ƏTİRLƏNMƏK
ƏTİRŞAH
OBASTAN VİKİ
Ətirli akasiya
Ətirli akasiya (lat. Acacia aroma) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Ətirli ayovan
Ətirli balqabaq
Ətirli balqabaq (lat. Cucurbita moschata) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü.
Ətirli bənövşə
Ətirli bənövşə (lat. Viola odorata) — bənövşə cinsinə aid bitki növü. Hündürlüyü 3-22 sm, sürünən, yerüstü nazik zoğların qoltuğunda kök salan, gövdəsi olmayan çoxillik ot bitkisidir. Kökümsovu qalıntəhər,buğumlu, ağımtıldır. == Yarpaq == Yarpaqları uzun saplaq üzərində yerləşmiş, dəyirmi və ya enli yumurtaşəkillidir,qaidə hissəsi dərin ürəkşəkillidir, kənarları mişarvari-dəyirmi dişlidir, uc hissədə korbucaqlı və ya az sivriləşmiş və ya bəzən dəyirmiləşmişdir,demək olar ki, çılpaq və ya çox qısa tüklüdür. == Çiçək == Çiçəkləri uzun saplaqda yerləşib, ətirlidir,tünd-bənövşəyi və ya bənövşəyi-göy rəngdədir;çiçəkaltlıqları çiçək saplağının ortasında və ya orta hissəsindən yuxarıda yerləşmişdir. == Meyvə == Qutucuq şarşəkili və yarım şarşəkillidir,qismən sıx qısa tüklüdür. == Çiçəkləməsi == Mart-Aprel (May) == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == BQ (Quba), KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Nax. düz.
Ətirli bәnövşә
Ətirli bənövşə (lat. Viola odorata) — bənövşə cinsinə aid bitki növü. Hündürlüyü 3-22 sm, sürünən, yerüstü nazik zoğların qoltuğunda kök salan, gövdəsi olmayan çoxillik ot bitkisidir. Kökümsovu qalıntəhər,buğumlu, ağımtıldır. == Yarpaq == Yarpaqları uzun saplaq üzərində yerləşmiş, dəyirmi və ya enli yumurtaşəkillidir,qaidə hissəsi dərin ürəkşəkillidir, kənarları mişarvari-dəyirmi dişlidir, uc hissədə korbucaqlı və ya az sivriləşmiş və ya bəzən dəyirmiləşmişdir,demək olar ki, çılpaq və ya çox qısa tüklüdür. == Çiçək == Çiçəkləri uzun saplaqda yerləşib, ətirlidir,tünd-bənövşəyi və ya bənövşəyi-göy rəngdədir;çiçəkaltlıqları çiçək saplağının ortasında və ya orta hissəsindən yuxarıda yerləşmişdir. == Meyvə == Qutucuq şarşəkili və yarım şarşəkillidir,qismən sıx qısa tüklüdür. == Çiçəkləməsi == Mart-Aprel (May) == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == BQ (Quba), KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Nax. düz.
Ətirli cirəgülü
Ətirli cirəgülü (lat. Pimpinella aromatica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü.
Ətirli doqquzdon
Ətirli doqquzdon (lat. Lonicera fragrantissima) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Çində yayılmışdır. == Botaniki təsviri == Boyu 2-3 m-ə çatan, çox gövdəli, dik duran koldur. Yarpaqları qışda uzun müddət budaq üzərində qalır. Çiçəkləri sarımtıl-ağ rəngli, gözəl ətirlidir. Bitki tam yarpaqlamadan əvvəl çiçəkləri diqqəti cəlb edir. == Ekologiyası == İstisevən, quraqlığadavamlı, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir. == İstifadəsi == Çox dekorativ görünüşə malikdir.
Ətirli güllücə
Ətirli güllücə (lat. Lathyrus odoratus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Ətirli hil
Ətirli hil, Benqal hili (lat. Amomum aromaticum) — hil cinsinə aid bitki növü.
Ətirli kalamus
Ətirli kino
Ətirli kino — film nümayişində istifadə olunan xüsusi sistem. Bu zaman tamaşaçı xüsusi qoxular duyur və nəticədə tamaşaçıya daha dolğun məlumat ötürülür. == Tarixi == İlk ətirli film nümayişi 1906-cı ilə təsadüf edilir. Pensilvaniyada kinoteatr sahibi film nümayişi zamanı salonda qızılgül yağı batırılmış əski parçasını yellətmiş. 1958-ci ildə italyan rejisor Karlo Lidzaninin çəkdiyi "Çin səddi" sənədli filminin nümayişi zamanı yüzlərcə qoxu ventilyasiya ilə salona verilmişdir. 1960-cı ildə isveçrəli mühəndis Hans Laube xüsusi "Smell-O-Vision" sistemini yaratmışdır. Bu sistem "Ətrin sirri" filminə tətbiq edilmişdir. Film Nyu-York, Los-Anceles və Çikaqo şəhərlərinin kinoteatrlarında nümayiş etdirildi. Salonda hər oturacağa xüsusi ətir püskürən borular bərkidilmişdir. Ancaq bu sistem bir mənalı qarşılanmadı: bəziləri ətrin püskürülən zaman yaranan yüksək səsdən şikayət etdi, bəziləri ətrin filmdəki sujetlərlə eynilik daşımadığını söylədi (əsasən balkonda oturanlar).
Ətirli moruq
Ətirli moruq (lat. Rubus odoratus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m olan yarımkoldur, çətirinin diametri 1,5-2 m olmaqla şaxələnmişdir. Yarpağı 3-5 hissəli, eni 2,5 sm-ə qədər olub, tünd yaşıl, üzəri tükcüklüdür. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri al-qırmızı və ya çəhrayı rəngli olub, diametri 3-5 sm-ə çatır, ətirlidir. Çiçəkləmə dövründə gözəl görünür. Meyvələri yeməli, qırmızıdır, diametri 0,5 sm-dir. Kök zoğları və toxumlarla çoxalır.
Ətirli qamış
Ətirli qatıqotu
Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Arealı == Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan biraz uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk.
Ətirli qovaq
Әtirli qovaq — (lat. Populus suaveolens) — Söyüd fəsiləsinə adi bitki növü == Ümumi yayılması == Şimali Amerikanın qərb sahillərində, cənubi Alyaskadan Kaliforniyayadək olan ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 18–21, bəzən 27 m, gövdəsinin qalınlığı 0,6 m və daha çoxdur. Quru oduncağının sıxlığı 470 kq/m²-dir. 8–10 yaşında çiçəkləməyə başlayır. Sırğalarının uzunluğu 5–9 sm-dir, çox miqdarda xırda çiçəklidir (uzunluğu təxminən 3 mm). Erkək çiçəkləri 20–30 erkəkciklidir. Yetişmiş dişi sırğalarının uzunluğu 10–15 sm-dir. == Ekologiyası == Çınqıllı və qumlu torpaqlarda, çay və göl sahillərində bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbi halda yayılmışdır.
Ətirli qətran
Ətirli saqqızağacı
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.
Ətirli siziqium
Mixək ağacı və ya ətirli siziqium (lat. Syzygium aromaticum) — siziqium cinsinə aid bitki növü.Mixək bu bitkinin qurudulmuş qönçələridir. Əvvəllər bu növ Eugenia cinsinə aid edilirdi. Mixək ağacının vətəni İndoneziyanın Malay arxipelaqında yerləşən Moluks adası hesab olunur. Hazırda bitkini İndoneziya, Malayziya, Hindistan, Seylon, Madaqaskar adası, Moluk adası, Tanzaniya, Zanzibar və Pemba adalarında yetişdirirlər. Tanzaniyada yetişdirilən mixək dünyada yetişdirilənin 90 %-ni təşkil edir. == Əhəmiyyəti == Mixək çox qiyməli efir yağlı bitkidir. Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə, həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur. Xüsusən Misirdə, Çində, Romada mixək daha qədimdən istifadə edilir. Məlumdur ki, VI əsrdə Aleksandr Trallianus və digər Roma həkimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər.
Ətirli sumaq
Ətirli sumaq (lat. Rhus lancea) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü. == Təbii yayılması == Bitki Cənubi Afrikada çayların sahillərində quraqlıq rayonlarda bitir. == Botaniki təsviri == Uzunluğu 9 m-ə qədər olan,tünd-qonur qabıqlı və qırmızı budaqları olan həmişəyaşıl kol və ya ağacdır.Yarpaqları 3 bölümlü,neştərvari,üstü tünd-yaşıl,alt səthi açıq-yaşıl rənglidir.Sarı,salxımşəkilli çiçək qruplarında yerləşir.Noyabr-dekabr aylarında çiçəkləyir.Bu dövrdə bitki olduqca dekorativ görünüşə malik olur.Hər il çiçəkləyir və keyfiyyətli toxum verir.Meyvəsi yumru,iri toxumlu və nazik lətlidir.Toxumları may ayında yetişir.Toxum və qələmlə çoxalır. == Ekologiyası == Torpağa az tələbkar,quraqlığadavamlı,tez boy atan bitkidir.İsti və işıqsevəndir.Sərt qışda yerüstü hissəsi kök boğazına qədər məhv olur.Yazda pöhrələrlə yenidən bərpa olunur. == Azərbaycanda yayılması == Mərdəkan dendrarisində 80-ci illərdə introduksiya edilmişdir.Abşeronun torpaq və iqlim şəraitinə davamlıdır. == İstifadəsi == Bordürlərin tərtibatında istifadə olunur.Oduncağı ağır,qırmızı-qonurdur,yaxşı rəndələnir.Meyvəsindən pivə hazırlanmasında istifadə edilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Ətirli söyüdgülü
Adi oleandr (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin oleandr cinsinə aid bitki növü. == Təbii yayılması == Oleandrın vətəni — qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağıdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda yayılan 3 növü məlumdur. == Botaniki təsviri == Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
Ətirli sədo
Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü.
Ətirli toyçiçəyi
Ətirli toyçiçəyi (lat. Polygonatum odoratum) — toyçiçəyi cinsinə aid bitki növü.
Ətirli xəşənbül
Ətirli xəşənbül (lat. Melilotus suaveolens) — xəşənbül cinsinə aid bitki növü.
Ətirli yovşan
Ətirli yovşan (lat. Artemisia fragrans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda orta dağ qurşaqlarında təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 (30-45) sm-ə çatan, bozumtul və ya açıq-bənövşəyi rəngdə çoxillik kol bitkisidir. Cavanlıqda ağa çalan, keçəvari, sonradan çılpaqlaşan, gövdəsi dik, oducaqlı olub, qalınlığı 0,5-1 sm-dir. Yarpaqları ikili, üçər lələkvari-parçalanmış, uc hissələri uzunsov, aşağıdan dəyirmi sapvari hissəciklidir. Səbətləri yumurtavari kürəkşəkilli, bozumtul-bənövşəyi tüklü olub, uzunluğu 2 mm, eni 1,5 mm-dir. Örtüyü kirəmitdişli, yarpaqcıqları ətli, xaricdəkilər dar, daxildəkilər enli, arxa hissə şırımlı, kənardakılar isə arxadan bozumtul, sıx tükcüklüdür. Çiçəkləri qabarıq çiçək yatağında toplaşmışdır, sayı 10 ədəddir. Toxumacası tərs konusşəkillidir.
Ətirli çiyələk
Ətirli çiyələk (lat. Fragaria moschata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Ətirli ağ şam
Ətirli ağ şam (lat. Abies balsamea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. Şimali Amerikanın iynəyarpaqlı meşələrində, Kanada və ABŞ-da tundra zonasına qədər bitir, daşlıqlarda isə meşənin yuxarı sərhədlərinə qədər (1500-2500 m) yayılmışdır. Uzunömürlüdür, 150-200 ilə qədər yaşayır. Hündürlüyü 15-25 m, gövdəsinin diametri 50 (70) sm, düz, konusvarı, sıx, çətiri aşağı əyilmiş ağacdır. Cavan ağacların qabığı boz, hamar, çox miqdarda ətirli, qabarıq, sonradan qırmızı-qonur, xırda yarıqlıdır. Cavan zoğları əvvəlcə yaşıl, qısa, düz dayanan tükcüklərlə örtülmüşdür, sonradan qırmızı-qonur olur, çılpaqdır. Tumurcuqları şarşəkilli və ya yumurtavarı, qatranlı, yaşılımtıl, açıq-bənövşəyi çalarlıdır. İynəyarpaqların uzunluğu 15-35 mm, eni 2 mm, üstü tünd-yaşıl, parlaq, ucu kütdür, budaqların üzərində 4-7 il qalır, sürtüldükdə ətirli qoxu verir. Zoğda iynəyarpaqları iki cərgədə yerləşir.

Digər lüğətlərdə

загля́дываться засоленный кругляшо́к логови́на сластолюби́во соли́дный това́рно-фо́ндовый шелопу́ты аннекси́рованный заво́дчица на кру́ги своя вернуться подпу́хлость артиллерия ухналь branchia mousey pileus rancorous shrill streaking traditionist мёд натрое непредубеждённый ремонт