ƏRİMƏK
ƏRİNCƏKLİK
OBASTAN VİKİ
Ərincək
Folivora (lat. Folivora) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin dişsiz məməlilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Cırtdan ərincək
Cırtdan ərincək (lat. Bradypus pygmaeus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Panamanın şimal sahillərində, Bocas del Toro vilayətinə aid Eskudo de Veraquas adasının endemikidir. == Təsviri == Cırtdan ərincək digər üçbarmaqlı ərincəklərə bənzəyir, lakin ölçüsü daha kiçikdir və bu da cırtdanlığın tipik bir nümunəsidir. Bədən uzunluğu 49 ilə 53 sm arasındadır. Çəkisi 2,5 ilə 3,5 kq arasındadır. Bu növün xarakterik xüsusiyyəti alnındakı qara zolaqdır. == Yayılması == Növ yalnız Panamanın şimal sahillərindən 17,6 km məsafədə yerləşən 4.3 km² ərazisi olan Eskudo de Veraquas adasında yaşayır. Növ 2001-ci ildə Robert Anderson və Çarles Handley tərəfindən aşkarlanmışdır. == Həyat tərzi == Cırtdan ərincək təbii yaşayış mühitinə yalnız doğma adasının sahilindəki mangrovlarda rast gəlinir.
Qonurboğaz ərincək
Qonurboğaz ərincək (lat. Bradypus variegatus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Bu sinfin ən çox yayılmış növüdür. Cənubi və Mərkəzi Amerikanın meşələrində aşkarlanmışdır. == Görünüşü == Qonurboğaz ərincə digər üçbarmaqlı ərincək növlərinin əksəriyyəti ilə eyni ölçüdə və quruluşdadır. Erkək və dişilərın uzunluğu 42–80 sm-dir. Quyruq nisbətən qısadır və 2,5–9 sm uzunluqdadır. Yetkinlərin çəkisi 2,25 ilə 6,3 kq arasında olur. Erkəklərlə dişilər arasında ölçüdə əhəmiyyətli bir fərq yoxdur. Hər ətrafın üç barmağı var.
Üçbarmaq ərincək
Üçbarmaq ərincək (lat. Bradypus pygmaeus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Üçbarmaq ərincəklər yalnız Cənubi Amerikanın Qayana, Surinam, Fransa Qvianası, Venesuela, Kolumbiya və Braziliyada Amazon çayının şimalındakı ərazilər də daxilində yağış meşələrində aşkarlanmışdır. == Təsviri == Üçbarmaq ərincəklərin uzunluğu 52 sm-ə çatır. Bunun 4 sm-i quyruğuna düşür. Çəkisi 3.2–6 kiloqramdır. Bu bacarıqsız heyvan, kiçik başa, sərt dodaqlara, kiçik ağıza, çox uzun boyna sahibdir. Barmaqları olduqca qısa və qalındır. Üstəlik üç yana yönəlmiş oraq caynaqları ilə silahlanmışdır. Başdakı tüklər aşağıya, bədənin digər hissələridəkilər isə əksinə aşağıdan yuxarıya istiqamətlənir.
İkibarmaqlı ərincəklər
İkibarmaqlı ərincəklər (lat. Megalonychidae) — heyvanlar aləminin dişsiz məməlilər dəstəsinə aid heyvan fəsiləsi.
Ərincəklilər
Ərincəklilər (lat. Tardigrada) — heyvanlar aləminə aid heyvan tipi. Buğumayaqlılara çox bənzəyir. Dağlardan okean diblərinə qədər müxtəlif mühitlərdə 900-dən çox növü yaşayan mikroskopik canlıdır. Suda yaşayır, 8 ayağı olan mikroskopik, eukariot canlıdır. Su ayılarının genomu təxminən 75–800 DNT meqaəsas cütlüyündən ibarətdir. İlk dəfə 1773-cü ildə alman pastoru Johan August Ephraim Goeze tərəfindən kleiner Wasserbär (kiçik su ayısı) kimi təsnif edilmişdir. 1777-ci ildə italyan alim Ladzaro Spallanzani ona il tardigrado adını vermişdir, 1840-cı ildən isə latın dilində Tardigrada kimi bəhs edilir. Bu maraqlı canlılara verilən başqa bir ad olan "Su ayısı" isə hərəkətlərinin ayı yerişini xatırlatmasından qaynaqlanır. Su ayılarının ən böyükləri 1.5 mm uzunluğa çata bilər.
Ərincəklər
Ərincəklər (lat. Bradypodidae) — heyvanlar aləminin dişsiz məməlilər dəstəsinə aid heyvan fəsiləsi.

Digər lüğətlərdə

грязелече́бница зако́нчиться кастанье́тка педпра́ктика поструга́ть выбить почву из-под ног выхлёбывание насма́рку хлебосда́ча хмырь типать arbitrement coworker deacon floury ironmonger prankster put through reinterpret sten tach гот исклевать контрприказ регистр