əvəz
əvəzçi
OBASTAN VİKİ
Əvəz Abdullayev
Əvəz Abdullayev (vokalçı) — Azərbaycanın əməkdar artisti. Əvəz Abdullayev (alim) — Azərbaycan alimi.
Əvəz Cəbiyev
Əvəz Abdulhəsən oğlu Cəbiyev — tibb elmləri doktoru, professor. Masallı rayonunun ilk tibb elmləri doktoru, Ərkivan kəndinin isə ilk alimi olub. Masallı Rayon Mərkəzi Xəstəxanası Ə. Cəbiyevin adını daşıyır. == Həyatı == Əvəz Cəbiyev 28 aprel 1922-ci ildə Masallı rayonunun Ərkivan kəndinin Cəbili məhəlləsində anadan olub. 20 oktyabr 1977-ci ildə 52 yaşında [[Bakı] şəhərində vəfat edib. == Təhsili == Əvəz Cəbiyev ilk təhsilini Ərkivan kənd orta məktəbində alıb. 1948-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. == Karyerası == 1940–1943-cü illərdə Masallı şəhər 2 nömrəli natamam orta məktəbində fizika, riyaziyyat və kimya fənləri üzrə dərs deyib. Cəbiyev 1943–1944-cü illərdə Masallı rayonunun Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında çalışıb. 1948-ci ilin mart ayında Azərbaycan Dövlət Tibb İnstitutunun infeksiya xəstəlikləri kafedrasında davam etdirib.
Əvəz Hafizli
Əvəz Hafizlinin qətli — Azərbaycan jurnalisti və blogeri, LGBTİ+ icma üzvü Əvəz Hafizlinin (rəsmi soyadı Şıxməmmədov) qətlə yetirilməsi hadisəsi. Qətl hadisəsi 22 fevral 2022-ci il tarixində, Bakı şəhərində, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində baş vermişdir. Cinayəti Hafizlinin əmisioğlu Əmrulla Gülalıyev törətmişdir. 29 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində Əmrulla Gülalıyevə hökm oxunmuşdur. Hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Əvəz Hafizlinin ölümü Azərbaycanda ictimai rezonansa səbəb olmuşdur. LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir. Bundan başqa, ABŞ-nin Azərbaycandakı səfirliyi Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir. == Zəmin == Əvəz Hafiz oğlu Şıxməmmədov 5 mart 1998-ci ildə anadan olmuşdur. O, daha çox "Əvəz Hafizli" təxəllüsü ilə tanınır.
Əvəz Məmmədov
Əvəz Məmmədov (deputat) — Azərbaycan SSR Ali Sovetinin deputatı. Əvəz Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Əvəz Paşayev
Əvəz Telman oğlu Paşayev (17 avqust 1995; Marzılı, Yevlax, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əvəz Paşayev 1995-ci il 17 avqustda Yevlaxın Marzılı kəndində anadan olub. 2012-2014-cü illərdə hərbi xidmətdə olub. Evli və bir qız atası idi. 2021-ci il aprelin 2-də anası intihar edib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əvəz Paşayev Suqovuşan döyüslərində savaşıb. 29 sentyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. 12 oktyabr 2020-ci ildə Hacışelli kənd qəbristanlığında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əvəz Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əvəz Paşayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əvəz Paşayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Əvəz Qocayev
Əvəz Qurbanlı
Qurbanlı Əvəz Qubadxan oğlu (Əvəz Qurbanlı) - şair, yazıçı və jurnalist == Həyatı == Şair, yazıçı və jurnalist Əvəz Qurbanlı 1976-cı il avqust ayının 9-da Saatlı rayonunun Azadkənd kəndində dünyaya göz açıb. 1997-1999-cu illərdə Azərbaycan Respublikasının sərhəd qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. İxtisasca iddiaçı hüquqşünasdır. 2000-ci ildən indiyə kimi Respublikanın bir çox mətbu orqanlarında jurnalist kimi fəaliyyət göstərir. Uzun müddətdir ki, bədii yaradıcılıqla məşğuldur. Şeir və nəsr, elmi və publisistik məqalələrin müəllifidir. Sözlərinə mahnılar bəstələnib. 2006-cı ildə "Təzə zarafat " adlı satirik və lirik şeirlər kitabı çapdan çıxıb. "Vahid", "Məcməüş-şüəra" ədəbi məclislərinin, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir çox yerli və beynəlxalq mükafatlara, o cümlədən 2008-ci ildə gənc yazarlar üçün Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.
Əvəz Sadıq
Əvəz Sadıq (Əsl adı: Əbülfəz Əli oğlu Sadıqov; 1898, Ordubad, Naxçıvan qəzası – 27 avqust 1956, Bakı) — nasir, publisist jurnalist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əvəz Sadıq 1898-ci ildə Azərbaycanda Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. 7 yaşında mədrəsədə, sonra Ordubad ali-ibtidai məktəbində təhsil almışdır. 1920-ci ildə yeni təşkil olunmuş məktəblərdə müəllimlik fəaliyyətinə başlamışdır. Birinci dərəcəli Ordubad məktəbində bir il işlədikdən sonra ordu sıralarına çağırılmış, 1921-1923-cü illərdə orada hərbi məktəbdə müəllimlik edib. Ordudan qayıtdıqdan sonra Ordubad qəza komsomol komitəsinə katib seçilmiş, Bakıda I Qafqaz komsomol qurultayında nümayəndə kimi iştirak etmişdir. 1924-1925-ci illərdə maarif işçiləri həmkarlar ittifaqının rayon komitəsinin sədri, şəhər teatrı klubunda müdir işləmişdir. Naxçıvan partiya-sovet məktəbində müəllimlik edən jurnalist eyni zamanda 1917-1931-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsilini artırmışdı. == Fəaliyyəti == Ədəbi fəaliyyətə 1920-ci illərdən başlayan Əvəz Sadıqöz məqalə və xəbərlərini "Kommunist", "Yeni fikir", "Şərq qapısı" və digər qəzetlərdə çap etdirirdi. 1925-1927-ci ildə "Şərq qapısı" qəzetinin redaktoru, 1927-1933-ci ilədək "İnqilab və mədəniyyət"(indiki "Azərbaycan") jurnalında məsul katib, "Kommunist" qəzeti, "Şərq qadını" jurnalı rekdasiyasında, 1934-38-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyatın tərcüməçisi və redaktoru kimi çalışıb.
Əvəz Sadıxov
Əvəz Şiri oğlu Sadıxov (18 avqust 1942, Blaband, Lerik rayonu – 9 noyabr 1999, Bakı) — talış əsilli Azərbaycan dilçi-alimi, professor, "Tolışi sədo" qəzetinin ilk redaktoru. Əvəz Sadıxov talış xalqına verdiyi ciddi töhfələrlə tanınır. == Həyatı == Talış dilçi-alimi, professor Əvəz Sadıxov 1942-ci ildə Lerik rayonunun Bilaband kəndində anadan olub. Əvəz Sadıxov uzun müddət Elmlər Akademiyasının Dilçilik İnstitutunda çalışıb. Talış və Azərbaycan dillərindən əlavə olaraq ərəb və fars dillərini bilib. Müasir dövrdə talış dilinin qrammatikasını tərtib edən ilk şəxs olan Əvəz Sadıxov, eyni zamanda "Tolışi sədo" qəzetinin ilk redaktoru olub. Universitetə imtahan verərkən onun bildiyi talış dili haqqında qrammatika kitabı olmadığından dil biliyi kimi qəbul olunmayıb. Əvəz Sadıxov bu dilin qrammatikasının olduğunu və bu qrammatikanı beynində daşığıdığını söyləsə də, Talış dilində qrammatika kitabı olmadığı təkrar xatırlanaraq onun istəyi qəbul olunmayıb. O, uzun müddət bu haqsızlığı aradan qaldırmaq üçün çalışmış, tələbəlik illərində tərtib etdiyi talış dilinin qrammatikasını çap etməyə çalışsa da, bəzən siyasi, bəzən isə maddi səbəblərdən bu baş tutmayıb, onun yazıları uzun zaman əlyazma şəklində qalıb. Əvəz Sadıxov rəhmətə getdikdən sonra onun əlyazmaları kitab şəklinə salınaraq çap edilib.
Əvəz Süleyman
Əvəz Süleyman (azərb. Əvəz Sirac oğlu Süleymanov‎; d.10 aprel, 1942; Qırlar, Ağsu rayonu - ö.9 mart, 2019, Şamaxı) — yazıçı, publisist, 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı. == Həyat və fəaliyyəti == 1942-ci ildə aprelin 10-da Ağsu rayonunun Qırlar kəndində anadan olub. Orta təhsilini 1961-ci ildə Ağsu rayonunun Sanqalan kənd 8 illik məktəbində və Ağsu qəsəbə orta məktəbində alıb. 1963-cü ildə Ağsu Pedaqoji məktəbini, 1969-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. 1963-1967-ci illərdə Kürdəmir rayonunun Pirli kənd 8 illik məktəbində, 1967-1973-cü illərdə Ağsu rayonunun Sanqalan kənd 8 illik məktəbində, 1973-1991-ci illərdə Şamaxı rayonunun Çıraqlı kəndində müəllim, məktəb direktoru işləmişdir. 1991-ci ildən vəfatınadək Şamaxı şəhər 5 saylı orta məktəbində çalışıb. 2019-cu ilin 9 mart tarixində vəfat edib. == Əsərləri == Tək qardaş ömrü (2004) Əzab (2005) Əfsanəyə çevrilən ömür (2007) Pələng balaları haqda (2007) Köhnə dərd (2007) Döy məni, ana, döy (2009) == Xarici keçidlər == Əvəz Süleyman vəfat etdi Əvəz Süleyman - Facebook səhifəsi == Mənbə == Teymur Əhmədov.
Əvəz Temirxan
Əvəz Temirxan (1 aprel 1959, Soğanverdilər, Bərdə rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Liberal Partiyasının sədridir. == Həyatı == Əvəz Temirxan 1959-cu il aprelin 1-də Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub. 1980–1985-ci illərdə RSFSR-in Yaroslavl şəhərində ali təhsil almışdır. 1985-ci ildə Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Yaroslavlda hüquq məsləhətçisi, 1991-ci ilə qədər Rusiyanın Kostroma vilayətinin rayonlararası prokurorluğunda müstəntiq vəzifəsində çalışmıdır. 1991–1993-cü illərdə Moskvada özəl hüquq məsləhətçisi kimi fəaliyyətini davam etdirmişdir. == Siyasi fəaliyyəti == 1991–1993-cü illərdə Ə. Temirxan professor Lalə Şövkət tərəfindən yaradılmış "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkatının sədr müavini olmuşdur. 1993-cü ilin iyul ayından 1994-cü ilin yanvar ayına qədər Azərbaycan Respublikasının Prezident aparatında, Dövlət Katibinin baş köməkçisi vəzifəsində çalışmışdır. 1995-ci ildən 2007-ci ilə qədər Azərbaycan Liberal Partiyası İcraiyyə Komitəsinin sədri, 2003-cü ildən ALP sədrinin 1-ci müavini və ALP sədr əvəzi olmuşdur. 12 sentyabr 2010-cu ildə ALP-nin növbəti qurultayında Azərbaycan Liberal Partiyasının sədri seçilmişdir.
Əvəz Verdiyev
Verdiyev Əvəz Həşim oğlu (1916, Bakı – 1 may 1945, Boleslaves[d]) — Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == Əvəz Verdiyev 1916-cı ildə Laçının Quşçular kəndində anadan olmuşdur. Üç yaşından yetim qalmış və Laçın rayonunun Quşcular kəndində böyüyüb boya-başa çatmışdır. 20 yaşı tamam olanda Bakıya getmiş, fəhlə gənclər məktəbində oxuya-oxuya Orconikidze adına maşınqayırma zavodunda işləmişdir. 1938-ci ildə Sovet Ordusuna çağırılmış, SSRİ-Finlandiya müharibəsində (1939–1940) iştirak etmişdir. 1940-cı ildə ordudan tərxis olunmuş və Bakıya qayıdıb əvvəllər işlədiyi zavodda çalışmışdır. İkinci dünya müharibəsinin başlaması ilə əlaqədar 1941-ci ilin iyun ayında yenidən orduya çağırılmış, döyüşlərdə ağır yaralanmış, tezliklə sağalaraq cəhbəyə qayıtmışdır. Ukrayna və Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir. 1944-cü il 2 avqust tarixində Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və ona "Qızıl ulduz" medalı (medal №4647) və Lenin Ordeni təqdim olunmuşdur.
Əvəz Zeynallı
Əvəz Tapdıq oğlu Zeynallı (1 yanvar 1970, Ağbulaq, Çəmbərək rayonu) — tənqidçi, araşdırmacı jurnalist, "Xural" Media Qrupunun rəhbəri, Xural TV onlayn YouTube kanalının təsisçisi, "Siyasət Meydanı" ictimai-siyasi verlişinin müəllif və aparıcısı. == Həyatı == Əvəz Zeynallı 1 yanvar 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1988-ci ildə Ermənistan SSR-dən digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalıb. 1988–1990-cı illər ərzində Sovet ordusu sıralarında hərbi xidmət keçib. 1991-ci ildə Ankara Universitetinin hüquq fakültəsinə daxil olub, 1999-cu ildə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdaraq müxtəlif qəzetlərdə çalışıb. === Ailəsi === Ailəlidir, həyat yoldaşı Məlahət Zeynallı da jurnalist fəaliyyəti ilə məşğuldur. Onların iki qız övladı var. == İctimai fəaliyyəti == Əvəz Zeynallı Türkiyədə olarkən "Böyük Gələcək" dərgisini nəşr etdirib. 1999-cu ildən etibarən "Günaydın", "P. S.", "Millətin səsi" qəzetlərinin yazarı, Vətəndaş Həmrəyliyi qəzetinin baş redaktoru olub. 2002-ci ildə "Xural" qəzetini yaradıb və bu qəzetin baş redaktoru işləyib.
Əvəz Zeynalov
Əvəz Səməd oğlu Zeynalov (22 dekabr 1935, Laçın rayonu – 13 may 2019, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmləri namizədi == Həyatı == Əvəz Zeynalov 22 Dekabr 1935-ci ildə Laçın rayonu Aşağı Fərəcan kəndində anadan olmuşdur. 1943-1950 ci illərdə Fərəcan kənd məktəbini, 1950-1953 cü illərdə Mığıdərə orta məktəbini bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1961- ci ildə universiteti bitirmişdir. 1969-1974 cü illərdə Kiyev Dövlət Tibb Universitetində aspirantura təhsili almışdır. 1988-ci ildən Laçın rayon Mərkəzi xəstəxanasının baş cərrahı olmuş, 1500-dən çox cərrahiyyə əməliyyatları aparmışdır. Həmçinin Qarabağ müharibəsində yüzlərlə ağır yaralanmış döyüşçünü yenidən həyata qaytarmışdır. Onlarla qaçqın, köçkün və əlacsız xəstələri təmənnasız müalicə etmişdir. 1992-ci ilin iyul ayından 2011-ci ilin avqust ayına qədər Bakı şəhəri F.Əfəndiyev adına 4 saylı kliniki xəstəxanasında növbətçi cərrah vəzifəsində çalışmışdır. == Elmi fəaliyyəti == Əvəz Zeynalov 1965-1992 ci illərdə Laçın rayonu xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Əvəz Şükürov
Əvəz Kərəm oğlu Şükürov (1926, Zülfüqarlı – 20 yanvar 2006, Bakı) — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995). == Həyatı == 1926-cı ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olmuşdur. Elə həmin kənd məktəbini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmisdir. 1944-cü ildən Kəlbəcər rayon icra komitəsi kənd təsərrüfatı şöbəsinin aqranomu, "Pravda" kolxozunun sədri olmuşdur. 1950–1953-cü illərdə Zülfüqarlı və Abdullauşağı kənd sovetinin sədri, rayon kənd təsərrüfatı şöbəsinin aqranomu, 1954–1964-cu illərdə isə yenə də "Pravda" kolxozunun sədri vəzifəsində işləmişdir. Eyni zamanda 1958–1968 illərdə V–VI çağırış Azərbaycan SSR Ali sovetinin deputatı olmuşdur. Uzun illər Kəlbəcər və Zərdab rayonlarında muxtəlif rəhbər vəzifələrdə çalışmişdir. 1993–1995-ci illərdə Kəlbəcər rayon icra hakimiyyətinin sədr müavini, sonra isə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərmişdir. 1995-ci ildən Kənd Təsərrüfatı Nazirliyində baş mutəxəssis işləmişdir. 2006-cı il yanvarın 20-də Bakı şəhərində vəfat etmişdir.
Əvəz Şıxməmmədov
Əvəz Hafizlinin qətli — Azərbaycan jurnalisti və blogeri, LGBTİ+ icma üzvü Əvəz Hafizlinin (rəsmi soyadı Şıxməmmədov) qətlə yetirilməsi hadisəsi. Qətl hadisəsi 22 fevral 2022-ci il tarixində, Bakı şəhərində, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində baş vermişdir. Cinayəti Hafizlinin əmisioğlu Əmrulla Gülalıyev törətmişdir. 29 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində Əmrulla Gülalıyevə hökm oxunmuşdur. Hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Əvəz Hafizlinin ölümü Azərbaycanda ictimai rezonansa səbəb olmuşdur. LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir. Bundan başqa, ABŞ-nin Azərbaycandakı səfirliyi Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir. == Zəmin == Əvəz Hafiz oğlu Şıxməmmədov 5 mart 1998-ci ildə anadan olmuşdur. O, daha çox "Əvəz Hafizli" təxəllüsü ilə tanınır.
Əvəz Əlibəyov
Əvəz Ələkbərov
Əvəz Əkbər oğlu Ələkbərov (23 iyul 1952, Cil, Çəmbərək rayonu) — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının keçmiş Maliyyə naziri (1999–2006). == Bioqrafiya == Əvəz Ələkbərov 1952-ci il iyulun 23-də Qərbi Azərbaycanda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1973-cü ildə həmin institutun uçot-iqtisad fakultəsini bitirib, iqtisadçı ixtisası alaraq Bakı Baş tikinti idarəsində mühasib-hesabdar kimi işləmişdir. Sonra hərbi xidmətdə olmuşdur. 1975-ci ildən Azərbaycan Kənd Tikinti Nazirliyində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini işləmişdir.1980-cı ildə Kuybışev adına Moskva idarəetmə işçilərini təkmilləşdirmə institutunu bitirmişdir. 1981-ci ildən Azərbaycan Nazirlər Soveti İqtisadiyyat şöbəsində böyük referent və müdir müavini vəzifəsində çalışmışdır. 1991-ci ildən yeni yaradılan Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri olmuşdur. 1992-ci ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləmişdir. 1999-cı ildə Ümumi Milli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Maliyyə Naziri təyin edilmişdir, O bu vəzifədə 7 il işləmişdir. Respublikada iqtisadi siyasətin formalaşmasında, büdcə-vergi, pul-kredit və sosial siyasətin təşəkkül tapmasında səylər göstərmişdir.
Aşıq Əvəz Fərmanoğlu
Aşıq Əvəz Fərmanoğlu (11 sentyabr 1938, Mərəzə rayonu – 5 sentyabr 2014, Qobustan rayonu) — Azərbaycanlı aşıq. == Həyatı == Aşıq Əvəz Fərmanoğlu 1938-ci il 11 sentyabrda Qobustan rayonununda anadan olmuşdur. Ailədə yetim böyüyən Əvəzin aşıq sənətinə çox böyük meyli olmuşdur. 16 yaşında Şamaxı şəhərində yaşayan Aşıq Hacalı Hacıyevin yanına aşıq təhsilini almağa yola düşmüş, 5 il H.Hacıyevin yanında aşıqlıq sənətinin incəliklərini öyrənmişdir. Təhsilini bitirdikdən sonra öz evinə qayıtmış və aşıqlığa başlamışdır. Aşıq Əvəzin bir çox tələbəsi olmuşdur. Bunlardan Aşıq Mahmud Ələsgər oğlu, Əvəzxan Xankişiyev, Balayar Qaçayev və s. Aşıq Əvəzin hələ də dillərdə əzbər olan bir çox ustadnamələri və tərifnamələri vardır. Övladları — Aşıq Hidayət Əvəzoglu, Aşıq Həmzə Əvəzoğlu və Tünzalə Əvəzqızı da hazırda atalarının sənət yolunu davam etdirirlər.
Əvəz-Əvəzə (1925)
== Məzmun == Filmdə xarici kəşfiyyat agentlərinin axtarılıb tapılması və Azərbaycan çekistlərinin onlarla mübarizəsi haqqında danışılır. == Film haqqında == Film ilk Azərbaycan detektiv filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Pavel Velski, Sergey Trotski, Aleksandr Litvinov Quruluşçu rejissor: Aleksandr Litvinov Quruluşçu operator: V.Lemke Quruluşçu rəssam: A.Plaksin === Rollarda === Abbas Mirzə Şərifzadə Pyotr Kirillov Nadejda Vendelin Sergey Trotski K.Vyaznova Pavel Velski — Pavel Dobrov == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 238. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Əvəz Abdullayev (alim)
Abdullayev Əvəz Cavad oğlu (2 may, 1937, Salyan rayonu) — Texniki elmlər namizədi. == Həyatı == Əvəz Abdullayev 1937-ci il mayin 2-də Salyan rayonunda ziyalı ailəsində anadan olmuşdur. Atası Xıllı kəndində torpaq şöbəsində baş aqronom işlədiyindən o, dörduncü sinifdən səkkizinci sinfə kimi Xıllı kənd orta məktəbində oxumuş, orta təhsilini isə Salyanda başa vurmuşdur. 1954-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının neft-mədən fakültəsinə daxil olmuş, 1959-cu ildə qazma şöbəsini bitirərək dağ mühəndisliyi ixtisasına yiyələnmişdir. == Elmi nailiyyətləri == Əvəz Abdullayevin əmək yolu Lökbatandakı Qaradağ neft mədənlər idarəsindən başlamışdır. O,burada qazmaçı köməkçisindən usta vəzifəsinə kimi yüksəlmişdir. Sonra Əvəz Abdullayev təhsilini artırmaq və elmi nailiyyətlərə yiyələnmək üçün respublika EA elmi-tədqiqat dərin neft və qaz yataqları problemləri istitutunda aspirant olmuş,elmi işçi işləmişdir. 1969-cu ildə o,"Dərin quyuların almaz baltalarla qazılması texnologiyası" mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi alimlik dərcəsinə layiq görülmüşdür. Sonralar o Kürsəngi ,Qarabağlı, Əli bayramlı rayonlarında qazma işləri idarəsində rəis işləyərək apardığı elmi araşdırmaları əməli işə tətbiq etmişdir. Həmçinin Əvəz Abdullayev Nefçala rayonunda işləmişdir və rayon üçün gördüyü böyük xidmətlərdən biri 1974-cü ildə Qarabağlıdakı qazma idarəsini rayonumuza gətirməsi olmuşdur.
Əvəz Abdullayev (vokalçı)
Əvəz Baxşəli oğlu Abdullayev — Azərbaycanın xalq artisti (2012). == Həyatı == Əvəz Abdullayev 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı Musiqi Akademiyasını bitirmişdir. Hələ tələbə ikən Ş.Məmmədova adına Opera studiyasında solist kimi çalışmağa başlamış, sonra isə Dövlət Xor Kapellasına qəbul edilmişdir. Ə.Abdullayev 2004-cü ildən Opera va Balet Teatrında çalışır. Bariton səs tembrinə malik olan vokalçı teatrda çalışdığı müddət ərzində klassik opera tamaşalarında bir-birindən maraqlı obrazlar yaratmağa müvəffəq olmuşdur. 2005-ci ildə Ə.Abdullayev respublika üzrə keçirilən “Russkaya pesnya” müsabiqəsində 1-ci mükafatın sahibi olmuş, eyni zamanda Vokalçıların Bülbül adına 3-cü Beynəlxalq müsabiqəsinin laureatı adını qazanmışdır (IV yer). 2006-cı ildə gənc vokalçı İ.Arxipova fondunun dəvəti ilə Beynəlxalq Musiqi Xadimləri İttifaqının Moskva və Yaroslavlda təşkil etdiyi konsertlərdə ugurlu cıxış etmiş və fondun xüsusi medalına layiq görülmüşdür. Ə.Abdullayev Rusiya, Fransa, İtaliya, Almaniya, Çexiya və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olmuşdur.
Əvəz Hafizlinin qətli
Əvəz Hafizlinin qətli — Azərbaycan jurnalisti və blogeri, LGBTİ+ icma üzvü Əvəz Hafizlinin (rəsmi soyadı Şıxməmmədov) qətlə yetirilməsi hadisəsi. Qətl hadisəsi 22 fevral 2022-ci il tarixində, Bakı şəhərində, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində baş vermişdir. Cinayəti Hafizlinin əmisioğlu Əmrulla Gülalıyev törətmişdir. 29 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində Əmrulla Gülalıyevə hökm oxunmuşdur. Hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Əvəz Hafizlinin ölümü Azərbaycanda ictimai rezonansa səbəb olmuşdur. LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir. Bundan başqa, ABŞ-nin Azərbaycandakı səfirliyi Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir. == Zəmin == Əvəz Hafiz oğlu Şıxməmmədov 5 mart 1998-ci ildə anadan olmuşdur. O, daha çox "Əvəz Hafizli" təxəllüsü ilə tanınır.
Əvəz Mahmud Lələdağ
Əvəz Cəlal oğlu Mahmudov (29 oktyabr 1935, Ağdü, Qarakilsə rayonu) – Azərbaycanlı pedaqoq, şair-publisist, dramaturq, Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, "Tərəqqi" medalı laureatı. == Həyatı və fəaliyyəti == Əvəz Mahmudov 1935-ci ildə Ermənistan SSR Qarakilsə rayonunun Ağdü kəndində anadan olmuşdur. İbtidai təhsilini Ağdü kənd orta məktəbində almış, 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili fakültəsinə daxil olmuşdur. Ali məktəbdə təhsil aldığı müddətdə komsomol təşkilat katibi vəzifəsində çalışmışdır. Təhsilini başa vurduqdan sonra öz doğma kəndində əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildən Sumqayıt şəhərində yaşayır. Müxtəlif məktəblərdə direktor müavini və 6 №-li, 13-№-li,25- №-li məktəblərdə direktor vəzifəsində çalışmışdır. 1989 -1995- ci illərdə Sumqayıt şəhər təhsil həmkarlar ittifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyi [1], AİB və Azərbaycan Aşıqlar birliyinin [2] üzvüdür. Sumqayıt şəhərində YAP-ın ilk təşəbbüskarı olmuş, 1993-cü ildən YAP idarə heyətinin üzvüdür.
Əvəz Məmmədov (deputat)
Əvəz Musa oğlu Məmmədov (dekabr 1927, Aşağı Yağlıvənd, Qaryagin qəzası – 29 oktyabr 2006, Aşağı Yağlıvənd, Füzuli rayonu) — Lenin ordenli zəhmət adamı, Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Əvəz Musa oğlu Məmmədov dekabr 1927-ci ildə Qaryagin rayonunun Aşağı Yağləvənd kəndində dünyaya göz açmışdı. Böyük Bəhmənli kənd orta məktəbini bitirmişdi. Hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra Araz Yağləvənd kəndində pambıqçılıq briqadiri işləmişdi. Yağləvənddə sədr müavini işləyə-işləyə Gəncə Kənd Təsərrüfatı institutunu qiyabi yolla aqronomluq fakültəsini bitirmişdi. Bundan sonra Kərimbəyli-Yağləvənd birləşmiş kolxozunda kolxoz sədri vəzifəsində işləmişdi. Yaxşı işinə görə rayon təşkilatı tərəfindən təşəkkürlər almışdır. Dəfələrlə kənd və rayon deputatı seçilmişdir. Sonralar 8-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Daha sonra 6 kəndin birləşdiyi Kənd sovetinin sədri olmuşdur.

Digər lüğətlərdə

догнепинг заба́гриваться инове́рие парообразова́тельный фри́штык чаесбо́рщик во ве́ки веко́в зазелене́ться зеро́ кли́ринговый мо́лодо ненави́стный спи́хивание Э́рот blowball diversionary haemoglobin megalopolitan corridor ore revisional Santa knight of the tar капиталист пенкосниматель чистосердечие