ƏRK-NAZ

i. coguetry; flirtatous behaviour

ƏRK
ƏRKƏSÖYÜN
OBASTAN VİKİ
Naz
Naz (lat. Genista) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Ərk qalası
Ərk qalası (və ya Ərk-i Əlişah, Məscid-i Əlişah, Təbriz qalası, fars. ارگ تبريز‎) — Təbriz şəhərində yerləşən və XIV əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilən abidə. Günümüzdə şəhərin mərkəzində parkın üzərində yerdən 26 metr yüksəkliyə ucalan Ərk-i Əlişah qalası və ya köhnə adı ilə Məscid-i Əlişah Elxanilər dövrü memarlığının bir nümunəsidir. Son Elxani hökmdarı Əbu Səid Xanın (1316–1335) vəziri Əli şah tərəfindən tikdirilən abidə ilk tikildiyi zaman məscid olub və müsəlmanların namaz qılması üçün uzun müddət bu şəkildə istifadə edilib. Sonralar ehtimal ki, Təbrizdə baş verən şiddətli və tez-tez baş verən zəlzələlər səbəbindən bina dağılıb və bəzi əlavələrlə (divarlar, zirzəmilər, anbarlar və s.) qalaya çevrilmişdir. Bundan sonra abidə Ərk-i Əlişah adlandırılmışdır. Qala sadəliyi, ölçüləri və kərpic hörgüsü ilə diqqəti özünə cəlb edirdi. Tacəddin Əli şah tərəfindən tikdiriilən və sonradan qalaya çevrilən bu binanın eni 30 metr, hündürlüyü 26 metr, qalınlığı isə 10 metrdir . Təəssüf ki, günümüzdə onun yalnız qurbangahı və yan divarları qalmaqdadır. Bundan başqa abidənin üzərində günümüzə qədər gəlib çatmış heç bir yazı yoxdur.
Naz Aydemir
Naz Aydemir – Türkiyə milli voleybol komandasının əsas toppaylayıcısı. Red Bull şirkətinin Türkiyədə reklam müqaviləsi imzaladığı 7 idmançıdan biridir. Türkiyə milli komandasının və Qalatasarayın basketbolçusu Cenk Akyolun həyat yoldaşıdır. Həmçinin voleybolçu dünyaca məşhur alman futbolçu İlkay Gündoğanla da qohumdur. == Karyerası == Eczacıbaşının aşağı yaş qruplarında başladığı voleybol karyerasına on beş yaşında yüksəldiyi Eczacıbaşı A (əsas) komandası ilə davam etdi. Cəmi on beş yaşında peşəkar karyerasına başlayan voleybolçu 2005-06 sezonunda Türkiyə Qadınlararası Voleybol Çempionatının qalibi və bunu bacara bilən ən gənc türk voleybolçu oldu. Buradakı çıxışıyla 2008 Pekin Olimpiya Oyunlarının seçmə mərhələsində çıxış edən Türkiyə millisinin heyətinə ilk dəfə çağrılan voleybolçu seçmə mərhələdəki oyunu ilə millidəki yerini də möhkəmləndirdi. Həmin il gənclərin Avropa çempionatında "Ən dəyərli oyunçu" mükafatını qazanır və göstərdiyi oyunla Türkiyənin aparıcı voleybol klublarının diqqətini çəkməyə başlayırdı. 2009-10 sezonunu Fənərbaxçada keçirən Naz burada CEV Çempionlar Liqasının ikinciliyini qazanmışdır. Bunun yanında Türkiyə çempionatını, kubokunu və superkubokunu da qalibi ola bilmişdir.
Naz Aydəmir

Səpili naz
Boyaq nazı (lat. Genista tinctoria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması == Аvrоpа və Аsiyаdа yаyılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m оlаn pоlimоrf kоldur. Оduncаqlаşаn və düz dаyаnаn gövdəsində süpürgəyəbənzər, çоxlu budаqlаnаn uzun yаn zоğlаrı оlur. Zоğlаrı yаşıl, çılpаq və yа sıx tüklüdür. Yаrpаqlаrı nеştərvаri оlub, uclаrı bir qədər iti, yаxud küt, çılpаq və yа sıx tükcüklüdür. Yаrpаqаltıqlаrı bizvаri, 1-3 mm uzunluqdаdır. Mаydаn iyulа qədər çiçəkləyir. Bеcərildiyi şərаitdən аsılı оlаrаq çiçəkləmə müddəti dəyişilir.
Sərilən naz

Yığcam naz
Yığcam naz (lat. Genista compacta) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması == İtaliya və Cənub-Şərqi Avropada yayılmışdır. Bu növ Böyük Qafqaz dağlarından orta qurşağa kimi daşlı yamaclarda bitir. == Botaniki təsviri == Hündürlüyü 30-50 sm-ə qədər olan, sürünən gövdəli, həmişəyaşıl yarpaqları olan koldur. Bu bitkinin yarpaqları uzunsov-ellipsvari, uzunluğu 2,5 sm-ə qədərdir. Yarpaqların aşağı hissəsi yumşaq tükcüklərlə örtülmüşdür. Sarı rəngli oturaq çiçəkləri iyun-iyul aylarında budaqların uc və ya qoltuq hissələrində salxımlar əmələ gətirir. Çiçəkləmə müddəti 40-65 gündür. Çiçəkləri zərif, nazik kasayarpaqları ilə örtülmüşdür.
Çiçəklənən naz
Çiçəklənən naz (lat. Genista florida) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması == Piriney yarımadasında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan, çubuqvari gövdəli, yarpağını tökən, bəzən yerə sərilmiş kolcuq, yarımkol və ya koldur. Zoğları şırımlı və tüklü, qabığının rəngi yaşıldır. Yarpaq düzülüşü növbəli, bəzi hallarda qarşılıqlı və qönçəvaridir. Yarpaqları sadə, kənarı tam, bəzən üçbölümlü olub, uzunluğu 20 mm-dir. Möhkəm kök sisteminə malikdir. Çiçək tumurcuqları yarpaqların qoltuğunda örtülmüş, görünəndir. Qızılı rəngli çiçəkləri sadə salxımlarda toplanır.
Çubuqlu naz
Çubuqlu naz (lat. Genista flagellaris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazın endemik növüdür. Böyük Qafqaz dağlarında, aşağı qurşaqda, quru dağ yamaclarında bitir. == Botaniki təsviri == Uzunluğu 15-30 sm, qalınlığı 2 mm olan, nazik və zəif budaqlı kollardır. Yarpaqları uzunsov, ensiz-neştərvari, 15x1-2 mm, yarpaqaltlıqları çox xırdadır. Çiçəkləri sarı, qısa saplaqlı, kasacığı yapışıq, tükcüklü, pərləri xətvari-neştərvari, qalxanı enli yumurtavari, 10x8 mm, apeksi yumru, bünövrəsi ürəkvaridir. Paxlaları yapışıq, tükcüklü, xətvari-uzunsov, 18-22 x 4 mm-dir. == Ekologiyası == İşıqsevən bitkidir, xüsusən daşlı-qayalı yerlərdə əkilmək üçün qiymətlidir. Torpağa tələbkar deyildir.
Təbriz Ərk teatrı
Təbriz Ərk teatrı və ya Şiri Xurşid teatrı (fars. تئاتر شیر و خورشید تبریز‎‎) — İranın Təbriz şəhərində keçmiş teatr. Teatr 1927-ci ildə Təbriz şəhərində açılmış, 1980-ci ildə İslam inqilabından sonra isə dağıdılmışdır. == Tarixi == Bina 1927-ci ildə Qırmızı şir və günəş cəmiyyəti tərəfindən tikilib başa çatır. Binanın memarı dəqiq bilinməsə belə onun Qafqazdan gəldiyi ehtimal olunur, çünki teatrın binası Bakı və Tiflisdəki intibah dövrünün italiyan üslubunu və yüksək dekorativ interyerə malik alman rokoko üslubunu özündə birləşdirib. Teatrın açılışı 1927-ci ilin sentyabr ayında baş tutub. Əsas zalın uzunluğu 30 metr eni isə 10 metr və 800 nəfərlik olub. Zalın ən vacib cəhəti isə mərtəbələr və binanın tavanında olan xüsusi akustikaya görə burada heç bir səs gücləndirici alətlərə ehtiyacın olmamasıdır. Zalın birinci cərgəsində oturan tamaşaçılar musiqini necə eşidirdilərsə sonuncu cərgədə oturanlar da elə eşidirmişlər.Teatr binası Azərbaycan Milli Hökumətinin qurulmasından sonra əsaslı şəkildə təmir edilmiş, pərdələri və çılçıraqları dəyişdirilmişdir. 1946-cı ilin mart ayında Təbriz Dövlət Teatrı adı ilə Cəlil Məmmədquluzadənin "Anamın kitabı" pyesinin tamaşası ilə fəaliyyətə başlamışdır.

Digər lüğətlərdə

-шк-(и) белоте́лый лесовщи́к мо́лка опива́ть поте́шно примина́ть скафа́ндр со́вка толщина́ у́хо финики́янин великоро́дный не́бо толма́ч Aymara coram hard-face hereinto obsidian tephroite threat unsettling вычурный подвязывать