ƏRƏŞ

сущ. куьгьн. гъилин кьуьнтелай тупӀарин кӀуфал кьван авай яргъивилин алцумаг.
ƏRƏSAT
ƏRƏVÜŞ
OBASTAN VİKİ
Ərəş
Yaşayış məntəqələriƏrəş sancağı - Şirvan əyalətinin sancağı Ərəş sultanlığı Ərəş qəzası 1873-1926 Ərəş (şəhər) — Azərbaycanın Şirvan (indiki Yevlax rayonu) ərazisində mövcud olmuş şəhər. Ərəş (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Ərəş (Yevlax)
Ərəş (əvvəlki adı: Şilyan) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Yevlax rayonunun Şilyan kəndi Ərəş kəndi və müvafiq olaraq Şilyan kənd Soveti Ərəş kənd Soveti adlandırılmışdır.
Ərəş (şəhər)
Ərəş — Azərbaycanın qədim şəhərlərindən biri. Şirvan ərazisində, indiki Yevlax rayonunun Xaldan qəsəbəsinin sahəsində mövcud olmuşdur. == Tarixi == Ərəşin adına XV əsrə qədərki mənbələrdə təsadüf olunmur. Ehtimal etmək olar ki, Ərəş şəhər kimi məhz bu zamandan mövcuddur. Tarixçi Əmin Əhməd Razinin fikrincə, Ərəşin əsası Ənuşirəvan (Sasani hökmdarı I Xosrov) tərəfindən qoyulmuşdur. İndiki Xaldan kəndini xalq arasında Ərəş də adlandırırlar. Haqqında söhbət gedən əsl Ərəşin mərkəzi, ehtimal edidiyinə görə, Xaldandan üç kilometr şərqdə, Nemətabad deyilən kənddədir. XVI əsrdə ingilis səyyahları Ərəşin adını bütün Cənubi Qafqazın iri ipəçilik mərkəzi kimi çəkirlər. Ceffri Deketin yazdığına görə, Ərəş Şamaxıdan dəvə yolu ilə 4 günlük məsafədə yerləşirdi. A.Cenkinson yazırdı: "Ölkənin Ərəş adlanan baş və ən varlı ticarət şəhəri Gürcüstan sərhədində yerləşirdi.
Ərəş bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ərəş qəzası
Ərəş qəzası — Yelizavetpol quberniyasında inzibati vahid. 1873-cü ildə yaradılmışdı. Ərazisi 2308,10 kv.verst idi. Qafqaz təqviminin (1917) məlumatına görə qəzada 99400 nəfər əhali yaşayırdı; onların 53144 nəfəri (53,46%) kişi, 46256 nəfəri (46,54%) qadın idi. Qəza idarə sistemi fəaliyyət göstərirdi. Əhali, əsasən, kənd təsərrüfatında çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il avqustun 26-da Ərəş qəzasının Ağdaş yaşayış məntəqəsinə şəhər statusu vermiş, daxili işlər nazirinə şəhərin ərazisi və burada tətbiq ediləcək özünüidarənin forması haqqında xüsusi məruzə təqdim olunmasını tapşırmışdı. Azərbaycan hökumətibin 10 dekabr 1919-cu il tarixli qərarı ilə Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra qəzanın adının necə işlədilməsində fikir aydınlığı olmamışdır. Azərbaycan Mərkəzi Statistika İdarəsi tərəfindən 1922-ci ildə nəşr olunan Azərbaycanın yaşayış məskənlərinin siyahısında qəzanın adı Ağdaş (keçmiş Ərəş), 1921-ci il kənd təsərrüfatı siyahıya almasının 15-ci buraxılışında isə, sadəcə olaraq, "Ərəş" kimi verilmişdir.
Ərəş sultanlığı
Ərəş sultanlığı — sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır. Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi. 1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi.
Kəsbi Ərəşi
Kəsbi Ərəşi XVIII əsri şair Kəsbi Ərəşi barədə Salman Mümtaz məlumat vermiş, onun XVII əsrdə yaşa­dı­ğını, I Şah Abbas dövrünün (1587-1629) tarixi şəxsiyyətləri Yusif xan və Molla Həsənin dostu olduğunu bildirmişdir. «XI əsri-hicrinin əvvəllərində Şah Ab­bas Kəbir tərəfindən Yusif xan adlı bir zat Şirvan vilayətinə bəylərbəyi təyin olun­muşdu. Yusif xan özü gözəl təbi-şerə malik olduğu kimi, və­ziri Molla Həsən də o vaxtın dərin bilikli, fəsahətli şair­lə­rindən idi. Bu şairdust əmirin əhdində bəzi türkcə və farsca şeirlər söyləyən qüdrətli şairlər də yetişmişdir ki, onlardan da bəhs etmək mənfəətdən xali de­yil­dir.
Zari Ərəşi
Zari Ərəşi XVIII əsri şair, xəttat Hüseyn Əfəndi Qayıbov özünün “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlı məcmuəsində Zarinin “Hicran oduna öylə bəni yar yandırır” misrası ilə başalanan qəzəlini, “Eyləmiş tarac canım nəqdin ol nazik bədən” misrası ilə başlanan dörd bəndlik müxəmməsini, “Ey dil, yenə bu dövrdə bir şux dilara” misrası ilə başlanan qəzəli-müstəzadını salmışdır. Araz Dadaşzadə “XVIII əsr Azərbaycan lirikası” adlı monoqrafiyasında Zarinin bir neçə əsərinin adını çəkmişdir.
Ərəşi
Ərəşi — təxəllüs.

Значение слова в других словарях

лито́вский минимизи́ровать повенча́ться прошушу́каться чили́зник в охо́ту восхити́ться обгла́дывать отпуга́ть перезя́бнуть перемути́ться перемы́ть по посло́вице социа́л-патрио́т стогова́ние пляж ургуй фирман хунхуз fuzzbuzz ice-cream sandwich single-wire wound загримировать питьевой