ƏYRİM-ÜYRÜM
ƏYRİSİNƏ
OBASTAN VİKİ
Əyripəncə
Əyripəncə (isp. El pie varo) (həm də Əyripəncə oğlan kimi tanınır) — 1642-ci ildə İspaniya rəssamı Xose de Ribera tərəfindən yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəridir. Neapolda çəkilmiş rəsm əsəri hazırda Parisdəki Luvr muzeyinin kolleksiyasında saxlanılır. Sənət tarixçisi Ellis Uoterhaus əsəri “Riberanın büün yaradıcılığını təfsir edən təcrübə daşı adlandırır.”Flamand taciri tərəfindən sifariş edilmiş rəsmdə neapollu dilənçi oğlan təsvir edilmişdir; onun ayağı deformasiyalıdır. Oğlanın arxasında geniş və işıqlı peyzaj təsvir edilmişdir, nazik və köhnə geyimdə olan uşaq gülümsəyir, onun sol çiynində qoltuqağacı vardır. Əlində tutduğu kağızda latın dilində yazılmışdır: “DA MIHI ELEMOSINAM PROPTER AMOREM DEI” (azərb. Tanrı sevgisi naminə, sədəqə verin‎). == Tarixi == Rəsm Riberanın ən son və sərt əsərlərindən biridir. Rəng və ton kontrastı əsərin əsas xüsusiyyətlərindən biridir. İtaliya İntibah rəssamlarının və Flamand rəssamlarının kompozisiyalarını öyrənməsi və bütün həyatı boyu İtaliyada yaşamasına baxmayaraq o, İspaniya rəssamlarının realist stilindən təsirlənmişdir.İnsan zəiflikləri haqqında xristian düşüncəsinə meyl edən İspaniya rəssamları tez-tez əsərlərində dilənçilər, şikəstlər və əbləhləri təsvir edirdilər.

Digər lüğətlərdə

би́рочный бре́кчия видеосъёмка достила́ть заполя́рный не бо́г весть куда́ оскоти́ниться параболи́ческий те́рпкость ветви́стость вы́резка вышкомонта́жник полдоро́ги посадить на мель верфь взлиза Ямал aetiology cabbage head needlework tester trackman white ensign искусать утрудить