ƏXLAQ (mənəvi keyfiyyəti müəyyən edən etik normalar) ..Nizaminin nəzmə çəkdiyi siyasətnaməsi isə bir əxlaq dərsidir (M.S.Ordubadi); AYAĞISÜRÜŞKƏN (dan.) Naşad .. yeri gəldikcə, Zeynalla yaxın dost olduğu halda, onun-bunun qulağına Mehribanın “ayağısürüşkən bir qadın” olduğunu söyləməkdən çəkinmirdi (S.Hüseyn); ETİKA (əxlaq normaları) [Ziynət:] ...Biz etika dairəsində bir-birimizin ehtirasını saxlayan ər-arvad olduq (B.Bayramov); MƏNƏVİYYAT (yüksək əxlaq) Xənnas babasının hüzurunda mənəviyyatı pozulmuş insanların ruhunu daha ziyadə açıb göstərmək fikri ilə hiddətli bir səslə: – İnsan... (A.Şaiq); TƏRBİYƏ (gözəl əxlaq) Bəzən cavanların tərbiyəsi ilə də məşğul olmaq lazım gəlir (H.Seyidbəyli).