ƏSƏDULLA

Ərəbcədir, “Allahın şiri (aslanı)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏSƏD
ƏSƏL
OBASTAN VİKİ
Əsədulla Axundov
Əsədulla Cavad oğlu Axundov (1873, Bakı – 1927, Ənzəli, Gilan ostanı) — Ümumrusiya Müəssislər Məclisinin üzvü, Hümmət Partiyası qurucularından biri, azərbaycanlı inqilabçı, redaktor. == Həyatı == 1873-cü ildə Bakıda anadan olub. 1901-ci ildən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur. XIX əsrin axırlarında inqilabi hərəkata qoşulmuş, 1905–1907 illər inqilabı dövründə Bakı fəhlələrinin mübarizəsində iştirak etmişdir. Hümmət Partiyası qurucularından biri, Neft Sənayəsi Fəhlələri Həmkarlar İttifaqı İdarə Heyətinin üzvü, "Yoldaş" qəzetinin redaktoru və nəşri olmuşdur. Nicat Cəmiyyətində fəaliyyət qöstəmiş, 1917-ci ilin iyununda Hümmət Partiyasının büro üzvü seçilmişdir. 1909 ildə İrandaki Məşrütə hərəkatında iştirak etmişdir. 1918 ildə İranda inqilabi iş aparmışdır. Azərbaycan Sovet Sosialist Respublikası qurulduqdan sonra Azərittifaqın və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası Xarici Ticarət İdarəsinin İranda müvəkkili olmuşdur. Qafqaz Sosial Demokrat Təşkilatının 3-cü qurultayına nümayəndə seçilmişdir.
Əsədulla Cəfərov
Əsədulla Cəfərov (tam adı: Əsədulla Qüdrət oğlu Cəfərov) — AMEA-nın Arxeologiya, Etnologiya və Antropologiya İnstitutunda Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru. == Həyatı == Əsədulla Qüdrət oğlu Cəfərov 1949-cu il martın 14-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. O, 1966-cı ildə C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib. 1966-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub, 1973-cü ildə oranı bitirib. Əsədulla Cəfərov 1968-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutu H.Zərdabi adına Təbiət-tarix muzeyində işləyib. 1971-ci ildən Azərbaycan EA Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyib. 1973-1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1975-ci il noyabrın 1-dən 1977-ci il noyabrın 1-dək SSRİ EA Arxeologiya İnstitutu Leninqrad bölməsində təcrübəçi-tədqiqatçı işləyib. 1977-ci ildə noyabrın 1-dən 1984-cü il yanvarın 9-dək Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi, 1984-cü il yanvarın 10-dan 1992-ci il dekabrın 1-dək baş elmi işçi, 1992-ci il dekabrın 1-dən 1994-cü il noyabrın 1-dək aparıcı elmi işçi, 1994-cü il noyabrın 1-dən isə Arxeologiya, Etnologiya və Antropologiya İnstitutunda Daş dövrü arxeologiyası şöbəsinin müdiri vəzifəsində işləyir. 1979-cu il iyunun 6-da SSR EA Arxeologiya İnstitutu Leninqrad bölməsinin Elmi Şurasında namizədlik dissertasiyanı müdafiə edib, tarix elmləri namizədi elmi dərəcəsi alıb.
Əsədulla Qurbanov
Qurbanov Əsədulla Cuci oğlu — Fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının professoru, 91-lərin fəal üzvü, Azərbaycan Respublikası “İdeal Sülhün Təbliği Fondu” – nun Vitse prezidenti, Beynəlxalq Sülh Səfiri. == Həyatı == 1936-cı ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur. 1954-cü ildə Katex kənd orta məktəbini bitirmişdir. Həmin il peşə-texniki məktəbini, daha sonra isə Mədəni maarif texnikumunu başa vurmuş, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinə daxil olmuşdur. == Təhsili, elmi dərəcəsi və elmi adları == 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi 1976-cı ildə - fəlsəfə elmlər namizədi 1978-ci ildə - dosent 1992-ci ildə - fəlsəfə elmləri doktoru 2002-ci ildə - professor Namizədlik dissertasiyasının adı „Azərbaycan kəndlisinin şüurunda sekulyarlaşmanın xarakterik xüsusiyyətləri“ (Şəki – Zaqatala zonasının materialları əsasında). Doktorluq dissertasiyasının adı „Milli və millətlərarası münasibətlər kontekstində sekulyarlaşmanın xarakterik xüsusiyyətləri“ (Azərbaycan Respublikasının materialları əsasında) == Əmək fəaliyyəti == 1957–1973-cü ilə kimi Azərbaycan SSR Mədəniyyət Nazirliyində məsul əməkdaş. 1973–1978-ci ilə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi. 1978-1984cü ilə kimi Azərbaycan Dövlət və İncəsənət Universitetində dosent. 1984-cü ildən hal-hazıra kimi Bakı Dövlət Universitetində əvvəlcə dosent, sonra isə professor. 5 monoqrafiya, 10 kitab, 10 nəfər elmlər namizədi, 3 nəfər elmlər doktoru.
Mir Əsədulla Mirqasımov
Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov (17 noyabr 1883, Bakı – 20 iyul 1958, Bakı) — Azərbaycan cərrahı, Azərbaycan SSR EA-nın ilk prezidenti (1945–1947), Azərbaycanın ilk tibb elmləri doktoru (1927), professor (1929), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1936). İlk azərbaycanlı alim-cərrah. SSRİ Ali Sovetinin (1–3-cü çağırış) deputatı. == Həyatı == Mir Əsədulla Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində ruhani seminariyasının müəllimi ailəsində anadan olmuşdur. 1908-ci ildə gimnaziyanı qurtarmışdır. Gimnaziyanın yuxarı siniflərində oxuyarkən o, ictimai fəaliyyətə başlamış, qəzet və jurnallara məqalələr yazmışdır. Bu məqalələrdə müəllif, əsasən, Şərq ölkələrində müsəlman qadınlarının acınacaqlı vəziyyəti məsələsindən bəhs etmişdir.1913-cü ildə Odessa şəhərində yerləşən Novorossiya İmperator Universitetinin (hazırda İ. İ. Meçnikov adına Odessa Milli Universiteti) tibb fakültəsini bitirmişdir. 1916-cı ilədək Odessada həkim, 1916–1929 illərdə Bakıda hərbi lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum evində cərrah, Azərb. Dövlət Universitetinin tibb Fakültəsində dosent işləmişdir.1945–1947-ci illərdə Azərbaycan SSR EA-nın ilk Prezidenti olmuşdur. Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu 20 iyul 1958-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Seyid Əsədulla Xərqani
Seyid Əsədulla Xərqani (d. 1838 - ö. ?) — müctəhid. == Həyatı == Seyid Əsədulla Mir Səlami 1838-ci ildə Qəzvinin Şiznəd kəndində anadan olmuşdu. Əslən Xərqanın Mir Səlami seyidlərindəndir. Musəvi kökənlidir. Atası Seyid Zeynalabdin ibn Seyid İsmayıl bin Seyid Həsənxandır.Babaları Qəzvinə Marağa şəhərindən köçmüşdülər. Marağalı Mir Səlam bu silsilənin kökündə dayanır.Mir Səlam Səfəvi sultanlarının yaxını idi. Seyid Əsədulla Xərqani 15 yaşında Qəzvinə gələrək dini təhsilə yiyələnmişdi. 1858-ci ildən 1860-cı ilədək Tehran şəhərində mədrəsədə ali təhsil almışdı.Mirzə Əbülhəsən Cilvənin şagirdlərindən idi.
Əsədulla bəy Muradxanov
Muradxanov Əsədulla bəy (18 sentyabr 1866, Salyan – 28 yanvar 1942, Salyan, Salyan rayonu) — ictimai-siyasi xadim, maarifpərvər-publisist. Rusiyanın 1-ci Dövlət Dumasının deputatı. Görkəmli pedaqoq-alim, professor Mərdan Muradxanovun atasıdır. == Həyatı == Qori Müəllimlər Seminariyasını bitirmiş (1886), həmin ildən Kürdəmirdə müəllim işləmişdir. Uzun illərdən sonra müəllimlikdən uzaqlaşan Əsədulla bəy Cavad qəzasının kəndlilərlə əlaqə şöbəsində kargüzar və tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1906-cı ildə Bakı quberniyasının Cavad qəzasından Rusiyanın 1-ci Dövlət Dumasına deputat seçilmişdir. O, Rusiya 1 Dövlət Dumasına seçilmiş ilk Salyanlı deputatdır. Dumada Xalq Azadlıq Partiyasına mənsub olmuşdur. Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyevlə birlikdə çarizmin Rusiya imperiyasında yaşayan xalqlar arasında ədavət salmaq siyasətinə qarşı çıxmış, qeyri-rus xalqlarını milli muxtariyyəti ideyasını müdafıə etmişdir. Duma çar Nikolay tərəfindən qovulduqdan sonra Muradxanov Peterburqdan Salyana qayıtmış, burada bir neçə maarifçinin fəal iştirakı ilə əhali arasında mədəni-maarif işləri aparmış, "Cəmiyyəti-xeyriyyə" yaratmış, kitabxana-qiraətxana açmış, həvəskar teatr cəmiyyəti təşkil etmiş və s.
Əsədulla bəy Yadigarov
Əsədulla bəy Yadigarov — azərbaycanlı hərbçi. == Həyatı == 20 dekabr 1844-cü ildə Borçalı mahalının Təkəli kəndində anadan olan Əsədulla bəy Yadigarovu qohumu Mirzə Cəfər Topçubaşov təhsil almaq üçün Peterburqa aparır. On altı yaşlı Əsədulla bəy Peterburq yaxınlığındakı Pavlov kadet korpusunda oxumağa başlayır. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən kornet Əsədulla bəy 1863-cü il iyunun 12-dən Əlahiddə Qafqaz Ordusunun piyada qoşunlarında xidmətə başlamışdır. İki il sonra, 1865-ci il fevralın 9-da 21 yaşlı Əsədulla bəy Yadigarova poruçik rütbəsi verilmişdir. Nizami orduda otuz iki illik xidmətdən sonra 1895-ci il oktyabrın 12-də ona general-mayor rütbəsi verilib. XIX əsrin ortalarında Peterburqun zadəgan dairələrində bəy nəslindən olan Yadigar oğulları – general-leytenant İsrafil bəy, saray müşaviri Ağabəy Yadigarov və onların bibisi oğlu, görkəmli şərqşünas-alim, Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov (1784-1869) xüsusi hörmətə malik idilər. Xüsusilə, Mirzə Cəfər qohumlarının təlim-tərbiyəsinə və təhsil almalarına daha çox qayğı göstərirdi. Gürcüstan mərkəzi Dövlət Arxivindəki 1899-cu ilə məxsus "Qafqaz Hərbi Dairəsində xidmətdə olan generalların və zabitlərin siyahısı" kitabında göstərilir ki, gənc zabit əla xidmətinə görə səxavətlə təltif olunmuşdur. O, 1866-cı il martın 12-də ştabs-rotmistr rütbəsinə, iki il sonra "Müqəddəs Stanislav" ordeninin üçüncü dərəcəsinə layiq görülmüşdür.
Mirzə Əsədulla xan Naziməddövlə
Mirzə Əsədulla xan Mirzə Ələsgər oğlu Nizaməddövlə (1840-1901) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Təbrizli Mirzə Əsədulla xan Nasirəddin şah Qacar hakimiyyəti dövrünun ictimai xadimləri icərisində oz bacarığı və nüfuzu ilə seçilən səxsiyyət olmuşdur. Əsədullla xan Azərbaycanın tanınmıs sülalələrindən olub, Xarici İşlər nazirliyinin əməkdaşı idi və İranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir. Mirzə Əsədulla xan Azərbaycan alimi Mirzə Məhəmmədrəfi Nizamulüləmanın qardaşı, Mirzə Ələsgər Mustofi Təbrizinin oğludur. (70, s. 206). O, 1884-1887-ci illərdə İranın Peterburqda səlahiyyətli nümayəndəsi olmuş və Vəkilulmulk ləqəbini almışdır. 1887-ci ildə Peterburqdan geri çağırılaraq, vəfat etmiş Mustafa xanın yerinə Ərdəbil və Xoy hakimi təyin olunmuşdur. O, hələ Peterburqdan əvvəl, yəni 1877-ci ildə Tiflisdə Baş konsul kimi çalışmısdır. Mirzə Əsədulla xan 1890-1892-ci illərdə İranın İstanbulda səfiri olmus və Nizamuddovlə ləqəbini almışdır.
Mirzə Əsədulla xan Nizaməddövlə
Mirzə Əsədulla xan Mirzə Ələsgər oğlu Nizaməddövlə (1840-1901) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Təbrizli Mirzə Əsədulla xan Nasirəddin şah Qacar hakimiyyəti dövrünun ictimai xadimləri icərisində oz bacarığı və nüfuzu ilə seçilən səxsiyyət olmuşdur. Əsədullla xan Azərbaycanın tanınmıs sülalələrindən olub, Xarici İşlər nazirliyinin əməkdaşı idi və İranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir. Mirzə Əsədulla xan Azərbaycan alimi Mirzə Məhəmmədrəfi Nizamulüləmanın qardaşı, Mirzə Ələsgər Mustofi Təbrizinin oğludur. (70, s. 206). O, 1884-1887-ci illərdə İranın Peterburqda səlahiyyətli nümayəndəsi olmuş və Vəkilulmulk ləqəbini almışdır. 1887-ci ildə Peterburqdan geri çağırılaraq, vəfat etmiş Mustafa xanın yerinə Ərdəbil və Xoy hakimi təyin olunmuşdur. O, hələ Peterburqdan əvvəl, yəni 1877-ci ildə Tiflisdə Baş konsul kimi çalışmısdır. Mirzə Əsədulla xan 1890-1892-ci illərdə İranın İstanbulda səfiri olmus və Nizamuddovlə ləqəbini almışdır.
Mirzə Əsədulla xan Qalib
Mirzə Əsədulla xan Qalib (27 dekabr 1797, Aqra – 15 fevral 1869) — Azərbaycanlı şair, Böyük Moğollar imperiyasının saray şairi, tarixçi, vəzir, sərkərdə == Həyatı == Mirzə Əsədulla xan Abdullabəy xan oğlu 27 dekabR 1797-ci ildə Hindistanın Əkbərabad (Aqra) şəhərinin Qalamahal adlı məhəlləsində anadan olub. Əslən Azərbaycanlıdır. XVIII yüzilin ikinci yarısında, Aləm şahın (1759–1806) hakimiyyəti dövründə atası və əmisi Nəsrullabəy xan Təbriz şəhərindən Hindistana gəlmişlər və Böyük Moğollar imperiyasında hərbi xidmətə daxil olmuşdular. O, hərbi əyan silkinə mənsub idi. Atası 1806-cı ildə döyüşdə öldürüldüyündən əmisi tərəfindən tərbiyə edildi. Bacısı Çiçək (Çoti) bəyim Yusifi xanədanının nəvvablarından olan İlahibəxş xana verildi. Mirzə Əsədulla xan Qalib mükəmməl mədrəsə təhsili almışdı. Şeir yazmağa tələbəlik illərindən başlamışdı. İlk təxəllüsü Əsəd idi. Sonra Qalib təxəllüsünü seçdi.
Əsədulla Əhmədov
Əsədulla Əhməd oğlu Əhmədov (1867, Şamaxı – 1941, Bakı)— Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Əsədulla Əhməd oğlu Əhmədov 1867-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Şamaxıda baramaçılıqla məşğul olan atası Əhməd bəy baramaçılıq üzrə ilk artelləri yaradaraq, xeyriyyəçiliklə məşğul olur. İlk təhsilini mədrəsədə alan Əsədulla bəy 9 yaşında ikən atasını itirir, Hacı Zeynalabidin Tağıyevin yaxın qohumu (əmisi oğlu?) dayısı Əlabbas Tağıyev onu himayəsinə götürür və özü ilə Bakıya aparır. Burada dayısının evində yaşayan Əsədulla fərdi müəllimlərdən dərs alıb, alman, rus, fransız dillərini öyrənmişdir. 1880-ci ildən dayısına məxsus dükanlarda çalışmışdır. Ticari qabiliyyətini inkişaf etdirən Əsədulla bəy "Bakinskiy Lombard" aksioner cəmiyyətinin idarə heyətinin üzvü, daha sonra sədri olmuşdur. 1883-cü ildə dayısının qızı Səyyarə Tağıyeva ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 3 oğlu, 2 qızı dünyaya gəlmişdir. 1930-cu ildə Bakı şəhərində NKVD müstəntiqi tərəfindən yazılmış dindirilmə protokolunda Əsədulla bəy, qız nəvələri 12 yaşlı Kərimağa, 9 yaşlı Süleyman və 6 yaşlı Mustafa ilə birgə yaşadığını qeyd edir.
Əsədulla Dibirov
Əsədulla Dibirov — Qafqaz müsəlmanlarının VII Müftisi. == Bioqrafiyası == Hacı İbrahim Əfəndi vəfat etdikdən sonra 1956-cı ildə Zaqafqaziya müsəlmanlarının IV Qurultayında Göyçay məscidinin imamı Əsədulla Dibirov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə müfti seçildi. O, 1959-cu ilə qədər bu vəzifəni icra edib. Müfti Əsədulla Dibirov çalışdığı müddətdə sünni və şiə dindarları arasında ayrı-seçkiliyi pisləyib, müsəlmanları birliyə və sülhə çağırıb.Ondan sonraki müfti Şərif Vəlizadə seçildi. == İstinadlar == == Mənbə == Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, "Nurlar", 2014, səh.116.
Əsədulla bəy Şahtaxtinski
Əsədulla bəy Şahtaxtinski (1885-1939) — folklorçu və tərcüməçi. Əsədulla ağa 1885-ci ildə Şahtaxtı kəndində doğulub. Kiyev Tibb İnstitutunu bitirib. Uzun illər Gəncədə işləmişdir. O, həm də folklorçu və tərcüməçi olmuşdur."Əsli və Kərəm" dastanını tərcümə yolu ilə rus oxucusuna çatdıran ziyalılarımızdan biri də Əsədulla bəy Şahtaxtinski olmuşdur. O, 1906-cı ildə "Kaspi" qəzetində bu dastanın orijinal kimi Azərbaycan variantını götürmüş və tərcümə yolu ilə rus oxucusuna çatdırmışdır. Bu məqalədə müəllif Azərbaycan xalqının özü haqqında oxucuya məlumat verir və xalqımızın cəsurluğu və qonaqpərvərliyindən söhbət açır. Ə.Şahtaxtinski eyni zamanda el sənətçilərimiz – aşıqlar haqda danışır, onları bir çox xalqların el sənətçiləri ilə müqayisə edir və onlar arasında ümumi bir yaxınlıq axtarır. "Əsli və Kərəm" dastanından söz açan müəllif onun əsas kimi Azərbaycan variantından istifadə etmiş və hadisələrin cərəyan etdiyi məkanın da Azərbaycan olduğunu göstərmişdir…".
Əsədulla xan Hüseynpur
Əsədulla xan Əhəd ağa oğlu Hüseynpur (fars. اسد الله حسین پور‎) (1882–1954) — Qacarlar dövlətinin polkovniki, İran Kazak diviziyasının zabiti. == Həyatı == Əsədulla xan Əhəd ağa oğlu 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Hüseynpurun ailəsi Şimali Azərbaycandan mühacirət etmişdi. Mustafa xan Xançobanlının nəvəsi Hüseyn xan Sərkərin nəvəsidir. Atası Əhəd ağa və əmilərini gənc yaşda itirdikdən sonra Ərak mahalından qalma miras mülklərlə çox varlanmışdı. 12 yaşında anasını itirdi. Bacısı da Ərak hakimi Abdullah Mustofi ilə evləndikdən sonra vəfat etdi. Bu hadisədən sonra könüllü olaraq İran Kazak diviziyasına qoşuldu. 1910-cu ildə hərbi təhsilini bitirdi.
Əsədulla xan Əbülfətzadə
Əsədulla xan Əbülfət xan oğlu Əbülfətzadə (1881-1918) — İran Kazak diviziyasının generalı. == Həyatı == Əsədulla xan Əbülfətzadə əslən Naxçıvanın Kəngərli elinin Şərurlu tayfasından olan mühacir Əbülfət xan Mirpəncin oğludur. II Rusiya-İran müharibəsindən sonra bir çox insanlar kimi onlar da rus dövlətinə tabe olmayaraq İrana mühacirət etdilər. Əsədulla xan əvvəlcə İran Kazak diviziyasının əsgəri olmuş, burada general rütbəsinə qədər yüksəlmişdir. O, Məşrutə inqilabının (1905-1911) ilk dövrlərindən milyonlarla insana qoşularaq Məhəmmədəli şah əleyhinə çıxmış, kazak divizyasından istefa verən hərbçilərdən biri olmuşdur. Ə. Əbülfətzadə 24 iyul 1908-ci ildə Məclis topa tutulan gecə Məşrutə inqilabının fəal mücahidlərindən biri kimi məclisin müdafiəsində iştirak etmişdir. O, bu hadisədən sonra milli-azadlıq hərəkatına qoşulan milyonlardan biri kimi tanınırdı. 1907-ci ildə də mücahidlərin Tehrana daxil olması üçün millətin Tehran və Qəzvinə tərəf hərəkətinin təşkili işində fəal iştirak etmişdir. Ə. Əbülfətzadə Tehran fəth olunduqdan sonra idarə heyəti tərəfindən şahzadə Məsud mirzə Qovanlı-Qacarın yanına göndərilmişdi. İnqilab yatırıldıqdan sonra Avropaya qısamüddətli səfər etmiş Ə. Əbülfətzadə 1912-ci ildə amerikalı Morqan Şusterin əvəzinə baş xəzinədar təyin olunmuş belçikalı Mornard tərəfindən Savucbulaq və Şəhriyara dövlət vergilərini yığmağa göndərilmiş, burada maliyyə işləri ilə məşğul olmuşdur.
Əsədulla xan Əsəd Bahadur
Əsədulla xan Məhəmmədəli xan oğlu Əsəd Bahadur (1876–1939)—İran diplomatı, İranın İsveçdə ilk səfiri. == Həyatı == Əsədulla xan Əsəd Bahadur 1876-cı ildə İranın Kaşan şəhərində anadan olmuşdu. Atası Məhəmmədəli xan İqbülülvüzəra Qacarlar dövlətinin Tiflis şəhərində baş konsulu vəzifəsində çalışırdı. O, ibtidai təhsilini ailədə, orta təhsilini Tiflis kişi gimnaziyasında almışdı. Sonra Sankt-Peterburqda Hərbi məktəbə qəbul olmuşdu. Hüquq fakültəsində oxumuşdu. rus dili ilə yanaşı fransız dilini də bilirdi. Əsədulla xan Əsəd Bahadur bir müddət Müzəffərəddin şah Qacarın sarayında çalışmışdı. Ona sarayda "Acudani-hüzur" deyirdilər. Bir müddət sarayda mütərcim kimi çalışdıqdan sonra Xarici İşlər vəzarətinə daxil olmuşdu.
Asif Əsədullayev
Asif Əsədullayev (azərb. Əsədullayev Asif Kamil oğlu‎) - 20 yanvar şəhidi. 1954-ci il 2 yanvar tarixində Lənkəranın Şaqlaser kəndində anadan olub. 1971-ci ildə Bakıdakı 84 nömrəli texniki-peşə məktəbini, 1983-cü ildə Azərbaycan Sənaye Universitetini [axşam şöbəsi] bitirib. 1971-ci ildən 1990-cı il yanvarın 19-dək "Bakı fəhləsi" adına maşınqayırma zavodunda tornaçı işləyib. 1976-cı ildən Sov. İKP üzvü idi. Yanvarın 19-dan 20-nə keçən gecə Əmirhacıyan qəsəbəsindəki qohumlarının evindən [Rəfail Əliyevin 12- 36 nömrəli "Jiquli" markalı maşını ilə] Sabunçu qəsəbəsinə qayıdarkən Ramana kəndi yaxınlığında üç avtobus əsgərlə rastlaşmışdır. Əsgərlər xəbərdarlıq etmədən maşını atəşə tutmuş, maşındakıların hər ikisi ağır yaralanmış, Asif yerindəcə ölmüş, Rəfail xəstəxanaya aparılmışdır. İki övlad qoyub gedib.
Elnur Əsədullayev
Elnur İmran oğlu Əsədullayev (13 iyun 1998, Lerik rayonu – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Əsədullayev 1998-ci il iyunun 13-də Lerik şəhərində anadan olub. 2005-2016-cı illərdə V. Müslümov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elnur Əsədullayev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Elnur Əsədullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Əsədullayev oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əsədullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əsədullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əsədullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əsədullayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elnur Əsədullayev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Firuzə Əsədullayeva
Firuzə Əsədullayeva (14 may 1950, Şağan) — jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "20 yanvar" qəzetinin redaktoru, "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medal təltifçisi. == Həyatı == Firuzə Bəyməmməd qızı Əsədullayeva 1950-ci ildə Bakının Şağan kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Bakıda 20 il müəllim kimi fəaliyyət göstərən Firuzə xanım I dərəcəli müəllimdir. == Fəaliyyəti == Ədəbi fəaliyyətə uşaq şeirləri ilə başlayan müəllif Azərbaycan dövlət müstəqilliyini qazanandan ölkəmizin bir çox aparıcı kütləvi informasiya vasitələrində jurnalist kimi fəaliyyət göstərib. Müxtəlif vaxtlarda aparıcı mətbuat orqanlarında və informasiya agentliklərində işləyib. Həmçinin, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin və Daxili İşlər Nazirliyinin "Dinamo" cəmiyyətlərinin mətbuat rəhbəri vəzifəsində çalışıb. Hərbi-jurnalist kimi Azərbaycanın bütün bölgələrində olub. 450-yə yaxın vətən övladlarının ailələrinə jurnalist kimi baş çəkməklə yanaşı, 90-dan çox şəhid haqqında mətbuatda silsilə yazılar yazıb. Şəhidlərə ithaf olunan "Şəhidlik çələngi" silsiləsindən 3 kitabın "Bircə günün şəhidləri" (1995), "Vağzalı çalınır" (1996), "Bulaqların göz yaşı" (1998) müəllifidir.
Mirnazim Əsədullayev
Əsədullayev Mirnazim Müştəba oğlu — kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti. Həmçinin, kamança ifaçısı Toğrul Əsədullayevin atasıdır. == Həyatı == Mirnazim Müştəba oğlu Əsədullayev 1951 ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-1973 cü illərdə Asəf Zeynallı adına Dövlət Musiqi texnikumunda təhsil aldıqdan sonra o, 1976-1981 ci illərdə Üzeyir Hacıbəyov adına Musiqi Konservatoriyasının kamança ixtisası üzrə ali musiqi savadı almışdır. Bir ifaçı olaraq peşəkar fəaliyyətə 1971-1976 cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin XCA orkestrində birinci kamancacı kimi başlamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə dünyanın bir cox ölkələrində- ABŞ, Kanada, Hindistan, Nepal, Cənubi Koreya, Fransa, Almaniya, İspaniya, İsvecrə, İtaliya, Hollandiya, Belşika, Cexiya, Litva, Ukrayna, Rusiya, Türkiyə, İran , İraq, Özbəkistan və s. ölkələrdə konsertlər verərək, Azərbaycan xalq musiqi mədəniyyətini təmsil etməkdədir. 1969 cu ildən Baba Salahov adına XCA ansamblında işləyərək Azərbaycanın ən məşhur, şöhrətli xanəndələrindən Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əbülfət Əliyev, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov və onlarla digər xanəndələri müşayət etmişdir. Hal hazırda muğam üçlüyü tərkibində konsert və tədbirlərdə mütəmadi olaraq fəaliyyət göstərir. Mirnazim Əsədullayevin Azərbaycan Televiziya və Radiosunun “Qızıl fond” unda “Nəva”, “Rahab”, “Çahargah”, “Bayatı-şiraz”, “Humayun”, “Orta-mahur” və başqa lent yazıları qorunub saxlanılır.
Mirzə Əsədullayev
Mirzə Əsədullayev (tam adı: Mirzə Şəmsi oğlu Əsədullayev; 1875, Bakı – 14 aprel 1936, Paris) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinetində Ticarət və Sənaye naziri vəzifəsini icra etmişdir. == Həyatı == Mirzə Əsədullayev 1875-ci ildə Bakıda milyonçu ailəsində anadan olmuşdur. Mirzənin atası iri sahibkar, neft sənayeçisi, ictimai xadim Şəmsi Əsədullayev olmuşdur. Orta təhsilini Bakı gimnaziyasında alan Mirzə Əsədullayev erkən yaşlarından atasının neft şirkətində əmək fəaliyyətinə başlamışdır. Ata Əsədullayev Moskva şəhərinə köçəndən, yəni 1903-cü ildən sonra Bakıdakı neft şirkəti ilə bağlı bütün məsələləri Mirzə həll etmişdir.Mirzə Əsədullayev ailəsinə məxsus şirkətin hasil etdiyi neftin ixrac məsələləri ilə bağlı vaxtaşırı Rusiyaya getməli olurdu. Müəyyən vaxtlarda Moskva və Sank-Peterburq şəhərlərində yaşamış və rus mədəniyyəti ilə yaxından tanış olmuşdur.O, təhsilini rus dilində almışdı. Ana dilini mükəmməl bilməməsi ona işində maneçilik törədirdi. 1912-ci ildə Moskva Konservatoriyasında oxuyan, özündən 10 yaş kiçik Üzeyir bəydən ana dili dərsləri almışdır. Bu barədə Üzeyir bəyin Parisdə təhsil alan qardaşı Ceyhun bəy məktubunda yazmışdır. == Fəaliyyəti == === İctimai xadim kimi === Mirzə Əsədullayevin ictimai xadim kimi fəaliyyəti çoxşaxəli olmuşdur.
Rəhman Əsədullahi
Rəhman Süleyman oğlu Əsədullahi (20 mart 1951, Tehran) — Azərbaycan əsilli İranlı musiqiçi, bəstəkar, qarmon ifaçısı. Babası Əbdürrəhim bəy qarmon ifaçısı olub. Qarmonda ilk çalmağı anasından öyrənib. İlk musiqi təhsilini isə Tehran şəhərində tanınmış qarmon ifaçısı, əslən azərbaycanlı olan Əli Əkbər əfəndidən alıb. İran İslam İnqilabına qədər İranda çoxsaylı konsertlər verib. 1986-cı ildə İranı tərk etməyə məcbur qalıb və Almaniyaya mühacirət edib. 1995-ci ildə İsveçrədə keçirilən akkordeon və qarmon ifaçılarının müsabiqəsində birincilik qazanıb. == Bioqrafiyası == === Erkən illəri və gəncliyi === 1946-cı ilin noyabr ayında Seyid Cəfər Pişəvərinin qurduğu Azərbaycan Demokrat Firqəsi süqut etdikdən sonra Məhəmməd Rza Pəhləvi tərəfindən azadlıq mübarizələrində iştirak edənlərə qarşı divan tutulur və bu səbəbdən Təbriz şəhərindən Tehran şəhərinə böyük köçlər başlayır. Köçənlər arasında Rəhmanın atası Süleymanla anası Məsturə xanım da olur. 20 mart 1951-ci ilin Novruz bayramında Tehranda, Rəhman dünyaya gəlir.
Toğrul Əsədullayev
Toğrul Mirnazim oğlu Əsədullayev (11 mart 1982, Bakı) — musiqiçi, kamança ifaçısı. Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Əsədullayev Toğrul Mirnazim oğlu 11 mart 1982-ci ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur. O, 1991–1996-cı ildə Tofiq Quliyev adına 12 saylı UMM-ni, 1996–2000-ci ildə Asəf Zeynallı adına musiqi kollecini, 2000–2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin bakalavr pilləsini, 2004–2006-cı ildə magistratura pilləsini "Fərqlənmə diplomu" ilə bitirmiş, 2006–2009-cu ildə aspirantura pilləsində təhsil almişdır. 1994-cü ildə "Qönçə 94", 1995-ci ildə tarzən Hacı Məmmədovun xatirəsinə həsr olunmuş məktəblərarası "II Bakı müsabiqəsi"nin, 1996-cı ildə "Qönçə 96" festivalının, 1998-ci ildə "VII Respublika müsabiqəsi"nin, Muğam Assosiasiyasının təşkil etdiyi "Muğam-98", "Muğam-99" və "Muğam-2000" festivalının qalibi olmuşdur. 1997–2000-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin Əhməd Bakıxanov adına XÇA (Xalq Çalğı Alətləri) ansamblında, 2000–2004-cü ildə həmin şirkətin Baba Salahov adına "Araz" XÇA ansamblında fəaliyyət göstərmişdir. 2004-cü ildə ADMİU-də, Sumqayıt Musiqi Texnikumunda və Bülbül adına Musiqi məktəbində solo konsertlərlə çıxış etmişdir. 2005-ci ildə Alman-Azərbaycan Mədəniyyət Birliyi Kopellhaus sarayında "İki ziddiyyət" adlı solo konsert vermişdir. 1998–2008-ci illərdə Tofiq Quliyev adına 12 saylı UMM-də, 2008-ci ildən bu günə kimi Azərbaycan Milli Konservatoriyasının "İnstrumental Muğam" kafedrasında kamança müəllimi vəzifəsində çalışır. O, 2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində "Xalqlararası Şərq Təranələri" festivalında I yerə, 2008-ci ildə Kanadada keçirilən "Niaqara kamera musiqisi" festivalında muğam üçlüyü tərkibində Qran-Pri mükafatına layiq görülmüşdür.
Vəhid Əsədullahi
Vəhid Əsədullahi — İran radio və televiziyasının Azərbaycan musiqi departamentinin başçısı.
Züleyxa Əsədullayeva
Züleyxa Əsədullayeva (18 noyabr 1916, Bakı – 20 iyul 2002) — ABŞ azərbaycanlısı. == Həyatı == Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Züleyxa xanım Əsədullayeva valideynləri ilə birlikdə Türkiyəyə mühacirət edir. 1952-ci ildə amerikalı mühəndislə evlənərək ömrünün sonunadək həyatını ABŞ-də, Vaşinqton ətrafında keçirir. Züleyxa Əsədullayeva 1990-cı ildə Azərbaycana qayıtmışdır. O, jurnalistlər və tələbələr qarşısında etdiyi çıxışında belə demişdir: Bakıya gələn Züleyxa Əsədullayeva humanitar yüklə Sumqayıtdakı uşaq evinə, Sabirabadda qaçqınlar düşərgəsinə, Zaqulbada professor Z. Qindes adına sümük vərəmi dispanserinə gedir. Jurnalistlərlə görüşü zamanı ona verilən "ən güclü uşaqlıq xatirələri" haqqında suala Züleyxa xanım belə cavab vermişdi: Züleyxa Əsədullayevanın 2002-ci ildə ölüb və cənazəsi babası Şəmsi Əsədullayevin qəbri yanında Əmircan qəsəbəsində dəfn olunmuşdur..
Çingiz Əsədullayev
Çingiz Əsədullayev(25 avqust 1960, Sumqayıt) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. == Həyatı == Əsədullayev Çingiz Rauf oğlu 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə və kredit fakültəsini bitirmişdir. Azərbaycan Banklar Assosiasiyasının vitse-prezidentidir. Bakı Fond Birjası Müşahidə Şurasının və İnvestisiyalarınTəşviqi Fondunun Himayəçilər Şurasının sədridir. Rus və ingilis dillərini bilir. 1979-cu ildən SSRİ Dövlət Bankının Azərbaycan kontorunda iqtisadçı, aparıcı iqtisadçı, 1986-cı ildən Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində bölmə rəisi, "Azərittifaq" Birliyində baş iqtisadçı, idarə rəisinin müavini işləmişdir. 1990-cı ildən Bakı İstehlakçılar Cəmiyyətinin vitse-prezidenti, "Nefteko" sovet-alman müəssisəsinin icraçı direktoru, 1991-ci ildən "Turan" Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 1992-ci ildən "Azəriqazbank" Səhmdar İnvestisiya Bankının İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır. 1997-ci ildən "Azəriqazbank" Səhmdar İnvestisiya Bankının Müşahidə Şurasının sədri, 2007-ci ildən Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunun Müşahidə Şurasının sədridir. Bitərəfdir.
İbrahim Əsədullayev
İbrahim Muxtar oğlu Əsədullayev (1902, Rusiya imperiyası – 1946, Bakı) — Azərbaycan SSR xalq daxili ticarət komissarı (1937–1938), SSRİ Ali Sovetinin (millətlər palatası) I çağırış deputatı. == Həyatı == ==== Repressiyalara uğraması ==== Stalin və Bağırov repressiyalarının qurbanı olmuşdur. 1938-ci ilin iyul ayında "Ehtiyatda olan sağ-troskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" rəhbərindən biri olduğu ittihamı ilə həbs olunmuşdur. İttiham əvvəldən axıra kimi Mir Cəfər Bağırovun başçılıq etdiyi Azərbaycanın o zamanki ali hakimiyyəti və onların əlaltıları tərəfindən saxtalaşdırılmışdır. Bu iş üzrə keçən başqa məhbuslar kimi işgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilmişdir. Ancaq başqa məhbuslarla birlikdə 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdi. Bundan sonra işi üzrə bir neçə dəfə istintaq aparılmışdır. Nəhayət 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakının müsadirə edilməsi ilə10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1946-cı ildə həbs düşərgəsində dünyasını dəyişmişdir. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kolleqiyasının qərardadı ilə bəraət edilmişdi.
Şeyx Əsədullah Mamağani
Şeyx Əsədullah Mamağani (1881-?)—İslam alimi. == Həyatı == Şeyx Əsədullah 1881-ci ildə Təbriz yaxınlığındakı Mamağan qəsəbəsində anadan olmuşdu. İbtidai təhsilini atasından, orta təhsilini doğma şəhərində mədrəsədə almışdı. Sonra Nəcəf şəhərinə yollanmış, molla və müctəhid yanında təhsilini davam etdirmişdi. Axund Xorasaninin şagirdlərindən sayılır. Şeyx Əsədullah Mamağani 1906-cı ildən sonra İstanbula yollanmış, bir müddət burda yaşamışdı. Sonra Təbrizə dönmüş, Məşrutə hərəkatına qoşulmuşdu. Şeyx Əsədullah Mamağani "Əncüməni-Səadət"in üzvü olmuşdu. Şeyx Əsədullah Mamağani İran Milli məclisinə nümayəndə seçilmişdi. Senator olmuşdu.
Şəmsi Əsədullayev
Şəmsi Əsədullayev — XX əsrin əvvəllərində Azərbaycanın neft maqnatı, multimilyonçu, ictimai xadim. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən neftxuda. == Həyatı == Şəmsi Əsədullayev 1841-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. === Gənclik illəri === Şəmsi Əsədullayev də bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdır. O, gənc yaşlarında kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salırdı. Bu illərdə əmircanlıların əsas taxıl yerləri Suraxanı torpaqlarında idi. XX əsrin əvvələrində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanıda neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanıda Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər. Torpaqsız qalan Suraxanı və Əmircan kəndinin sakinləri neft mədənlərində işləməyə məcbur olurlar. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə başlayır.
Şəmsi Əsədullayevin evi
Şəmsi Əsədullayevin evi — Qoqol (Praçeçnaya) 9, Tolstoy (Gimnaziçeskaya) 183 və Həzi Aslanov (Karantinnaya) 84 küçələrinin kəsişməsində yerləşən üç mərtəbəli saray tipli yaşayış binası. 1896-cı ildə Bakı milyonçularından Şəmsi Əsədullayevin sifarişi ilə memar İohan Edelin layihəsi əsasında inşa edilmişdir. == Haqqında == Qoqol 9 küçəsində, Gimnaziçeskaya, 183 və Karantinnaya, 84 ünvanlarının tinində ucaldılmış bina milyonçu Şəmsi Əsədullayevə məxsus saray üslubundadır. 1896-cı ildə memar İohan Edel tərəfindən inşa olunub. Bina üç küçəyə üz tutub və öz monumental fasadları və həcmi ilə tarixi mərkəzin şəhərqurma sistemində əhəmiyyətli yer tutub. Planda binanın günbəzlə tamamlanan yanmdairəvi küncləri xüsusi qeyd olunub. Binanın belə maraqlı künc həlli memar İ. Edelin yaradıcılığında rast gəlinən haldır. Binanın memarlığı klassik formalarda qurulub, həcmi plastika, və iri daş kronşteynləri olan çoxsaylı balkonlarla zənginləşdirilib.Yaşayış binasının birinci mərtəbəsi xidməti kontorlar və ofislərin ixtiyarına verilmişdir. Yan bloklarda ikisıralı sistem tətbiq edilmişdir, bu blokları uzun üç-sıralı sistem birləşdirir, Bakıda bu təcrübədən nadir hallarda istifadə olunub. Binanın künc hissəsi həmişə qaranlıq olur.
Əlibala Əsədullayev
Əlibala Bəhram oğlu Əsədullayev (yanvar 1928, Bakı – 5 mart 1981) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1975–1979), Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı. == Həyatı == Əlibala Bəhram oğlu Əsədullayev 1928-ci ildə Bakıda anadan olmuşdur. Əmək fəaliyyətinə 1949-cu ildə "Bakı fəhləsi" zavodunda mühəndis-konstruktor kimi başlamışdır. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Azərbaycan LKGİ Lenin Rayon Komitəsinin birinci katibi seçilmişdir.1951–1956-cı illərdə S. M. Kirov adına zavodda texniki nəzarət şöbəsinin rəisi, sex rəisi işləmiş, baş mühəndis vəzifəsini icra etmişdir. 1957–1958-ci illərdə Petrov adına zavodun direktoru, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası (XTŞ) Maşınqayırma İdarəsinin baş mühəndisinin müavini olmuşdur.Əlibala Əsədullayev 1959-cu ildən 1965-ci ilədək Keşlə maşınqayırma zavodunun direktoru, Azərbaycan SSR XTŞ Maşınqayırma İdarəsinin rəisi, 1965-ci ilin noyabr ayından isə Azərbaycan Neft Sənayesi Maşınqayırma Birliyinin rəisi olmuşdur. 1973–1975-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində maşınqayırma şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1975-ci ilin iyul ayında Azərbaycan SSR yerli sənaye naziri təyin edilmişdir. O, bu vəzifədə 1979-cu ilədək çalışmışdır.Əlibala Əsədullayev 1951-ci ildə Sov. İKP üzvlüyünə qəbul edilmiş, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı seçilmişdir. Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur.

Значение слова в других словарях

богохуле́ние выхлопа́тывать гола́влевый копа́ч Левиафа́н обесче́щивание ренесса́нсный согласо́ванно шату́нный ассорти́ волосяно́й впу́тывание го́рбик пиха́ть сапоги всмя́тку столбообра́зный ути́ль кулебяка collective behaviour crush hat diving-helmet self-delusion soaper triatomic примёрзнуть