılı olduğu müəyyənləşdirildi: Əzizbəyov rayonundakı (Xəzər rayonu) neft trestində nəqliyyat sexinin şoferi Əmi Ağa oğlu Məmmədov, Paris Kommunası adına zavodun dəmirçisi Pavel Osipov, Suraxanı neftçisi Nikolay Petruxin və Bakıdakı 4-cü dəyirmanın yükvuranı Mixail Xakimov. Həmyerlilər arasında Pavel başçı, Əmi ən cürətli, Mixail ən güclü, Petruxin ən müdrik adam sayılırdılar.26 mart 1944-cü ildə Ukrayna Respublikasının Nikolayev şəhərində həlak olub və orada dəfn edilmişdir. Ölümündən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 20 aprel tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Əmi xan Xoyski
Əmir xan Cahangir xan oğlu Xoyski (1888, Yelizavetpol – 1954, Ankara) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru təyin edilib. == Həyatı == Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakültəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M. S. Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi.
Kral əmi (film, 1993)
King Uncle (mənası Kral əmi) Rakeş Roşanın rejissorluq etdiyi hind filmidir. Filmin əsas rollarında Şahrux Xan, Ceki Şrof və Anu Aqarval yer almışdır. Filmin orijinal versiyası hindi dilindədir. == Mövzusu == Aşok Bansal (Ceki Şrof) uşaqlığı travmatik keçən bu insan öz yanındakılara belə pulun hər şeydən vacib olduğunu öyrədən şəxsdir. Aşok kasıb insanlara nifrət edər, buna görə də yoxsulluqdan çıxmaq üçün ağır şəraitdə işləməyə başlayar. Sərvət əldə etmə prosesində kiçik qardaşı Anil (Şahrux Xan) və bacısı Sunitadan (Nivedita Saraf) ibarət olan ailəsinə biganə yanaşar. Qardaşının başqa bir biznesmen ilə evləndirməsinə baxmayaraq Sunita Aşokun menecerinə (Vivek Vasvani) aşiqdir. Anil qardaşının bu həyat tərzinə qarşı çıxar və Kavita (Naqma) ilə evlənmək üçün evi tərk edər. Uşaqlara pis davranan yetimxanadan olan Munna (Puca Ruparel) Aşokun həyatına daxil olandan sonra onun həyatını sonsuzadək dəyişdirər. Başlanğıcda Aşok üçün baş bəlası olar.
Abbasəli Əmid Zəncani
Abbasəli Əmid Zəncani (30 mart 1937, Zəncan – 30 oktyabr 2011, Tehran) — Tehran universitetinin rektoru, ayətullah. == Həyatı == Abbasəli Əmid Zəncani 30 mart 1937-ci ildə Zəncan şəhərində anadan olmuşdu. o, fiqh və hüquq sahəsində universitetin mötəbər ustadlarından idi. Hövzənin böyük ustadlarından kəsb etdiyi elm və savad nəticəsində, Cəfəri fiqhinin dəqiq və zərif nöqtələrini universitetlərdə tədris edirdi. O, fiqh və hüquq sahəsində gözəl əsərlər yazmışdır. Abbasəli Əmid Zəncani 2005–ci ildən 2008-ci ilədək Tehran Universitetinin rektoru olmuşdu. Abbasəli Əmid Zəncani 30 oktyabr 2011-ci ildə vəfat edib.
Abdulla xan Əminüddövlə
Abdulla xanHacı Məhəmmədhüseyn xan oğlu Əminüddövlə (?-?)—İki dəfə Qacarlar dövlətinin baş naziri olmuş ictimai və dövlət xadimi. == Həyatı == Abdulla xan Hacı Məhəmmədhüseyn xan oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Birinci dəfə atası Hacı Məhəmmədhüseyn xan İsfahanindən sonra Qacarlar dövlətinin baş naziri olmuşdu.
Abdulla Əmir Haşımi
Abdulla Əmir Haşimi (Cavanşir) Əmirbahadır oğlu (1950) – publisist, tərcüməçi, jurnalist == Həyatı == 1950-ci ildə Güney Azərbaycanda, Təbrizin ətrafında yerləşən Həştəri mahalında zəhmətkeş ailədə dünyaya göz açıbdır. Bir yaşında Təbrizə köçən A. Əmir Haşimi, ibtidai məktəb təhsili ilə həmzaman hələ uşaqlıq illərindən ailəsinin iqtisadi vəziyyətindən asılı olaraq işləməyə başlayıb. İbtidai məktəb dövründən oxumağa marağı olan A. Əmir Haşimi, cəmiyyətin ona yaratdığı dar şəraitdən irəli gələn minlərcə sualın cavablarını oxuduğu kitablarda axtarırdı. Orta təhsilini riyaziyyat ixtisasında Təbrizin məşhur Firdovsi gimnaziyasında alıb. Təbriz Universitetinin fizika fakültəsində oxuyarkən, həmzaman axşamlar oxuduğu texniki institutu bitiribdir. Təbriz Universitetində təhsilini davam edərkən, Təbrizin gimnaziyalarında fizika elmini tədris edib. 1974-cü ildə atası vəfat etdikdən sonra, ailəsinin məişətini idarə etmək üçün, günortadan sonra Sofiyanın sement zavodunda teknisyən kimi işə başlayıb. 1973-cü ildən dostları ilə milli və siyasi qrupları təşkil etdiklərinə və Şah rejiminin əleyhinə apardıqları fəaliyyətə görə 1976-cı ildə bir neçə dostu həbsə alınır və A. Əmir Haşimi gizli yaşamağa və yeraltı fəaliyyətə məcbur olur. Ancaq bir il sonra o da həbs olunur. Lakin inqilab başlamışdı və Azərbaycan xalqı meydana gəlmişdi.
Abdulla Əmiraslanov
Abdulla Əmiraslanov — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Əmiraslanov Abdulla İslam oğlu 13 avqust 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1971-ci ildə Əzim Əzimzadə adına Bakı Dövlət rəssamlıq Məktəbini, 1981-ci ildə Tibilisi Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir. Abdulla Əmiraslanov 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun 1993-cü ildə Bakıda fərdi yaradıcılıq sərgisi açılmışdır. Rəssam 1971-ci ildən bu günə kimi beynəlxalq və respublika sərgilərində iştirak edib və diplomlara layiq görülmüşdür. Abdulla Əmiraslanov 1973-cü ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssam beynəlxalq qrup sərgilərin fəal iştirakçısıdır. Onun əsərləri Moskva, Gürcüstan, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Azərbaycanlı rəssamın "Aşıq Ələsgər" qrafik əsəri sərginin diplomuna və pul mükafatına layiq görülüb.
Abdullah ibn Əmir
Abdullah ibn Əmir (65/684-cü ildə vəfat etmişdir) — Məhəmməd peyğəmbərin tanınmış səhabələrindən biri. Əmr ibn Asın oğlu idi.Abdullah ibn Əmir Məkkədə doğulmuşdur. Bəzi rəvayətlərə görə o, səmimi şəxsiyyəti və imanı ilə digərlərindən seçilmişdir. Günlərinin çoxunu ibadətlərdə keçirən Abdullah, müşriklərə qarşı döyüşlərdə iştirak etmişdir. Süffeyn döyüşündə öz atası ilə birlikdə Xəlifə Əlinin tərəfdarları ilə döyüşmüşdür. Digər mənbələrdə qeyd edilir ki, Abdullah orada olsa da, döyüşdə iştirak etməmişdir. Rəvayətlərə görə, Abdullah ibn Əmir öz dövrünün ən elmli insanlarından biri olmuşdur. O, Məhəmməd peyğəmbərdən rəvayət edilən hədislərin yaxşı bilicisi kimi tanınmışdır. Bu istiqamətdə o, bir çox kitablar da yazmışdır. Eyni zamanda, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur.
Adəm Əmirov
Əmirov Adəm Elçin oğlu (26 avqust 1999, Xındırıstan, Ağdam rayonu – 2020, Ağdam rayonu) — II Qarabağ Müharibəsi şəhidi, ölmündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. == Həyatı == Adəm Əmirov 26 avqust 1999-cu ildə Ağdam rayonunun Xındırıstan kəndində doğulub. Əslən rayonun Papravənd kəndindəndir. == Hərbi xidməti == 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, o xidmətini 112 saylı hərbi hissədə başlayıb. Xidmətini 2019-cu ildə başa vurub. 15 iyul 2020-ci ildə MAXE kimi xidmətə qəbul olunub və tuşlayıcı kimi xidmətə başlayıb. Sonra manqa komandiri olmuşdur. II Qarabağ müharibəsi zamanı Ağdam rayonunda şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15.
Aidə Əmirova
Allahyar Əmircanov
Allahyar Əmircanov -ŞTAB – ROTMİSTRİ == Həyatı == 1897-ci il mayın on birində Nuxada (Şəki) bəy ailəsində anadan olub. 1907-ci ildən 1914-cü ilədək Vladiqafqaz kadet korpusunda hərbi təhsil alıb. Birinci Cahan müharibəsində "Dikaya diviziya"a qulluq edib. Göstərdiyi hərbi şücaətlərə görə dördüncü dərəcəli "müqəddəs Georgi"xaçı ilə təltif olunub. == Mənbə == Şəmistan Nəzirli . Arxivlərin sirri açılır. Bakı: "Elm və həyat" nəşriyyat, 1999, 750 səh.
Amin Əmiraslanov
Amin Vaqif oğlu Əmiraslanov (1 iyul 1991, Potubəyli, Saatlı rayonu – 4 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amin Əmiraslanov 1991-ci il iyulun 1-də Saatlı rayonunun Potubəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amin Əmiraslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Əmiraslanov noyabrın 4-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Əmirov
Anar Allahverdi oğlu Əmirov (29 dekabr 2000, Bulaqlı, Sabirabad rayonu – 20 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi. == Həyatı == Anar Əmirov 29 dekabr 2000-ci ildə Sabirabad rayonunun Bulaqlı kəndində anadan olmuşdur. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Anar Sabirabad rayon Şəhriyar qəsəbəsində 12 saylı Cəbrayıl tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, oktyabrın 20-də Zəngilan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Füzuli rayonunun Qazaxlar kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əmirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ankaralı Mehmed Əmin Əfəndi
Ankaralı Mehmed Əmin Əfəndi (1619, Ankara – 2 noyabr 1687) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == 1619-cu ildə Ankarada dünyaya gəlmişdir. Bu səbəblə bir çox tarixi mənbələrdə Ankaralı olaraq anılır. Atası Hüseyn Əfəndi Ankaranın məşhur tacirlərindən olmuşdur. Kiçik yaşlarında Ankara müftisi Kırşəhərli Mehmed Əfəndinin xidmətinə girdi və burada ilk təhsilini aldı. Ardından şeyxülislam Zəkəriyazadə Yəhya Əfəndinin dərslərini aldı və dini təhsilini başa vurdu. Bir müddət kiçik dərəcəli mədrəsələrdə müdərris oldu. Daha sonra 1650-ci ilin oktyabrında Mehmed ağa darülhədisində, 1656-cı ilin avqustunda Pərviz Əfəndi, ertəsi il Qasım Paşa mədrəsəsinə təyin edildi və fətva əmini oldu. Ardından 1663-cü ilədək bir sıra önəmli mədrəsələrdə müdərris olaraq fəaliyyət göstərdi. Daha sonra qazılığa keçərək 1663-cü ilin oktyabrında Yenişəhər qazısı oldu.
Arsen Əmiryan
Arsen Əmiryan (erm. Արսեն Ամիրյան; 10 noyabr 1881, Bakı – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında "Bakı fəhləsi" qəzetinin redaktoru Arsen Əmiryan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Azad bəy Əmirov
Əmirov Azad bəy Abbas oğlu (1883, Şuşa – 1939, Bakı) — həkim, pedaqoq, Azərbaycanda ilk fizioloqlardan biri. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. == Həyatı == Əmirov Azad bəy Abbas oğlu 1904-cü ildə Qori seminariyasını, Odessa universitetinin hüquq və tibb fakültələrini bitirmişdir.1926-cı ildən ADU-da dərs demişdir. Üzeyir Hacıbəyovun uşaqlıq dostu olmuş, Qori seminariyasında onunla birgə təhsil almışdır. Musiqi istedadına və gözəl səsə malik olan Azad bəy Əmirov 1912-ci ildə Şuşada "O olmasın, bu olsun" musiqili komediyasını tamaşaya qoymuşdu. Ü.Hacıbəyov öz xatirələrində Məşədi İbad rolunun A.Əmirovun ifasında əvəzsiz olduğunu söyləmişdi. 1918-ci ildə "Leyli və Məcnun" operasının 10 illiyi münasibətilə Ü.Hacıbəyova yazdığı məktubda A.Əmirov onun Azərbaycan tarixindəki mühüm rolunu çox böyük uzaqgörənliklə göstərmişdi: "Vaxt gələcək, tarix, yalnız ədalətli tarix özünün ehtiyatlı əli ilə öz səhifələrində müsəlman həyatındakı bu misilsiz müstəsna hadisəni qızıl hərflərlə yazacaq və sənin, əziz Üzeyir, əzabkeş millətinin fərəhsiz həyatına çox zəngin xəzinə, nadir inci kimi bəxş etdiyin gözəl, ilahiləşdirilmiş cərəyanı xüsusi qeyd edəcəkdir".
Azər Əmiraslanov
Azər Kamal oğlu Əmiraslanov (19 iyul 1971, Bakı) – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri. == Həyatı == Azər Əmiraslanov 19 iyul 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1978–1988-ci illərdə Bakı şəhəri 158 saylı tam orta məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olmuş, 1993-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına qəbul edilmişdir. == Əmək fəaliyyəti == 1993–1994-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında və Səhmdar-Kommersiya Aqrar-Sənaye Bankında aparıcı iqtisadçı, 1994–1998-ci illərdə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində böyük məsləhətçi, 1998–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İqtisadi siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır. 2001–2003-cü illərdə İqtisadi Təhlil və Konsaltinq Mərkəzinin direktoru, 2003–2004-cü illərdə Almaniya Texniki Əməkdaşlıq Agentliyində (GTZ) makroiqtisadi məsələlər üzrə baş iqtisadçı, 2004–2005-ci illərdə "Ata Holdinq" Şirkətlər Qrupunda İdarə heyətinin üzvü, Strategiya və Biznesin İnkişafı Departamentinin direktoru vəzifələrində çalışmışdır. 2005–2008-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvü təyin edilmiş və 2007–2008-ci illərdə Şuranın üzvü kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə, 2017-ci il 31 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi — şöbə müdiri vəzifəsinə təyin edilmiş, 29 noyabr 2019-cu il tarixədək bu vəzifədə çalışmışdır.Azərbaycan Respublikasının Baş Nazirinin 2019-cu il 4 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1-ci dərəcə dövlət müşaviridir.
Azərbaycan əmirləri
879-cu ildən 1191-ci ilədək Azərbaycanı idarə etmiş bəzən Xilafətdən, bəzən də Səlcuqlardan asılı hökmdarlar:
Ağa İbrahim Əminüssultan
Ağa İbrahim Zal bəy oğlu Əminüssultan (1 dekabr 1769, Salmas, Qərbi Azərbaycan ostanı – 1883, Tehran) — Nasirəddin şahın xas xidmətçisi. == Həyatı == Ağa İbrahim Zal bəy oğlu Salmas şəhərində anadan olmuşdu. Atası qul kimi Əmir Süleyman xan Qovanlı-Qacar tərəfindən Tiflisdən gətirilmişdi. Müsəlman olandan sonra azadlığa buraxılmışdı. Abbas mirzənin yaxınlarından olan gürcü əsilzadəsi Laçın xana yaxınlaşmışdı. Ağa İbrahim kiçik yaşlarında pinəçi şagirdi kimi işə başlamışdı. Zirəkliyi sayəsində saraya yaxınlaşaraq abdarbaşı vəzifəsinə yiyələndi. Sonra Əminüssultan ləqəbinə layiq görüldü. İki il sonra şahın dəvə və qatır tövlələrinə başçı təyin edildi. Ağa İbrahim Əminüssultan 1883-cü ildə vəfat edib.
Ağa Əminov
Ağakərim Məşədi Kərim oğlu Əminov və ya Ağa Əminov (1888, Bakı – 1921, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Ağa Əminov 1888-ci ildə Bakıda anadan olmuşdur. 1907-ci ildə Bakıdakı gimnaziyanı başa vurduqdan sonra Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunda təhsil almışdır.Ağa Əminov Peterburqda oxuyarkən azərbaycanlı tələbələrdən ibarət Həmyerlilər Cəmiyyətinin üzvü olmuşdur. 1911-ci ildə təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis işində çalışmışdır. Aprel işğalından sonra Ağa Əminov bir müddət "Azərneft" sistemində işləmişdir. Ağa Əminov 1921-ci ildə Bakıda vəfat etmişdir. == Siyasi fəaliyyəti == Ağa Əminov 1917-ci ilin aprelin 15–20-də Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayının iştirakçısı olmuşdur. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Ağa Əminov 1918–1919-cu illərdə "Müsəlman gecələri"nin əsas təşkilatçılarından biri olmuş və 1919-cu ilin mayında Müsəlman Zəhmətkeş Ziyalıları İttifaqının yaradılmasında fəal rol oynamışdır. ==== Parlamentdə ==== Ağa Əminov 18 fevral 1919 tarixində Müsavat Partiyası üzvü olaraq boşalan yerlərdən Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə Müsavat və Müsəlman Milli Komitələri tərəfindən tərtib olunmuş 10 nömrəli siyahı üzrə parlament üzvü seçilmişdir. O, parlamentdə qanun layihəsi komissiyasının üzvü olmuşdur.Ağa Əminovun parlamentdəki son çıxışı 26 aprel 1920 tarixində keçirilən sayca 144-cü iclasda Orta təhsil məktəblərinin hazırlıq sinifl ərində dərs deyən müəllimlərin əmək haqqının artırılması haqqında qanun layihəsinin 2-ci müzakirəsi zamanı olmuşdur.
Aşağı Əmioğlu (Çaroymaq)
Aşağı Əmioğlu (fars. عمواوغلي سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 339 nəfər yaşayır (57 ailə).
Baban Əmirliyi
Baban Əmirliyi 1649-cu ildə Şehrizor mərkəzində Baban ailəsinin üzvü Babanzadə Əhməd Paşa tərəfindən qurulmuşdur. Əmirlik sərhədləri Osmanlı İmperiyasının Şəhr-i Zor əyalətini, Hal hazırda Hamedan və Qəsri Şirin bölgələrini əhatə edirdi.1850-ci ildə Osmanlılar tərəfindən son qoyulmuşdur. == Mənşə == Baban ailəsi (1649–1850), 17-ci əsrin əvvəllərindən 1850-ci ilə qədər indiki İraq Kürdüstanı və Qərbi İran ərazilərini əhatə edən bir Kürd Əmirliyiydi. Baban Əmirliyi Osmanlı-Səfəvi, Əfşarlar və Zəndlər qarşılaşmasında aktiv rol oynadı. Əmirliyin ailəsinin banisi Pşdər bölgəsindən olan Əhməd Fəqih və ya Fəqi Əhməd olduğu düşünülür. Babanlar, Osmanlılar tərəfindən döyüşdə əsir alınan bir Frank qadından (Keghan) mənşəli olduğu iddia edilir. Şərəfnaməyə görə qəbilənin ilk başçısı 1500-cü ildə yaşadığı güman edilən Pir Badak Babe idi.Dr. Alirza Özdəmir Baban ailəsi barədə deyir: Kərküklə Süleymaniyyə arasında yaşayırlar. Bir Bəylik quran Baban Əşirətinin ilk siyasi mərkəzi Qara-Çölandı. 1563-cü ilinə aid bir Osmanlı sənədində, Atçəkən Yörüklərindən olan Bababnlu cəmaəti, Oğuzun Büğdüz boyundandır və Kadirlidə yaşamaqdadır.
Babaxan Əmirov
Babaxan Əmirov 1952-ci ildə Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Kollecinin nəfəs alətləri fakültəsini bitirib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin balabançısı kimi tanınıb. İncəsənət Gimnaziyasının müəllimi, Milli Konservatoriyanın elmi laboratoriyasının əməkdaşıdır. Balabanın bas, tenor və pikkolo növlərinin yeni variantını hazırlayıb. Milli Konservatoriyanın alətlər istehsal edilən elmi laboratoriyasının əməkdaşı.
Babayi-Əmir (jurnal)
"Babayi-Əmir" jurnalı (az.-əbcəd بابای امیر‎) — Bakıda 1915–1916-cı illərdə çıxan həftəlik ədəbi və ictimai-siyasi satirik jurnal. == Jurnalın yaranma tarixi == Mətbuatda "zərərli istiqamətli" yazılarına görə Sibirə sürgün edilən Əliabbas Müznibi Romanovlar sülaləsinin üç yüz illiyi münasibətilə əfvə düşdükdən sonra 1913-cü ildə Bakıya qayıdır və yeni mətbu orqanlar yaratmağa başlayır. Lakin sürgün həyatını nəzərə alan yerli çap orqanları onun qəzet təsis etməyinin qarşısını alır. Ə.Müznibi 1914- cü ildə bu işin çarəsini taparaq, fənd işlədib yaşca özündən böyük olan qardaşı Əbülfəz Mütəllibzadənin adına "Dirilik", 1915-ci ilin aprel ayından isə "Babayi-Əmir" adlı satirik jurnalı qeydiyyatdan keçirir. Beləliklə, "Babayi-Əmir" jurnalı "Dirilik" məcmuəsinin nəşriyyatı olaraq, 1915-ci il 21 apreldən 1916-cı il 17 oktyabradək Bakıda nəşr olunmuşdur. Jurnalın redaktoru şair və ədəbiyyatşünas Əliabbas Müznib, sahibi, naşiri isə onun qardaşı Əbülfəz Mütəlliboğlu olmuşdur. "Babayi-Əmir" jurnalının nəşrinə "Molla Nəsrəddin" jurnalının böyük təsiri olmuşdur. İlk sayında "Gəlmişəm" adlı baş məqaləsində jurnal mətbuat aləminə gəlişini satirik tərzdə belə çatdırır: Alman imperatoru Vilhelmə müraciət edən məqalə müəllifi yazırdı: == Jurnalda dərc olunan mövzular == "Babayi-Əmir"in səhifələrində mədəniyyət məsələləri, satqın ziyalılar, dini fanatizm əleyhinə mübarizə və s. mövzularda yazılara, rəsmlərə geniş yer verilirdi. Yazıları əsasən şeirlərdən ibarət idi.
Birinci Səudiyyə əmirliyi
Birinci Səudiyyə dövləti və ya Diriyyə əmirliyi (ərəb. إمارة الدرعية‎) — 1744-cü ildən 1818-ci ilə qədər Osmanlı Ərəbistanı torpaqlarında (indiki Səudiyyə Ərəbistanı) mövcud olmuş dövlət. Səud sülaləsinin idarə etdiyi birinci dövlət. Paytaxtı Diriyyə şəhəri olduğundan, bəzi tarixçilər əmirliyi Diriyyə əmirliyi adlandırırlar. == Tarixi == Diriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi. 1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi. Əbdüləziz ibn Məhəmməd əl-Səud müsəlman-vəhhabilərin imamı kimi Diriyyə əmirliyini güclü bir dövlətə çevirə bildi. 1773-cü ildə Ər-Riyadı işğal edən Səudlar, bütün Nəcdi özlərinə tabe etdilər.
Birləşmiş Ərəb Əmirlikləri
Birləşmiş Ərəb Əmirlikləri (Al-Imārāt al-‘Arabīyah al-Muttahidah) — Asiyada bir dövlət. Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şərca,Umm Əl- Quveyn, Rəs-Əl-Xeymə, Acman və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir. == Ümumi məlumat == Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının şimal-şərqində dövlət. Cənubda və cənub-qərbdə Səudiyyə Ərəbistanı ilə, cənub-şərqdə, şərqdə və şimal-şərqdə Omanla həmsərhəddir. Şimaldan İran körfəzi, şimal-şərqdən Ərəbistan dənizinin Oman körfəzi ilə əhatə olunur.
Birləşmiş Ərəb Əmirlikləri Universiteti
Birləşmiş Ərəb Əmirlikləri Universiteti (ərəb. جامعة الإمارات العربية المتحدة‎) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyinin Əl-Ayn şəhərində, Büreym vahəsində yerləşən dövlət ali təhsil müəssisəsi. Bu ali təhsil müəssisəsi ölkənin ən aparıcı tədris və tədqiqat müəssisəsi hesab olunur. Ölkəsinin Zayed Universiteti və Ali Texnologiya Kollecləri ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir. == Tarixi == Ölkənin təhsil sistemində mühüm rola malik olan Birləşmiş Ərəb Əmirlikləri Universitetinin əsası 1976-cı ildə qoyulmuşdur. == Fəaliyyəti == Birləşmiş Ərəb Əmirlikləri Universiteti 9 kollecdən ibarətdir: Biznes və İqtisadiyyat Kolleci; Təhsil Kolleci; Mühəndislik Kolleci; Qida və Kənd Təsərrüfatı Kolleci; Humanitar və Sosial Elmlər Kolleci; İnformasiya Texnologiyaları Kolleci; Hüquq Kolleci; Tibb və Sağlamlıq Elmləri Kolleci; Elm Kolleci.Universitetdə 70 proqram üzrə bakalavr təhsili verilir.Təhsil müəssisəsinin pedaqoji heyətinin tərkibinə 700 nəfərdən çox işçi daxildir.Universitetin akademik proqramları işəgötürənlərlə əməkdaşlıq sahəsində xeyli inkişaf etmişdir. Belə ki, bu ali məktəbin məzunlarına ölkədə yüksək tələbat vardır. == Qadınlar üçün xüsusi bölmə == Ölkənin digər ali məktəblərindən fərqli olaraq burada qadınlar üçün xüsusi bölmə fəaliyyət göstərir. Bu bölmədə də bütün fakültələr təmsil olunmuşdur. Mühazirələri eyni professor-müəllim heyəti aparır, qızlar onlar üçün ayrılmış xüsusi günlərdə eyni laboratoriyalardan və kitabxanalardan istifadə edirlər.

Digər lüğətlərdə

воробе́йчик воспои́ть го́льмий прокути́ться пуритани́зм синтети́зм яс аберрацио́нный горня́цкий прибира́ться прима́щиваться прут разгла́живаться рыльце в пуху́ скат термосто́йкость форшла́г ши́нник beachhead plump twilight sleep whaling липучка надрезывать обессилить