ƏHZAN
ƏXBAR
OBASTAN VİKİ
Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı
Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı (Азәрбајҹан Коммунист (болшевик) Фиргәси Мәркәзи Комитәсинин әхбары) — Azərbaycan SSR-də Azərbaycan Kommunist Partiyasının rəsmi partiya jurnalı, partiyanın mərkəzi komitəsinin mətbuat orqanı. == Tarixi == "Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı" 1920-ci ilin noyabrında Bakıda Azərbaycan, rus və erməni dillərində çıxmışdır. 1921-ci ilin oktyabrında isə yalnız Azərbaycan və rus dillərində nəşr edilmişdir. 1922-ci ilin fevralında "Azərbaycan Kommunist (bolşevik) Firqəsinin Mərkəzi və Bakı Komitələrinin əxbarı" adı ilə çıxmışdır. 1923-cü ilin dekabrından 1925-ci ilin oktyabrınadək "Kommunist yolu" adı ilə nəşr edilmişdir. 1928-ci ilin mayında yenidən ilkin adı ilə buraxılmış, oktyabrda nəşri dayandırılmışdır. Jurnalda rəsmi partiya sənədləri, Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin hesabatları, Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin qərarları dərc edilmişdir.
Azərbaycan Mərkəzi Əxzi-Əsgər İdarəsi
Azərbaycan Mərkəzi Əxzi-Əsgər İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi mükəlləfiyyətin təşkilinə məsuliyyət daşıyan orqan. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən 1919-cu il mayın 26-da qəbul edilmişdi. Qanunda təsbit olunurdu ki, ölkə ərazisində hərbi mükəlləfiyyətin həyata keçirilməsinə rəhbərlik edən orqan Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsidir. == Vəzifələri == Azərbaycan Xalq Cümhuriyyətinin bu idarəsi aşağıdakı tapşırıqları yerinə yetirməli idi: Vətəndaşların hərbi xidmətə çağırılması, Onların natural hərbi mükəlləfiyyətlərini (əsasən at və qoşqu vasitələri ilə) yerinə yetirməsinə nəzarət edilməsi, Çağırış yaşlı şəxslərin tibbi müayinədən keçirilməsinə nəzarət edilməsi, Qəza, şəhər və dairə əxzi-əsgər şöbələrinin işi ilə bağlı şikayətlərə baxılması, Həmin şöbələrin fəaliyyəti haqqında hesabatların təhlil edilməsi, Hərbi mükəlləfiyyətin yerinə yetirilməsi üçün zəruri olan büdcə layihəsinin hazırlanması, Ayrılmış büdcə vəsaitini şöbələr arasında bölüşdürülməsi.Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsinin rəisi daxili işlər nazirinin müavini, üzvləri isə idarənin işlər idarəsinin müdiri, həmçinin hərbi nazirliklə ədliyyə nazirliyinin nümayəndələri olmalı idilər. == Fəaliyyəti == Yerlərdə vətəndaşların hərbi mükəlləfiyyətlərini yerinə yetirmələri ilə qəza, dairə və şəhər əxzi-əsgər şöbələri məşğul olmalı idi. Bu orqanlara aşağıdakı vəzifələr həvalə olunurdu: çağırışçıların siyahısının tərtib edilməsi; çağırışçı siyahılarının yoxlanılması; çağırışçıların qeydiyyatı və xidmətə çağırılanların sayı barədə Mərkəzi Əxzi-əsgər İdarəsinə məlumat verilməsi; çağırışçıların hərbi xidmətə çağırılması; çağırışçıların tibbi müayinəsinin aparılması; çağırışçıların hərbi xidmətə qəbul edilməsi; məsuliyyətə cəlb edilməli olan çağırışçılar haqqında polis orqanlarına məlumat verilməsi; yerlərdə atların və qoşqu vasitələrinin qeydiyyatının aparılması və onların xidmətə cəlb edilməsi; səfərbərlik planlarının hazırlanması; hərbi xidmət zamanı xəsarət almış əsgərlərin tibbi müayinədən keçirilməsi. Qəza, dairə və şəhər əxzi-əsgər şöbəsinin rəisi yerli qəza rəisi və ya daxili işlər naziri tərəfindən təyin edilmiş şəxs ola bilərdi. Hərbi nazirlik tərəfindən ezam edilmiş zabit və kəndlərdən seçilmiş nümayəndələr qəza əxzi-əsgər şöbələrinin üzvü olmalı idilər. Qanuna əsasən, bütün qəza mərkəzlərində qəza əxzi-əsgər şöbələri təsis edilməli idi. Bu şöbələr hərbi nazirliklə razılaşdırıldıqdan sonra daxili işlər nazirliyinin qərarı ilə açılmalı idi.
Azərbaycan hökumətinin əxbarı
Azərbaycan hökumətinin əxbarı (آذربایجان حکومتینین اخباری) — Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin (1918–1920) orqanı. 1918-ci ildə Gəncədə Azərbaycan dilində, 1919-cu ildən isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur. "Azərbaycan hökumətinin əxbarı"nda, əsasən, qərar, qanun və sərəncamlar dərc edilirdi.
Bakı Fəhlə Konfransının Əxbarı
Bakı Fəhlə Konfransının əxbarı — Gündəlik leqal bolşevik qəzeti, Bakı Fəhlə Konfransının orqanı. == Fəaliyyəti == 1919 il iyulun 8-dən avqustun 8-dək Azərbaycan dilində çıxmışdır. Cəmi 47 nömrəsi buraxılmışdır. Kütlələri Azərbaycan Xalq Cümhuriyyətinin qanuni hakimiyyətinə qarşı mübarizəyə çağıran materiallar dərc edirdi. Redaktoru Əliheydər Qarayev idi. Qəzetin işində Seyid Cəfər Cavadzadə (Pişəvəri), Həmid Sultanov ("H.S.Yoxsul") və b. iştirak etmişlər. Rusiya Kommunist (bolşeviklər) Partiyası Proqramının (1919) xeyli hissəsi Azərbaycan dilində ilk dəfə bu qəzetdə dərc olunmuşdur. Nəşri Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən dayandırılmışdır.
Bakı Fəhlə Konfransının əxbarı (qəzet)
Bakı Fəhlə Konfransının əxbarı — Gündəlik leqal bolşevik qəzeti, Bakı Fəhlə Konfransının orqanı. == Fəaliyyəti == 1919 il iyulun 8-dən avqustun 8-dək Azərbaycan dilində çıxmışdır. Cəmi 47 nömrəsi buraxılmışdır. Kütlələri Azərbaycan Xalq Cümhuriyyətinin qanuni hakimiyyətinə qarşı mübarizəyə çağıran materiallar dərc edirdi. Redaktoru Əliheydər Qarayev idi. Qəzetin işində Seyid Cəfər Cavadzadə (Pişəvəri), Həmid Sultanov ("H.S.Yoxsul") və b. iştirak etmişlər. Rusiya Kommunist (bolşeviklər) Partiyası Proqramının (1919) xeyli hissəsi Azərbaycan dilində ilk dəfə bu qəzetdə dərc olunmuşdur. Nəşri Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən dayandırılmışdır.
Cəbəl Əxdar (Liviya)
Cəbəl Əxdar (ərəb. الجبل الأخضر‎ – Yaşıl dağ) — Liviyanın şərqində meşəlik, məhsuldar dağlıq region. Müasir əl-Cəbəl əl-Əxdar rayonunda yerləşir. Region Yer kürəsinin ən az meşəli ölkələrindən biri olan Liviyanın çox az meşəlik ərazilərindən biridir. Cəbəl Əxdar bir neçə dərə ilə həmsərhəd olan dağ yaylasından ibarətdir. Benqazinin şimalında və Dernanın cənubunda yerləşir. Bu, Liviyanın ən rütubətli ərazisidir və buraya ildə təxminən 600 mm yağıntı düşür. Ərazidə geniş meşələr var, burada zəngin kartof və dənli bitkilər yığılır. Qədim yunan müstəmləkəsi olan Kirena Cəbəl Əxdar vadisində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl Əxdar (Liviya) ilə əlaqəli mediafayllar var.
Gəbit Əxmərov
Gəbit Abdulla oğlu Əxmərov (başq. Әхмәров Ғәбит Абдулла улы, rus. Габи́т Абду́ллович Ахме́ров; 24 fevral 1921 – 11 aprel 1996, Fyodorovka rayonu (Başqırdıstan), Başqırdıstan) — Böyük Vətən müharibəsi iştirakçısı, 62-ci qvardiya süvari alayının 45 mm-lik silah batareyasının atəş taqımı komandirinin köməkçisi (16-cı qvardiya süvari diviziyası, 7-ci qvaridya süvari korpusu, Mərkəzi cəbhə), sovet qvardiyasının baş çavuşu.Sovet İttifaqı Qəhrəmanı (02.09.1944), 1945-ci ildən ehtiyatda olan leytenant. == Həyatı == 24 fevral 1921-ci ildə Başqırdıstanın Fyodorovski rayonunun Starı Çetırman kəndində kəndli ailəsində anadan olmuşdur. Milliyətçə başqırd idi. 1943-cü ildən BKP (b) üzvü. 1941-ci ilin dekabr ayında Başqırd Muxtar Sovet Sosialist Respublikasının Fyodorovski rayon hərbi qeydiyyatdan könüllü olaraq Qırmızı Orduya qoşuldu. 1942-ci ilin aprel ayından fəaliyyətdə olan orduda xidmət etməyə başladı. O, ən çox Ukraynanın Çerniqov vilayəti ətrafında keçirilən döyüşlərdə fərqlənmişdir.SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 fevral 1944-cü il tarixli fərmanı əsasında qvardiyanın baş çavuşu Gəbit Abdulloviç oğlu Əxmərova Lenin ordeni və "Qızıl Ulduz" medalı (№ 3024) verilməklə o, Sovet İttifaqı Qəhrəmanı elan olundu.1945-ci ildə G. A. Axmerov Tambov süvari məktəbini bitirdi. 1945-ci ilin noyabr ayından leytenant Axmerov ehtiyatda qalan leytenant oldu.
Müseyib bəy Əxicanov
Müseyib bəy Əxicanov, Axıcanov və ya Axıcanlı (Müseyib bəy Qəhrəman bəy oğlu Əxicanov; 12 oktyabr 1892, Cavad qəzası – 30 aprel 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Bakı quberniyasının qubernatoru, Bakı quberniyası qubernatorunun köməkçisi. == Həyatı == Əxicanov Müseyib bəy Qəhrəman bəy oğlu 1892-ci ildə Cavad qəzasının Tomarxanlı kəndində (indiki İmişli rayonu) (sonradan onun yaxın və uzaq qohum əqrabası indiki İmişli rayonu Cəfərli kəndi yaxınlığına köçmüşlər və həmin ərazi Axıcanlı kəndi adlanır) anadan olmuşdur. O da Rəşid bəy Axundzadə ilə bir yerdə Kiyev Universitetinin Hüquq fakültəsini bitirib. Yusif Vəzir Çəmənzəminlinin ən yaxın dostlarından biri olub. Müseyib bəy Əxicanov Süleyman Ələsgərovun xalası oğludur. == Siyasi fəaliyyəti == Müseyib bəy 1918-ci ildə türk ordusu Bakını alandan sonra Fəthi bəy Bakının qubernatoru olanda onun müavini vəzifəsində çalışıb. Sonra bir müddət qubernator və Cümhuriyyət parlamentinin üzvü olmuşdur.Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na (1918, 19 noyabr) əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. "Müsavat" və bitərəflər fraksiyasının üzvü idi. == Xatirəsi == Məhəmməd Əmin Rəsulzadə 1954-cü ilin 28 mayında Ankarada Kültür Dərnəyindəki çıxışında "adları və xatirələri hamımıza əziz olanların" sırasında Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Səməd Paşa Mehmandarov, Abuzər bəy və Şeyxzamanovla yanaşı Müseyb bəy Axıcanovun da adını çox böyük ehtiramla çəkmişdi. Məhəmməd Əmin Rəsulzadə Müseyib bəy Əxicanovu Azərbaycanın İstiqlal Şəhidi adlandırmışdır.
Məhəmməd Reza Əxlaqpasand
Məhəmməd Reza Əxlaqpasand (12 dekabr 1978) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Məhəmməd Reza Əxlaqpasand İranı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Məkarimi-əxlaq
Məkarimi-əxlaq — Seyid Yəhya Bakuvinin nadir əsərlərindəndir. Mövzusu islami-ürfani əxlaq olan bu əsərdə əməli salehlik və əxlaqın imanın əsası olması məsələlərinə diqqət yetirilir. Peyğəmbərin və onun yolunda olanların ən mühüm xüsusiyyətlərindən birinin əxlaq olduğu vurğulanır. İnsanda yamanlıq duyğularının nələr olduğu və bunlardan xilas olmanın yolları göstərilir. Əsər nəsrlə yazılmışdır. Əsərin İstanbul Universiteti kitabxanasındakı nüsxəsinin adı Əxlaqi-mahmudatdır.
Nahid Əxtər
Nahid Əxtər (pənc. ناہید اختر ; urdu ناہید اختر) — pakistanlı ifaçı. O, "Pakistanın bülbülü" də adlandırılır. Nahid Əxtər, 1970–1980-ci illərin ikinci yarısında Lollivudun ən yaxşı ifaçısı idi. 1974, 1975 və 1985-ci illərdə Nigar Film Mükafatını və 2007-ci ildə Prezident Mükafatını qazanıb. == Həyatı == Əxtər 26 sentyabr 1956-cı ildə Pəncabın Multan şəhərində anadan olub. Onun 3 bacısı və 4 qardaşı var. Bacısı Həmidə Əxtər də müğənni idi.
Seyid Həsən Əxlaq
Seyid Həsən Əxlaq (fars. سید حسن اخلاق‎; 1 iyun 1976) — Əfqan və İran filosofu == Həyatı == == Yaradıcılığı == == Əsərləri == The secular and the sacred: complementary and/or conflictual? Washington DC: The Council for Research in Values and Philosophy, 2017, ISBN 978-156-518-320-9 From Rumi to Nietzsche, Qom: Sulok-e Javan: 1386/2007 Solar Hejri, ISBN 964-9958-01-0 The Philosophical discourse between Islam and the West, Qom: Al-Mustafa International University, 1387/2008, ISBN 978-964-195-005-9 The Tradition of enlightenment in the West and Islam, Tehran: Amir Kabir, 1389/2009, ISBN 978-964-00-1231-4 From Tradition of Balkh to Modernity of Paris, Kabul: Nebras Research Institute, 1389/2010, B745.N49 A44 2011 Life After Death, Resurrection, Judgment and the Final Destiny of the Soul: Volume 1 and 2, Chicago: Kazi Publications; Reprint edition (Vol. 1, 2015), ISBN 1567445500, ISBN 978-1567445503; (Vol.
Tiflis əxbarı (qəzet)
"Tiflis əxbarı" (qəzet) — 1832-ci ildə Azərbaycan dilində çıxan ilk qəzet. Şimali Azərbaycanın Rusiyanın tərkibində olması nəticəsində çar hakimiyyəti öz müstəmləkəçilik siyasətini həyata keçirmək üçün təbliğat vasitəsinə ehtiyac duydu və Tiflisdə rus dilində ilk mətbu orqan olan "Tiflisskiye vedomosti" qəzetini 1828-ci ildə nəşr etdi. "Tiflisskiye vedomosti'nin bir neçə dildə əlavəsi nəşr olunurdu. Qəzet Azərbaycan dilində 1832-ci ildə nəşr olunmuşdur və qəzetin azərbaycanca adı "Tiflis əxbarı" idi. Qəzetin həm rus, həm də yerli dillərdə çıxan əlavələri ciddi senzura nəzarətində çap olunur, hərbi orqan onları daim diqqətdə saxlayırdı. == Qəzetin nəşrə başlaması == Tiflisdəki "Diplomatik dəftərxana"da "Tiflisdə tatar dilində qəzet nəşri haqqında" 142 nömrəli iş 29 mart 1831-ci ildə açılıb, 30 yanvar 1833-cü ildə bağlanmışdır. İş Təbrizdən Bezakın diplomatik dəftərxanaya məktubu ilə başlanır. O, xahiş edirdi ki, Azərbaycan dilindəki qəzet Təbrizdə Məhəmmədxan Əmir Nizama təqdim olunmaq üçün "ardıcıl çatdırılsın", çünki o, qəzetin məzmunu ilə şahı tanış edəcəkdir.Arxiv materiallarından məlum olur ki, "Tiflis əxbarı"nın Azərbaycan dilində olan variantı farsca çıxan qəzet bağlandıqdan sonra çap olunub. Farsca çıxan qəzetin abunəçiləri az olduğundan çox davam edə bilməmişdir. Bu, Paskeviçdən sonra Qafqazın baş hakimi olan baron Rozenin 1831-ci ilin dekabr ayının 30-da maarif naziri K.A.Livenə yazdığı məktubdan bəlli olur.
Təkmilətül-əxbar
Təkmilətül–əxbar, Təkmilət əl–əxbar (fars. تكملة الاخبار‎) — Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi tərəfindən 1570–ci ildə Ərdəbildə fars dilində qələmə alınmış, Adəm peyğəmbərin zamanından miladi 1570–ci ilədək olan hadisələrdən bəhs edən ümumi tarix əsəri. == Mənbə == II. История. — A. Всеобщая история, стр. 405–406. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор. В трех частях. Перевел с английского, переработал и дополнил Ю. Э. Брегель.
İslam dinində ailə əxlaqı
İslam dinində ailə əxlaqı — İslam dini ailə üzvlərinin mən, sən kimi ifadələrindən deyil "biz" məhvumundan ibarət olmasını tövsiyə edir. == Xüsusiyyətləri == İslamda ailə əxlaqından danışdıqda ailə daxili münasibətlərin məhz sevgi,qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanının anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyətidə artmış olacaq. Hz. Əli buyurur: "Övladlarınız valideynlərindən daha çox yaşadığı mühitə bənzəyir.
İslamda ailə əxlaqı
İslam dinində ailə əxlaqı — İslam dini ailə üzvlərinin mən, sən kimi ifadələrindən deyil "biz" məhvumundan ibarət olmasını tövsiyə edir. == Xüsusiyyətləri == İslamda ailə əxlaqından danışdıqda ailə daxili münasibətlərin məhz sevgi,qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanının anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyətidə artmış olacaq. Hz. Əli buyurur: "Övladlarınız valideynlərindən daha çox yaşadığı mühitə bənzəyir.
Əl-Cəbəl əl-Əxdar
Əl-cəbəl Əl-əxdar (ərəb diliالجبل الأخضر) - Liviyanın Kirenaika regionunda şəhər.
Əxbar
Əxbar (ərəbcədir, xəbər sözünün cəmidir) — Məhəmməd, onun tərəfdarları (əshabələri) və davamçıları haqqında müsəlman rəvayətləri, sünnilərin daha üstün tutduqları hədis termininin sinonimidir. Əxbar termini yalnız Əlinin və onun sədaqətli tərəfdarlarının nüfuzuna əsaslanan rəvayətləri təsdiq edən şiələrdə daha çox işlənir. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.58.
Əxbar əl-dövlə əl-səlcuqiyyə
Əxbar əl-dövlə əl-səlcuqiyyə — Səlcuqlu dövləti və Eldənizlər dövlətindən bəs edən tarixi salnamə. Əsər çox gümanki 1262-ci ildə qələmə alınmışdır. Əsərin orijinalı XII əsrdə Sədrəddin Hüseyni tərəfindən ərəb dilində qələmə alınmış, Əxbar əl-dövlə əl-səlcuqiyyə nüsxəsi isə onun genişləndirilmiş versiyasıdır. == Haqqında == Əxbar əl-dövlə əl-səlcuqiyyə əsəri 41 fəsildən ibarətdir və Səlcuqilərlə onların varis dövlətləri, xüsusən Atabəylər dövləti tarixindən bəhs etməkdədir. Səlcuqilər qismind sülalənin X əsrdə Mərkəzi Asiyadakı tarixindən bəhs edilərək son olaraq sonuncu sultan III Toğruldan bəhs edilir. Əsərdə 1092-1152-ci illərdən bəhs edən hadisələr əsasən İmaməddin əl-İsfahaninin yazdığı Nüsrət əl-Fətra əsərinə əsaslanmaqdadır. Bu əsər orijinal olaraq 1183-cü ildə yazılmış və əl-Bundari tərəfindən 1226-cı ildə qısaldılmış versiyası hazırlanmışdır. Əsərin hazırlanmasında mühüm sənədlərdən istifadə edilməsi onu Səlcuqlu dövrü ilə bağlı mühüm qaynaqlarıdan biri edir. Əxbar əl-dövlə əl-səlcuqiyyənin əsaslandığı qaynaqlardan biri də Maliknamə əsəridir. Bu əsər Səlcuqlu sülaləsinin ən əvvəlki dövrdən etibarən tarixlərindən bəhs edir və sonluq olaraq 1040-cı ildə Dəndənəkan döyüşündə Qəznəviləri məğlub etməsində yekunlaşdırır.
Əxbarnamə
Əxbarnamə — Talış xanları Mir Mustafa və Mir Həsən xanların vəziri olmuş Mirzə Xudaverdinin oğlu Mirzə Əhməd Zərgər tərəfindən 1882–1883-cü illərdə fars dilində qələmə alınmışdır.Əsərdə Talış xanlığının tarixində baş verən bir sıra dramatik hadisələr, o cumlədən Ağa Məhəmməd şah Qacarın (1779–1797) Talış xanlığını özünə tabe etdirmək məqsədilə Talışa hücumu detalları ilə qeydə alınmışdır. Kitabda Lənkəran-Astara bölgəsinin ictimai-siyasi, iqtisadi və mədəni həyatı, еləcə də adət-ənənələri barədə məlumat vеrilməklə yanaşı bir çох mahal və kənd adları çəkilir ki, оnların əksəriyyətinin adları indi dəyişdirilmiş, yaxud təhrif edilmişdir. "Əхbərnamə" əsərinin əksər hissəsi müəllifin atasından еşitdikləri və bir qismi isə özünün başına gələn əhvalat və müşahidələri əsasında yazılmışdır. "Əxbarnamə"də əsas etibarı ilə 60 illik bir dövrdə (1740–1800) Talışda cərayan edən ictimai-siyasi hadisələr şərh edilir. Əsər Talış xanlığının tarixini öyrənmək nöqtəyi nəzərindən qiymətli bir tarixi mənbədir."Əxbarnamə" 1955-ci ildə AzSSR EA Tarix İnstitutunun elmi işçisi Musa Ələsgərli tərəfindən turk dilinə tərcümə edilmişdir. 1975-ci ildə əsərin tərcüməsinin yeni variantı Əli Hüseynzadə tərəfindən hazırlanmış və xidməti istifadə üçün 120 nüsxə ilə nəşr edilmişdir.2000-ci ildə Elxan Əlibəylinin və Şəfaət Baxşızadənin təşəbbüsü ilə "Əxbarnamə"nin 1975-ci il nəşrinin foto surəti ona əlavə edilən muqədimmə ilə bir yerdə 655 nusxə ilə işıq üzü görür.XIX əsrin 80-cı illərində "Əxbarnamə" ixtisasca geoloq olan İshaq Axundov tərəfindən çapa hazırlanmışdır. İshaq Axundov kitabı çapa hazırlasa da, 1992-ci ilin 15 oktyabrında öldüyündən son arzusunu yerinə yetirə bilməmişdir. Onun oğlu Tufan Axundov atasının işini başa çatdıraraq 2009-cu ildə "Əxbarnamə"ni çap etdirmişdir. == İstinadlar == == Həmçinin bax == Talış xanlığı == Xarici keçidlər == Kitabın 2009-cu il nəşrini: oxu; yüklə "Mirzə Əhməd xanın qəzalı vəziyyətə düşmüş evindən REPORTAJ" ( (az.)). lent.az.
Əxberdil Məhəmməd
Əxberdil Məhəmməd (avar. Ахбердилав МухIаммад , çeç. Ахьвердин Махьма) (1803 — 18 iyun 1843) — İmam Şamilin generalı və mudiri. Əvvəlki iki imamın Qazi Məhəmməd və Qəmzət bəyin ən yaxın yoldaşı. Avarıstanın və Kiçik Çeçenistanın naibi. Şamil sağlığında varisi olaraq rəsmən elan edilir. Şimali Qafqaz imamlığında İmam Şamildən sonra ikinci şəxs və Şamilin "sağ əli" olaraq tanınır. 1839-cu ildə Axulqodakı məğlubiyyətdən sonra Kiçik Çeçenistana köçür, burada Kunak və dostu Naib İsa ilə birlikdə yaşayır. Onlar birlikdə basqınlara qoşulur. Versiyalardan birinə görə mənşəyсэ avar, başqa bir versiyaya görə isə islamı qəbul etmiş ermənidir.
Əxi Evrən
Əxi Evrən (dekabr 1169, Xoy, Qərbi Azərbaycan ostanı – 1 aprel 1261, Kırşəhər) – Mənşəcə Ələvi Türk sufisi olan, əxilik təriqətinə mənsub sufi alim. Əxi Evrən 1171-ci ildə Güney Azərbaycanın Xoy şəhərində doğulmuşdur. Əxi Evrən adı ilə məşhur olmasına baxmayaraq əsl adı Şeyx Nəsrəddin Mahmuddur. Uşaqlıq və ilk təhsili dövrü öz şəhərində keçmişdir. Sonra Xorasana gedərək Fəxrəddin Razinin təhsil halqasına qatılmış və ondan feyz almışdır. Fəxrəddin Razinin böyük kəlam alimi olması, Şeyx Nəsrəddin Mahmudun da şəri elmləri öyrəndiyini söyləməyə əsas verir. İlk təsəvvüfü təhsilini Xorasanda və Mavəraünnəhrdə yəsəvilik dərvişlərindən alıb. Daha sonra həcc səfəri üçün ölkəsindən ayrılan Əxi Evrən bu səyahət zamanı Şeyx Əvhədəddin Kirmani ilə tanış olub ona mürid olması məlumdur. Əxi Evrən Şeyxi Əvhədəddin Kirmaninin qızı Fatimə ilə evlənib, onun kürəkəni də olmuşdu. O, Abbasi xəlifəsi Nasirlidinillah tərəfindən Kirmani ilə birlikdə Anadoluya göndərilmişdi.
Əxi Fərəc Zəncani
Əxi Fərəc Zəncani, Şeyx Şəqiq Fərəc (?-1065) — XI əsr sufi alimi. == Həyatı == Əxi Fərəc Zəncani Seyid Əbülabbas Nəhavəndinin müridi idi. İran ərazisində yaşayan XI əsr əxilərdən ilk söz açan müəlliflərdən biri Cüllabi Xuciviri o vaxtın ən məşhur əxisi (əxi sözü fütüvvət əhli mənasında işlənir) kimi Fərəc Zəncani adlı bir nəfərdən söz açır. Müəllif bu şəxsin milliyyətindən danışmır, amma iranlı təsəvvüfçülərin ən böyüyü olduğunu deyir. Dövlətşah Səmərqəndiyə görə Fərəc Zəncani Azərbaycanda yaşayan türklərdən olmuş, eyni zamanda Nizami Gəncəvinin müəllimi olması haqqında məlumatlar vermişdir.
Əxi Məhəmməd Xəlvəti
Əxi Məhəmməd Xəlvəti — sufi alimi, Xəlvəti adını alan ilk şeyxdir. == Həyatı == Xəlvətilik təriqəti Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və kürəkəni Pir Ömərin adından alınmışdır. Əxi Məhəmmədin ləqəbi Kəriməddin, künyəsi Əbülfüyuzatdır. Xarəzmdə doğulmuş Məhəmməd Xəlvəti alim bir şəxs olub. Gördüyü bir yuxudan sonra Azərbaycana gəlmiş, Şeyx İbrahim Gilanicnin yanında uzun müddət qalaraq mənəvi tərbiyəsini almışdır. Şeyxi tərəfindən Xarəzmə göndərilmiş və burada uzun müddət irşad etmişdir. O, daha sonra köçərək Azərbaycana gəlmiş,ömrünü sonuna qədər Heridə qalmışdır. Ləmazatda 1378-ci ildə vəfat etdiyi bildirilsə də tədqiqatçıların əksəriyyəti bu tarixi yanlış tarix kimi dəyərləndirir. Fəaliyyəti dövründə çoxlu sufi yetişdirmişdir. Xəlifələrindən ən önəmliləri Məhəmməd əl-Qarsi, Osman Şirvani, Qütbəddin Təbrizi və onun yerinə keçən xəlvətiliyin piri Ömər Xəlvətidir.
Əxi Təvəkkül zaviyəsi
Əxi Təvəkkül zaviyəsi — Dərələyəz mahalının Keşişkənd (1957-ci ildən Yeğeqnadzor) rayonunun Ələyəz kəndində azərbaycanlılara məxsus tarixi abidə.Əxi Təvəkkül zaviyəsi XII-XIII əsrlərə aiddir. Abidənin kitabəsində yazılmışdı: "Bu məzar mərhum və uca şəhid, Qadir Allahın rəhmətinə ehtiyacı olan Əxi Təvəkkülündür-Allah onun günahlarını bağışlasın-məhərrəm ayı, doqquz yüz əllinci il (miladi-1543-cü il) tarixdə" . Abidə 1961 – ci ildə azərbaycanlı alimlər tərəfindən tədqiq edilmişdir. Tədqiqatlar nəticəsində zaviyənin bünövrəsi və Əxi Təvəkkülün baş daşı formasında iki xatirə daşı abidəsi aşkar olunmuşdur. Xatirə daşlarının üzərində ərəb və erməni dillərində həkk olunmuş kitabələrdə Əxi Təvəkkülün hicri 951 – ci ilin məhərrəm ayında (25. 03. – 24. 04. 1544) şəhid olduğu göstərilir. Kitabəninn iki dildə olması Azərbaycanda XI əsrin sonu – XII əsrin əvvəllərindən fəaliyyət göstərən və sonrakı dövrlərdə (XIV – XVI əsrlərdə) milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, şəhər sənətkarlarının hüquqlarını qoruyan quruma çevirilən əxi təşkilatının başçısı olduğunu ehtimal etməyə imkan vermişdir.
вы́катчик генерализи́роваться заку́ривание кома́ндующий обтрави́ть перераба́тывание размета́ть триа́совый фотодокументали́стика выпуска́ть мула́т обрисо́вка подзави́ть предпринима́ть самоотравле́ние штемпелева́льный капля bag job inflate rosette burner rotary tractility камеральный красавчик пережариться