ƏSİRLİK
ƏSKİ
OBASTAN VİKİ
Şəki (əski)
1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür. 1968-ci ildən isə Nuxa şəhəri rəsmən Şəki adlanmaqdadır.
Əski Riqa
Əski Riqa (latış. Vecrīga‎ - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. == Tarixi == === Mənşə === Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. === İrs === 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
Əski türkcə
Qədim türk dili, Türk yazı dilinin ilk dövrəsidir. Bu dövrdə türk dilinin şivə, ləhçə kimi budaqlara ayrılmadığı qəbul edilir. Bu dövr, Göytürklər, Uyğurlar və Qaraxanlılar dövrünün bir hissəsi (13-cü əsrə qədər) olmaq üzrə təxminən səkkiz əsrlik dövrü əhatə edir; 8-ci əsrdən 13-cü əsrə qədərki dövrdür. == Xüsusiyyətlər == Qədim türkcə dövründəki Türkcənin bu günə görə bir çox fərqli tərəfi vardır. Bunlardan bir qismi bunlardır: "Edgü">> "iyi": Söz içində olan / d / səsi zamanla / y / səsinə çevrilmişdir. (Nümunə: edər> eđer> eyer; kadgu> kađgu> kaygu> qayğı) "Beg"> "beğ"> "bəy": Sözlərin sonunda olan / g / səsləri çoklukla / y / səsinə çevrilmişdir. "Tag"> "dağ": Söz başındakı / t / Orxon əlifbasında "" ilə göstərilən T səsləri Oğuz qrupunda yumuşayarak / d / səsinə çevrilmişdir. Bu ankı məlumatlarla Türkcənin ən köhnə yazılı mətni Orxon abidələri olaraq qəbul edilməkdədir. Orxon abidələri, Qədim türkcə dövrünə aiddir; bu dövrdə edilmişlər. Çünki Hunlar dövründə də bir "Hun dili" var idi.
Əski İqriq
Əski İqriq və ya Əski İqrığ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Əski İqrığ oyk, mür. Quba r-nunun Quba şəhər i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim əski (köhnə, qədim) və İqrığ (kənd adı) komponentlərindən düzəlib "köhnə İqrığ kəndi" deməkdir. == Turizmi == Kənddə beşulduzlu "Quba Palace Azerbaijan"' oteli fəaliyyət göstərir.[1] Otelin tikintisinə 2011-ci ilin aprelində başlanmış, açılışı 20 dekabr 2013-cü ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri və ərazisi 68 hektar olan qolf sahəsi də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Əski-Saray (məscid)
Əski-Saray (krımtat. Eski Saray, Köhnə saray) — keçmiş məscid, XIV əsrin krım-tatar arxitekturasının abidəsi, Krımda yerləşən ən qədimi məscidlərdən biri. Məscid Simferopol rayonunun Pioner kəndində yerləşir. == Tarixi == Məscid Salqir çayının vadisində yerləşmişdir. Əski-Sarayın yox olmuş qəsəbəsinin yerində inşa edilmişdir. Əvvəllər burada məsciddən başqa, həmçinin zərbxana və saray (sonuncu adını qəsəbəyə vermişdir) fəaliyyət göstərirdi. Məscid Qızıl Orda ulusu zamanında dağılmışdır. 1923-cü ildə məscidi professor P. V. Nikolski tədqiq etdi. Onun yazılarına əsasən, o zaman məscidi günbəz bəzəyirdi. Həmin günbəz bizim dövrümüzə qədər gəlib çata bilməmişdir.
Əski Bağdad (Bükan)
Əski Bağdad (fars. اسكي بغداد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 325 nəfər yaşayır (61 ailə).
Əski monqol əlifbası
Əski monqol əlifbası (klassik monqol yazısı, monq. monqol biçiq) — monqol yazılarından biri, qədimi monqol yazı sistemi, XIII əsrdən bizim günlərə qədər dayanmaz istifadədədir. Günlərimizə kimi qorunub saxlanılan ən qədim əski monqol abidəsi Çingiz daşıdır, (1224/1225 il). Qədim zamanlardan bəri Monqolustanın, Rusiyanın və Çinin monqol xalqları tərəfindən əsas yazı növü kimi istifadə edilirdi. Özündən bir neçə törəmə əmələ gətirir: todo-biçiq, vaqindra və mançjur yazıları. Mançjur yazısı Çində Tsin sülaləsinin idarəetmə dövründə istifadə edilirdi. == Mənbə == Əski monqol əlifbası əski uyğur əlifbasının monqol dilinin yazısı üçün adaptasiya nəticəsində əmələ gəlmişdi. Əfsanələrə əsasən, əski monqol əlifbası 1204-cü ildə uyğur yazarı olan Tatatunq tərəfindən yaradılmışdır. Tatatunq Monqol İmperiyasının yaradılanda Çingiz xanın nayman üzərində qələbəsindən sonra tutulmuşdur. Bu əfsanə monqollar tərəfindən tabe olumuş uyğurların monqol mədəniyyətinə təsirini göstərir.
Əski türbə (Bağçasaray)
Əski türbə (krımtat. eski dürbe) — türbə Bağçasarayda yerləşir. Onun XIV əsrdə inşa edildiyi ehtimal edilir. Bu onun Xan sarayından yüz illər öncə inşa edildiyi anlamına gəlir. Arxitektur abidədir. Çürük-Su çayının sol sahilində Xan sarayından 180 km cənub-şərqdə, Zoi Kosmodemyan küçəsində yerləşir. == Tarixi == Əski türbə arxitektur və tarixi abidə olaraq Qızıl Orda dönəmində inşa edilmişdir. Abidə olduqca zəif araşdırılmışdır. Hətta onun daxilində kimin dəfn edildiyi belə bilinir. Bağçasaray tarix-mədəniyyət və arxeologiya muzey-qoruğunun direktoru Emil Seydəliyevin sözlərinə görə: Əvvəllər Əski türbə qəbrlərlə əhatəli idi.
Aşağı Əskipara
Aşağı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kənd 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. == Tarixi == Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl 3. minilliyi əhatə edir. Bunu kənddə yerləşən alban kilsəsi də sübut edir. == Toponimikası == Aşağı Əskipara oyk., mür. Qazax r-nunun Əskipara i.ə.v.-də kənd. Coğas çayının sol sahilində, Qazançı dağının ətəyindədir.
Dördkünclü qala (Yuxarı Əskipara)
Qazax rayonunun Yuxarı Əskipara kəndində nisbətən salamat qalan abidələrdən biri Dördkünclü qaladır. Adına Qüllə də deyirlər, Koroğlu qalası da. Coğas çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçixana olub. Düşünülüb qoyulmuş pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiq edir. Planda qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 metr təşkil edir. Qala çaydaşından çox səliqə ilə hörülüb. Bişmiş qırmızı kərpicdən kəmər-naxışları var. Mərtəbə arası bağları ağacdan imiş. Həyatində köməkçi binalar olub.
Qatır körpüsü (Yuxarı Əskipara)
Qatır körpüsü - XII-XIII əsrlər — Bu körpü Əskipara çayının üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında tikilmişdir. Körpünün uzunluğu 7,3 metr, mərkəzi hissəsinin eni 2,7 metr ümumu hündürlüyü isə tağ yerindən su səthinə qədər 5,8 metr təşkil edir. Körpü bir tağlı olaraq qaya daşlarından inşa olunmuşdur. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Onun keçid hissəsinin üst örtüyü torpaqdandır. Hal-hazırda abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.
Ukrayna Grivnası əskinasları
Ukrayna qrivnasının əskinasları Ukrayna qrivnalarında (UAH, ₴) əks olunmuş banknot və ya əskinaslardır (ümumi leksikonda). Hal hazırda onlar ₴ 1, ₴ 2, ₴ 5, ₴ 10, ₴ 20, ₴ 50, ₴ 100, ₴ 200, ₴ 500 və ₴ 1000 nominasiyalarında buraxılır. Bütün cari notlar 1996-cı ildə ilk seriya notlarını buraxan Ukrayna Milli Bankı tərəfindən buraxılmışdır. Hal-hazırda Grivnası əskinasları 2004-2006-cı illər arasında dövriyyəyə buraxılmışdır. Ukraynada buraxılmış əskinaslara Valyuta Muzeyində baxmaq olar Ukrayna Milli Bankı Kiyevdə. == Banknotlar == 1996-cı ildə Grivna əskinaslarının ilk seriyası Ukrayna Milli Bankı tərəfindən dövriyyəyə buraxıldı. Bunlar 1992-ci il tarixləri idi və 1, 2, 5, 10 və 20 qriven nominasiyalarında idi. Banknotların dizaynı Ukrayna rəssamları Vasil Lopata və Borys Maksymov tərəfindən hazırlanmışdır.Bir Grivnası əskinasları Kanada Bank Not Şirkəti tərəfindən 1992-ci ildə çap edildi. İki, beş və on qrivnalı əskinas iki il sonra çap edildi. Banknot dövriyyəyə buraxılana qədər Kanadada saxlanılırdı.
Yeraltı su kəməri (Yuxarı Əskipara)
Yeraltı su kəməri — Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidədir.
Yeraltı yol (Yuxarı Əskipara)
Yeraltı yol (XIV əsr) — Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidə.
Yuxarı Əskipara
Yuxarı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. == Tarixi == Kənd 8 iyun 1992-cı ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s. == Coğrafiyası və iqlimi == Kəndin dörd tərəfi dağlarla əhatə olunub, meşəliklə örtülüdür, çoxlu mineral bulaqları var. Kənd ada şəklində Ermənistan ərazisində yerləşmişdir. Aşağı Əskiparadan Erməni Əskiparası (və ya Sarxan) vasitəsilə ayrılır. == Toponimikası == Yuxarı Əskipara oyk., miir. Qazax r-nu- nun Əskipara i.ə.v.-də kənd Dağətəyi ərazidədir. Keçmiş adı Əskipara olmuşdur. Ondan yaranmış yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılmışdır.
Şeyx Ədəbalının Əskişəhərdəki türbəsi
Şeyx Ədəbalının Əskişəhərdəki türbəsi, Əskişəhərin Odunbazarı məzarlığında olan, cənazəsi Biləcikdə dəfn edilən Şeyx Ədəbalının adına Əskişəhərdə inşa edilən türbədir.
Əskinas
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Əskinaz
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Əskipara
Əskipara (Loru) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Əskipara (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Əskipara monastırı — Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən qədim alban məbədi. Aşağı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Əskipara (Loru)
Əskipara — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. == Toponimi == Toponim türk dilində "qədim, köhnə" mənasında işlənən əski sözü ilə "torpaq sahəsi", "yarı hissə" mənasında işlənən para sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. Kəndin adını dəyişdirilib Voskepar qoyulmuşdur. 1950-ci ildə kənd ermənicə Voskepar adlandırılmışdır. Kənd Qazax rayonundakı Əskipara kəndinin adı ilə adlanmışdır. Əskipara toponimi əski və İran dillərində para-"kənd", "məskən", para-"kənddən aralı əkin", "bostan əkilən sahə" [145, 168] sözlərindən ibarət olmaq е'tibarilə Albaniyanın Xalxal şəhərinin yerləşdiyi yerin adıdır. VI əsrdə tikilmiş qala divarı və onun 9 bürcü qalmışdır.
Əskipara (Tərtər)
Əskipara — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Əskipara Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir. Əskipara kəndini 1794-cü ildə Qazax rayonunun Əskipara kəndindən köçüb gəlmış ailələr salmışlar.
Əskipara monastırı
Əskipara məbədi — Azərbaycanın Qazax rayonunun Aşağı və Yuxarı Əskipara kəndləri arasında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsi. Monastır Azərbaycan respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır. == Tarixi == Məbəd V-VIII əsrlərdə tikilmişdir. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və əzəmətli görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük xaçdaşlar vardır. Bu monastır meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir.Güman edilir ki, içqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mehrani hökmdarlarının iqamətgahı idi.
Əskipara məbədi
Əskipara məbədi — Azərbaycanın Qazax rayonunun Aşağı və Yuxarı Əskipara kəndləri arasında, dağlıq ərazidə yerləşən tarix-memarlıq abidəsi. Monastır Azərbaycan respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır. == Tarixi == Məbəd V-VIII əsrlərdə tikilmişdir. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və əzəmətli görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük xaçdaşlar vardır. Bu monastır meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir.Güman edilir ki, içqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mehrani hökmdarlarının iqamətgahı idi.
Əskistan
Əskistan (fars. اسكستان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 641 nəfər yaşayır (190 ailə).
Əskişehir
Eskişehir - Türkiyənin bir ili və ən sıx iyirmi beşinci şəhəri. 2013-cü il etibarı ilə 799.724 nəfər əhaliyə malikdir. Ortasından porsuq Çayı keçən şəhər, içərisində Osmangazi Universiteti və Anadolu Universitetinin olması səbəbiylə bir tələbə şəhəri görünüşündədir. Met halvası, Nuga halvası, Haşhaşlı çörək, Kalaban suyu, Çibörek və Lületaşı ilə məşhurdur. Emal edilə bilər Lületaşı, Türkiyədə tək Eskişehirdə çıxarıldığı üçün Eskişehir daşı olaraq bilinər. Türkiyədə Eskişehir və Sivrihisar ətraflarında yetişən bir çoban köpəyi olan akbaş da şəhərə aid əhəmiyyətli bir dəyərdir. İncəsənət təşkilatları və müəssisələri ilə mədəniyyət və sənətdə inkişaf etmiş bir şəhərdir. Anadolu Universiteti və Böyükşəhər Bələdiyyəsi nəzdində iki ədəd simfonik orkestr var. Ayrıca hər il təşkil edilən Beynəlxalq Eskişehir Festivalı ilə şəhərdə musiqi, teatr, şəkil və kino budaqlarında sərgilər və nümayişlər keçirilir.Eskişehir Türkiyənin mədəniyyət fəaliyyət fəaliyyətlərinin tez edildiyi şəhərlərdən biridir. 19 May tarixində Eskişehirdə Klassik Vosvos Avtomobillər Motosiklet və velosipedlinin Festivalda görüşdü.Eskişehir dövrümüzə qədər dəyişik sivilizasiyalar altında mövcudluğunu davam etdirmişdir.
Yeni əlifba yollarında əski xatirə və duyğularım (əsər)
Yeni əlifba yollarında əski xatirə və duyğularım — Azərbaycan şərqşünaslığının görkəmli simalarından olan Xalid Səid Xocayevin 1928-ci ildə adlı qələmə aldığı memuar tipli xatirələrdir. == Haqqında == “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsəri memuar tipli xatirələrdir. Xalid Səid Xocayevin 1928-ci ildə qələmə aldığı bu əsər 1929-ci ildə ilk dəfə latın əlifbası ilə işıq üzü görmüşdü. 11 fevral 2023-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və Özbəkistanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə yenidən işıq üzü görüb. Yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktor, “Ön söz” müəllifi və çapa hazırlayanı filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır. Nəşrin ərsəyə gəlməsində mətni 1929-cu il nəşrindən kompüterdə yenidən işləyən Nüşabə Adgözəlzadə, rəyçiləri filologiya elmləri doktorları Yaşar Qasımbəyli və Həmidulla Baltobayev, məsul katibi Şəbnəm Mirzəzadə və Şahnaz Nəsiblidir.Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. === Məzmun === Əsərin əsas mətni Xalid Səid Xocayevin “Yazıçı tərəfindən bir neçə söz” adlı məqaləsi ilə açılır. Azərbaycan dilində verilmiş başqa bir yazı Bakı Darülfünunun Şərq fakültəsi müdərrislərindən Əziz Qubaydullinin “Xalid Səid haqqında” təqdimatıdır. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri 3 hissədən ibarətdir. Son hissə “Türküstanda istifadə edilən müxtəlif əlifbalar və onlara tarixi nəzər” adlı yarımbaşlığın təqdimi ilə bitir.

Digər lüğətlərdə

вертлу́жный во́на заперши́ть ли́ния накладна́я обесче́щивание парвеню́ перемножа́ться предрассве́тно птероза́вр суда́нцы у́ти шерохова́тость камыши́т ограни́чить переохлади́ть почерпа́ть промыслови́к психи́зм dialectical numbers pool stapedial генезис заздравный засудить