ərinmiş
əriş
OBASTAN VİKİ
Ərinti
Ərinti ya Xəlitə - Ərintilərin alınması əridilmiş metalların bir-birində həll olması prosesinə əsaslanır. Əridilmiş metallarda həm də bəzi qeyri-metallar həll ola bilər. Məsələn, əridilmiş dəmirdə karbon və silisium həll olur. Soyudulduqda asan əriyən, odadavamlı, turşuyadavamlı və i.a. lazımi xasssələrə malik olan ərintilər alınır. Ərintilər tərkibinə və quruluşuna görə fərqləndirilir. Ərintilər soyudulduqda eyni cinsli kristallar əmələ gəlir. Onların kristal qəfəslərinin düyünlərində müxtəlif metalların atomları yerləşir. Bu halda bərk məhlullar alınır. Ərinmiş kütlə soyudulduqda ayrı-ayrı metalların kiçik kristalları ayrılır.
Nadir metalların ərintisi (film, 1971)
== Məzmun == Elmi-kütləvi film Leytenant Şmidt Adına Bakı Maşınqayırma Zavodunun ixtiraçıları haqqındadır.
Re-S sistemində alınan ərintilər
Re-S sistemində alınan ərintilər == Re-S sistemi == Hazırda renium sulfidlərinin alınması üçün bir neçə üsul var. Re-S sistemində aşağıdakı tərkibli sulfidlərin olduğu məlumdur: Re-S, Re2S3, ReS2, Re2S5, ReS3 və Re2S7. Bütün sulfidlərin yalnız ReS2-ni komonentlərdən birbaşa sintez yolu ilə alınır. Qalan sulfidlər əlavə üsullarla alınır. Reniumun ən davamlı sulfidi ReS2-dir. [2]-də renium disulfidi havasız ampulalarda elementlərdən birbaşa sintez yolu ilə, [3-4]-də isə yüksək sulfidlərin dissosasiyası nəticəsində alınmışdır. Bu birləşməni həm də metal reniumu [4] və renium oksidini (ReO2) sulfidləşdirmə yolu ilə də almaq mümkündür [4]. ReS2 – qara rəngli toz şəklində sıxlığı 7.506 q/sm3 olan maddədir. Havada davamlıdır. H2SO4, HCl turşusunda və qələvilərdə həll olmur.
Re-Se sistemində alınan ərintilər
Re-Se sistemində alınan ərintilər == Re-Se sistemi == Renium ilə Se arasında müxtəlif tərkibli birləşmələr alınır.Belə ki, renium-selenid üçün aşağıdakı birləşmələr məlumdur: Re2Se7 (hepta selenid), ReSe2 (diselenid), ReSe (monoselenid), Re3Se2. Re2Se7 – KReO4 və potaş qarışığı üzərindən H2Se keçirməklə almaq olur. Potaş ona görədir ki, reaksiya nəticəsində əmələ gələn artıq seleni birləşdirsin. Re2Se7 – qara rəngli toz halında olub, spirt və digər üzvi həllediciləri udma qabiliyyətinə malikdir. ReSe2 – ilk dəfə Re2Se7-ni vakuumda 330ºC-də 9 saat müddətində qızdırmaqla almışlar: Re2Se7 → 2ReSe2 + 3Re Müəlliflər renium diselenidin alınması üçün quru H2Se-nin metal reniumla və yaxud ammonium perrenata təsiri ilə alınma üsulunu təklif etmişlər. Hər iki halda temperatur 700ºC-dir. Re+H2Se=ReSe2+2H2 2NH4ReO4+7H2Se=2ReSe2+2NH3+8H2O+3Se Renium diselenid hidrogen mühitində 400ºC-yə qədər qızdırıldıqda davamlıdır, sonra temperatur yüksəldikcə ondan selen ayrılmağa başlayır, 900ºC-də və ondan yüksək temperaturda selen tamamilə ayrılır, təmiz metallik reniuma çevrilir. Renium selenidin əmələ gəlməsi rentgenoqrafik tədqiqat nəticəsində də təsdiq edilir. Renium monoselenid ReSe, renium xlorselenid ReSeCl2 ilə hidrogen təsirindəbn 490-500ºC-də alınır. Re3Se2 tərkibli selenid, renium halogen selenidin Re3Se2H5(H-Cl, Br) hidrogen mühitində 400-410ºC-də qızdırmaqla alınır.
Re-Te sistemində alınan ərintilər
Re-Te sistemində alınan ərintilər — == Re-Te sistemi (ReTe2, Re2Te5, Re2Te7) == Hal-hazırda elm və texnikada telluridlər əsasən təbəqə şəklində istifadə edildiyindən, kütlə və ya toz şəklində alınmış birləşmələrin üzərində daha əlavə təcrübələr aparmaq lazımdır ki, bu da müxtəlif cihazların, əlavə təcrübə və reaktivlərin sərf olunmasına gətirib çıxarır. Bununla əlaqədar olaraq renium-telluridlərin nazik təbəqələrinin müxtəlif əsaslar üzərində alınması aktual məsələlərdən biridir. Renium və onun ərintilərinin alınması üçün müxtəlif üsullar mövcuddur. Re-Te sistemində aşağıdakı birləşmələr var: Re2Te, ReTe2, Re2Te5, Re3Te, Re2Te7 . Re–Te sistemi öyrənilmiş və ReTe2 birləşməsini komponentlərin stexiometrik miqdarının havası çıxarılmış, ucu lehimlənmiş kvars ampulada 20 gün müddətində 7000C temperaturda qızdırmaqla alırlar. Nümunələri xırdaladıqdan sonra müxtəlif temperaturlarda (500–11000C) yandırırlar, sonra həm buzlu suda, həm də havada soyudurlar. Müəlliflər güman edirdilər ki, ReTe2-nin kristal qəfəsi rombikdir və qəfəs parametrləri aşağıdakı kimidir: a= 12,987 ± 0,007, b= 13,055 ± 0,008, c= 14,271 ± 0,008 Å. Termiki və mikroquruluş analizlərinə görə 1000±50C ərimə temperaturuna malik konqruyent əriyən birləşmə Re2Te7 (29% Re) əmələ gəldiyi ehtimal olunur. 30–50% tərkibli termofaza oblastında termiki effektin tədqiqi və onların mikrobərkliyinə əsasən 968±50C peritektik inkonqruyent əriyən Re2Te5 (37% Re) birləşməsinin olduğu ehtimal olunur. Renium-tellur sistemi eyni zamanda T. X. Qurbanov, R. A. Dovlyətşina və b. tərəfindən də geniş tədqiq edilmişdir.
Ərintilər
Ərinti ya Xəlitə - Ərintilərin alınması əridilmiş metalların bir-birində həll olması prosesinə əsaslanır. Əridilmiş metallarda həm də bəzi qeyri-metallar həll ola bilər. Məsələn, əridilmiş dəmirdə karbon və silisium həll olur. Soyudulduqda asan əriyən, odadavamlı, turşuyadavamlı və i.a. lazımi xasssələrə malik olan ərintilər alınır. Ərintilər tərkibinə və quruluşuna görə fərqləndirilir. Ərintilər soyudulduqda eyni cinsli kristallar əmələ gəlir. Onların kristal qəfəslərinin düyünlərində müxtəlif metalların atomları yerləşir. Bu halda bərk məhlullar alınır. Ərinmiş kütlə soyudulduqda ayrı-ayrı metalların kiçik kristalları ayrılır.
Nikel əsaslı ərintilər
Ni-Co ərintiləri, maqnit xüsusiyyətlərinin, sərtliyinin, aşınmaya və korroziyaya davamlılığının yüksək olması səbəbindən geniş tətbiq olunurlar. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onlardan mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir. Bundan əlavə, ölkə iqtisadiyyatını ekoloji cəhətdən təmiz və davamlı hidrogen energetikası ilə təmin etmək məqsədilə, suyun elektrokimyəvi parçalanması prosesində qiymətli metallardan hazırlanan elektrodları əvəz etmək və hidrogenin istehsalı prosesinin maya dəyərinin azaldılması üçün yüksək elektrokatalitik aktivliyə malik yeni elektrodların hazırlanması vacibdir. Elektrokatalitik xüsusiyyətlərə, mikrosərtlik və aşınmaya davamlılığa malik nazik Co-Ni ərintilərinin elektrokimyəvi üsulla sintezi hidrogen istehsalının maya dəyərini əhəmiyyətli dərəcədə azaldacaqdır. Ni-Co ərintiləri bir sıra davamlı, bərk məhlullar əmələ gətirdiyinə görə, müxtəlif tərkibi intervallarında onların elektrokatalitik xüsusiyyətlərini öyrənmək mümkündür. Müxtəlif ferromaqnit materialları arasında kobalt-nikel (CoNi) təkmilləşmiş maqnit və katalitik xüsusiyyətləri, eləcə də ayrıca Co nanoməftilləri ilə müqayisədə daha yaxşı mexaniki xüsusiyyətləri sayəsində əhəmiyyətli bir ərinti hesab olunur. Mükəmməl maqnit xüsusiyyətləri, sərtliyi, aşınmaya və korroziyaya davamlılığı sayəsində Ni-Co ərintiləri tədqiqatçılar üçün böyük maraq doğurur. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onları mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir. Nikel əsaslı ərintilər Ni-Co ərintiləri, maqnit xüsusiyyətlərinin, sərtliyinin, aşınmaya və korroziyaya davamlılığının yüksək olması səbəbindən geniş tətbiq olunurlar. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onlardan mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir.

Digər lüğətlərdə

-ц-(а) лотоха лязг оска́льзываться пересо́хлый утро́ба масли́нный монта́жник обда́ться поднаторе́ть припря́тать разла́мываться сла́бенький шлифова́ться электротерапи́я corvette darts jumping-off place reprobation right hand righty windward ключ проникаться совсем