1. İlk dəfə, birinci dəfə.
2. İs. mənasında. Başlanğıc, ibtida. İşin əvvəli çətindir. Kitabın əvvəli. Əsrimizin əvvəli.
// Qoş. mənasında. Qabaq. İnqilabdan əvvəl. Soyuqlar düşməzdən əvvəl.
3. Əvvəlcə, qabaqca. Əvvəl sən gəl. Əvvəl fikirləş, sonra danış. Bilmirəm, hansı işdən əvvəl başlayım.
4. Qabaqlarda, əvvəllərdə, ilk vaxtlarda, keçmişdə (bu mənada çox vaxt “əvvəllər” və “əvvəlləri” şəklində işlənir). Əvvəl(lər) xəttim yaxşı idi, sonralar korlandı. Əvvəllər gözəl səsi var idi. Əvvəllər burada karvansara yerləşirdi. Əvvəllər biz çox yaxın idik.
5. Zaman etibarilə daha qabaq, daha irəli, daha birinci. Mən səndən əvvəl gəldim. Üç il bundan əvvəl olmuş hadisə. O məndən əvvəl işə başladı. Vaxtından əvvəl gəlmək.
6. Yer etibarilə qabaq, irəli. O məndən əvvəldir.
7. Bax əvvəla.
◊ Əvvəl əldə – əvvəlcə, birinci növbədə.