ƏSƏBİ

sif. [ ər. ]
1. Sinirləri son dərəcə həssas olduğu üçün cüzi bir şeydən çox tez əsəbiləşən, təsirlənən, hirslənən. Əsəbi adam. Əsəbi qadın. Qırmızı işıqda uzun müddət işləyən adamlar get-gedə əsəbi olurlar.
– Mollayev qaraqabaq, zəhmli və əsəbi bir adamdı. M.Hüseyn.

// Əsəb xəstəliyi olan. Əsəbi xəstə.
2. Daxili həyəcan və iztirab ifadə edən, əsəbilik ifadə edən. Əsəbi yeriş. Əsəbi hərəkətlər. Əsəbi gülüş. Əsəbi göz yaşları.
– Ayaz … əsəbi bir hərəkətlə papirosunu yerə çırpdı. Ə.Məmmədxanlı.
Gecənin sükutunda kağız üzərində əsəbi hərəkətlə gəzən qələmin xəfif səsi eşidilirdi. Mir Cəlal.

3. Əsəbiləşdirici, əsəbiləşməyə, həyəcanlanmağa səbəb olan; narahatlıq və iztirabla dolu. Əsəbi iş. Əsəbi dövr.
– Keçmiş … o ölüm hissi verən kinli zamanlar; Xırçın, əsəbi, sisli xəzanlarla süründü. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏSƏBİ ƏSƏBİ [Məsərrət:] Çox pis.. son dərəcə əsəbi və hiddətli bir adamdı (A.Şaiq); ƏSƏBANİ Şeyx Yəhya: Ağacan, nə üçün əsəbani olursan, bu nə işdir? (S
  • ƏSƏBİ hirsli — həyəcanlı

Antonimlər (əks mənalı sözlər)

  • ƏSƏBİ ƏSƏBİ – SAKİT Mollayev qaraqabaq, zəhmli və əsəbi bir adamdı (M.Hüseyn); Hər yer, hər tərəf sakit və durğun görünürdü (Mir Cəlal)
ƏSƏBANİ
ƏSƏBİCƏSİNƏ
OBASTAN VİKİ
Əsəbilik
Əsəbilik xəstəliklərin beynalxalq təsnifstında R45.0 nömrəsi ilə kodlanan daxili stabilliyinin pzulması ilə özünü büruzə verən və özünü idarə etmənin nisbi itirlməsi ilə nəticələnən bir psixiki patologiyadır. Bu geniş istifadə edilən və görülən halın əlaməti gözlərin tez-tez hərəkət etməsi, əllərin gərgin olması, vargər ermək, tez-tez və kontrolsuz danışmaq, tərləmə, ürəkdöyünmə, əsmə və s. aiddir.

Digər lüğətlərdə

головоло́мка клиши́ровать миопи́я оффшо́р прерва́ться субве́нция усва́тать ба́нда выса́живаться забра́сываться завыва́ть запо́йный личи́ночный постоя́лый двор aphis applaudingly asseveration cholla cleverness lug markdown pug-engine self-neglect zootomy демагогия