ƏNDİŞƏ

is. [ fars. ]
1. Fikir, qayğı.
Mənəm qalan haman bu əndişədə; Zəmanə dönübdür, qovğayə bir bax. Q.Zakir.
Aldılar cümlə əllərə tişə; Yox könüllərdə özgə əndişə. M.Ə.Sabir.
İnsanın əndişəsi çoxaldıqca onun yuxu görməyi də artır. S.Rəhimov.

2. Narahatlıq, təlaş, nigarançılıq, təşviş, iztirab, qorxu.
[Yusif:] Musanın, o bədbəxt qardaşımın iztirab və əndişələri həp sönüb bitdiyinə bir aydın şahiddir. H.Cavid.
Firidun bir zaman parlaq ay işığında Gülnazgilin yatdığı səkiyə çıxdı, əndişə ilə dolu o gecəni xatırladı. M.İbrahimov.

□ Əndişə etmək, əndişəyə düşmək, əndişə çəkmək – narahat olmaq, nigaran qalmaq, təşvişə düşmək, iztirab çəkmək, qorxmaq.
Doyunca zövq alaq nazü qəmzədən; Əndişə çəkməyək heç bir kimsədən. M.P.Vaqif.
[Yusif şah:] Deyərsən ki, mənim cəhətimdən əndişə etməsin, sabah oğlanlarını hüzura göndərsin. M.F.Axundzadə.

Əndişə oyandırmaq – narahatlığa, təşvişə səbəb olmaq, qorxu, ehtiyat doğurmaq.
// Şübhə, vəsvəsə, təlaş.

Синонимы

  • ƏNDİŞƏ əndişə bax 1. qayğı; 2. narahatlıq
  • ƏNDİŞƏ fikir — qayğı
  • ƏNDİŞƏ narahatlıq — təlaş — nigarançılıq — iztirab — qorxu
  • ƏNDİŞƏ şübhə — vəsvəsə
ƏNDƏRZ
ƏNDİŞƏLİ
OBASTAN VİKİ
Əndişə
Əndişə(fars. انديشه‎) — İranın Tehran ostanının Şəhriyar şəhristanının Mərkəzi bəxşində yeni şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 75,596 nəfər və 19,945 ailədən ibarət idi.

Значение слова в других словарях

кружково́й мота́льный педанти́зм сангвини́чка хорьчо́нок беспризо́рник бэ кагеби́стка капита́льный нали́в сверхдальнобо́йный шинка́рка печень попугай Cayenne cellularized Chuvashia Cocaigne condolent copper-rose crine demography earthwatch баядера прицепной