ƏSƏYƏN
ƏSGƏRCƏSİNƏ
OBASTAN VİKİ
Bayraqdar əsgər
Bayraqdar - mənası:Bayraq tutan, bayraq daşıyan adam. Tarix boyu döyüşlərdə ordunun ön hissəsində həmin ordunun rəmzi sayılan Döyüş Bayrağını daşıyan əsgərlər mövcud olub. Müasir dövrdədə bayraqdar əsgər hərbi birləşmənin və ya qurumun Döyüş Bayrağını daşıyır. Bayraqdar əsgər fəal,çevik və cəsur əsgərlərdən təyin olunur.O,hər zaman bayrağı göz bəbəyi kimi qorumalıdır. == Bayrağın daşınma qaydası == Farağat vəziyyətində - bu zaman bayraqdar əsgər bayrağın tutacağından sol əl ilə yuxarıdan sağ əl ilə aşağıdan tutaraq bayrağı sinəsindən qolları bükülmüş qədər məsafədə aralı tutur. Səfərli kalona vəziyyətində - komanda verilən zaman müxtəlif birləşmələrin (bölük, dəstə, briqada və s.)bayraqdarları müəyyən olumuş məsafədə (bölük bayraqdarı - 4 addım, dəstə bayraqdarı - 8 addım və s.)addımlayaraq çıxır.Bu zaman bayraqdar bayrağı sağ əl ilə aşağıdan sol əl ilə yuxarıdan özünün sağ tərəfində tutaraq irəliləyir. Diqqət !!! mərkəzə vəziyyətində - zamanı isə Bayraqdar bayrağı sol əlin köməyi ilə onun tutacağını sağ qolun dirsəkdən bükülmüş vəziyyətinə uyğun önə uzadır və sol əl yana sıxılır.Əgər əsgər addımlamağ vəziyyətində məs: farağat,diqqət !!! sağa verilibsə,bu zaman bayraqdar əsgər sadəcə komanda verilmiş tərəfə(sağa vəya sola)baxır. Azad (komanda) - komandası zamanı isə bayrağın tutacağının aşağı hissəsi sağ ayağın pəncəsinə biləşdirilir və bayrağın yuxarı hissəsi isə sağ qolun tam açılması ilə önə uzadılır.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Əsgər
Əsgər — ən kiçik hərbi rütbə. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. == Haqqında == Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Əsgər Məmmədov (əsgər)
Əsgər Zaur oğlu Məmmədov (25 mart 2002; Edişə, Cəlilabad rayonu, Azərbaycan — 23 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsgər Məmmədov 25 mart 2002-ci ildə Cəlilabad rayonunun Edişə kəndində Zaur Məmmədovun ailəsində anadan olmuşdur. 2008–2019-cu illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Əsgər Məmmədov 10 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əsgər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əsgər Məmmədov 23 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Cəlilabad rayonunda dəfn edilmişdir.
Əsgər Məmmədov (əsgər, 1972)
Əsgər İsmayıl oğlu Məmmədov (8 yanvar 1972, Bərdə rayonu, İmirli – 26 aprel 1994, Ağdam)— Birinci Qarabağ döyüşlərində şəhidi olmuşdu. == Həyatı == Əsgər Məmmədov 1972-ci il 08 yanvar tarixində, Bərdə rayonunun İmirli (Əmirli) kəndində anadan olub. 1979-cu ildə ilk təhsilini imirli kəndində almışdı. 1989-cu ildə təhsilini bitirmişdi. == Hərbi xidməti == 1990-cı ildə həqiqi hərbi xidmətə gedib. Moskvada Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. 26 aprel 1994-cü ildə Ağdam Atçılıq Zavodu yaxınlığında bir neçə gün davam edən döyüşlərdə şəhid olub.
Naməlum əsgər
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. == Naməlum əsgər məzarı == Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Ramiz Əsgər
Ramiz Əskər — azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü. == Həyatı == Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1978). Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru (1984-1991), "Hürriyyət" qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), "XXI əsr" qəzetınin baş redaktoru (1994-1996), "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür.
İgid əsgər
"İgid əsgər" — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir.2016-cı ilin may ayında ATV telekanalında İlqar Mikayıloğlunun aparıcısı olduğu "Xeyirə qarşı" verilişində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq" teatr-studiyasının balaca istedadı 5 yaşlı Nuray Rəhmanın "İgid əsgər" ifası internetdə izlənilmə rekordu qırmışdır.
Əli Əsgər
Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının sədri, professor.[mənbə göstərin] == Ailəsi == Ailəlidir, bir övladı var. == Təhsili və pedaqoji fəaliyyəti == 1986-1993-cü illər ərzində Azərbaycan Texniki Universitetinin Radio Texnika fakültəsində həm bakalavr, həm də magistr dərəcələrində təhsilini tamamlamışdır. Məzun olduğu dövrdə ölkədəki vəziyyəti diqqətə alaraq hüquq təhsili almağa qərar verərək, 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakülətsinə daxil olub. 1998-2000-ci illər ərzində isə Türkiyənin nüfuzlu universitetlərindən olan Mərmərə Universitetinin Sosial Elmlər İnstitutundan Ümumi Hüquq üzrə magistr dərəcəsi alıb. 2007-ci ildə isə Ankara Universitetində doktorantura təhsilini tamamlamış və "Post Sosialist Ölkələrdə Siyasi Rejim Dəyişikləri" adlı dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Elmi fəaliyyəti == Doktorantura təhsilini tamamladıqdan sonra Azərbaycanda fəaliyyət göstərən bir qəzetin Türkiyə təmsilcisi olmuşdur. Əli Əsgərin fərqli QHT-lərdə Qafqaz, Rus-Slavyan, Orta Asiya və Türk dünyası ilə bağlı araşdırmaları mövcuddur. Eyni zamanda professor erməni vandalizmin gerçəkliyini Türk dünyasına çatdırılması üçün müxtəlif fəaliyyətlər göstərmiş, təbliğatlar aparmışdır. 2021-ci ildə professor adına layiq görülən Əli Əsgər halhazırda Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının müdiridir.[1] == Mükafatlar == Dünyada mövcud olan konstitusiyaların türkcəyə tərcümə etməsi səbəbi ilə Əli Əsgərə 2019-cu ildə Hüquq Ensiklopediyası Özəl Mükafatı verilmişdir.
Əsgər (dəqiqləşdirmə)
Əsgər — ən kiçik hərbi rütbə.
Əsgər (qəzet)
"Əsgər" qəzeti — Azərbaycanda çap olunan ilk hərbi qəzetlərdən biri, Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi dövrdə yaradılan qəzet. == Tarixi == Daxili Qoşunların mətbuat orqanı olan "Əsgər" qəzetinin ilk sayı 1992-ci ilin dekabr ayının 16-da dərc olunmuşdur. Qəzet odlu səngərlərdə yayılan ilk mətbu orqanlardan biri kimi döyüşçülərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır. "Əsgər" qəzeti yarandığı gündən bu günədək Daxili Qoşunların döyüş və xidmət yolunun, şəxsi heyətin təlim-tərbiyəsinin işıqlandırılması, ümumilikdə qoşunların fəaliyyəti barədə ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində öz missiyasını uğurla yerinə yetirir. "Əsgər" qəzetinin ilk Baş redaktoru Rəfael Rzayev, Baş redaktorun müavini Təranə Məmmədova, məsul katibi Eldəniz Abbasov olmuşdur.
Əsgər (rütbə)
Əsgər — Azərbaycan Silahlı Qüvvələrində və dünyanın bir çox ölkələrində sıravi rütbəsi. Ondan aşağı hərbi məktəblərin müdavimləri götürülür. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə matros rütbəsidir. Hərbi məktəblərin dinləyiciləri müdavim adlanır. Tədris dövründə onlara sıravi heyətin, məktəbi bitirdikdə isə ilk zabit rütbəsi leytenant verilir.
Əsgər Abbasov
Abbasov Əsgər Məmmədismayıl oğlu (28 aprel 1916 – 9 fevral 1970) — teatr rəssamı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1964). == Həyatı == Əsgər Abbasov 28 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1933-cü ildən Azərbaqycan Milli Dram Teatrında dekorçu rəssam kimi çalışmağa başlamışdır. 1933-1936-cı illərdə Bakı Rəssaqmlıq Məktəbində təhsil almışdır. Təhsil aldığı müddət ərzində əmək fəaliyyətinə də ara verməmişdir. 1945-1949 və 1956-1969-cu illərdə Azərbaycan Musiqili Komediya Teatrında baş rəssam işləmişdir. == Yaradacılığı == Əsgər Abbasov Azərbaycan Milli Dram Teatrında işlədiyi dövrdə Mir Cəlalın "Mirzə Xəyal", Mixail Lermontovun "İki qardaş", K.Simonovun "Bizim şəhərli oğlan", Kondrat Krapivanın "Son gülən", S.Rəhmanın "Toy" pyeslərinin tamaşalarının quruluşçu rejissoru olmuşdur. Habelə, Səməd Vurğunun "Fərhad və Şirin" pyesində və Sabit Rəhmanın "Xoşbəxtlər" komediyasında geyim eskizlərinin müəllifi olmuşdur.Əsgər Abbasovun yaradıcılığının parlaq dövrü Musiqili Komediya Teatrına təsadüf edir. O, S.Ələsgərovun "Ulduz" (1957), Ü.Hacıbəyovun "Arşın mal alan" (1959) və "O olmasın, bu olsun" (1964), "Məşədi İbad", Z.Hacıbəyovun "Aşıq Qərib", S.Rüstəmov "Durna" (1965), Ş.Qurbanov və S.Ələsgərovun "Özümüz bilərik", M.Əlizadə və F.Əmirovun "Gözün aydın", İmre Kalmanın "Silva" (1960) və "Bayadera" tamaşalarının quruluşçu rəssamı olmuşdur. == Vəfatı == Əsgər Abbasov 9 fevral 1970-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Əsgər Abdullayev
Əsgər Abdullayev (futbolçu)
Əsgər Akayev
Askar Akayev (10 noyabr 1944, Qızıl Bayraq[d], Çuy vilayəti) — Qırğızıstan Respublikasının 1-ci Prezidenti (1990–2005).
Əsgər Cəlilov
Əsgər Xəlil oğlu Cəlilov — Azərbaycanlı şəhid. == Həyatı == Cəlilov Əsgər Xəlil oğlu 1936-cı ildə Gədəbəy rayonunun Mutudərə kəndində kolxozçu ailəsində anadan olmuşdur. Uşaqlıq illərini yoxsulluq içərisində keçirmişdir. Yaşının yetkinlik çağlarında kolxozda fəhləlik etmişdir. 1981-ci ildən Gədəbəy rayon rabitə qovşağının İsalı poçt şöbəsində poçtalyon işləmişdir. İşlədiyi müddətdə əhalinin dərin hörmətini qazanmışdır. == Hərbi xidməti == 1990-cı il 20 yanvar hadisələrindən on gün sonra xidməti vəzifəsini yerinə yetirərkən erməni quldurları tərəfindən faciəli surətdə 5 nəfər rabitə işçisi ilə birlikdə qətlə yetirilmişdir. == İrsi == Gədəbəy rayon qəbiristanlığında dəfn olunub. == İstinadlar == http://www.gedebey-ih.gov.az/page/77.html.
Əsgər Fərhadi
Əsgər Fərhadi (fars. اصغر فرهادی‎, d. 1 yanvar 1972-ci il, Xomeynişəhr, İsfahan, İran) - İranlı senarist və rejissor. Teatr məzunudur.
Əsgər Fərəci
Əsgər Fədayəli oğlu Fərəci — 1937-ci ildə Kəbudər Ahəng şəhərində anadan olmuş azərbaycanlı şair. O, azərbaycan və fars dillərində şeirlər yazıb. 2004-ci ildə Kəbudər Ahəng şəhərində vəfat edib.
Əsgər Gorani
Əsgər ağa Gorani (Əsgər ağa Haqvеrdi bəy oğlu Gorani; 3 may 1857, Yelizavetpol, Tiflis quberniyası – 9 mart 1910, Yelizavetpol) — yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalistdir. == Həyatı == Əsgər ağa Haqvеrdi bəy oğlu 3 may 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olmuşdur. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl mеdalla bitirib. Sonra Moskvada Pеtrovski-Razumovski adına Kənd Təsərrüfat Akadеmiyasına daxil olub. Akadеmiyanı bitirəndən sonra vətənə dönüb. Qubеrniya katibi, kollеc asеssoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yеlizavеtpol (Gəncə) qubеrniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, bеş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yеlizavеtpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hеsabına qız məktəbi açıb. === Ailəsi === Əsgər ağa Əzət xanım Tağıbəyova ilə ailə həyatı qurub.
Əsgər Hacıyev
Əsgər Hacıyev (10 may 1938, Behrud, Ordubad rayonu – 1998, Ordubad, Naxçıvan Muxtar Respublikası) — istehsalat qabaqcılı. Sosialist Əməyi Qəhrəmanı (1976). == Həyatı == Hacıyev Əsgər Bayraməli oğlu Ordubad rayonunun Behrud kəndində anadan olub. Əmək fəaliyyətinə 1955-ci ildə Sumqayıtdakı 1 saylı tikinti trestində başlamış, 1957 ildən Bakıda sənaye obyektlərinin tikintisində çalışmışdır. 1982-ci ildən orta texniki peşə məktəbində təlim ustası idi. 1981-ci ildə ona Gənclərin hami tərbiyəçisi fəxri adı verilmişdi. AKP 30-cu qurultayında (1981) MK üzvü seçilmişdir. İki dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. == Mənbə == "Əsgər Hacıyev". Ordubadlı.Az.
Əsgər Hüseyinov
Əsgər Vaqif oğlu Hüseynov (23 dekabr 1998; Kortala, Balakən rayonu — 25 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əsgər Hüseynov 1998-ci il dekabrın 23-də tarixində Balakən rayonunun Kortala kəndində anadan olub.2004-2012-ci illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildən Zaqatala rayonunda Əliabad İslam Mədrəsəsində dini təhsil almağa başlayıb. == Hərbi xidməti == Əsgər Hüseynov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əsgər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Hüseynov oktyabrın 25-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. === Vətən sevgisi === Ailə üzvlərinin söylədiklərindən: "Əsgər hər kəslə yaxın münasibətlər qurardı, hər kəsin köməyinə çatardı.
Əsgər Hüseynov
Əsgər Vaqif oğlu Hüseynov (23 dekabr 1998; Kortala, Balakən rayonu — 25 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əsgər Hüseynov 1998-ci il dekabrın 23-də tarixində Balakən rayonunun Kortala kəndində anadan olub.2004-2012-ci illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildən Zaqatala rayonunda Əliabad İslam Mədrəsəsində dini təhsil almağa başlayıb. == Hərbi xidməti == Əsgər Hüseynov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əsgər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Hüseynov oktyabrın 25-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. === Vətən sevgisi === Ailə üzvlərinin söylədiklərindən: "Əsgər hər kəslə yaxın münasibətlər qurardı, hər kəsin köməyinə çatardı.
Əsgər Həsənov
Əsgər Həsənov (Əsgər İsmayıl oğlu Həsənov; 16 dekabr 1971 - 20 noyabr 1992) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsgər İsmayıl oğlu Həsənov 16 dekabr 1971-ci ildə Yevlax rayonunun Malbinəsi kəndində anadan olmuşdur. Orta məktəbi həmin kəndin məktəbində bitirdikdən sonra o, hərbi xidmətə yollanmışdır. Xidməti başa vurduqdan sonra Əsgər doğulduğu kəndə qayıtmışdır. Bir müddət rabitə qovşağında işləyir. Bu zaman Birinci Qarabağ müharibəsi başlayır. 1992-ci ildə Əsgər könüllü cəbhəyə yollanır. Ağdərə rayonunun Canyataq, Gülyataq, Sırxavənd, Çıldıran və bir çox kəndlərinin müdafiəsində vuruşur. Əsgər Həsənov 20 noyabr 1992-ci ildə döyüş tapşırığını yerinə yetirdikdən sonra kəşfiyyatdan qayıdarkən minaya düşərək şəhid olmuşdur. O, doğulduğu Yevlax rayonunun Malbinəsi kəndində torpağa tapşırılmışdır.
Əsgər Kəngərli
Əsgər Kəngərli (azərb. Kəngərli Əsgər Aslan bəy oğlu‎; 9 may 1911, Naxçıvan – 7 mart 1998, Bakı) — nevropotoloq, tibb xidməti polkovniki, Azərbaycan Respublikasının əməkdar həkimi. == Həyatı == Kəngərli Əsgər Aslan bəy oğlu 9 may 1911-ci ildə Naxçıvan şəhərində anadan olub. === Vəfatı === 7 mart 1998-ci ildə Bakı şəhərində vəfat edib. === Təhsili === 1929-cu ildə Bakı Tibb Texnikumunu bitirib. 1931–1939-cu illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb. == Fəaliyyəti == === Tibbi fəaliyyəti === Diş həkimi fəaliyyət başlayıb,sonralar isə rentgeneloq kimi ixtisaslaşmışdır. Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Qubada,Gəncədə və s.şəhərlərdə səhiyyə şöbələrinin müdiri işləmişdir. Böyük Vətən müharibəsində iştirak edərək,tibb xidməti polkovniki rütbəsi almışdır. Bakı şəhər əsəb xəstəlikləri və Azərbaycan SSR Səhiyyə Nazirliyinin ruhi xəstəliklər üzrə Tibbi Əmək Ekspert Komissiyasının sədri vəzifələrində işləmişdir.
Əsgər Məmmədov
Əsgər Məmmədov (əsgər) — Vətən müharibəsi şəhidi. Əsgər Məmmədov (dövlət xadimi) — Azərbaycan baş nazirinin sabiq müavini, Vətəndaş Həmrəyliyi Partiyasının sabiq baş katibi, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Astara Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Goranboy Rayon Xalq Deputatları Məclisinin sədri, Qasım İsmayılov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sabiq sədri.
1593-cü ildə teleportasiya olmuş əsgər əfsanəsi
1593 teleportasiya olmuş əsgər əfsanəsi — bir xalq əfsanəsinə görə, 1593-cü ilin oktyabr ayında İspaniya imperiyasının əsgərlərindən biri müəmmalı formada Maniladan Mexikodakı Plaza Mayora (indi Konstitusiya meydanı) teleportasiya olmuşdur. Əsgərin Filippindən gəldiyi iddiası, Qomez Perez Dasmarinasın aylar sonra bu xəbər ilə Sakit okeanı keçən bir gəmi sərnişini tərəfindən təsdiq edilməsinə qədər meksikalılar tərəfindən rədd edildi. Folklorist Tomas Alliboun Cenvayr 1908-ci ildə əfsanəni "Meksika şəhərinin əhalisinin bütün təbəqələri arasında aktual" olaraq təsvir etdi. XIX əsrdə yaşayan paranormal araşdırmaçılar, hekayəyə inam verən, teleportasiya və yadplanetlilər tərəfindən qaçırılma kimi açıqlamalar verdilər. == Hekayə == Əsgər 24 oktyabr 1593-cü ildə Filippinin Manila şəhərinin Ümumi kapitanlığının tərkibində Qubernator sarayını mühafizə edirdi. Daha əvvəlki gün qubernator Qomez Perez Dasmarinas, Çinli piratlar tərəfindən öldürüldü, lakin gözətçilər hələ də sarayı qoruyurdular və yeni bir qubernatorun təyin olunmasını gözləyirdilər. Əsgərlərdən biri əsəbi və tükənmiş hiss etməyə başladı. Divara söykəndi və dincəlmək üçün gözlərini bağladı. Bir neçə saniyə sonra gözlərini açanda özünü Meksikada, okeanın minlərlə kilometr uzaqdakı digər sahilində tapdı. Ordakı bəzi mühafizəçilər onu səhv uniformada gördülər və onun kim olduğunu soruşmağa başladılar.
1593 teleportasiya olmuş əsgər əfsanəsi
1593 teleportasiya olmuş əsgər əfsanəsi — bir xalq əfsanəsinə görə, 1593-cü ilin oktyabr ayında İspaniya imperiyasının əsgərlərindən biri müəmmalı formada Maniladan Mexikodakı Plaza Mayora (indi Konstitusiya meydanı) teleportasiya olmuşdur. Əsgərin Filippindən gəldiyi iddiası, Qomez Perez Dasmarinasın aylar sonra bu xəbər ilə Sakit okeanı keçən bir gəmi sərnişini tərəfindən təsdiq edilməsinə qədər meksikalılar tərəfindən rədd edildi. Folklorist Tomas Alliboun Cenvayr 1908-ci ildə əfsanəni "Meksika şəhərinin əhalisinin bütün təbəqələri arasında aktual" olaraq təsvir etdi. XIX əsrdə yaşayan paranormal araşdırmaçılar, hekayəyə inam verən, teleportasiya və yadplanetlilər tərəfindən qaçırılma kimi açıqlamalar verdilər. == Hekayə == Əsgər 24 oktyabr 1593-cü ildə Filippinin Manila şəhərinin Ümumi kapitanlığının tərkibində Qubernator sarayını mühafizə edirdi. Daha əvvəlki gün qubernator Qomez Perez Dasmarinas, Çinli piratlar tərəfindən öldürüldü, lakin gözətçilər hələ də sarayı qoruyurdular və yeni bir qubernatorun təyin olunmasını gözləyirdilər. Əsgərlərdən biri əsəbi və tükənmiş hiss etməyə başladı. Divara söykəndi və dincəlmək üçün gözlərini bağladı. Bir neçə saniyə sonra gözlərini açanda özünü Meksikada, okeanın minlərlə kilometr uzaqdakı digər sahilində tapdı. Ordakı bəzi mühafizəçilər onu səhv uniformada gördülər və onun kim olduğunu soruşmağa başladılar.
77-ci atıcı diviziyanın əsgərlərinə həsr olunmuş memorial
S.Orjonikidze adına Qırmızı Bayraqlı Suvorov ordenli 77-ci atıcı Simferopol Diviziyasının əsgərlərinə abidə — İkinci Dünya Müharibəsi illərində Krımın azad edilməsində və Sapun dağına hücumda iştirak edən milli 77-ci atıcı diviziyasının azərbaycanlı döyüşçülərinin şərəfinə Sevastopol şəhərində Sapun dağında quraşdırılmış xatirə kompleksi. == Tarixi hadisələr == 1943-cü ilin yaz-yay aylarında milli 77-ci atıcı diviziyası Azərbaycandan 1500 döyüşçü və komandirdən ibarət dəstə ilə möhkəmləndirildi. 1944-cü il aprelin 13-də 77-ci atıcı diviziya Qırmızı Ordunun digər hərbi birləşmələri və hissələri ilə birlikdə minə yaxın nasisti əsir götürərək Simferopolu azad etdi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə bu qəhrəmanlığa görə diviziyaya "Simferopol" fəxri adı verildi. Hərbi hissənin 613 döyüşçü və diviziya komandiri SSRİ-nin orden və medallarına layiq görüldü. 1944-cü il mayın 7-də səhər 10.30-da Sovet qoşunları Sapundağ - Karan ərazisinə hücum etdi. Bütün cəbhəboyu qanlı döyüşlər başladı. Döyüş hər xəndək üçün saatlarla davam etdiyi Sapundağı bölgəsində xüsusilə şiddətli idi. Saat 19.30-da 77-ci və 32-ci Qvardiya atıcı diviziyalarının əsgərləri ilk olaraq Sapun dağının zirvəsinə çatdılar. 77-ci diviziyanın döyüşçüsü Əbdüləziz Qurbanov düşmən atəşi altında hücum zamanı zirvəyə çatdı və Sapundağının üstünə Qırmızı Bayraq sancdı.Günün sonuna may ayının 9-da Sevastopol tamamilə azad edildi.
77 –ci atıcı diviziyanın əsgərlərinə həsr olunmuş memorial
S.Orjonikidze adına Qırmızı Bayraqlı Suvorov ordenli 77-ci atıcı Simferopol Diviziyasının əsgərlərinə abidə — İkinci Dünya Müharibəsi illərində Krımın azad edilməsində və Sapun dağına hücumda iştirak edən milli 77-ci atıcı diviziyasının azərbaycanlı döyüşçülərinin şərəfinə Sevastopol şəhərində Sapun dağında quraşdırılmış xatirə kompleksi. == Tarixi hadisələr == 1943-cü ilin yaz-yay aylarında milli 77-ci atıcı diviziyası Azərbaycandan 1500 döyüşçü və komandirdən ibarət dəstə ilə möhkəmləndirildi. 1944-cü il aprelin 13-də 77-ci atıcı diviziya Qırmızı Ordunun digər hərbi birləşmələri və hissələri ilə birlikdə minə yaxın nasisti əsir götürərək Simferopolu azad etdi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə bu qəhrəmanlığa görə diviziyaya "Simferopol" fəxri adı verildi. Hərbi hissənin 613 döyüşçü və diviziya komandiri SSRİ-nin orden və medallarına layiq görüldü. 1944-cü il mayın 7-də səhər 10.30-da Sovet qoşunları Sapundağ - Karan ərazisinə hücum etdi. Bütün cəbhəboyu qanlı döyüşlər başladı. Döyüş hər xəndək üçün saatlarla davam etdiyi Sapundağı bölgəsində xüsusilə şiddətli idi. Saat 19.30-da 77-ci və 32-ci Qvardiya atıcı diviziyalarının əsgərləri ilk olaraq Sapun dağının zirvəsinə çatdılar. 77-ci diviziyanın döyüşçüsü Əbdüləziz Qurbanov düşmən atəşi altında hücum zamanı zirvəyə çatdı və Sapundağının üstünə Qırmızı Bayraq sancdı.Günün sonuna may ayının 9-da Sevastopol tamamilə azad edildi.
Abdullah Əhmədov (əsgər)
Abdulla Əhməd oğlu Əhmədov (12 mart 2002, Sumqayıt – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdulla Əhmədov 2002-ci il martın 12-də Sumqayıt şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Abdulla Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla Əhmədov sentyabrın 29-da Talış istiqamətində şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Akif Abbasov (əsgər)
Abbasov Akif Elşən oğlu (25 mart 2001, Ağcabədi rayonu – 16 yanvar 2020, Tovuz rayonu) — əsgər. == Həyatı == Akif Abbasov 25 mart 2001-ci ildə Ağcabədi rayonunda anadan olub. Ağcabədi şəhər 1 saylı orta məktəbində orta təhsilini alaraq 2019-cu ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə yollanıb. Tovuz rayonunun Ağdam kəndi istiqamətində qulluq edən Akif Abbasov 16 yanvar 2020-ci il tarixində doyüş tapşırığını yerinə yetirərkən düşmənin basdırdığı minaya düşüb. Şəhidin nəşi Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb. Şəhid hərbçi 22 fevral 2020-ci il tarixində Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra medalla təltif edilib.
Akif Qurbanov (Əsgər)
Akif Qurbanov — (2 iyul 1968-ci ildə doğulub) — Gəncə şəhərində anadan olmuşdur. 39 saylı məktəbin yetirməsi idi. Hərbi xidmətini Rusiyada keçirmişdir. Akif Qurbanov 1990-cı illərin əvvəllərində ermənilərin azğınlığına dözə bilməyərək könüllü olaraq cəbhəyə getmişdir. Akif Qurbanov 1994-cü il may ayının 11-də itkin düşmüşdür. == Həyatı == Akif Qurbanov 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 39 saylı məktəbin yetirməsi idi. Çox qabiliyyətli və savadlı bir gənc idi. Gəncə şəhər elektrik-Sənaye Texnikumunda oxumuşdur. Hərbi xidmətini Rusiyada keçirmişdir.
Akif Əsgərov
Akif İzzətulla oğlu Əsgərov (1 may 1940, Naxçıvan) — heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2018). == Həyatı == 1940-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1958-63-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra 1963-69-cu illərdə İ. Repin adına Sankt-Peterburq adına Boyakarlıq, Heykəltaraşlıq, Memarlıq Akademiyasında M. K. Anikuşinin emalatxanasında təhsil almışdır. Dəzgah və monumental heykəltaraşlıqla məşğuldur. 1970-72-ci illərdə SSR Rəssamlar İttifaqının üzvü olmuşdur. 1986-cı ildə Zaqafqaziya Respublikaları Biennalisində qızıl medala layiq görülmüşdür. Heykəltaraşın işləri nəinki Azərbaycan muzeylərində, həmçinin müxtəlif ölkələrin muzeylərinin daimi ekspozisiyalarını bəzəyir. Əsərlərləri Fransa, Almaniya, ABŞ da, Türkiyədə,İngiltərəde şəxsi kolleksiyalarda saxlanılır.Bunlardan Volqoqrad İncəsənət muzeyində saxlanılan “Mənim qızım” və Moskvada Tretyakov qalereyasında saxlanılan “Hüseyn Cavid” heykəllərinin adını çəkmək olar. Bundan əlavə Akif Əskərov “İblis”, “Topal Teymur”, “Şeyx Sənan” heykəllərinin müəllifidir. Bakı şəhərində yerləşən akademik Yusif Məmmədəliyevin abidəsinin müəllifi olan Akif Əskərovun heykəlləri İranda və Türkiyədə də (Balerina, Səhnə) yerləşir.
Allahverdi Allahverdiyev (əsgər)
Allahverdi Əli oğlu Allahverdiyev (9 iyul 2001, Əzizbəyov rayonu – 27 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Allahverdiyev 9 iyul 2001-ci ildə Bakı şəhərinin Xəzər rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Allahverdi Allahverdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində baş atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Allahverdi Allahverdiyev 27 sentyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Allahverdi Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Allahverdi Həsənov (əsgər)
Həsənov Allahverdi — (24 fevral 1960, Cil, Çəmbərək rayonu – 1 yanvar 1994, Yanşaq, Kəlbəcər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Həsənov Allahverdi Qurban oğlu 24 mart 1960-cı ildə Göyçə mahalında anadan olmuşdur. O, Cil kənd orta məktəbini bitirdikdən sonra 1978-ci ildə həqiqi həbi xidmətə çağırılmış və hərbi xidmətini Ukrayna Respublikasında keçmişdir. Allahverdi Həsənovun ən böyük arzusu təyyarəçi olmaq olmuşdur. O, 1980-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı kənddə təsərrüfatla məşğul olmuşdur. İki övlad atası olan Allahverdi Həsənov 1984-cü ildə Xarkov şəhərində hərbi məktəbə daxil olmuş, oranı əla qiymətlərlə bitirdikdən sonra təyinatla Gəncə şəhərinə göndərilmiş, "AN-2" təyyarəsində mexanik vəzifəsində işləmişdir. Həsənov Allahverdi Qurban oğlu 1 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən qızğın döyüşlərdə həlak olmuşdur. == Birinci Qarabağ müharibəsi == Azərbaycanın başı üzərini qara buludlar alanda Alahverdi Həsənov 1993-cü ildə könüllü olaraq cəbhəyə yollanmış, 701 saylı hərbi hissənin tərkibində motoatıcı taborunda bölük starşınası kimi xidmət göstərməyə başlamışdır, Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə böyük hünər göstərmişdir. Həsənov Allahverdi Qurban oğlu 1 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən qızğın döyüşlərdə həlak olmuşdur.
Almaz Əsgərova
Almas Balabəy qızı Əsgərova (23 yanvar 1949 — avqust 1988) — azərbaycanlı kinoaktrisa. Ən məşhur rolu Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi "Nəsimi" filmindəki Şəms roludur. == Həyatı == Almaz Əsgərova 1949-cu ildə Bakıda anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbində təhsil alsa da, təhsilini yarımçıq qoyaraq Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunur. Burada tanış olduğu Azər Süleymanovla ailə həyatı qurur. Moskvada kinorejissorluğu bitirib Bakıya qayıdan Azər Süleymanov, Almaza aktrisa olmağı məsləhət görür və tezliklə o, kinostudiyada Adil İsgəndərovun kursuna daxil olur.Almaz bir-birinin ardınca maraqlı obrazlar yaradır — "Qanun naminə"də" Salamatovun xanımı, "Mən ki, gözəl deyildim"də Elmira, "Ulduzlar sönmür"də Fatimə. Daha sonra "Bir cənub şəhərində" Solmaz, "Ürək... Ürək...", "İstintaq davam edir", "Uşaqlığın son gecəsi" filmlərinə çəkilir. Ustadı Adil İsgəndərov onu çəkəcəyi "Vaqif" filmində Xuraman obrazı üçün hazırlayırdı. Lakin onun ölümü bu ideyanın həyata keçməsinə mane olur.
Arif Rüstəmov (əsgər)
Arif Rüstəmov (Rüstəmov Arif Seymur oğlu) — Salyan rayonunda İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Arif Rüstəmov 11 oktyabr 2001-ci ildə Salyan şəhərində anadan olmuşdur 2018-ci ildə orta təhsilini bitirdikdən sonra Bakı Turizm və Menecment kollecinə daxil olmuşdur == Hərbi xidməti == Arif Rüstəmov 2019-cu ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb və orada rabitəçi kimi xidmət edib. Qazax rayonu N sayılı hərbi hissədə qulluq edən şəhidimiz 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsinə qatılıb. == İkinci Qarabağ müharibəsində iştirakı == Arif Rüstəmov Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Arif Rüstmov 27 oktyabr tarixində Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub.
Ayaz Əsgərov
Ayaz Əsgərov — Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əsgərov Ayaz Nəriman oğlu 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. 1989-cu ildə Moskva Ət və Süd məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun qardaşıdır. == Siyasi fəaliyyəti == 1989–2006-cı illərdə müxtəlif vəzifələrdə işləmiş, 2006–2011-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011–2016-cı illərdə isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Aydın Bayramov (əsgər)
Aydın Bayram oğlu Bayramov () — Azərbaycanlı şəhid. == Həyatı == Bayramov Aydm Bayram oğlu 1968-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olub. == Hərbi xidməti == Zamanlı kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2 il hərbi xidmətdə olmuşdur. O, Gədəbəy rayon Qaçqınlar idarəsində sürücü vəzifəsində işləyirdi. Həmişə hərbiçilərlə əlaqə saxlayır, onlara silah və yemək daşıyırdı. 1993-cü ildə hərbiçilərə sursat daşıyan zaman erməni quldurları tərəfindən atılan güllənin qurbanı olmuşdur. Subay idi. == İrsi == Gədəbəy rayon qəbiristanlığında dəfn olunub. == İstinadlar == http://www.gedebey-ih.gov.az/page/77.html.
Aydın Həsənov (əsgər)
Aydın Elşən oğlu Həsənov (15 dekabr 1995, Gəncə – 10 noyabr 2020, Xankəndi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aydın Həsənov 1995-ci il dekabrın 15-də Gəncə şəhərində anadan olub. 2002-2011-ci illərdə Gəncə şəhərində 44 nömrəli İngilis dili Təmayüllü liseydə təhsil alıb. 2012-2015-ci illərdə isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Liseyində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Aydın Həsənov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Aydın Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aydın Həsənov noyabrın 10-da Xankəndi istiqamətində şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Aydın Əliyev (əsgər)
Aydın Nəriman oğlu Əliyev (9 yanvar 1991; Sumqayıt, Azərbaycan — 28 noyabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aydın Əliyev 9 yanvar 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. SOCAR-ın Karbamid Zavodunda çalışırdı. Ailəli idi. == Hərbi xidməti == Aydın Əliyev bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Aydın Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aydın Əliyev 7 noyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanmış və hərbi tibb müəsissələrindən birinə yerləşdirilmişdir. 28 noyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada koma vəziyyətində olarkən həlak olmuşdur.
Azad Abbasov (əsgər, 1968)
Azad Alı oğlu Abbasov (1968, Zərkənd, Basarkeçər rayonu – 1992, Ağdərə rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1968-ci ildə Basarkeçər rayonunun Zərkənd kəndində doğulub. == Hərbi xidməti == Azad Abbasov Birinci Qarabağ müharibəsi zamanı Goranboydakı birinci batalyonda xidmət etmişdir. Şaumyankənd uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Azad Abbasov 1992-ci ilin yayında Sərsəng su anbarı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Azad Abbasov (əsgər, 1977)
Azad Novruz oğlu Abbasov (6 iyul 1977, Xanlar rayonu – 29 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azad Abbasov 6 iyul 1977-ci ildə Göygöl rayonunda anadan olmuşdur. 1992-ci ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmiş, 1992-1995-ci illərdə təhsilini 2 saylı Peşə liseyində (indiki Gəncə Dövlət Sənaye və Texnologiyalar üzrə Peşə Təhsil Mərkəzi) davam etdirmişdir. == Hərbi xidməti == 1995-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Azad Abbasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 29 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdü. Uzun müddət nəşi tapıla bilməyib. 19 dekabr 2020-ci ildə tapılan nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azad Məmmədov (əsgər)
Azad Tahir oğlu Məmmədov (16 dekabr 1995; Bakı, Azərbaycan — 14 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azad Məmmədov 16 dekabr 1995-ci ildə Bakı şəhərində Tahir Məmmədov və Şahinə Məmmədovaların ailəsində anadan olmuşdur. Ailədə onun Arzu adlı bacısı var idi. Subay idi. == Hərbi xidməti == Azad Məmmədov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin iyul-sentyabr aylarında yenidən səfərbər olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Azad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azad Məmmədov 14 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Mərkəzi Əxzi-Əsgər İdarəsi
Azərbaycan Mərkəzi Əxzi-Əsgər İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi mükəlləfiyyətin təşkilinə məsuliyyət daşıyan orqan. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən 1919-cu il mayın 26-da qəbul edilmişdi. Qanunda təsbit olunurdu ki, ölkə ərazisində hərbi mükəlləfiyyətin həyata keçirilməsinə rəhbərlik edən orqan Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsidir. == Vəzifələri == Azərbaycan Xalq Cümhuriyyətinin bu idarəsi aşağıdakı tapşırıqları yerinə yetirməli idi: Vətəndaşların hərbi xidmətə çağırılması, Onların natural hərbi mükəlləfiyyətlərini (əsasən at və qoşqu vasitələri ilə) yerinə yetirməsinə nəzarət edilməsi, Çağırış yaşlı şəxslərin tibbi müayinədən keçirilməsinə nəzarət edilməsi, Qəza, şəhər və dairə əxzi-əsgər şöbələrinin işi ilə bağlı şikayətlərə baxılması, Həmin şöbələrin fəaliyyəti haqqında hesabatların təhlil edilməsi, Hərbi mükəlləfiyyətin yerinə yetirilməsi üçün zəruri olan büdcə layihəsinin hazırlanması, Ayrılmış büdcə vəsaitini şöbələr arasında bölüşdürülməsi.Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsinin rəisi daxili işlər nazirinin müavini, üzvləri isə idarənin işlər idarəsinin müdiri, həmçinin hərbi nazirliklə ədliyyə nazirliyinin nümayəndələri olmalı idilər. == Fəaliyyəti == Yerlərdə vətəndaşların hərbi mükəlləfiyyətlərini yerinə yetirmələri ilə qəza, dairə və şəhər əxzi-əsgər şöbələri məşğul olmalı idi. Bu orqanlara aşağıdakı vəzifələr həvalə olunurdu: çağırışçıların siyahısının tərtib edilməsi; çağırışçı siyahılarının yoxlanılması; çağırışçıların qeydiyyatı və xidmətə çağırılanların sayı barədə Mərkəzi Əxzi-əsgər İdarəsinə məlumat verilməsi; çağırışçıların hərbi xidmətə çağırılması; çağırışçıların tibbi müayinəsinin aparılması; çağırışçıların hərbi xidmətə qəbul edilməsi; məsuliyyətə cəlb edilməli olan çağırışçılar haqqında polis orqanlarına məlumat verilməsi; yerlərdə atların və qoşqu vasitələrinin qeydiyyatının aparılması və onların xidmətə cəlb edilməsi; səfərbərlik planlarının hazırlanması; hərbi xidmət zamanı xəsarət almış əsgərlərin tibbi müayinədən keçirilməsi. Qəza, dairə və şəhər əxzi-əsgər şöbəsinin rəisi yerli qəza rəisi və ya daxili işlər naziri tərəfindən təyin edilmiş şəxs ola bilərdi. Hərbi nazirlik tərəfindən ezam edilmiş zabit və kəndlərdən seçilmiş nümayəndələr qəza əxzi-əsgər şöbələrinin üzvü olmalı idilər. Qanuna əsasən, bütün qəza mərkəzlərində qəza əxzi-əsgər şöbələri təsis edilməli idi. Bu şöbələr hərbi nazirliklə razılaşdırıldıqdan sonra daxili işlər nazirliyinin qərarı ilə açılmalı idi.
Ağa Qocayev (əsgər)
Ağa Ağasi oğlu Qocayev (15 avqust 1960, Gəncə) — Ağa Ağasi oğlu Qocayev 1993-cü il dekabrın 11-də Beyləqan rayonunda gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalmışdır. == Həyatı == Ağa Qocayev 1960-cı il avqustun 15-də Gəncə şəhərində anadan olmuşdur. Ailənin tək övladı olan Ağa 9 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1978–1980-ci illərdə Novosibirsk vilayətində hərbi xidmətdə olmuşdur. Ağa Qocayev 1980-ci ildə ailə qurmuşdur. Ağanın Vüsalə, İlahə, Əminə adlı üç balası var. == Hərbi xidməti == Büllur zavodunda çalışan Ağa nankor ermənilərə nifrət edir. Ürəyi vətən eşqi ilə dolu idi. Ağa Qocayev 1992-ci il fevralın 12-də Nizami Rayonu Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 181 saylı hərbi hissədə sürücü idi.
Ağabəy Əsgərov
Ağabəy Əsgərov (11 yanvar 1956, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, "Azərbaycan" nəşriyyatının baş direktoru (2005–2021), Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biri. == Həyatı == Ağabəy Məmməd oğlu Əsgərov 1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olub.Bakı şəhəri 6 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri namizədidir. == Siyasi-ictimai fəaliyyəti == Ağabəy Əsgərov "Səs" qəzetinin ilk baş redaktoru olub. O, həmin vəzifədə 1991-ci il yanvarın 11-dən 2005-ci ilin aprelinə kimi çalışıb. 1992-ci il iyul-noyabr ayları arasında Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərmiş, "91-lər" hərəkatının fəal iştirakçısı olmuşdur. Partiyanın 5 mart 2021-ci il tarixli VII qurultayınadək Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Birinci çağırış Milli Məclisə deputat seçilib. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə İkinci çağırış Milli Məclisə deputat seçilib.
Bayram Məmmədov (əsgər)
Bayram Elnur oğlu Məmmədov (11 aprel 2001, Qarayeri, Samux, Azərbaycan — 20 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədov Bayram 11.04.2001-ci ildə Samux rayonu Karayeri kəndində anadan olub.. Hələ körpə yaşlarında olarkən valideynləri ayrılan Bayram, bacısı ilə birlikdə anasının himayəsində yaşayıb. 2019-cu il aprelin 2-də əsgərliyə yollanıb. Abşeron rayonunun Pirəkəşkül qəsəbəsindəki "N” saylı hərbi hissədə həqiqi hərbi xidmət etməyə başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Bayram Məmmədov Füzuli, Hadrutun azad edilməsində savaşıb. 20 oktyabr 2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olmuşdur. Samuxda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayram Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

аристократи́чный варико́зный декато́нна дермати́т недоверну́ть но́счик ныря́ть отпо́рный поочерёдный приме́рный торча́ть малогра́мотный напра́шиваться па́дина панелево́з серый baga knockabout rabbit-hole беспредельный бревенчатый доверенный подкрепление простоять шемякин