ƏSLİ

1. грамм. непроизводный, первородный; 2. первоначальный, простой
ƏSLƏN
ƏSLİNDƏ
OBASTAN VİKİ
Əsli Aybars
Əsli Aybars (türk. Aslı Aybars) — Türkiyə teatr və kino aktrisası. 25 may 1972-ci ildə İstanbul şəhərində anadan olmuşdur. 1990 - 1994 cü illər arasında Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Teatr bölümünü bitirmişdir.
Əsli Həsənova
Əsli Bala qızı Həsənova (1905, Yelizavetpol – bilinmir) — Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyatı == Əsli Bala qızı Həsənova 1905-ci ildə Gəncə şəhərində anadan olub. 1936–1970-ci illərdə Gəncədəki Nizami adına sovxozda fəhlə işləmişdir. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1970-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçi idi.
Əsli Nəmutlu
Əsli Nəmutlu (24 mart 1994, İstanbul – 12 yanvar 2012, Türkiyə) — Türk milli xizəkçi. == Həyatı == Saint Cozef Fransız Liseyində oxuyan Əsli, xizək etməyə daha 3 yaşında başladı və 2004-cü ildə Alov xizək dəstəsinə girərək ilk yarış təcrübəsini burada yaşadı. 2005-ci ildə Uludağda edilən yarışlarda kiçiklər kateqoriyasında üçüncü olduqdan bir il sonra, yenə Uludağda təşkil edilən yarışlarda slalomda 6-cılıq, böyük slalomda isə 4-cü lük əldə etdi. Eyni il Palandökendə edilən bu yarışların davam ayağında isə Türkiyə birinciliyini qazandı. Bu dərəcələriylə Türkiyə Milli Xizək Komandasına girən, eyni zamanda Alp İntizamı Milli Komandası oyunçusu Əsli Nəmutlu, Türkiyə Gənclər Xizək Çempionatına hazırlandığı Ərzurum Evli Xizək Mərkəzində məşq əsnasında düşərək boyunun qırılması nəticəsi 18 yaşında həyatını itirdi. Cənazəsi xüsusi təyyarələ İstanbula gətirilərək Qaracaəhməd Qəbiristanlığında torpağa verildi.
Əsli dəlillər
Əsli dəlillər (Ərəbcə: أصول الفقه Üsul ül-Fiqh), bir İslam hüququ yəni fiqh termini. == Ümumi məlumat == Əsli dəlillər termini və içində saxladığı alt başlıqlar, Şər'i dəlillərin bir qismini əhatə edir. Şər'i dəlillərin digər qismi isə fər'i dəlillərdir. Əsli dəlillər dörd yerə ayrılır, bunlar: Kitab (Quran) Sünnə İcma Qiyas (Şiələrdə Ağıl)Bu dörd əsli dəlildən, ilk ikisi yəni Qur'an və Sünnət, vəhy dayanan yəni İslam dinindəki naslara dayanan dəlillərkən digər ikisi yəni icma və qiyas isə vəhy təməlli olmayıb ağli olmaqla bərabər İslami naslar ilə ilişkilidir. == Kitab == Kitab Allah-Təalanın Elçisi Məhəmmədə ərəbcə endirdiyi, müshəflərdə yazılaraq bizə qədər təvatür yolu ilə çatmış, Fatihə surəsi ilə başlayıb Nəs surəsi ilə qurtaran Qurani-Kərimdir. Üstün tutulan rəyə əsasən “qa-ra-ə” feilindən məsdərdir və kök mənası oxumaq, toplamaq və bir araya gətirməkdir. Quran yalnız bir etiqad, ibadət və əxlaqi kitab deyil, həm etiqad və ibadət, həm də insanlararası sosial-iqtisadi məsələləri ümumi prinsiplərlə tənzimləyən bir kitabdır. Ayələrdə belə buyurulur: “…Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!”[1] “…Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik).”[2] Qurani-Kərim Məhəmmədə (s.ə.s) ilk dəfə 610-cu ildə təfəkkür və ibadət üçün getdiyi Hira mağarasında, Ramazan ayının qədr gecəsində nazil olmağa başlamış, Cəbrayıl (ə.s) vasitəsilə 22 il 2 ay 22 gündə tamamlanmışdır. İlk nazil olan ayələr bunlardır: “(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
Əsli ədəd
Sadə ədəd - 2-dən başlayaraq yalnız 2 böləni (1-ə və özünə) olan natural ədəddir. == Sadə ədədlər cədvəlinin tərtibi tarixi == Sadə (əsli) ədədlər cədvəlini tərtib etmək işi ilə riyaziyyatçılar hələ çox qədim zamanlarda məşğul olmuşlar.Birinci belə işi riyaziyyatçı və coğrafiyaşünas Eratosfenin adına çıxırlar (bu alim bizim eradan əvvəl III əsrdə yaşamışdır). Eratosfenin üsulu ondan ibarətdir ki, natural ədədlər sırasından tədricən bütün mürəkkəb ədədlər pozulur. Əsli ədədlər cədvəli düzəltmənin bu üsuluna "Eratosfen xəlbiri deyirlər". == Sadə ədədlər == Vahiddən başqa, ancaq birə və özünə bölünən hər bir natural ədəd sadə (əsli) ədəd adlanır. 1 ədədi nə sadə (əsli) ədəd və nə də mürəkkəb ədəddir. Sonu 0, 4, 6, 8 rəqəmləri ilə qurtaran sadə ədədlər olmadığı kimi, sadə ədədlər içərisində 2, 5 ilə qurtaran ancaq bir ədəd var ki, o da 2 və 5 özüdür. Deməli 2 və 5-dən başqa bütün qalan sadə ədədlərin sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtarır. Qeyd edək ki, sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtaran ədədlərin hamısı hökmən sadə ədəd olmur. 21, 27, 33, 39 və digər ədədlər mürəkkəb ədədlərdir.
Əziz Əsli
Əziz Əsli (d. 9.4.1938, Təbriz, İran) — keçmiş İranlı futbolçu. Dərayi və Persepolis klublarında oynayıb. Eləcə də İranın yığma komandasında çıxış edib.
Əsli kəndi (Mərənd)
Əsli kəndi (fars. اصلي كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (17 ailə).
Əsli və Kərəm
Əsli və Kərəm — Azərbaycan məhəbbət dastanları arasında orijinallığı və qeyri-adi sonluğu ilə seçilən "Əsli və Kərəm" dastanı da əsasən məzmun və mahiyyət etibarilə yad təsirə məruz qalmış Azərbaycanın xalq ədəbiyyatı nümunələrimizdən sayıla bilər. Tədqiqatçıların rəyinə görə, "Əsli və Kərəm" dastanı əsasən XVI əsrin əvvəllərində yaranmış və həmin əsrdə də formalaşmağa başlamışdır. "Əsli və Kərəm"in Orta Asiya, Kiçik Asiya və Yaxın Şərqdə orijinal variantları mövcuddur. H.Araslı, M.Təhmasib, X.Koroğlu, N.Boratav və başqa tədqiqatçılar dastanın Azərbaycanda yarandığını göstərmişlər. Anadolu türk alimlərindən M.F.Köprülü, V.M.Qocatürk, V.C.Aşkun, habelə, Azərbaycanda S.Mümtaz, M.H.Təhmasib və digərləri Kərəmi tarixi şəxsiyyət hesab etmişlər. Amma Kərəmin tarixi şəxsiyyət olmaması haqqında da fikirlər mövcuddur. == Dastanın qısa məzmunu == Deyirlər, çox keçmiş zamanlarda bir xan olur, bir də vəziri. Bu vəzirin adı Qara keşiş imiş. Xanın Kərəm adlı oğlu, Qara keşişin də Əsli adında qızı varmış. Onlar böyüyüb bir-birlərini sevirlər.
Əsli və Kərəm (opera)
Əsli və Kərəm — Üzeyir bəy Hacıbəyovun beşinci muğam operası. == Tarixçə == Opera ilk tamaşasından böyük müvəffəqiyyət qazanaraq uzun və maraqlı səhnə ömrü olan əsərlər sırasına daxil olmuşdur. "Əsli və Kərəm"-in ilk tamaşası 1912-il mayın 18-də indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında olmuşdur. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir Hacıbəyovun özü idi. Rollarda olan şəxslər Hüseynqulu Sarabski (Kərəm), Əhməd Ağdamski (Əsli), Hənəfi Terequlov (Qara keşiş), Mirzə Muxtar Məmmədov (İsfahan şahı), Q. Göyçaylinski (Şeyx Nurani) və başqaları çıxış etmişlər. Opera Qafqaz, Orta Asiya və İranın bir çox şəhərlərində də göstərilmişdir. "Əsli və Kərəm" AOBT-ndan başqa, respublikanın digər teatrlarında (Ağdam, Naxçıvan və s.) da tamaşaya qoyulmuşdur. AOBT-nda "Əsli və Kərəm" 1957-ci ildən bəstəkar Nazim Əliverdibəyovun orkestra redaksiyası ilə ifa olunurdu. 1988-ci ildən opera bu teatrın səhnəsində yeni quruluşda oynanılmışdır. == Məzmun == Qafqazda geniş yayılmış eyni adlı Azərbaycan xalq dastanının motivləri üzrə yazılmışdır.

Digər lüğətlərdə

взрывобезопа́сный засека идеа́льно лит... маши́стый нефтегазоразве́дка плебисци́т поляро́идный прозели́т хлю́пкий алба́нцы вольтижи́ровать дефля́тор ка́рма подмеша́ть специализи́роваться стадиа́льность штампо́вщик damaskeen Elton Gabe green-salting pockmantie многоламповый псевдоклассицизм