ƏRTƏPƏR
ƏRTUQAY
OBASTAN VİKİ
Diriliş Ərtoğrul
Diriliş: Ərtoğrul — Tekden Film tərəfindən hazırlanan ssenarisini Mehmet Bozdağın yazdığı baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevikin paylaşdığı teleserialdır. İlk seriyası 10 dekabr 2014-cü ildə yayınlanıb. İlk seriyasının yayınlandığı günün AB qrupu üzrə reytinq sıralamasında I sırada olmuşdur.Serialın hekayəsi XIII əsrdə Ərtoğrul Qazi və Alplarının Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsini və Osmanlı Bəyliyinin qurulma dövrü haqqındadır. Serialın 2015-ci ildə Kann kinofestivalında “şərəf qonağı” olaraq iştirak edəcəyi deyilir.Serial 2019-cu ilin 29 may günündə bitmişdir. == Ssenari == == Rollarda == Engin Altan Düzyatan - Ərtoğrul Qazi Kaan Taşaner - Gündoğdu bəy Serdar Gökhan - Süleyman Şah Hülya Darcan - Hayme Ana Cengiz Coşqun - Turqut Alp Məhəmməd Çevik - Deli Demir Nurəddin Sönməz - Bamsı Beyrək Hakan Vanlı - Qurdoğlu Osman Soykut - İbn-i Arabi Serdar Deniz - Titus Didem Balçın - Selcan xatun Esra Bilgiç - Həlimə xatun Hande Subaşı - Aykız Arda Anarat/Batuhan Karacakaya - Dündar bəy(yeniyetmə dövrü və yetkin dövrü) Burak Hakkı-I.Əlaəddin Keyqubad(Rum sultanlığı sultanı) Cem Uçan-Əliyar bəy Gülsim Ali-Aslıhan xatun Murat Qaripağaoğlu-Əmir Səadəddin Köpək(Rum sultanlığı vəziri) Cavit Çetin Güner-Doğan Alp və digərləri == Hazırlıqlar == Teleserial üçün 4 aylıq bir hazırlıq həyata keçirildi. Döyüş səhnələri üçün Qazaxıstandan gətirilən komanda aktyorlara qılınc və oxçuluq dərsləri keçdi. Hər gün sistemli olaraq at minildi.
Ərtoğrul Bəy
Ərtoğrul Qazi və ya Ərtoğrul bəy (bilinmir, Əhlat – təq. 1281 və ya təq. 1280, Söğüt, Biləcik ili) — Oğuz türklərinin Qayı boyunun başçısı, Osmanlı imperiyasının qurucusu Osman Qazinin atası. Adının mənası belə təsvir edilir ki, türk dilində "ər" sözünün mənası "kişi, əsgər və ya qəhrəman", toğrul isə dirilişin simvolu olan nəhəng quruluşlu simurq quşudur. Beləliklə, Ərtoğrul adının mənası "Qəhrəman yırtıcı quş, toğrul" kimi təsvir edilə bilər. Ərtoğrul 1191-ci ildə anadan olmuş, 1281-ci ildə Anadoluda, Söğütdə vəfat etmişdir. Ərtoğrulun 24 tayfadan ibarət Oğuz türklərinin Qayı boyundan və bəy nəslindən olması, atasının və babalarının da bəy olması və onun sünniliyin hənəfi məzhəbindən olması təsdiqlənmiş məlumatdır.Ərtoğrulun varlığı atasının adının "Ərtoğrul" olaraq qeyd edildiyi oğlu Osmanın zərb etdiyi sikkələrlə tarixən sübuta yetirilsə də, onun həyatı və fəaliyyəti ilə bağlı bundan başqa heç nə dəqiqliklə bilinmir.Amma Osmanlı mənbələrinə əsasən Ərtoğrul Şərqi İrandan Anadoluya qaçan Oğuz türklərinin Qayı tayfasının başçısı Süleyman Şahın oğludur. Ərtoğrulun başqa bir fərziyyəyə əsasən, soy ağacı belədir: o, Gündüz alpın oğlu, Qaya alpın nəvəsi, Göyalpın nəticəsi, Sarkuk alpın kötücəsi və Qayı alpın bitikcəsi olaraq qeyd olunur, tayfa adını Qayı alpın adından almışdır.Osmanlı mənbələrinə görə, Ərtoğrul və tərəfdarları atasının ölümündən sonra Anadolu Səlcuqlu dövlətinə xidmət etməyə başladılar və o, Söğüt adlanan ərazi üzərində hökmranlıqla mükafatlandırıldı. O dövrdə, bu yer Bizans imperiyası ilə sərhəddə yerləşirdi. Bu, Osmanlı bəyliyinin qurulmasına səbəb olan bir sıra tarixi hadisələrə macal verdi.Ərtoğrul, oğlu Osman və onlardan sonra gələn övladlar tez-tez "Qazi" titulu ilə qeyd edilir, bu, İslamın şərəfini yüksəltmək üçün döyüşçü olan mücahidlərə verilən addır.
Ərtoğrul Cavid
Ərtoğrul (Ərtoğrol) Cavid Rasizadə (22 oktyabr 1919, Bakı – 14 noyabr 1943, Naxçıvan) — görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır. == Həyatı == Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirmişdir (1940). Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941- 1942 Ü.Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılımış "9 Variasiya"dır. (1941-1942 Ü.Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən "Sərhəddən məktub" simfonik balladasının və marşlar yazmış, "Şeyx Sənan", "Məshəti" operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır. 1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir.
Ərtoğrul Günay
Ərtoğrul Günay (türk. Ertuğrul Günay; — 1 mart 1948, Ordu) — Türkiyəli hüquqşünas, siyasətçi, iki dəfə Türkiyə Böyük Millət Məclisinin üzvü, eyni zamanda 2007–2013-cü illərdə Türkiyənin Mədəniyyət və Turizm naziri. 1992–1994-cü illər arasında Cümhuriyyət Xalq Partiyasında baş katib vəzifəsini icra etmişdir. 2004-cü ildə CHP-dən qovulmuş və 2007-ci ildə Ədalət və İnkişaf Partiyasına keçmişdir. Elə həmin il keçirilən ümumi seçkilərdə bu partiyadan millət vəkili seçilib. Türkiyə Cümhuriyyətinin 60 və 61-ci Hökumətlərində Mədəniyyət və Turizm Naziri vəzifəsində çalışmışdır. 2013-cü ilin sonunda 17 dekabr istintaqında alınan bəzi qərarları əsas gətirərək Ədalət və İnkişaf Partiyasından istefa vermişdir. == Həyatı == Ərtoğrul Günay 1 Mart 1948-ci ildə Ordu şəhərində anadan olub. 1969-cu ildə İstanbul Universiteti Hüquq Fakültəsini bakalavr dərəcəsi ilə bitirmişdir. 1977-ci ildə ən gənc deputat olaraq Cümhuriyyət Xalq Partiyasından Böyük Millət Məclisinin üzvü seçilmişdir.
Ərtoğrul Nadirli
Ərtoğrul Hümbət oğlu Nadirli (31 mart 1997; Sədərək rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ərtoğrul Nadirli 1997-ci il martın 31-də Sədərək rayonunda anadan olub. 2004-2012-ci illərdə 1 nömrəli tam orta məktəbdə, 2012-2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ərtoğrul Nadirli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" hərbi rütbəsində xidmət edirdi. Əvvəlcə Qazax rayonunda yerləşən "N" saylı hərhi hissədə, sonra isə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Ərtoğrul Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ərtoğrul Nadirli oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Sədərək rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Ərtoğrul Qazi
Ərtoğrul Qazi və ya Ərtoğrul bəy (bilinmir, Əhlat – təq. 1281 və ya təq. 1280, Söğüt, Biləcik ili) — Oğuz türklərinin Qayı boyunun başçısı, Osmanlı imperiyasının qurucusu Osman Qazinin atası. Adının mənası belə təsvir edilir ki, türk dilində "ər" sözünün mənası "kişi, əsgər və ya qəhrəman", toğrul isə dirilişin simvolu olan nəhəng quruluşlu simurq quşudur. Beləliklə, Ərtoğrul adının mənası "Qəhrəman yırtıcı quş, toğrul" kimi təsvir edilə bilər. Ərtoğrul 1191-ci ildə anadan olmuş, 1281-ci ildə Anadoluda, Söğütdə vəfat etmişdir. Ərtoğrulun 24 tayfadan ibarət Oğuz türklərinin Qayı boyundan və bəy nəslindən olması, atasının və babalarının da bəy olması və onun sünniliyin hənəfi məzhəbindən olması təsdiqlənmiş məlumatdır.Ərtoğrulun varlığı atasının adının "Ərtoğrul" olaraq qeyd edildiyi oğlu Osmanın zərb etdiyi sikkələrlə tarixən sübuta yetirilsə də, onun həyatı və fəaliyyəti ilə bağlı bundan başqa heç nə dəqiqliklə bilinmir.Amma Osmanlı mənbələrinə əsasən Ərtoğrul Şərqi İrandan Anadoluya qaçan Oğuz türklərinin Qayı tayfasının başçısı Süleyman Şahın oğludur. Ərtoğrulun başqa bir fərziyyəyə əsasən, soy ağacı belədir: o, Gündüz alpın oğlu, Qaya alpın nəvəsi, Göyalpın nəticəsi, Sarkuk alpın kötücəsi və Qayı alpın bitikcəsi olaraq qeyd olunur, tayfa adını Qayı alpın adından almışdır.Osmanlı mənbələrinə görə, Ərtoğrul və tərəfdarları atasının ölümündən sonra Anadolu Səlcuqlu dövlətinə xidmət etməyə başladılar və o, Söğüt adlanan ərazi üzərində hökmranlıqla mükafatlandırıldı. O dövrdə, bu yer Bizans imperiyası ilə sərhəddə yerləşirdi. Bu, Osmanlı bəyliyinin qurulmasına səbəb olan bir sıra tarixi hadisələrə macal verdi.Ərtoğrul, oğlu Osman və onlardan sonra gələn övladlar tez-tez "Qazi" titulu ilə qeyd edilir, bu, İslamın şərəfini yüksəltmək üçün döyüşçü olan mücahidlərə verilən addır.
Ərtoğrul Çələbi
Ərtoğrul Çələbi (1376, Kütahya – 1392, Çorum) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Ərtoğrul Çələbi 1376-cı ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə kənizlərindən biridir. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Süleyman və İsa Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər. Mərasimdən qısa müddət sonra baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1390-cı ildə işğal edilən Sarıxanoğulları bəyliyinin torpaqları Manisa sancaqbəyliyinə çevrildi və Ərtoğrul Çələbi bölgənin idarəsinə gətirildi. Bu vəzifədə ikən atasının Anadoluya tərtiblədiyi səfərlərdə iştirak etdi. 1391-ci ildə Candaroğlu Süleyman bəyə qarşı çıxılan səfər əsnasında Qazi Burhanəddinin Osmanlıların əleyhində fəaliyyət göstərməsinin ardından, Ərtoğrul Çələbi atasının əmriylə Sivas üzərinə göndərildi. Ancaq Çorum yaxınlığındakı Qırxdilim adlı yerdə Qazi Burhanəddinin birlikləriylə qarşılaşan Ərtoğrul Çələbi ağır məğlubiyyətə uğradı və döyüş meydanında öldürüldü (1392).
Mehmed Ərtoğrul Əfəndi
Mehmed Ərtoğrul Əfəndi (5 sentyabr 1912 və ya 5 noyabr 1912, Konstantinopol – 2 iyul 1944, Qahirə) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin oğlu. == Həyatı == Mehmed Ərtoğrul Əfəndi 1912-ci ildə İstanbulda Çəngəlköydəki Vahidəddin köşkündə dünyaya gəldi. Anası Şadiyə Müvəddət xanım atasının üçüncü xanımı idi. Ailənin tək oğlu və ən kiçik uşağı olduğundan xüsusi təhsil aldı. Atası 1922-ci ildə sürgünə göndəriləndə, 10 yaşlı Mehmed Ərtoğrul da onunla birlikdə San-Remoya getdi. Atasının ölümündən sonra, anasıyla birlikdə Qahirəyə köçdü və 1944-cü ildə burada vəfat etdi. Cənazəsi Qahirədə Abbasiyə məzarlığında dəfn olundu.
Ərtoğrul Cavid Rasizadə
Ərtoğrul (Ərtoğrol) Cavid Rasizadə (22 oktyabr 1919, Bakı – 14 noyabr 1943, Naxçıvan) — görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır. == Həyatı == Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirmişdir (1940). Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941- 1942 Ü.Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılımış "9 Variasiya"dır. (1941-1942 Ü.Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən "Sərhəddən məktub" simfonik balladasının və marşlar yazmış, "Şeyx Sənan", "Məshəti" operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır. 1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir.
Ərtoğrul Osman Osmanoğlu
Ərtoğrul Osman Osmanoğlu (18 avqust 1912, Konstantinopol, Osmanlı imperiyası – 23 sentyabr 2009, İstanbul) — Osmanlı sülaləsinin səkkizinci rəisi və Osmanlı sülaləsinin hakimiyyətdə olduğu dövrdə dünyaya gələn sonuncu şahzadəsi. == Həyatı == Şahzadə Ərtoğrul Osman Əfəndi 1912-ci ildə Nişantaşında dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin dördüncü oğlu Mehmed Burhanəddin Əfəndi, anası isə onun ikinci xanımı Aliyə Mələk Nazlıyar xanım idi. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanun çıxan əsnada 12 yaşlı Osman Əfəndi Vyanada təhsil alırdı. Bu səbəblə sürgünə vətənindən yox, Vyanadan getdi. 1933-cü ilə qədər Avropanın bir çox ölkələrində yaşasa da, sonralar ABŞ-yə köçdü və 1945-ci ildə Nyu-Yorkda daimi məskunlaşdı. Osmanlı türkcəsi ilə yanaşı, ingilis, italyan, ispan, alman və fransız dillərini də bilirdi. 1952-ci ildə Kanadada mədən sənayesi ilə məşğul olan bir firma qurdu. Bu səbəblə ailənin digər üzvləri kimi maddi çətinliklər çəkmədi. 1952-ci ildə Osmanlı sülaləsinin kişi mənsublarına çıxarılan əfv qanunundan sonra ölkəyə qayıtmadı.
Ərtoğrul Osman Əfəndi

Ərtoğrul Qazi türbəsi
Ərtoğrul Qazi türbəsi — Osmanlı Bəyliyinin banisi Osman Qazinin atası və Səlcuqlu Uçbəyi Ərtoğrul Qazinin Biləcik ilinin Sögüt ilçəsində yerləşən türbəsidir. == Tarixi == XIII əsrin sonlarında inşa edilən türbənin tikinti tarixi dəqiq olaraq bilinmir. İlk olaraq Osman Qazi tərəfindən açıq qəbir kimi tikdirilmiş, daha sonra I Mehmed tərəfindən türbə halına gətirilmişdir. Sultan III Mustafa vaxtında 1757-ci ildə yenidən bərpa olunmuş və ilkin tikiliş halı dəyişmişdir. 1886-cı ildə II Əbdülhəmid tərəfindən yenidən təmir edilmiş və yanına bulaq əlavə edilmişdir. Ərtoğrul Qazi türbəsi altıbucaqlı planlı, üstü günbəz örtüklü olub, düzbucaqlı bir girişdən sonra içəriyə girilir. Bu girişin yan tərəflərində bir cüt pəncərə var. Türbənin divarları bir sıra daş və iki sıra kərpicdən hörülmüşdür. Sanduqə olduğu türbənin içindəki qərb və cənub-şərq divarlarına dördkünc pəncərələr açılıb. Təmirlər zamanı türbənin giriş qapısı yanına bir kitaba əlavə edilmişdir: Menba-i cuy-i inayet şah-ı ali siretin Mevce-i derya kadar ömrün Huda kılsın mezid Kıldı ol şahinseh-i devran cedd-i emcedin Gazi Ertuğrul Cenabın kabrini zira cedid Baabı yanında dahi bu çeşmeyi inşa ile Eyledi ruh-ı revanın şad o Hakan-ı reşid Cevher-i nazma iki tarih bir beyt içre bak Su verir buldukçe mecray-ı kalem feyz-i bedid Ruh-ı Ertuğrul içün bu çeşmeyi kıldı iyan Ayn-ı Lütf-ı saltanat Şah-ı zaman Abdül Mecid 1304 == Xarici keçidlər == Ertuğrul Gazi Türbesi-Bilecik'in Bilecik Söğüt ilçesinde bulunan Ertuğrul Gazi'nin türbesi, oğlu Osman Bey tarafından önce açık mezar olarak yapılmıştır.
Diriliş: Ərtoğrul (teleserial, 2014)
Diriliş: Ərtoğrul — Tekden Film tərəfindən hazırlanan ssenarisini Mehmet Bozdağın yazdığı baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevikin paylaşdığı teleserialdır. İlk seriyası 10 dekabr 2014-cü ildə yayınlanıb. İlk seriyasının yayınlandığı günün AB qrupu üzrə reytinq sıralamasında I sırada olmuşdur.Serialın hekayəsi XIII əsrdə Ərtoğrul Qazi və Alplarının Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsini və Osmanlı Bəyliyinin qurulma dövrü haqqındadır. Serialın 2015-ci ildə Kann kinofestivalında “şərəf qonağı” olaraq iştirak edəcəyi deyilir.Serial 2019-cu ilin 29 may günündə bitmişdir. == Ssenari == == Rollarda == Engin Altan Düzyatan - Ərtoğrul Qazi Kaan Taşaner - Gündoğdu bəy Serdar Gökhan - Süleyman Şah Hülya Darcan - Hayme Ana Cengiz Coşqun - Turqut Alp Məhəmməd Çevik - Deli Demir Nurəddin Sönməz - Bamsı Beyrək Hakan Vanlı - Qurdoğlu Osman Soykut - İbn-i Arabi Serdar Deniz - Titus Didem Balçın - Selcan xatun Esra Bilgiç - Həlimə xatun Hande Subaşı - Aykız Arda Anarat/Batuhan Karacakaya - Dündar bəy(yeniyetmə dövrü və yetkin dövrü) Burak Hakkı-I.Əlaəddin Keyqubad(Rum sultanlığı sultanı) Cem Uçan-Əliyar bəy Gülsim Ali-Aslıhan xatun Murat Qaripağaoğlu-Əmir Səadəddin Köpək(Rum sultanlığı vəziri) Cavit Çetin Güner-Doğan Alp və digərləri == Hazırlıqlar == Teleserial üçün 4 aylıq bir hazırlıq həyata keçirildi. Döyüş səhnələri üçün Qazaxıstandan gətirilən komanda aktyorlara qılınc və oxçuluq dərsləri keçdi. Hər gün sistemli olaraq at minildi.
Diriliş:Ərtoğrul (teleserial, 2014)

деци... пыла́ющий свежёхонький своево́льничать хира́гра чекменёк блу́за вы́качаться дромаде́р мелкобуржуа́зный негро́мкий нелюбозна́тельный остеклене́ть политэконо́мия уйму человеколюби́во свая absurdism coolly counter-tide Exeter text-engraving актовый оптика постесняться