ƏSRAR
ƏSVƏR
OBASTAN VİKİ
Əbül Əsvar Şavur
Əbüləsvar Şavur ibn Fəzl ibn Məhəmməd ibn Şəddad (v. 1067, Gəncə) — 1049-1067-ci illərdə paytaxt Gəncə olmaqla Arranı idarə edən VIII Şəddadi hökmdarıdır. Bundan əvvəl o, 1022-ci ildən başlayaraq Dvin əmiri idi. Bacarıqlı döyüşçü və müdrik və gözüaçıq hakim olan Əbüləsvar qonşularının çoxu ilə konfliktə idi. O, Dvində hakim olarkən erməni bəyliklərinin daxili məsələlərinə qarışmışdı. Əbüləsvar Bizans imperiyası birlikdə 1045-ci ildə Ermənistanın Baqration krallığının qalıqlarını işğal etmişdi, ancaq Bizans imperiyası onunla müttəfiqliyi pozanda ona qarşı edilən üç həmləni dəf etmişdi. 1049-cu ildə Gəncədəki üsyan onun azyaşlı qardaşı nəvəsi Ənuşirvanı devirdi və ailənin əmirliyini alması üçün onu çağırdı. Əbüləsvarın hakimiyyəti dövründə Şəddadilər sülaləsi zenit nöqtəsinə çatdı, Gürcüstan krallığına və Şirvanşahlar dövlətinə uğurlu yürüşlər edildi, ancaq Tiflis əmirliyinin gürcülərin əlinə keçməsinə izin verilməsi və alanların dağıdıcı yürüşləri Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Eyni vaxtda Səlcuq imperiyası gücləndi və Cənubi Qafqaz dövlətlərində idarəni ələ keçirdi. 1054/5-ci ildə Əbüləsvar səlcuqların vassalı oldu.

Digər lüğətlərdə

домосе́дный квасцева́ние кома́нда лимузи́нный но́мер обры́тый прикола́чиваться рядско́й своеде́льщина варе́нье жерёбость калибро́вщик подда́кивать поднебе́сная ча́лка щель Bible-Christian ethnoscience haying indissociable jug pouch scent soup plate изорвать