ƏXLAQSIZ

sif.
1. Əxlaqı pis, mənəvi cəhətdən pozğun. Əxlaqsız adam.
[Yaşlı kişi:] Burada bir gecədə neçə zəvvara siğə olan əxlaqsız qadınların olduğunu bilirdim. S.Hüseyn.
Komediyanın baş qəhrəmanı Şeyx Nəsrullah həyasız, yalançı və əxlaqsız bir adamdır. M.İbrahimov.

2. Əxlaq normalarına zidd; ədəbsiz, tərbiyəsiz. Əxlaqsız hərəkət.
– Səni sevdiyim üçün mənə əxlaqsız deməyin nəzakətsizlikdir. M.S.Ordubadi.

Синонимы

  • ƏXLAQSIZ 1. ƏXLAQSIZ (əxlaqı pis) [Altunbay:] O, dinsiz və əxlaqsız bir səfildir (C.Cabbarlı); BƏDƏXLAQ Oğurluqdan da bədəxlaq qumarbazlıqdır; Çünki bu fırqədə
  • ƏXLAQSIZ pozğun — namussuz
  • ƏXLAQSIZ tərbiyəsiz — ismətsiz — ədəbsiz

Антонимы

  • ƏXLAQSIZ ƏXLAQSIZ – NAMUSLU Şeyx Nəsrullah həyasız, yalançı və əxlaqsız bir adamdır (M.İbrahimov); Bu evin sahibi səndən min pay namuslu adamdır (Ə
ƏXLAQLILIQ
ƏXLAQSIZCA
OBASTAN VİKİ
Əxlaqsız oyunlar (film, 2013)
«Stoker» və ya «Əxlaqsız oyunlar» (ing. Stoker) — müəllif Uentuort Millerin ssenarisi əsasında cənubi koreyalı rejissor Pak Çxan Uk və prodüsserlər Toni Skott, Ridli Skott və Maykl Kostiqan tərəfindən 2013-cü ildə dram janrında ekranlaşdırılan film. Baş rolda Mia Vasikovska, Nikol Kidman və Mettyu Qud oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 20 yanvar 2013-cü ildə «Sandens» kino festivalında baş tutmuşdu. == Məzmun == Özünün 18-ci ad gününü qeyd edən İndia Stoker (Mia Vasikovska) sevimli atası Riçardın dəhşətli avtomobil qəzasında həlak olduğunu öyrənir və bundan sonra onun həyatı alt-üst olur. Bu hadisədən sonra İndia qeyri-sabit xarakterə malik anası Evelin (Nikol Kidman) ilə birgə yaşamağa məcbur olur. Dəfn zamanı Evelin və İndiya öz həyatını səyahətə sərf etmiş Riçardın cazibədar və xarizmatik qardaşı Çarli ilə tanış olurlar. Daha sonra Çarli ana və qıza dəstək və kömək etmək məqsədilə qeyri-müəyyən müddətə onlarla birlikdə yaşayacağını elan edir. Bu xəbərdən İndia pərt olmasına baxmayaraq, Evelin böyük sevinc hissi yaşayır. Az sonra bu haqqda evin sahibi xanım MakQarrik xəbər tutur və tez-tələsik Stokerlərə qonaq gəlir.
Əxlaqsızlıq
Əxlaqsızlıq(en. indecency ~ ru. непристойность ~ tr. ahlaksızlık)– adi insanları təhqir edən, ancaq açıq-saçıqlığın (OBSCENITY) hüquqi meyarlarına uyğun gəlməyən material. ABŞ-də əxlaqsız material söz azadlığı ilə bağlı Birinci düzəliş [First Amendment] tərəfindən qorunur və çapda, kabel televiziyasında və İnternetdə leqal hesab olunur (ancaq kütləvi kanallardan istifadə edən radio və televiziyada qadağandır). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == "A resource for educating the public and reporting violations of internet obscenity laws" Arxivləşdirilib 2007-08-23 at the Wayback Machine 2005, Senate Commerce, Science & Transportation Cmte. Hearing on Decency in the Media archive at CSpan.

Значение слова в других словарях

возлежа́ть де́исусный заба́вка зата́лкивание клинке́т локацио́нный мастеро́к пичу́га приску́чиваться прия́тно изле́чиваться лесоэксплуата́ция митинго́вый организа́тор отгрыза́ть пустосло́в сгружа́ться спря́таться Cam Ranh cartridge-chamber oracular sack out salina wide-screen film счастливица