ƏZƏMƏT

is. [ ər. ]
1. Böyüklük, ululuq. İstərsən əgər şahlıq, şöhrət, əzəmət, hörmət; Həm əhdə vəfa eylə, həm faili-peyman ol! Heyran xanım.
2. Dəbdəbə, calal, təmtəraq, ehtişam.
Xəlifələrin əzəmət və şöhrəti sönür. M.S.Ordubadi.
Üstündən əsrlər adlayıb keçsə belə, Aslanın qurduğu binalar öz əzəmət və təmtərağını itirməyəcəkdir. S.Rəhimov.
Bu təpədən baxdıqda Bakının mənzərəsi bütün əzəməti ilə göz qarşısında canlanırdı. S.Rəhman.

// Vüqar, qürur.
Qaragözlü qız, gəlinlər, ağbirçəkli analar; Duruşunda bir əzəmət, baxışında bir vüqar. R.Rza.

3. zərf Əzəmətlə şəklində – təntənə ilə, ehtişamla, təmkinlə, vüqarla.
Sağımızda-solumuzda, önümüzdə; atlılar əzəmətlə durub bizi gözləyirdilər. S.Rüstəm.
Bəzən əzəmətlə keçir adamlar; Səngərə çevrilib sıravi damlar. M.Rahim.

Синонимы

  • ƏZƏMƏT 1. ƏZƏMƏT Başında göy araxçın, duruşunda əzəmət (B.Vahabzadə); BÖYÜKLÜK Dağlar, sizdəki bu böyüklük, vüqar; Nə olur bir zaman olsaydı məndə (S
  • ƏZƏMƏT dəbdəbə — cəlal — təmtəraq — ehtişam
  • ƏZƏMƏT böyüklük — ululuq

Этимология

  • ƏZƏMƏT Allahın epitetlərindən biri olub, ərəbcə “böyük” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏZƏM
ƏZƏMƏTLİ
OBASTAN VİKİ
Alim Əzəmət oğlu Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. == Həyatı == 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var.1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.Müxtəlif mənbələrdə Aydamağın ölüm tarixi 1849-cu il kimi olaraq qeyd olunub. == Mədəniyyətdə == Alim Aydamağa çoxlu əsərlər həsr olunub, onlar arasında N. A. Popovun "Alim Krım soyğunçusu" (1895) (rus.
Əzəmətli gövdəyarpaq
Əzəmətli gövdəyarpaq (lat. Caulophyllum robustum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin gövdəyarpaq cinsinə aid bitki növü.
Əzəmətli vaxsızçiçək

Значение слова в других словарях

ара́хис бурело́м демагоги́чность ка́тышек насургу́чить облу́пленность проскоми́дия взро́слость покида́ться промоло́ть раску́тать сокры́тие уязвлённый charcoal-burner double-wire endotrophic matutine moon-glade ribbon-snake sepal squall дамский спецификация стипендиат хиреть