ƏMƏKDAŞ

i. 1. (iş yoldaşı) associate; (iş şəriki, köməkçisi) collaborator; 2. (bir müəssisənin işçisi) employee, worker; 3. (qəzet, jurnalda və s.) contributor; elmi ~ scientific worker; səfirliyin ~ı embassy official

ƏMƏKDAR
ƏMƏKDAŞLIQ
OBASTAN VİKİ
Əməkdaş
Əməkdaş — İşəgötürən tərəfindən əmək müqaviləsi ilə işləyən işçi. Onun hüququ statusu əmək müqaviləsi, kollektiv əmək müqaviləsi və əmk hüququ üzrə normativ aktlarla tənzimlənir.
"Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı
"Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı — SSRİ Ali Sovetinin 25 may 1979-cu il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının medalıAzərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. "Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı qabarıq formalı, diametri 50 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli ulduzdan ibarətdir. Ulduzun mərkəzində iki dairəvi lövhə yerləşdirilib. Birinci dairəvi lövhə yaşıl mina ilə, ikinci mərkəzi dairəvi lövhə isə tünd mavi mina ilə örtülmüşdür. Fövqəladə Hallar Nazirliyinin emblemi dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində tünd mavi mina ilə örtülmüş dairəvi lövhədə həkk olunmuşdur. Lövhənin fonunda relyefli şüalar var. Lövhələr dekorativ incə elementlərlə haşiyələnib. Birinci və ikinci lövhələrin haşiyələri arasında yaşıl minalı fonda "FÖVQƏLADƏ HALLAR ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ" sözləri yazılmışdır. Səkkizguşəli ulduzun guşələrinin konturları və birinci dairəvi lövhənin dekorativ konturları arasında milli ornamentin elementlərindən kompozisiya yerləşdirilib. Səkkizguşəli ulduz, dairəvi lövhənin dekorativ konturları, Fövqəladə Hallar Nazirliyinin embleminin təsviri, dəfnə yarpaqları, milli ornament, relyefli şüalar və sözlər qızılı rəngdədir.
"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı
"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının medalı. == Medalı haqqında əsasnamə == "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər. "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Sərhəddə fərqlənməyə görə" medalından sonra taxılır. == Təsviri == "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş qızılı rəngli, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. Medalın ön tərəfində üzərində səkkizguşəli ulduz yerləşdirilmiş qalxan təsvir edilmişdir. Qalxandan yuxarıda çevrə boyunca "Azərbaycan Respublikası", ulduzun ortasında "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" sözləri yazılmış, qalxandan aşağıda iki çarpazlaşdırılmış qılınc, qalxanın sol tərəfində dəfnə yarpağından, sağ tərəfində isə palıd yarpağından çələnglər yerləşdirilmişdir. Çevrənin daxili və ulduzun xarici konturlarının arasında relyefli şüalar vardır. Ulduz ağ, qılınclar gümüşü rəngdə, qalan təsvirlər isə qızılı rəngdədir. Arxa tərəfi hamar səthlidir. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının medalı. 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunla təsis edilmişdir. == Haqqında == "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunla təsis edilmişdir. "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə "Azərbaycan Respublikasının medalı haqqında Əsasnamədə qeyd edilir ki, "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər: — miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə; — miqrasiya sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə. Miqrasiya orqanlarının işçilərini bu medallarla müvafiq icra hakimiyyəti orqanı təltif edir. Həmin medallar döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı (bundan sonra — medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilib. Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "MİQRASİYA ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ" sözləri həkk olunub. Medalın ön tərəfinin səthi nahamardır.
"Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" medalı
"Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikasının prezidentinin qərarı ilə, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 429-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş dövlət təltifi. "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə müdafiə sənayesi sahəsində səmərəli əməkdaşlığa, mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka, habelə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər. == Təltif edilən şəxslər == "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə müdafiə sənayesi sahəsində səmərəli əməkdaşlığa, mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka, habelə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər. == Təltif edən orqan == “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təltif edilir. == Taxılma qaydası == “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı qızılı rəngli, hamar şüalı və səkkizguşəli ulduz formalı, diametri 38 mm olan metal lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Daxili çevrənin xaricində zeytun rəngli minalı fonda yuxarı qövs boyunca AZƏRBAYCAN RESPUBLİKASI sözləri, aşağı qövs boyunca MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin sol və sağ tərəfində səkkizguşəli ulduz təsvir olunmuşdur. Yazılar və ulduzlar qızılı rəngdədir. Daxili çevrənin üzərində qızılı rəngli fonda üç sətrə bölünməklə MÜDAFİƏ SƏNAYESİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA GÖRƏ sözləri yazılmış və sözlərin altında snayper tüfəngi təsvir edilmişdir.
"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 5 noyabr 2022-ci ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsis edilmişdir.Medal ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər: Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə; Prokurorluq sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə.Medala layiq görülən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət orqanının rəhbəri tərəfindən təltif edilirlər. "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalının təsviri 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində daxili və xarici çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili konturların arasında aşağı hissənin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk edilmiş, ulduzun sol tərəfindən başlayaraq qövs boyunca "Prokurorluq orqanları i̇lə səmərəli̇ əməkdaşlığa görə" sözləri yazılmışdır. Səkkizguşəli ulduz ilə yazıların arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrədə yer kürəsi, onun mərkəzində paralellərin və meridianların kəsişməsi fonunda Azərbaycan Prokurorluğunun rəsmi emblemi təsvir edilmişdir. Emblemin aşağı hissəsində əməkdaşlıq simvolu əks olunmuşdur.
"Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının medalı
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) — Asiya-Sakit okean regionu boyunca azad ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışan 21 üzv ölkənin təşkil etdiyi forumdur. == Yaranma tarixi == Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatı (APEC — Asia-Pacific Economic Cooperations) 1989-cu ildə Asiya-Sakit okeanı regionunun iqtisadiyyatının daha da müstəqilləşməsinə cavab olaraq yaradılmışdır. == Məqsədləri və fəaliyyət istiqamətləri == ASOİƏ-nin məqsədləri bunlardır: regionda və bütün dünyada iqtisadi artıma dəstək; əmtəədən, xidmətdən, kapitaldan və texnologiyadan effektli istifadə etmək; açıq çoxtərəfli ticarət sisteminin inkişafı və mövcudluğuASOİƏ-nin fəaliyyəti üç geniş miqyasda aparılır: ticarətin və investisiya ab-havasının liberallaşdırılması; ticarətə və investisiyaya əlverişlilik; ölkələrin iqtisadi və texniki əməkdaşlığı zamanı iqtisadi inkişafın sürətləndirilməsi.Ayrıca tapşırığı Asiya-Sakit okean regionunda 2020-ci ilə qədər, sənayeləşmiş ölkələrdə isə 2010-cu ilə qədər ticarət və investisiya üçün əlverişli şəraitin yaradılmasıdır. Regionun inkişafında əsas diqqət xüsusi sektorun rolunun gücləndirilməsinə yönəldilir. == Fəaliyyəti == Hər il nazirlər səviyyəsində görüşlər keçirilir və təhsil, elektrik enerjisi, ətraf mühit və davamlı inkişaf. əmək ehtiyatlarının inkişafı, elm və texnologiyada əməkdaşlıq, kiçik və orta biznesin təşkili, telekommunikasiya və informasiya sənayesi, ticarət və nəqliyyat mövzularının müzakirəsi aparılır. Həmçinin on işçi qrup balıqçılıq məsələləri ilə, əmək ehtiyatları ilə, texnologiya və işləmə, dəniz ehtiyatlarının mühafizəsi, elektrikləşdirmə, telekommunikasiya, turizm, ticarət, investisiya və nəqliyyat sahəsində regional əməkdaşlıq məsələləri ilə məşğul olur. == Üzvləri == ASOİƏ-yə Avstraliya, Bruney, İndoneziya, Kanada, Çin, Malayziya, Meksika, Yeni Zelandiya, Papua Yeni Qvineya, Peru, Koreya Respublikası, Rusiya, Sinqapur, Amerika Birləşmiş Ştatları, Tayland, Tayvan, Filippin, Çili və Yaponiya daxildir. ASEAN-ın katibliyi, Sakit okean iqtisadi əməkdaşlıq şurası (uyğun olaraq ing. PECC) və Cənubi Sakit okean forumu (uyğun olaraq ing.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər. Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər. Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər. Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür.
Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi
Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi (rus. Бакинский международный центр межрелигиозного и межцивилизационного сотрудничества, ing. Baku International Centre for Interfaith and Inter-Civilizational Cooperation) ― dinlərarası dialoq platforması. BDSƏM-n yaradılma təşəbbüsü "İslam həmrəyliyi ili" çərçivəsində 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş "2017 — İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransında irəli sürülmüş və bu təklif tədbir iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmişdir. == Tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilmişdir. Sərəncama əsaslanaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fəaliyyət planında il ərzində İslam həmrəyliyi, İslam ilə digər dinlər arasında dialoq, əməkdaşlıq və həmrəylik istiqamətlərində ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində yekunlaşdırıcı tədbir — "2017 — İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq" Beynəlxalq Konfransı keçirilmişdir. Konfransda "Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi"nin yaradılması təşəbbüsü irəli sürülmüş və yekdilliklə qəbul edilmişdir. Nəticədə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində daimi əsaslarda fəaliyyət göstərən dinlərarası əməkdaşlıq mərkəzi — BDSƏM (ing. BCIC) təsis olunmuşdur.
Beynəlxalq Biblioqrafik Əməkdaşlıq
Beynəlxalq Biblioqrafik Əməkdaşlıq (BBƏ) – iştirakçı dövlətlərin elmi, mədəni, ticarət əlaqələri kompleksinin tərkib hissəsi, kitabxanalararası qarşılıqlı əlaqələrin formasıdır. == Haqqında == Biblioqrafiya sahəsində beynəlxalq əməkdaşlıq elm və incəsənətin bütün sahələrində beynəlxalq əlaqələrin əsasının qoyulduğu XIX yüzilliyin ikinci yarısında yaranmışdır. Ümümi səbəblərdən əlavə, onun inkişafına dünya çap məhsulunun fasiləsiz olaraq artması, kitabxana işinin intensiv inkişafı da təsir göstərmişdir . BBƏ kitabxanaların beynəlxalq əlaqələrinin inkişafının müəyyən mərhələsində yaranmış və kitabxanaların əlaqələri ikitərəfli və çoxtərəfli; regional, regionlararası və qlobal, epizodik və sistemli; planauyğun; hüquqi cəhətdən təsdiq edilmiş və ya edilməmiş; dövlət çərçivəsində və ya kollektiv təşkilatlar və s. ola bilər. BBƏ formaları müxtəlif illərdə yaranmışdır: Beynəlxalq kitab mübadiləsi (BKM); Beynəlxalq kitabxanalararası abonoment (BKAA); elmi-praktik-peşə təcrübəsinin mübadiləsi; qarşılıqlı maraq doğuran problemlər üzrə layihələrinin dövlət və ya qeyri-dövlət təşkilatları çərçivəsində birgə həyata keçirilməsi; BBƏ-nin ilk rüşeymləri epizodik şəkildə müxtəlif kitabxanaların sayı ilə fondu zənginləşdirmək və peşə biliklərini mübadilə etmək məqsədilə həyata keçirilmışdir. BBƏ təşkilati baxımdan XIX əsrin axırıncı rübündə kitabxana konqres və konfransların təşkili və keçirilməsi yolu ilə formalaşır. Kitabxanaçıların ilk beynəlxalq konfransı Londonda (1877) keçirilmiş və orada 9 ölkə təmsil olunmuşdur . == Fəaliyyəti == Rəsmi Beynəlxalq statuslu konfrans Beynəlxalq sərgi çərçivəsində 1893-cü ildə Çikaqoda keçirilmişdir. İkinci beynəlxalq konfrans isə 1897-ci ildə Londonda keçirilmiş və ilk dəfə orada biblioqrafik fəaliyyət sahəsində Beynəlxalq əməkdaşlıq məsələləri də gündəlikdə yer almışdır.
Beynəlxalq Ticarət Məlumat və Əməkdaşlıq Agentliyi
Beynəlxalq Ticarət Məlumat və Əməkdaşlıq Agentliyi, qıs. BTMƏA (ing. Agency for international trade information and cooperation — AITIC) — məqsədi daha az üstünlük verilən ölkələrə texniki ticarət qaydalarını və ÜTT razılaşmalarını daha yaxşı başa düşmək üçün daha fəal ticarət diplomatiyası aparmaqda kömək etmək olan Cenevrədə yerləşən hökumətlərarası təşkilat. BTMƏA, yaxşı iqtisadi idarəetmə və ticarət və iqtisadi böyüməni təşviq etmək üçün ölkələrinin qloballaşmanın faydalarını qazanmasına imkan vermək üçün ÜTT ölkələrinin çoxtərəfli ticarət sistemindəki mövqeyinin yaxşılaşdırılmasına kömək edir. IBE ölkələri ənənəvi olaraq çoxtərəfli ticarət sistemində fəal iştirak etməmiş və beynəlxalq ticarət məsələləri ilə əlaqəli struktur və institusional məhdudiyyətlərlə qarşılaşmışlar. Bu ölkələrin əksəriyyətinin Cenevrədəki beynəlxalq ticarət təşkilatlarının işini izləmək üçün kiçik missiyaları və qeyri-kafi mənbələri vardır. Bəziləri o qədər kasıb və ya kiçikdirlər ki, Cenevrədə daimi nümayəndəliyi belə yoxdur. Bu səbəbdən AMTIS ticarət danışıqlarında iştiraklarını və performanslarını yaxşılaşdırmaq üçün çalışır. BTMƏA “Qeyri-rezidentlər bölməsi” (OHA) sayəsində Cenevrədə olmayan ÜTT üzvlərinə və müşahidəçilərə ticarət hadisələri, Doha danışıqları, habelə maddi-texniki və digər maddi dəstəklə bağlı davamlı məlumat verir. BTMƏA, ÜTT-də Cenevrə həftələrində müntəzəm sessiyalar təşkil edir.
ECO (İqtisadi Əməkdaşlıq Təşkilatı)
İqtisadi Əməkdaşlıq Təşkilatı, (İƏT) - 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir. İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransı nda müşahidəçi statusu alıb. 5-7 iyul 1993-cü il – baş nazirin müavini Rəsul Quliyev İstanbul da İƏT ölkələri dövlət başçılarının II görüşündə Azərbaycanı təmsil edib. Sammitdə İƏT-in uzunmüddətli inkişafına dair İstanbul bəyannaməsi qəbul edilib.
Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası
Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası (ing. Cooperation Council for the Arab States of the Gulf, CCASG; ərəb. مجلس التعاون لدول الخليج العربیة‎) — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir. 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Gulf Cooperative Countries olaraq xitab edilir. Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır. Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edir.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (abbr. KOİKA, KOICA) — Koreya Respublikası hökumətinin xarici yardım təşkilatı == Tarix == Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramlarını həyata keçirmək məqsədilə dövlət agentliyi olaraq 1991-ci ilin aprel ayında Xarici İşlər və Ticarət Nazirliyinin (XİTN) himayəsi altında yaradılmışdır. Koreya dünyanın ən yoxsul ölkələrinin birindən iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrdən birinə çevrilməkdə unikal təcrübəyə malikdir. Koreyanın bu keçid zamanı əldə etdiyi bilik və təcrübə KOİKA-ya əməkdaşlıq etdiyi ölkələrin davamlı sosial-iqtisadi inkişafına dəstək verməyə və onlara daha yaxşı bir dünya üçün perspektiv vəd etməyə imkan verən qiymətli keyfiyyətlərdir. KOICA-nın məqsədi tərəfdaş ölkələrdə Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq, habelə bərabər və davamlı inkişaf təşviqinə kömək etmək vasitəsilə daha yaxşı bir dünya qurmaqdır. KOICA həmçinin yoxsulluğun aradan qaldırılması və həyat səviyyəsinin yaxşılaşdırılması üçün xalqların və şəxslərin potensialının artırılmasına yönəlmiş qlobal fəaliyyətdı fəal iştirak etmək istəyir. Koreyanın inkişaf təcrübəsi və bacarığına əsaslanaraq KOİKA öz yardım proqramlarını aşağıdakı sahələr üzərində cəmləşdirmişdir: == Azərbaycandakı fəaliyyəti == === Azərbaycan Nümayəndəliyi === KOİKA proqramının Azərbaycanda tarixi 1994-cü ildə KOİKA-nın Azərbaycana təxirəsalınmaz vəziyyətlə əlaqədar 50 000 ABŞ dolları məbləğində yardım etdiyi zaman başlamış və 1996-cı ildən 2005-ci ilə qədər KOICA 65 nəfər üçün təlim proqramları (300 000 ABŞ dolları dəyərində) təşkil etmişdi. 2006-cı ilin martında Koreya Respublikasının Səfirliyi açıldı və Koreya Respublikasının Prezidenti cənab Mu-hyun Roh həmin ilin iyun ayında Azərbaycana səfər etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 2007-ci ilin aprelində Koreyada rəsmi səfərdə oldu. Bu zəmində, 2009-ci ilim fevral ayında KOİKA-nın Azərbaycan Nümayəndəliyi açıldı.
Körfəz Əməkdaşlıq Şurası
Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası (ing. Cooperation Council for the Arab States of the Gulf, CCASG; ərəb. مجلس التعاون لدول الخليج العربیة‎) — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir. 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Gulf Cooperative Countries olaraq xitab edilir. Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır. Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edir.
Mərkəzi Аsiyа Əməkdaşlıq Təşkilatı
Mərkəzi Asiya İqtisadi Birliyi (1993–2005) — Mərkəzi Asiya regionunda inteqrasiya proseslərinin gücləndirilməsi məqsədilə yaradılmış İqtisadi İttifaq. == Tarixi == Mərkəzi Asiya inteqrasiya proseslərinin gücləndirilməsi məqsədilə 24 sentyabr 1993-cü ildə imzalanmış İqtisadi İttifaq yaradılması haqqında müqavilə əsasında Mərkəzi Asiya İqtisadi Birliyi yaradılmışdır. 1994-cü ilin yanvarında Qazaxıstan və Özbəkistan arasında "Vahid iqtisadi məkan yaradılması haqqında" müqavilə imzalandı. 1994-cü ildə bu müqaviləyə Qırğızıstan, 1998-ci ildə isə iki ildən artıq müşahidəçi statusunda olan Tacikistan qoşuldu. 2011-ci ilin yanvar ayından belə bir status Türkiyə, Gürcüstan və Rusiyaya verilmişdir. == Təşkilatın fəaliyyətinin təşkili == Mərkəzi Asiya İqtisadi Birliyinin işçi orqanı – İcraiyyə Komitəsinə malik Dövlətlərarası Şuradır. Dövlətlərarası Şuranın tərkibində baş nazirlər, xarici işlər və müdafiə idarələri rəhbərləri, şuraları fəaliyyət göstərir. Mərkəzi Asiya İqtisadi Birliyi çərçivəsində 1994-cü ildə Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında imzalanmış sazişə əsasən Mərkəzi Asiya Əməkdaşlıq və İnkişaf Bankı yaradıldı. Bank vasitəsilə hesablaşmalar dönərli valyuta, milli valyuta və Bank Şurası tərəfindən müəyyən olunmuş tərəflərin qarşılıqlı hesablaşmaları əsasında valyutanın məzənnələri ilə həyata keçirilir. == Fəaliyyətinin əsas istiqamətləri == 2001-ci ilin yanvarında keçirilən Almatı sammitində bu planın həyata keçirilməsi üçün ilk addımlar atmağa cəhd edildi: Mərkəzi Asiya İqtisadi Birliyinin iqtisadi forumu yaradıldı; Mərkəzi Asiyada sabitliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişafı və elm və texnika sahəsində əməkdaşlıq məsələlərinə baxıldı; terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə birgə səylər müəyyən edildi.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) (ing. Organization of the Black Sea Economic Cooperation) - 4 iyun 1992-ci ildə təsis edilmiş təşkilat. == Təsis edilməsi == 25 iyun 1992-ci ildə İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya , Türkiyə, Ukraynanın Dövlət və Hökumət Başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyənnaməsinin (sonradan İstanbul Bəyənnaməsi kimi istinad edilir) imzalanması ilə yaranmışdır. istanbul Bəyənnaməsi ilə bərabər 25 iyun 1992-ci il tarixində 11 ölkə Başçıları tərəfindən Bosfor Bəyənatı da imzalanmışdır. Bu Bəyənat İstanbul Bəyənnaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün vacibliyini ümumi cizgilərdə qeyd edir. 5 iyun 1998-ci ildə Yalta şəhərində iştirakçı dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ildə qüvvəyə minməsi ilə, əməkdaşlıq müxanizmi təşkilat statusu almışdır. Təşkilatın Nizamnaməsinə uyğun olaraq, üzv dövlətlər aşağıdakı sahələrdə əməkdaşlıq edirlər: Ticarət və iqtisadi inkişaf Bank işi və maliyyə Kommunikasiya Enerji Nəqliyyat, kənd təsərrüfatı və aqrar sənaye Səhiyyə və farmaseptika Ətraf mühitin qorunması Turizm Elm və Texnika Gömrük və digər sərhəd orqanları ilə əməkdaşlıq Mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, silah və radioaktiv materialların dövriyyəsi, terror aktları və qeyri-qanuni miqrasiya ilə mübarizə.QDİƏT-in yaradılması, Avropa vahid bazarının yaradılması vaxtı ilə üst-üstə düşmüşdü. Buna görə də, iki sistemin ölkələri arasında qarşılıqlı ticarətin həcmi az olmuşdur. == Üzvləri və sturukturu == Üzvlər ölkələr 12 dövlətdən ibarətdir. Bunlar: Albaniya Azərbaycan Bolqarıstan Ermənistan Gürcüstan Moldova Rumıniya Rusiya Serbiya Türkiyə Ukrayna YunanıstanTəşkilatda müşahidəçilər: Misir Ərəb Respublikası, Almaniya Federativ Respublikası, İsrail, Polşa Respublikası, Tunis Respublikası, İtaliya Respublikası, Avstriya Respublikası, Slovak Respublikası, Fransa Respublikasıdır.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (türk. Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) və ya qısaca (türk. TİKA) — Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində olan təşkilat xarici ofisləri vasitəsilə Türkiyənin xarici yardımlarını təşkil edir. Bərpa, səhiyyə, təhsil, kənd təsərrüfatı və heyvandarlıq, inzibati və mülki infrastrukturun inkişafı kimi bir çox sahələrdə aktivdir. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağıldıqdan sonra bir çox türk dövləti müstəqilliyini qazanmış və Türkiyə Respublikasının bu dövlətlərə sosial, iqtisadi və mədəni sahədə təmin etdiyi dəstəyi həyata keçirəcək və koordinasiya edəcək bir təşkilata ehtiyac yaradılmışdır. 1992-ci ildə Xarici İşlər Nazirliyinin nəzdində TİKA quruldu. 28 may 1999-cu ildən baş nazirliyə tabe edildi. TİKA, Orta Asiya , Balkanlar, Afrika, Şərqi Asiya, Latın Amerikası ölkələri başda olmaq üzrə, təxminən 140 ölkədə xidmət edən, Türkiyə Respublikası dövlətinin yeganə texniki kömək təşkilatıdır. Mərkəzi nümayəndəliklə yanaşı, TİKA-nın 59 ölkədə 61 Proqram Koordinasiya Ofisi geniş coğrafiyada və bütün sektorlarda fəaliyyət göstərir. Ümumi tarixi irsi qorumaq üçün TİKA, xüsusilə Balkanlar və Orta Asiyada bir çox Osmanlı abidəsinin bərpasını həyata keçirdi.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü
Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan Razılaşmasının imzalanmasından etibarən 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir. == Tarixi == Azərbaycanın Xarici İşlər Nazirliyi 3 oktyabr 2017-ci ildə - Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ilə bağlı bəyanat yayıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir. Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanna şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (Parlament Assambleyası) və Astanadır (Beynəlxalq Türk Akademiyası).
Türkdilli Ölkələr Əməkdaşlıq Günü
Türk Dövlətləri Əməkdaşlıq Günü – hər il 3 oktyabr tarixində qeyd edilməkdədir. == Haqqında == 3 oktyabr 2009-cu il tarixində IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsi imzalandı.Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında 3 oktyabr tarixində imzalanan Naxçıvan müqaviləsi nəticəsində bu müqavilənin imzalanma tarixi olan 3 oktyabrda Türkdilli Ölkələr Əməkdaşlıq Günü Elan edilmiş və hələ də qeyd edilməkdədir.Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Quruluşu haqqında Naxçıvan Sazişi "3 Oktyabr 2009 tarixində Türkiyə ilə Azərbaycan arasında Qazaxıstan və Qırğızıstan arasında imzalanan Türk Dili, bu Sazişin imzalanmasının ildönümünün tarixinin hər il Əməkdaşlıq Günü olaraq qeyd olunduğunu söylədi. Həyata keçirdiyimiz Türkdilli Ölkələrin Əməkdaşlıq Gününün 10 illiyi, Türk Şurası (Türk Şurası) VII. Özbəkistanın sammitdə tamhüquqlu üzvü kimi iştirakının və Türk Şurası Avropa Ofisinin fəaliyyətə başlamasının şahidi olduğumuz bir dövrdə qeyd edirik ki, əməkdaşlığımız möhkəmlənsin. Son 10 ildə Türk Şurasının institusionalizasiya istiqamətində mühüm addımlar atıldı; Bundan əlavə, Şuranın əməkdaşlıq etdiyi TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk İş Şurası və Türk Şurası Ümumi Ticarət və Sənaye Palatası vasitəsi ilə üzv ölkələr arasındakı əlaqələr daha geniş bir şəkildə genişləndirildi. Dost və qardaş Türk Cümhuriyyətlərinin ortaq dilindən, tarixindən və mədəniyyətindən güc alaraq, Türk Şurası Avrasiya coğrafiyasında sülh, sabitlik və rifaha mühüm töhfələr vermək üçün gələcəyə doğru irəliləyir. 15 oktyabr 2019-cu ildə VII. Sammitdə Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iştirak etmişdir. Zirvədə Türk Dünyasını birləşdirmək səylərinə görə Qazaxıstanın qurucu prezidenti Elbas cənab Nursultan Nazarbayevə Türk Dünyası Ali ordeni təqdim edildi. Cənab Nazarbayevə də Prezidentimizin təklifi ilə Türk Şurasının fəxri prezidenti adı verildi. Türk Şurasına üzv dövlətlər arasında Birgə İnvestisiya Fondunun yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma ilə prosesin sürətləndirilməsi barədə qərarın qəbul edildiyi Zirvə Bəyannaməsində, TK üzv dövlətlərinin Sülh Fəvvarələri Əməliyyatımızı dəstəklədiyi ifadə edildi. 10 aprel 2020-ci ildə, COVID-19 ilə mübarizədə ölkələr arasında həmrəyliyi və koordinasiyanı artırmaq məqsədi ilə Türk Şurasının üzvü / müşahidəçi ölkələrin və Türkmənistanın dövlət / hökumət başçılarının iştirakı ilə Türk Şurasının Fövqəladə Video Konfransı Zirvəsi keçirildi.
Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişi
Strateji Əməkdaşlıq Sazişi, Azərbaycan və Türkiyə arasında, Azərbaycan adına prezident İlham Əliyev və Türkiyə adına köhnə prezidenti Abdullah Gül tərəfindən imzalanmış əməkdaşlıq və qarşılıqlı dəstək andlaşmasıdır. Müqavilənin bir şərtinə görə, Türkiyə və Azərbaycan ölkələrindən birinə qarşı hərbi hücum və ya hücum vəziyyətində hücuma uğramayan ölkə "bütün imkanlarını istifadə edərək" hücuma uğrayan ölkəni dəstəkləyəcək. == Məzmunu == Razılaşmanın 23 maddə və beş hissədən ibarətdir: "Hərbi-siyasi və təhlükəsizlik problemləri", "Hərbi və hərbi-texniki əməkdaşlıq", "Humanitar məsələlər", "İqtisadi əməkdaşlıq" və "Ortaq və Son müddəalar". Müqavilə 21 dekabr 2010 tarixində Azərbaycan Milli Məclisində, 2 Fevral 2011 tarixində də Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub.

Значение слова в других словарях

акценти́роваться балти́йский Була́нка обма́хивание синхронизи́рующий убэ́повец ча́йник вы́страданный вы́строгать заче́рпывание кюве́тка ра́вный электроста́тика тюмирь crossheading figgery kale murine psychopathist pudendum tomography металлист отвильнуть раздувание свистеть