ƏTİR

сущ.
1. аромат (приятный запах), благоухание. Qızılgülün ətri аромат розы
2. духи (спиртовый раствор ароматических веществ, употребляемый как парфюмерное средство). Zərif ətir iyi нежный запах духов, hansı ətirdən istifadə edirsiniz? какими духами вы пользуетесь?
3. см. ətirşah ; ətir vurmaq: 1. nəyə надушить что ?; 2. надушиться; ətir çəkmək перегонять ароматические вещества путём дистиллирования, ətir saçmaq благоухать, распространять аро мат.
ƏTİQƏ
ƏTİR-ƏNBƏR
OBASTAN VİKİ
Ətir
Ətir — iyli əsas yağlar, aroma mürəkkəblər, fiksasiyaedicilər və ya həlledicilərin qarışığı. İnsan bədəninə, heyvanlara, obyektlərə və yaşayış fəzalarına xoş iy vermək üçün istifadə edilir. Qədim dövrlərdə çinlilər, hindular, israillilər, misirlilər, ərəblər, yunanlılar və romalılar tərəfindən istifadə olunmaqda idi. Latın dilindən tamamilə uçucu mənasına gələn per fumum sözündən meydana gəlmişdir.
Daur ətirşahı
Daur ətirşahı (lat. Geranium dahuricum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü.
Düzləçəkli ətirşah
Düzləçəkli ətirşah (lat. Geranium platypetalum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. Çoxillik bitkidir. Gövdəsi yarpaqların saplaqları kimi uzun və yumşaq uzanmış ağ tükcüklü, 30–60 sm hündürlükdədir. Yarpaqları incə, sıx tükcüklü; kökətrafı yarpaqlar uzun saplaqlı, düzolmayan böyrəkvari-yumru, tərsyumurtavari 2/3-ə qədər hissələrə bölünmüş, üst hissədən üçqatbölünmüş və dişli, gövdə yarpaqları 5-7 bucaq şəkillidir. Çiçək saplağı uzun yumşaq tüklərlə örtülü, düz, 2 çiçəklidir. Çiçəkaltlığı xətvari-lansetvaridir. Kasa yarpaqları 8–10 mm uzunluqda, lansetvari, beli tükcüklüdür. Ləçəkləri 18-20 mm uzunluqda, albənövşəyi, enli tərsürəkvari, əsasında pazvari, kənarları qeyri-bərabər və ya zəif çıxıntılıdır. Meyvənin tayları tükcüklüdür.
Dərman ətirnazı
Clinopodium nepeta subsp. spruneri (lat. Clinopodium nepeta subsp. spruneri) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin clinopodium cinsinin clinopodium nepeta növünə aid bitki yarımnövü.
Erkəkciyi tükcüklü ətirşah
Meşə ətirşahı
Meşəlik ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. Böyük Qafqazın qərb və şərq hissəsi, Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.
Qırmızı ətirşah
Qırmızı ətirşah (lat. Geranium sanguineum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü.
Robert ətirşahı
Robert ətirşahı (lat. Geranium robertianum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. Geranium robertianum subsp. eurobertianum Briq.
Sibir ətirşahı
Sibir ətirşahı (lat. Geranium sibiricum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. Geranium sibiricum subsp.
Uilford ətirşahı
Uilford ətirşahı (lat. Geranium wilfordii) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü.
İrikökümsov ətirşah
İrikökümsov ətirşah (lat. Geranium macrorrhizum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. Robertium macrorrhizum (L.) Picard Geranium balkanum N.Taylor Geranium lugubre Salisb. Geranium macrorrhizum var. parnassicum Stoj.
Ətirli akasiya
Ətirli akasiya (lat. Acacia aroma) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Ətirli ayovan
Ətirli ağ şam
Ətirli ağ şam (lat. Abies balsamea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. Şimali Amerikanın iynəyarpaqlı meşələrində, Kanada və ABŞ-da tundra zonasına qədər bitir, daşlıqlarda isə meşənin yuxarı sərhədlərinə qədər (1500-2500 m) yayılmışdır. Uzunömürlüdür, 150-200 ilə qədər yaşayır. Hündürlüyü 15-25 m, gövdəsinin diametri 50 (70) sm, düz, konusvarı, sıx, çətiri aşağı əyilmiş ağacdır. Cavan ağacların qabığı boz, hamar, çox miqdarda ətirli, qabarıq, sonradan qırmızı-qonur, xırda yarıqlıdır. Cavan zoğları əvvəlcə yaşıl, qısa, düz dayanan tükcüklərlə örtülmüşdür, sonradan qırmızı-qonur olur, çılpaqdır. Tumurcuqları şarşəkilli və ya yumurtavarı, qatranlı, yaşılımtıl, açıq-bənövşəyi çalarlıdır. İynəyarpaqların uzunluğu 15-35 mm, eni 2 mm, üstü tünd-yaşıl, parlaq, ucu kütdür, budaqların üzərində 4-7 il qalır, sürtüldükdə ətirli qoxu verir. Zoğda iynəyarpaqları iki cərgədə yerləşir.
Ətirli balqabaq
Ətirli balqabaq (lat. Cucurbita moschata; Muskat qabağı) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü. Muskat qabağı – (Cucurbita moschata Dush. Poir.) qabağın birillik növlərindəndir. Gövdəsi qabırğalı, yarpaq ayası iri, böyrək formalı, dilimli, damarlarının arasında ağ ləklər vardır. Çiçəkləri iri, çiçək kasası tünd yaşıl rəngli, tozcuq borusu silindir formalıdır. Meyvəsi uzunsov, ətli hissəsi sıx, toxumları orta irilikdədi.
Ətirli bənövşə
Ətirli bənövşə (lat. Viola odorata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Hündürlüyü 3-22 sm, sürünən, yerüstü nazik zoğların qoltuğunda kök salan, gövdəsi olmayan çoxillik ot bitkisidir. Kökümsovu qalıntəhər, buğumlu, ağımtıldır. Yarpaqları uzun saplaq üzərində yerləşmiş, dəyirmi və ya enli yumurtaşəkillidir, qaidə hissəsi dərin ürəkşəkillidir, kənarları mişarvari-dəyirmi dişlidir, uc hissədə korbucaqlı və ya az sivriləşmiş və ya bəzən dəyirmiləşmişdir, demək olar ki, çılpaq və ya çox qısa tüklüdür. Çiçəkləri uzun saplaqda yerləşib, ətirlidir, tünd-bənövşəyi və ya bənövşəyi-göy rəngdədir; çiçəkaltlıqları çiçək saplağının ortasında və ya orta hissəsindən yuxarıda yerləşmişdir. Qutucuq şarşəkili və yarım şarşəkillidir, qismən sıx qısa tüklüdür. Mart-aprel (may) aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. BQ (Quba), KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Nax.
Ətirli bәnövşә
Ətirli cirəgülü
Ətirli cirəgülü (lat. Pimpinella aromatica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü.
Ətirli doqquzdon
Ətirli doqquzdon (lat. Lonicera fragrantissima) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Çində yayılmışdır. Boyu 2-3 m-ə çatan, çox gövdəli, dik duran koldur. Yarpaqları qışda uzun müddət budaq üzərində qalır. Çiçəkləri sarımtıl-ağ rəngli, gözəl ətirlidir. Bitki tam yarpaqlamadan əvvəl çiçəkləri diqqəti cəlb edir. İstisevən, quraqlığadavamlı, torpağa tələbkar deyildir. Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir. Çox dekorativ görünüşə malikdir.
Ətirli güllücə
Ətirli güllücə (lat. Lathyrus odoratus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Ətirli hil
Ətirli kalamus
Ətirli kino
Ətirli kino — film nümayişində istifadə olunan xüsusi sistem. Bu zaman tamaşaçı xüsusi qoxular duyur və nəticədə tamaşaçıya daha dolğun məlumat ötürülür. İlk ətirli film nümayişi 1906-cı ilə təsadüf edilir. Pensilvaniyada kinoteatr sahibi film nümayişi zamanı salonda qızılgül yağı batırılmış əski parçasını yellətmiş. 1958-ci ildə italyan rejisor Karlo Lidzaninin çəkdiyi "Çin səddi" sənədli filminin nümayişi zamanı yüzlərcə qoxu ventilyasiya ilə salona verilmişdir. 1960-cı ildə isveçrəli mühəndis Hans Laube xüsusi "Smell-O-Vision" sistemini yaratmışdır. Bu sistem "Ətrin sirri" filminə tətbiq edilmişdir. Film Nyu-York, Los-Anceles və Çikaqo şəhərlərinin kinoteatrlarında nümayiş etdirildi. Salonda hər oturacağa xüsusi ətir püskürən borular bərkidilmişdir. Ancaq bu sistem bir mənalı qarşılanmadı: bəziləri ətrin püskürülən zaman yaranan yüksək səsdən şikayət etdi, bəziləri ətrin filmdəki sujetlərlə eynilik daşımadığını söylədi (əsasən balkonda oturanlar).
Ətirli moruq
Ətirli moruq (lat. Rubus odoratus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır. Hündürlüyü 1-1,5 m olan yarımkoldur, çətirinin diametri 1,5-2 m olmaqla şaxələnmişdir. Yarpağı 3-5 hissəli, eni 2,5 sm-ə qədər olub, tünd yaşıl, üzəri tükcüklüdür. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri al-qırmızı və ya çəhrayı rəngli olub, diametri 3-5 sm-ə çatır, ətirlidir. Çiçəkləmə dövründə gözəl görünür. Meyvələri yeməli, qırmızıdır, diametri 0,5 sm-dir. Kök zoğları və toxumlarla çoxalır.

Digər lüğətlərdə