ətrəngi
ətriyyatçı
OBASTAN VİKİ
Ətriyyat
Ətriyyat — çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif ətirli maddələrdir. Çox zaman ətriyyat dedikdə incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr - mayelər, sular, yağlar, məlzəmələr nəzərdə tutulur. Ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Onlardan xəstəliklərin müalicəsində də istifadə olunur. == Azərbaycanda ətriyyatın inkişafı == Azərbaycan əttarlarının hazırladıqları müxtəlif təyinatlı ətriyyat maddələrindən Avropa ölkələrinin kral saraylarında xüsusilə məşhur olduğu barədə tarixi qaynaqlarda kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Azərbaycanın 9 iqlim qurşağına malik olması burada dünyanın bir çox ölkələrində rast gəlinməyən nadir çiçək və otların yetişməsinə şərait yaratmışdır. == Ətriyyat maddələri təbabətdə == Qədim zamanlardan bu günümüzə kimi insanlar bu və ya digər cismani narahatlıqlar, müxtəlif xəstəliklər zamanı ətriyyat maddələrindən istifadə edərək şəfa tapmışlar. Məsələn, bənövşə yağı əsasən ürək ağrıları, ürək döyüntüləri, qəlb sıxıntıları və narahatlıqlarında istifadə olunub. Qızılgüldən alınan gülab maddəsi isə qan təzyiqini, sinə ağrılarını, ürək döyüntüsünü aradan qaldıran ən təsirli vasitədir. Süsənbər çiçəyinin ləçəklərindən alınan şirə isə həm bəzi daxili xəstəliklər- mədə xorası, bağırsaq narahatlığı, həzm prosesinin pozulması hallarında dərman kimi işlənmiş, həm də uzun müddətli və cazibədar rayihəsi olan ətriyyat kimi tanınmışdır.İbn Sinanın “Həkimlik sənətinin qanunları” adlı kitabında isə əttarların hazırladıqları məhsulların şəfaverici və insanlarda xoş duyğular yaratmaq xüsusiyyətləri barədə zəngin məlumat verilir.
Ətriyyatçı (roman)
Ətriyyatçı: bir qatilin tarixçəsi — alman yazıçısı Patrik Züskindin 1985-ci ildə nəşr edilmiş romanı. Romanın motivləri əsasında eyniadlı film (Əttar: bir qatilin tarixçəsi) çəkilmişdir. == Həmçinin bax == == İstinadlar == == Xarici keçidlər == Ətriyyatçı (Bir qatilin tarixçəsi).
Ətriyyatçı: Bir qatilin tarixçəsi (film)
Ətriyyatçı: Bir qatilin tarixçəsi (ing. Perfume: The Story of a Murderer) — rejissorluğu Tom Tikver tərəfindən edilən, əsas rollarda Ben Vişou, Alan Rikman, Reyçel Herd-Vud və Dastin Hoffmanın yer aldığı 2006-cı il istehsalı olan psixoloji-dram filmi. Patrik Züskindin eyniadlı romanı əsasında çəkilmişdir. Ssenari müəllifləri Endrü Birkin, Bernd Ayhinqer və Tom Tikverdir. Film 18-ci əsrdə Fransada cərəyan edir, mükəmməl qoxubilmə hissinə malik olan Jan-Baptistin hekayəsindən bəhs edir. == Məzmun == Film məşhur qatil olan Jan-Batist Qrenuyun cəzalandırılması səhnəsi ilə başlayır. Edam üçün aparılmasından əvvəl fransız balıq bazarında doğulan kimi tərk edilməsiylə başlanan həyat hekayəsinə geridönüş edilir. Yetimxanada böyüyən Qrenuy hamıkından daha güclü iybilmə qabiliyyətinə sahib, qəribə və hamıdan uzaq gəzən bir uşaq olaraq yetişir. Daha sonralar dabbaq birinə satılır və uzun illər dabbaq köməkçisi olur. Günlərin bir günü yeni qoxular ilə tanış olduğu Parisə ilk təslimatı edəndə hər şey dəyişir.

Digər lüğətlərdə

беззву́чный видеопроду́кция выхола́щивать гото́вое гребневи́дный ихтиоло́гия револьве́рный астроко́мпас восле́д вымышля́ть жа́ться законосове́щательный игри́во март отграни́чить dust-proof pintle recite sea-serpent shrill-tongued tearing thallophyte безвинный застеклить отругать