ƏMLİK

is. Yenicə ota düşən və eyni zamanda anasını əmən quzu, keçi.
Əmliklər çəkdirəm şişə; Bir ağır yığnağım ola! Koroğlu”.
Bir əmliyin bir tümənə satılır; Xəzəl oldu yenə pulların, dağlar! Aşıq Ələsgər.
Gəl oturma belə tək; Kürdə bir əmlik kəsək. M.Rahim.

// Sif. mənasında.
Əzizim, bahar barı; Şirindir bahar barı; Kəsmə əmlik quzunu; Qoy gəlsin bahar, barı. (Bayatı).
Yaylağın sərin havası, əmlik quzunun əti kazakları kefləndirib şirin yuxuya vermişdi. Qaçaq Nəbi”.
Yaxşı əmlik quzu kəsmişəm, çox gözəl İsfahan şərabı da vardır. M.S.Ordubadi.

□ Əmlik kimi – bəslənmiş quzu kimi, lap gənc, gözəl, şux.
Yalan ha deyil, bəxtli olmasan, belə əmlik kimi qızı almazdın. A.Şaiq.
[Uşaqlar] … bəslənmiş əmlik kimi analarının yanına düşüb yüyürürdülər. Mir Cəlal.

ƏMLAK
ƏMMA

Digər lüğətlərdə

бус вспеть неприручи́мый отпа́ривать прошелесте́ть рва́чество уровня́ться формообразова́тельный Фо́рмула-1 непротивле́нчество пейза́нка трикота́жка affaire d'honneur half-heartedness hard electron heterotypic incondensable panace polygamic self-scorn вспомниться вызываться интурист кляузный тихоход