ƏRGİNAZ
ƏRKİNAZ
OBASTAN VİKİ
Caner Ərkin
Caner Ərkin (4 oktyabr 1988[…]) — sol cinahda çıxış edən türk futbolçu. == Karyerası == Caner Ərkin indiyə qədər Ziko, Frank Raykard, Valeri Qazzayev, Aykut Kocaman, Ərsun Yanal, İsmayıl Kartal, Şenol Günəş kimi məşqçilərlə işləmişdir. === Manisaspor === "Manisapor" klubunda yetişən Caner ilk peşəkar müqaviləsini 2004-cü ildə imzalamışdır. Peşəkar karyerasında və "Manisaspor" forması ilk çıxdığı oyun 18 dekabr 2004-cü ildə Türkiyə 1-ci Liqası çərçivəsində "Karşıyaka"ya qarşı oyun olub. 2005–06 mövsümündə "Manisaspor"un Super Liqaya çıxmasının ardından yavaş-yavaş tanınan Caner ilk Super Liqa oyununa 16 oktyabr 2005-ci ildə "Dənizlispor"la oyunda çıxmışdır. İlk Super Liqa qolunu isə dubl etdiyi "Malatyaspor" oyununda atmışdır. 2006–07 mövsümünün 17-ci həftəsində "Manisaspor"la son oyununu keçirən Caner Ərkin 3.5 milyon £ qarşılığında "MOİK" Moskvaya keçmişdir. === MOİK Moskva === Caner Ərkin 7-si UEFA Çempionlar Liqası oyunu olmaqla "MOİK" Moskva formasını 33-də geymişdir, iki dəfə Rusiya kubokunun qalibi olmuşdur. === Qalatasaray === Caner Ərkin 31 avqust 2009-cu ildə "Qalatasaray" klubuna 1 illiyinə icarəyə verilmişdir. Məşqlərdəki performansı ilə ilk 11-ə girməyi bacarmışdır.
Hüsnü Əmir Ərkilət
Hüsnü Əmir Ərkilət — Türkiyə və Almaniya ordusunun azərbaycanlı generalı == Həyatı == Hüsnü Əmir Ərkilət 1883-ci ildə Kayserinin Ərkilət nahiyəsindən doğulmuşdu. Atası Osmanlı ordusunun zabiti olan Xəlil bəy idi. Xəlil bəy peşəkar zabit və yüksək təhsilə malik bir insan idi. Xəlil bəyin həyat yoldaşı Şəfiqə xanım əslən azərbaycanlı idi. Şəfiqə xanım Şuşada doğulmuş, 1880-ci ildə ailəsi ilə birlikdə Kayseriyə köçmüşdü. Elə bu şəhərdə kökəncə azərbaycanlı olan Xəlil bəylə ailə qurmuşdu. Bu ailənin ilk övladı olan Hüsnü bəy istedadlı bir insan idi. O həyatını atasının təkidilə hərb sənətinə bağlayır. Dayısı Rəfi bəyi onu hərbi məktəbə qoyur. 10 illik hərbi sahədə təhsil alan Hüsnü bəy kapitan kimi xidmətə başlayır.
Ərkil
Ərkil — İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. == Tarixi == Mənbədə Arkel kimidir. 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı, 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. "Qara Abdal kəndinin yaxınlığında yerləşir". == Toponimi == Ərk adından və qədim türkcə il (azərbaycanca el-"tayfa") cözündən ibarətdir. Erkən orta əsrlərdə Van gölündən şimal-qərbdə Tavrubəran əyalətində (Araz çayının yuxarı axını ilə Murad-Su və Bingöl-Su, yə'ni Mingəl-Su çayları arasında) Ark (Ərk) mahalındançıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XX əsrin 30-cu illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
Ərkin (Əbhər)
Ərkin (fars. اركين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (29 ailə).
Ərkit
Ərkit – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərkit kəndi «„Ərkit kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azәrbaycan türkləri və Tabasaranlılar. Dini baxımdan islam dininin sünni məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 608 nəfər təşkil etmişdir. == Yerləşməsi == Xuçni kəndindən 6 km şərqdə yerləşir.
Ərkivan
Ərkivan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Tarixi == Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan qəsəbəsi respublikanın qədim yaşayış məntəqələrindəndir. Burada aşkar edilmiş tunc və dəmir dövrünə aid tapıntılar da bunu sübut edir.1985-ci ildə AMEA Tarix instutunun Paleolit arxeoloji ekspedisiyası professor Əsədulla Cəfərovun rəhbərliyi altında ilk dəfə viləş çayının sağ sahilində yerləşən Ərkivan ərazisində arxeoloji kəşfiyyat işləri aparmışdır. Bu tədqiqat zamanı Ərkivan ərazisində üst paleolit dövrünə aid daş məmulatı tapılmışdır. Bu tapıntı bizə Ərkivan ərazisində qədim insanların məskən salmasını söyləməyə imkan verir. Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Talış dağlarının ətəyində, Lənkəran ovalığında yerləşir. Lənkəran ovalığı isə Talış sıra dağları ilə Xəzər dənizi arasında qərar tutub.Ərkivan qəsəbəsi Talış xanlığının 8 mahalından biri olan Dəştvənd mahalına daxil olmuşdur. Bu mahal qərbdən Talış dağları, şərqdən Xəzər dənizi və Muğan düzü, cənubdan bugünkü Boradigahın, şimaldan Göytəpənin ərazisini əhatə edən çox sərvətli bir məkan olub. Ərkivan isə bu mahalın mərkəzi, sanki üzük qaşı sayılıb.
Behiç Ərkin
Mehmet Behiç Ərkin (1876, Konstantinopol, Osmanlı imperiyası – 1961, İstanbul) — türk əsgəri, siyasətçisi və diplomatı. Çanaqqala döyüşü bitdikdən sonra Alman dövlətinin ən önəmli mükafatlarından olan Dəmir Xaç medalının ən yüksək rütbəsi I dərəcəli Dəmir xaç ordeni ilə almanlar tərəfindən təltif edilən iki komandirdən biri olmuşdur. Digəri isə Mustafa Kamal Atatürk olub. İstər Çanaqqala döyüşünün müdafiə səfərbərlik planını hazırlayaraq, istərsə də Ordu Dairə başçısı olduğu dövrdən hazırladığı müdafiə səfərbərlik planını müvəffəqiyyətlə həyata keçirərək, müharibənin zəfərindəki mükəmməlliyətçi idarəçiliyinə görə, Osmanlılar tərəfindən iki medal, eləcə də almanlar tərəfindən də iki medalla təltif olunaraq qəhrəman elan edilmiş komandirdir. Eləcə də Türkiyə İstiqlaliyyət müharibəsində Mustafa Kamal tərəfindən “Siz daşımalarda müvəffəqiyyətli olun ki, mən də cəbhələrdə uğur qazanım” deyərək bütün daşınma işlərini güvənərək həvalə etdiyi və Mustafa Kamalın yaxın dostu kimi tanınan komandir olub. O, İstiqlaliyyət müharibəsidən sonra həm İstiqlal medalı ilə təltif olunub, həm də Türkiyə Böyük Millət Məclisinin xüsusi təqdirnaməsi ilə Qurtuluş Savaşı Qəhrəmanı adına layiq görülüb. Türkiyə Respublikası Dövlət Dəmir Yollarının (1920-1926) qurucusu və ilk baş direktoru olan Ərkin “Dəmir yollarının atası” kimi də tanınır. Türkiyə Böyük Millət Məclisinin II və III dövr çağırışlarında (22 noyabr 1928-ci ildə istefa verdi) İstanbul, VII çağırışında, 1926-1928-ci illərdə Çanqırı naibi və ictimai işlər naibi (indiki ictimai işlər naziri) vəzifələrində çalışmışdır. Nazirlikdə olduğu müddətdə İcra Deputatları Şurasının üzvü kimi “Milli Təhlükəsizlik Xidmətləri Təşkilatı” (Milli Kəşfiyyat Təşkilatı) imzalarından birinin sahibi, həm ideya atası, həm də təsisçi olub. 1926-cı ildə respublikanın ilk pensiya fondu olan “İmalat-ı Hərbiyyə Teavün və Sığorta Fondu”nu təsis edib.
астроко́мпас дисфу́нкция залежа́лый наводи́ть ры́бник дори́йский лад краеве́дческий обувщи́ца перещу́пываться уха́бина adapt b Bissau bullhorn customary didacticism Herman hypnogogic poriferous scraper stogy sun-lounge unanswerable распаяться Терпсихора