ƏSMA

bax: Səmayə. Vaxtilə dilimizdə işlənən «əs» və ya «is» (ağıl, zəka; ədəb, tərbiyə, əxlaq, asta, ağır) və «maya» sözlərindən yaranmış, «ağıl cövhəri, zəka mayası, sağlam maya; xalis cövhər, saf maya» mənasında işlənir.
ƏSLİZƏR
ƏSMAYƏ
OBASTAN VİKİ
Əsma Aydəmir
Əsma Aydəmir (1 yanvar 1992) — Türkiyəli marafonçu. Əsma Aydəmir Türkiyəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əsma Aydəmir birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 39 dəqiqə 59 saniyəyə qət edərək 157 marafonçu sırasında 58-ci yeri tutdu.
Əsma Sultan
Əsma Sultan (I Əhmədin qızı) —
Əsma Əsəd
Əsma əl-Əsəd — (ərəb. أسماء الأسد‎; qızlıq soyadı — Əsma Fəvvaz əl-Əxrəs أسماء فوّاز الأخرس; d. 11 avqust 1975, Akton[d], Böyük London) — Suriyanın birinci xanımı, prezident Bəşşar əl-Əsədin həyat yoldaşı. == Bioqrafiya == Əsma Fəvvaz əl-Əxrəs adıyla 11 avqust 1975-ci ildə Britaniyanın paytaxtı Londonda dünyaya gəlibdir. Əsma Əsəd, Londonun Kromuell Xəstəxanasının məsləhətçi kardioloqu Fəvvaz Əxrəs və təqaüddə olan diplomat Səhər Otrinin qızıdır. Valideynləri sünni, Suriya mənşəli və əslən Homsdandırlar. O, Londonda qızlar məktəbini bitirb və London Kral Kollecində informatika elmində və franssız ədəbiyyatı sahəsində təhsil alıb. Universitetdən sonra Deutsche Bankda Avropadan və Uzaq Şərqdən olan müştərilərlə sığorta şöbəsində işləyirdi. 1998-ci ildə J. P. Morgan kompaniyasında biotexnoloji və əczaçılıq şirkətlərinin birləşməsində və hopdurmalarında ixtisaslaşaraq, fəaliyyətə başlayıb. Əsma Suriyaya 2000-ci ilin noyabr ayında qayıtmışdı və dekabrda Bəşər Əsədə ərə getmişdi.
Əsma binti Umeys
Əsma binti Umeys (ərəb. أسماء بنت عميس الخثعمية‎; Məkkə – 660, Dəməşq) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Əsma Həbəşistana, oradan isə Yəsribə (Mədinəyə) hicrət etmişdir. Buna görə də “iki dəfə hicrət edən səhabə” kimi tanınır. == Bioqrafiyası == Onun atası Umeys ibn Məad Qəhtan qəbiləsinə daxil olan Bənu Həsam ibn Ənmar tayfasından, anası Hind isə Avf ibn Züheyr əl-Himyarinin qızı idi. Doğulduğu dəqiq tarix məlum deyil, lakin o, əri Cəfər ibn Əbu Taliblə birlikdə İslamı qəbul etmiş və buna görə də ilk müsəlman qadınlardan hesab olunur. 615-ci ildə əri ilə birlikdə Efiopiyaya mühacirət etmişdir. O zaman onun üç oğlu var idi: Abdullah, Məhəmməd və Avn. 628-ci ildə digər mühacirlərlə birlikdə Mədinəyə köşür və 629-cu ildə əri Mütə döyüşündə şəhid olur. Daha sonra Əbu Bəkrlə evlənir və 632-ci ildə Məhəmməd adlı bir oğlu doğulur.
Əsma Sultan sarayı
Əsma Sultan sarayı və ya köşkü (türk. Esma Sultan Yalısı) — İstanbul, Ortaköydə dənizkənarında yerləşən saray. Neo-klassik üslubda tikilmiş malikanənin memarı Sarkis Balyandır. Ortaköy məscidinin yanında yerləşir. Yanğından sonra uzun illər tərk edilmiş malikanənin içi 2001-ci ildə şüşə və poladdan istifadə edilərək yenidən tikilərək, bərpa edilib və bina turizm məqsədli xidmət göstərir. == Tarixi == Əsma Sultan sarayı adını Osmanlı Sultanı Əbdüləzizin qızı Əsma Sultandan (1873 - 1899) almışdır. Əsma Sultan 16 yaşında ikən dövrün ən mühüm dövlət adamlarından biri olan Çərkəz Mehmed Əli Paşa evlənib; Ortaköy məscidinin yanındakı XVII əsrə aid malikanə yenidən tikilərək ona toy hədiyyəsi olaraq verilib. Bölgənin ən böyük taxta tikilisi olan bu malikanə o vaxta qədər Dırnaqçı köşkü kimi tanınırdı. I Əbdülhəmidin qızlarından Əsma Sultanla evlənən kapitan Kiçik Hüseyn Paşa da Dırnaqçı malikanəsində yaşayırdı. 1899-cu ildə Əbdüləzizin qızı Əsma Sultanın ölümündən sonra II Əbdülhəmid malikanəni bacısı Cəmilə Sultana verdi.
Əsma Sultan (Əbdüləzizin qızı)
Əsma Sultan (21 mart 1873, Konstantinopol – 22 oktyabr 1899, Konstantinopol) — 32-ci Osmanlı padşahı Əbdüləzizin qızıdır. == Həyatı == Əsma Sultan 1873 tarixində Dolmabağça Sarayında dünyaya gəlmişdir. Anası Gövhəri Qadınəfəndidir. Hələ 3 yaşında ikən atası devrilərək öldürülmüş, II Əbdülhəmid taxta oturmuşdur. Bundan sonrakı həyatını II Əbdülhəmidin Ulduz Sarayındakı hərəmində keçirmişdir. İlk təhsilini 1879-cu ildə qardaşları Seyfəddin Əfəndi və Şövkət Əfəndi, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. 1889 tarixində Şahaplı Çərkəz Mehmed Paşa ilə evləndirilmişdir. 1899 tarixində beşinci övladını dünyaya gətirərkən vəfat etmişdir.
Əsma binti Əbu Bəkr
Əsma binti Əbu Bəkr (ərəb. حفصة بنت عمر بن الخطاب‎; təq. 595, Məkkə – noyabr 692, Məkkə) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri, ilk xəlifə Əbu Bəkr əs-Siddiqin qızı. == Bioqrafiyası == Əsma Məhəmməd peyğəmbərin ən yaxın dostu Əbu Bəkr əs-Siddiqin qızı idi. Anasının adı Kuteylə bint Əbdül-Uzza idi. Onun Abdullah ibn Əbu Bəkr adlı qardaşı, Aişə və Ümmü Gülsüm adlı bacıları vardır, həmçinin ögey qardaşları Əbdürrəhman və Məhəmməd də mövcud idi. Onun Ummu Ruman binti Amir adlı ögey anası və ət-Tufeyl ibn əl-Haris əl-Əzdi adlı ögey qardaşı var idi. Əsmanın valideynləri Məhəmmədin peyğəmbərlik missiyası başlamazdan əvvəl boşanırlar. Valideynləri boşandıqdan sonra o, atasının evində qalır. После развода родителей она осталась в доме отца.
Əsma Sultan (III Əhmədin qızı)
Əsma Sultan (d. 14 mart 1726 - ö. 13 avqust 1788) - 23. Osmanlı padşahı III Əhmədin qızıdır. Anası Zeynəb Qadın Əfəndidir. Hələ 17 yaşında ikən ilk evliliyi 19 fevral 1743 tarixində Yaqub Paşa ilə baş tutdu. Ancaq paşa həmin il vəzifə başında ikən vəfat etdi. 23 iyun 1758 tarixində Muhsinzadə Mehmed Paşa ilə evləndirilmişdir. İstanbulun Kadırqa səmtində adını daşıyan bir namazgah və çeşmə mövcuddur.
Əsma Sultan (I Əbdülhəmidin qızı)
Əsma Sultan (17 iyul 1778, Konstantinopol – 9 iyun 1848 və ya 4 iyun 1848, Konstantinopol) — 27. Osmanlı padşahı I Əbdülhəmidin qızıdır. == Həyatı == Əsma Sultan 1778 tarixində dünyaya gəlmişdir. Anası Aişə Səniyəpərvər Sultandır. Hələ 11 yaşında ikən atası vəfat etmiş, əmisi oğlu III Səlim taxta çıxmışdır. Əsma Sultan 1792 tarixində hələ 14 yaşında ikən 35 yaşlı Kaptan-ı dərya Kiçik Hüseyn Paşa ilə evləndirildi. Qısa zamanda böyük nüfuz qazandı. Öz adına bir sarayı, üç köşk və bir yay sarayı vardı. Bu evlilik 11 il davam etdi və 1803 tarixində Əsma Sultan dul qaldı. Bundan sonrakı ömründə bir daha evlənmədi.29 may 1807 tarixində III Səlim taxtdan endirildi və yerinə Əsma Sultanın qardaşı IV Mustafa keçdi.
Əsma Sultan (I Əhmədin qızı)
Əsma Sultan (1612 - 1612) - I Əhmədin qızı. Anasının kim olduğu məlum deyil. 1 yaşı belə olmadan körpə yaşlarında vəfat etmişdir.
Söhbətül-Əsmar (1994)
== Məzmun == Kinolentin proloqunda diktor XVI əsri tamaşaçılara xatırladıb deyir ki, dünya qarışıb, çaxnaşma düşüb. Məmləkər parçalanıb... Şair bu çaxnaşmalardan kənarda qala bilmir və dövrünün baş verən hadisələrinə öz münasibətini alleqorik əsərlərində bildirir. Müəlliflər film üzərində işlərkən şairin alleqorik əsərini müasir dövrümüzlə, bu gün ölkəmizdə baş verən hadisələrlə bağlamağa çalışmışlar. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar. == Festivallar və mükafatlar == 1) 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Ən yaxşı cizgi filminə görə rejissor Elçin Hami Axundov Diplom və Prizlə təltif olunmuşdur. == Film haqqında == Applikasiya filmidir. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinə həsr olunmuşdur. Film Məhəmməd Füzulinin eyniadlı poeması əsasında çəkilmişdir.
Söhbətül-əsmar
"Söhbətül əsmar" (Meyvələrin söhbəti) — Füzulinin Azərbaycan dilində yazdığı alleqorik poeması. == Haqqında == Füzuli zəmanəsində gördüyü ictimai çatışmazlıqlara, baş verən əbəs çəkişmələrə eləcə də "Söhbət ül-əsmar" əsərində öz münasibətini bildirmiş, yersiz qürur, mənasız öyünmələrin fayda vermədiyini, bir-birinin eyblərini söyləməklə öz məziyyətlərini tərifləyən meyvələrin mübahisəsində göstərmişdir. Meyvələrin xassələri və onların hər birinin insan orqanizminə təsirini gözəl bilən şairin bu əsəri zahirən uşaqlar üçün yazılmış sadə əsər kimi görünsə də öz fəlsəfi-nəsihətamiz ruhu ilə diqqəti cəlb edir. Əsərdə ictimai ədalətsizliyə etiraz edən, dünyanın vəfasızlığından şikayətlənən şair yazır: Tanınmış şair və tənqidçi Hümmət Şahbazi Azərbaycan ədəbiyyatında ilk uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz beytdən ibarət “Söhbətül-əsmar” (Meyvələrin söhbəti) alleqorik məsnəvisini qəbul edir və yazır ki, bu kitab 1958-ci ildə Bakıda Həmid Araslı tərəfindən yayılıb. Kamil Mirbağırov tərəfindən nəsrə çevrilərək uşaqlar üçün hazırlanıb və Təbrizdə 1376 (1997)-cı ildə "Əsmər" nəşriyyatı tərəfindən yayımlanıb. Yeni çağda «cizgi filmləri», təmsili (alleqorik) biçimdə uşaqlar üçün hazırlanmasını görəndə "Söhbətül-əsmar"ın da uşaqlar üçün təmsili bir dillə yazıldığını duyursan. Buna görə Azərbaycanın ilk uşaq şeiri (bəlkə də Şərqdə) Füzuliyə aiddır. Hümmətin bu məsnəvinin mahiyyətinə varması da düşündürücüdür: “Şair bu kitabda meyvələrin dili ilə, öz öyüdsəl (nəsihətamiz) sözlərini deyir və hər bir meyvə özünün xasiyyətindən danışır. Şeirdə meyvələrin xarakteri var. Füzuli meyvələrin xasiyyətlərinə uyğun sözlərdən faydalanır.
Söhbətül-əsmar (film, 1994)

Söhbətül əsmar

Şərül-Əsmai-səmaniyyə
Şərhi-əsmayi-səmaniyyə və ümmül-əsma – Seyid Yəhya Bakuvinin yazdığı məsnəvilərdən biri. Məsnəvi 610 beytdən ibarətdir. Allahın həyat, elm, səmi (duyma), bəsər (görmə), qüdrət, kəlam, iradə, bəqa kimi ad və sifətlərin mənaları təsəvvüfi olaraq açıqlanır.
Əsmayi-hüsna
Allahın 99 adı (ərəb. أسماء الله الحسنى‎ — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". == Əsmaül Hüsna == Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir.

Digər lüğətlərdə

голоси́на заложи́ться измалева́ть каракалпа́ки карота́ж крючкови́дный ласка́тельный лесовосстановле́ние мягчи́ть препара́торский содержа́ние антоними́чный бич бо́лее того́ боле́льщик вы́данье заплесну́ться норма́льность отше́льница brea cowpea hell week steamship supervise пронюхать