ƏYİRDƏK

is. Südlə yoğrulub yağda qızardılmış kövrək qoğal.
Camal əmi səliqə ilə iki torba əyirdək, bir torba qovurğa, bir torba iydə … yeşiyə qabladı. Ə.Vəliyev.

ƏYİNTİ
ƏYİRDİLMƏ
OBASTAN VİKİ
Əyirdək
Əyirdək — südlə yoğrulub kərə yağında qızardılmış qoğal. Əyirdək adətən bayram mərasimlərində, səfərə çıxacaq adam üçün və s. hallarda hazırlanır. Un südlə yoğrulub xəmir hazırlanır, südə şəkər (çox hallarda bal) qatılaraq yoğrulur. Xəmiri doğrayaraq 1,5-2 sm diametrində uzununa yumurulayır, 2,5-3 sm uzunluqda hərsinlə xırdaladıqdan sonra yun daraqda doğranmış xırda xəmirin hər iki üzünü uzunasına darağın dişləri üzərinə basaraq paralel xətli nişanlar vurub, qaynayan yağda yaxşı-yaxşı qızardırlar. Əyirdək bişdikdən sonra qazandan çıxardılır və sərilərək soyudulur. Əyirdək uzun müddət qalır, öz keyfiyyətini saxlayır və xarab olmur. çox dadlı olduğundan onu yeməkdən heç kəs etiraz etmir.

Значение слова в других словарях

беспу́тность дре́во обно́шенный подсинённый помоли́ться претёмный асфальтобето́нный бубенцо́вый дерзнове́нность дизентери́я документа́льная литература зада́ться проистека́ть самолю́бьице хи́на челове́чность шпа́га кляпик anapaest boastful foreknowledge gismo воинский индоссамент устыдить