ƏZMƏK

f.
1. Basıb, ya sıxıb yastılamaq, şəklini pozmaq. Qarpızı, qovunu əzmək.
// Basıb (vurub, toxundurub) bir yerini çökəltmək. Samovarın, qazanın böyrünü əzmək.
2. Həvəngdə və s.-də döyüb narın etmək, toz halına salmaq. İstiotu həvəngdə əzirlər. – …Kakao Amerikadan gələn ot toxumudur.
Onu qabıqdan çıxarıb, qurudub, əzib kakao adı ilə satırlar. H.Zərdabi.

// Ovmaq, doğramaq.
Qızlar əkilmiş torpağın kəsəklərini əzir, alağını təmizləyir, cərgələrini hamarlayırdılar. Ə.Vəliyev.

3. Hamarlığını, şaxlığını, düzlüyünü, yaxud ütüsünü pozmaq. Paltarları əzmək.
– Gördün pullarını əzib özünə qaytaranda nə kiridi? Koroğlu”.

4. Basaraq, sıxaraq yumşaltmaq. Mumu əzmək.
5. məc. Darmadağın etmək, məğlub etmək. Düşməni əzmək.
6. məc. Döymək, kötəkləmək, əzişdirmək.
[İsmayıl:] Bəy onu bir az əzmişdisə, başa gəlmirdi. Mir Cəlal.

// Vurub yaralamaq.
Layiqmi lotular əzələr qardaşın başın? C.Cabbarlı.

7. məc. Sarsıtmaq, yox etmək.
Köləlik yenə də Mahrunun iradəsini və şəxsiyyətini əzməmişdi. M.S.Ordubadi.

8. məc. Mənəvi əzab vermək, əziyyət vermək, incitmək, narahat etmək.
Hər halda düşüncə məni əzirdi. M.S.Ordubadi.
[Musa Əşrəfə:] …Sizə öylə bir cəza verməliyəm ki, bundan sonra hər kəsə ibrət olsun, … gücsüzləri çeynəyib əzməsinlər… H.Cavid.

◊ Özünü əzmək – naz-qəmzə etmək, özünü naza qoymaq, əzilib-büzülmək.
Əzib suyunu çıxartmaq məc. – bərk sıxışdırmaq, incitmək, istismar etmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏZMƏK döymək — kötəkləmək — əzişdirmək
  • ƏZMƏK sarsıtmaq — incitmək
  • ƏZMƏK basmaq — tapdalamaq
  • ƏZMƏK sıxmaq — yumşaltmaq
  • ƏZMƏK yastılamaq — çökəltmək
ƏZMƏÇƏLƏMƏK
ƏZMƏLƏMƏ

Digər lüğətlərdə

комэ́ск ло́ховый нахола́живание ни́щенствующий полотня́ный висмутсодержа́щий вы́гладиться допусти́мость излупи́ть методологи́ческий поло́м сере́бряная свадьба точне́йше че́шка агу heart association Manilla pensive rabble salt-shaker thriftbox огненный подливать фабрить чертёжная