ƏZƏM

\[ər.\] прил. куьгьн. чӀехи, лап чӀехи, виридалай чӀехи, улу (везифадин тӀварарихъ акална лугьудай гаф); sədri-əzəm лап чӀехи седр, Турцияда султанлухдин девирда кьилин назир.
ƏZƏLKİ
ƏZƏMƏT
OBASTAN VİKİ
Məhəmməd Əzəm Şah
Məhəmməd Əzəm Şah' (d. 28 iyun 1653 – ö. 20 iyun 1707) — daha qısa formada Əzəm Şah olaraq da bilinməkdədir. O, bu adla qısamüddətli də olsa (14 mart 1707 – 20 iyun 1707), Böyük Moğol imperiyasının hökmdarı olmuşdur. O, VI moğol hökmdarı Övrəngziblə onun Səfəvi sülaləsindən olan əsas arvadı Dilras Banu Bəyimin evliliyindən dünyaya gəlmişdir. Məhəmməd Əzəm 12 avqust 1681-ci ildə atası tərəfindən vəliəhd şahzadə elan edilmiş və bu vəzifədə atasının ölümünə qədər qalmışdır. Özünün hərbi kareyerası zamanı Əzəm Berar Subahın, Malvanın, Qucaratın və Dəkkənin canişini kimi xidmət etmişdir. Atasının ölümündən sonra 14 mart 1707-ci ildə Əhmədneqarda moğol taxtına oturmuşdur. Lakin qısa müddət sonra o, 20 iyun 1707-ci ildə Cacau döyüşündə ögey qardaşı Şah Aləmə məğlub olaraq taxtdann endirilmiş və 3 oğlu ilə birlikdə öldürülmüşdür. Şah Aləm isə Bahadur şah adı ilə taxta çıxmışdır.
Vəzir-i qorçiyan-i əzəm
Vəzir-i qorçiyan-i əzəm —Ehtimal etmək olar ki, bu halda şah qvardiyaçılarının, qorçilərin hərbi dəstələrinin vəziri və mustoufisi nəzərdə tutulur. Onlar qvardiyaçılar dəstəsinin rəisi olan qorçibaşının yanında xidmət edir, qorçibaşı üçün dəftərxana və mühasibat işlərini yerinə yetirirdilər. Təyinatlar üzrə sənədlər hazırlayır, əmrlərə, vəsiqələrə hesabatlara və s. möhür basır, tapşırıq qeydləri aparırdı.İsgəndər bəy Münşi dövründə böyük qorçilərin vəziri olmuş, Ərəbgirli nəslindən çıxmış Əliqulu bəyin adını çəkir. Həm də bu zaman bildirilir ki, bu vəzifə Səfəvilər hakimiyyətinin əzəlindən onun atası Hüseyn bəyə və nəslinə məxsus olmuşdur. Mirzə Fəthullah İsfahani “böyük qorçilərin mustoufisi” kimi xidmət etmişdir. == İstinadlar == == Ədəbiyyat == Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı ,”Şərq-Qərb”,2007, 344 səh.
Alim Əzəmət oğlu Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. == Həyatı == 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var.1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.Müxtəlif mənbələrdə Aydamağın ölüm tarixi 1849-cu il kimi olaraq qeyd olunub. == Mədəniyyətdə == Alim Aydamağa çoxlu əsərlər həsr olunub, onlar arasında N. A. Popovun "Alim Krım soyğunçusu" (1895) (rus.
Əzəmi Hüseynov
Əzəmi Əli oğlu Hüseynov (29 avqust 1992; Mingəçevir, Azərbaycan — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əzəmi Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. 1999-2010-cu illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə isə Mingəçevir Dövlət Universitetində (MDU) ali təhsil alıb. == Hərbi xidməti == Əzəmi Hüseynov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarıda müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Əzəmi Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əzəmi Hüseynov oktyabrın 8-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzəmi Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzəmi Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əzəmətli gövdəyarpaq
Əzəmətli gövdəyarpaq (lat. Caulophyllum robustum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin gövdəyarpaq cinsinə aid bitki növü.
Əzəmətli vaxsızçiçək

Digər lüğətlərdə

байк-шо́у взя́точные вполза́ть земляни́чный неподалёку от пау́чий светомаскиро́вочный ба́ртерный густоли́стый дезинтегра́тор оппоне́нт патини́роваться ирой cachexia calving deterge encroach Joe medal presume recrystallization spirit-world trick camera кровотечение одичание