ƏRZƏL
ƏRZİ
OBASTAN VİKİ
Ərzən Xatun türbəsi
Ərzən Xatun türbəsi (türk. Erzen Hatun Kümbeti) — Türkiyənin Bitlis ilinin Əhlət ilçəsində yerləşən Qaraqoyunlu dövrü memarlıq abidəsi. == Tarixi == Abidə Türkiyənin Əhlət şəhərinin Əhlət Mərkəz məhəlləsində, Şeyx Nəcməddin türbəsi ilə yanaşı yerləşir. Ərzən Xatun türbəsi şimal fasadında tikilmə tarixi H.707-ci ili verir, lakin mövzu ilə bağlı ilk araşdırma aparan A. Şərif Beyqu tikinti kitabəsində binanın hicri ilini 799-cu il kimi qeyd etmişdir. Kitabə türbənin cənub fasadında pəncərə lenti kimi düzülmüş, təxminən 65x36 sm ölçüdə ağ daş üzərində qabartma texnikası ilə beş sətirdə həkk olunmuşdur. Osmanlıdan əvvəlki dövr üslubuna uyğun gələn cəli süls yazısı bədii olmaqdan daha çox funksionallıq baxımından əhəmiyyətlidir. Kitabədə yazır: "Yarəbb bu şərif və xoşbəxt qübbənin altında yatan salihə, iffətli, şəhidə, böyük xatun, Allahın rzasına və rəhmətinə möhtac 798-ci ilin zilhiccə ayında vəfat etmiş olan Əmir Əli qızı Ərzən Xatuna yardım və rəhmətini əsirgəmə" Tarixçi B. Konyara görə abidə Qaraqoyunlu tayfa ittifaqına daxil olan Ərzən bəylərindən Əmir Əlinin qızı Ərzən Xatunun məzarı üzərində ucaldılmışdır. Ə. Doğanay və B. Doğan da əsəri Qaraqoyunlu dövrünə aid edirlər. == Kitabələri == 1. Qərb pəncərəsində yerləşən kitabənin mətni aşağıdakı kimidir "١شھد الله -انھ لا الھ الا ھو ٢ -و الملئكة و اولو ا لعلم قائما با لقسط ٣لا-الھالاھوالعزیزالحكیمان ٤ - اعند الله لدینالا سلام" Tərcüməsi belədir — "Allah, mələklər və ədalət sahibləri Ondan başqa məbud olmadığına şəhadət vermişlər.
Ərzənəq
Ərzənəq (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Ərzənəq (Sərab) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
Ərzənəq (Germi)
Ərzənəq (fars. ارزنق‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 188 nəfər yaşayır (42 ailə).
Ərzənəq (Sərab)
Ərzənəq (fars. ارزنق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,407 nəfər yaşayır (250 ailə).

Digər lüğətlərdə

берёзовица вживля́ть ворчу́нья дендро́лог злоехи́дный приме́рный ру́бчик изъясня́ться очки́ перева́лочный подзапа́здывать треть ху́дшее coach-horn defamatory eliquation harsh stone indivertible peter-biter sticky tape ингушка канатоходец ликующий однодворка своенравие