sif. [
ər. ]
1. Sevimli, istəkli, ürəyə yaxın. Əziz oğul. Əziz yoldaş.
Əziz dostlar! – [Yusif:] Açım kağızı, görüm, mənim əziz nuri-çeşmim Şamdan bəy nə yazır? N.Nərimanov.
Amma Züleyxa, Əsgərin əziz qardaşı ilə olan pis rəftarını görüb Əsgəri sevmirdi. C.Cabbarlı.
// Mehriban, məhəbbətli, şəfqətli, sevən.
Balamsan sən, nəyimsən? Arxamsan, köməyimsən; Mən sənin əziz anan; Sən mənim diləyimsən. (Layla).
□ Əziz olmaq – hörmət bəslənilmək, hörmət edilmək; əzizlənmək.
Oğul! Bir qayda var eldəobada; Qonaq əziz olar, qaçaq olsa da. S.Vurğun.
Əziz tutmaq –
1) çox istəmək, hörmət bəsləmək, qayğı bəsləmək.
…Şəhrəbanu arvad Qəhrəmanı oğul və nəvələrindən əziz tuturdu. S.Rəhimov.
Camaat Səttarzadənin xətrini əziz tutur. Mir Cəlal;
2) hörmət və ehtiram bəsləmək. Bayramı əziz tutmaq.
// Ərköyün, ən istəkli. Ananın əziz qızı.
// Ən qiymətli, ən dəyərli, ən istənilən. Əziz ömrüm.
– Sevdiyin əziz bir şeyə and iç! M.S.Ordubadi.
Mən ona əziz şey kimi baxmırdım. Mir Cəlal.
// Doğma, çox yaxın, çox sevilən. Əziz ev. Əziz ailə. Əziz yurd.
// Mübarək, ən hörmətli, müqəddəs.
Bu əziz adla çiçəkləndi könüllərdə bahar; Bir qonaqdır əbədi, məncə, bu ellərdə bahar. S.Rüstəm.
Bu əziz bayram günü, adın çəkiləndə; Kim duymayır qəlbinin həyəcanla vurduğunu? R.Rza.
2. Ən çox istənilən, ən çox tələb olunan, ən çox sevilən.
[Heydər bəy:] Hər nə isə, başa düşürsənmi ki, burada firəng çiti nə əzizdir? M.F.Axundzadə.
// Az tapıldığı, çətin ələ düşdüyü üçün çox qiymətli sayılan.
Nə qədər şirindir qəlbə məhəbbət; Ömrün mənasıdır bu əziz nemət. S.Vurğun.
Ömrümün üstünə bir əlli də artırsan əgər; Heç silinməz ürəyimdən o əziz, xoş dəmlər. S.Rüstəm.
□ Əziz olmaq – az tapıldığı, çətin ələ düşdüyü üçün çox qiymətli, hörmətli olmaq, müqəddəs bir şey kimi baxılmaq.
Pul əziz olmuş cahan əhlinə o qayətdə kim; Ta sanıblar əskinası Cəbrailin şahpəri. S.Ə.Şirvani.
3. Əzizim şəklində –
1) nəvazişlə müraciət. Əzizim, gəl gedək.
– Bu bədbəxtin halətindən, əzizim; Bari o vilada olgil gözqulaq. Q.Zakir.
[Turxan bəy:] Gedə bilərsən, əzizim! H.Cavid.
Mina cavab verdi ki, əmin olunuz, əzizim! İ.Musabəyov;
2) bax
əziziyəm.
Əzizim, söz deməkdən; Yoruldum söz deməkdən; Nə sən yoldan yoruldun; Nə mən yol gözləməkdən. (Bayatı).
// Əziziyəm şəklində – bayatıların başında gələn ilk söz. Əziziyəm, dilən, gəz; Bağda gülə dilən, gəz.
Qürbətdə xan olunca; Vətənində dilən, gəz. (Bayatı).
◊ Əziz başın üçün – birini inandırmaq üçün and məqamında işlədilir. Əziz başın üçün gələcəyəm.
– Əziz başın üçün, oxu yazdığım; Agah ol halımdan gahbagah mənim. Qurbani.
Əziz olasan – təşəkkür ifadəsi.