ƏŞ

is.
1. Tay, bərabər, misil, bənzər.
Yoxdur mənə göydə əş; Deyərkən, getdi sərkəş. Ə.Cavad.

2. Dost, yar, həmdəm, yoldaş.
Mənim də var baharım; Çiçəklərim, günəşim; Qəlbim, ruhum, işarım: Tapındığım şux əşim. A.Şaiq.
Söylədilər səni könlümün əşi; Həqiqətmi, o da xülyamı yoxsa? S.Vurğun.
Ey dostluqdan yorulmaz mənim sevimli əşim; Sənə olan eşqimi söndürmədi illər də. N.Rəfibəyli.

Синонимы

  • ƏŞ dost — yar — həmdəm — yoldaş
  • ƏŞ tay — bərabər — misal — bənzər

Этимология

  • ƏŞ O.Süleymenova görə, slavyan mənşəlidir və есть sözünün dəyişmiş formasıdır. Gün və günəş sözlərini fərqləndirmək üçün ikinciyə есть (əş) artırılıb, mə
ƏSTƏĞFÜRULLAH
ƏŞAR
OBASTAN VİKİ
Bilad əş-Şam
Bilad əş-Şam (ərəb. بِلَاد الشَّام‎) — Raşidi, Əməvi, Abbasi və Fatimi xilafətlərində vilayət. Vilayət 634–647-ci illərdə müsəlmanlar tərəfindən fəth edilən Bizansın Şərq diosezinin ərazisinə uyğun gəlirdi. Əməvilər dövründə (661–750) Bilad əş-Şam xilafətin paytaxt vilayəti olmuş və vilayətin müxtəlif yerləri Əməvi xəlifələri və şahzadələri üçün iqamətgahı olmuşdur. == Toponim == Bilad əş-Şam adı ərəb dilində "sol tərəfdəki bölgə" kimi tərcümə olunur. Vilayət özlərini doğan günəşə tərəf baxan hesab edən Hicaz (Qərbi Ərəbistan) sakinlərinin baxış bucağından belə adlandırılmışdır. Odur ki, onlar özlərinin sol tərəfində Suriya bölgəsi, sağ tərəfində isə Yəmən bölgəsini ("sağ tərəfdəki bölgə") yerləşdirmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Gil, Moshe. A History of Palestine, 634-1099. Cambridge University Press.
Kəfr əş-Şeyx
Kəfr əş-Şeyx (ərəb. كفر الشيخ‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 147.393 nəfərdir (2006).
Məhəmməd əş-Şəvkani
Muhamməd bin Əli bin Muhamməd bin Abdullah bin əl-Həsən bin Muhamməd ibn Saləh bin İbrahim bin Muhamməd əl-Afif ibn Muhamməd bin Razəq[1] əş-Şəvkani (1759-1834)—İslam alimi. == Həyatı == Məhəmməd əş-Şəvkani 1759-cu ildə Yəməndə, Səna yaxınlığında, Şəvkan kəndində anadan olmuşdur. (İmam əş-Şəvkani – rahiməhullah təalə - hicri 1173-cü ildə zul-qadə ayının iyirmi səkkizi, bazar ertəsi günü Hucrətu Şəvkan bölgəsində dünyaya gəlmişdir.) “əş-Şəvkani” adı “Şəvkan”a aid olduğunu göstərir və o, əs-Səhamiyə’yə aid bir kənddir. əs-Səhamiyə isə Xavlən qəbilələrindən biridir, onunla Sanə’a şəhəri arasında bir gündən az bir məsafə vardır. İmam əş-Şəvkani “əl-Bədr ət-Tali” kitabında (1/481) atasının tərcümeyi-halında deyir: “Tərcümeyi-halın sahibinin “Şəvkan”a aid edilməsi həqiqi deyildir, çünki onun vətəni və əcdadlarının, qohumlarının vətəni “Şəvkan”ın qərbində yerləşən bir yerdir, bu ikisinin arasında böyük və uzun bir dağ vardır, ona “Hucratu Şəvkan” deyirlər. Bu yerə görə onun ailəsi “Şəvkan”a nisbət edilmişdir.” əş-Şəvkani özü öz tərcümeyi-halında atasının əlyazmasından nəql edərək deyir: “Atasının öz xətti ilə yazdığı yazısında görüldüyü kimi hicri 1173-cü ildə zul-qadə ayının iyirmi səkkizi bazar ertəsi günü gündüz vaxtı doğulmuşdur. Doğulduğu yerin adı daha əvvəl atasının tərcümeyi-halında qeyd olunduğu kimi Hucrətu Şəvkandır.” Buradan onun doğum tarixi haqqında söylənilmiş digər tarixlərin xəta olduğunu anlayırıq. Buna misal: əz-Zirikli “əl-Əaləm” əsərinin (6/298) hamişində, “Əbcəd əl-Ulum”əd-Durari əl-Mudyiətu” kitabının girişində[2] onun doğum tarixinin 1177-ci il olmasını nəql etmişdir. kitabından (səh: 877) nəql edərək, “ əz-Zirikli özü bunu tənqid edərək deyir: “Deyirəm: Müəllif özü atasının xəttindən nəql edərək “əl-Bədr ət-Tali” kitabında öz doğum tarixinin hicri 1173-cü il olduğunu qeyd etdikdən sonra bu barədə ixtilaf etməyə heç bir yer qalmamışdır” əz-Zirikli onun tərcümeyi-halının əvvəlində hicri 1173-cü ildə, miladi 1760-cı ildə doğulduğunu zikr etmişdir, doğru olan da budur. Buradan da anlayırıq ki, “əl-Muncid fil-Ədəb val-Ulum” kitabında qeyd olunan tarix xətadır, beləki həmin kitabda onun miladi 1758-ci ildə[3] doğulduğu deyilir.
Əş-Şam
Əş-Şam (ərəb. جبل شمس‎) — Oman sultanlığının ən hündür nöqtəsi. Əl-Əxdar silsiləsinin ən hündür nöqtəsi. Zirvənin hündürlüyü 3018 metrdir. Dağ Baxla şəhərindən 30 km şimalda yerləşir. Zirvədə radiolakasiya stansiyası yerləşdiyindən qapalı zomnadır. Zirvəyə torpaq yol çəkilmişdir. dağın qarşı tərəfində müşahidə meydançası vardır. Bura yaxın ərazidə turistik baza yerləşir.
Əş-Şəbab
əş-Şəbab (ərəb. حركة الشباب المجاهدين‎; somali Xarakada Mujaahidiinta Alshabaab) — Somalidə məskunlaşan terror təşkilatı. "Əl-Qaidə" terror təşkilatına bağlı olan "əş-Şəbab" terror qruplaşması 2006-cı ildə Somalidə yaranıb. Ölkənin zəif hökumətin əlində olduğunu görən qruplaşma, özünü "İslam dövlətləri"nin tərkib hissəsi adlandıraraq Efiopiya qüvvələrinə qarşı vuruşmağa başlayıb. Terrorçular ələ keçirdikləri torpaqları "İslamın şəriət qaydaları" ilə quracaqları iddiası ilə digər ölkələrdən də öz aralarına cihad adı altında insanları cəlb edir. == Etimologiya == Hərəkatın adı ərəbcədən "Hərəkət əş-Şəbab əl-Mucahidun" (Mücahid Gənclər Təşkilatı) olub, qısa olaraq "əş-Şəbab" kimi tanınır. == Tarixi == əş-Şəbab terror təşkilatı ilk dəfə 2004-cü ildə "Hizbul Şəbab" (Gənclər Partiyası) adı ilə tanınmağa başlayıb. əş-Şəbab hərəkatının qurucuları daha əvvəl Somalidə əsas İslam cəbhəsi hesab olunan "İslam Məhkəmələri" adlı hərəkatda olub. Ancaq sonradan daha radikal görüşlü şəxslər ayrılaraq əş-Şəbabı yaradıblar. Təşkilat Somalidə yumşaq "İslam Məhkəmələri" Hərəkatına qarşı düşmən cəbhədə dayanır və ilk dəfə 2009-cu ildə ölkənin prezidenti, keçmiş məktəb müəllimi Şərif Əhmədin hökumətinə qarşı silahlı müqavimətə başlayıb.əş-Şəbab yarandığı gündən bu yana Somalidə bir neçə iri terror hücumları həyata keçirib.
Əş-Şəhid
Əş-Şəhid (ər. الشهيد) — Allahın adlarından biri.
Əş-Şəkur
Əş-Şəkur (ər. الشكور) — Allahın adlarından biri.
Tərabülüs əş-Şam
Tərabülüs əş-Şam (ərəb. طرابلس الشام‎, q.yun. Τρίπολις) - Livanın əş-Şimal mühafəzəsində mərkəzi və ikinci böyük şəhəri. Paytaxt Beyrutdən 85 km şimalda yerləşən şəhərin əhalisi 850 minə yaxındır. Əhalisinin 80%-i Sünni müsəlman, qalan hissəsi isə xristian və ələvilərdir. == Tarixi == Tripolis şəhərinin adı yunan dilindən gəlir. Finikiya şəhəri olan Tərabülüs əş-Şam E.ə. VI əsrdə Əhəmənilər İmperiyasının, E.ə. 312-ci ildə Makedoniyalı İsgəndərin, E.ə. 64-cü ildə Romalıların hakimiyyəti altına keçdi.
Şarm əş-Şeyx
Şərm əş-Şeyx (ərəb. شرم الشيخ‎) — Misirin kurort şəhərdir. Buranın gözəlliyi turistlərin simpatiyasını çoxdan qazanıb. Şərm əş-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Qızıl qumlu çimərliklər bütün il boyu Misirin qonaqlarını sevindirir. Hətta qışda belə dənizdə çimmək olar, belə ki suyun temperaturu +20-22 dərəcədən aşağı düşmür. Şərm əş-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malik olan şəhərdir. Çoxlarında şəhərin adı ən maraqlı və çoxsaylı ekskursiyaların təşkil olunduğu Müqəddəs Yekaterina monastırı ilə bağlı assosiasiyalar oyadır. Şərm əş-Şeyx hərtərəfli istirahət üçün mükəmməl yerdir. Burada həm idmanla məşğul olmaq, həm dəniz faunasının gözəlliyinə tamaşa etmək, həm də məşhur mərcan parkı Ras-Məhəmməddə gəzintiyə çıxmaq olar.
Şərm əş-Şeyx
Şərm əş-Şeyx (ərəb. شرم الشيخ‎) — Misirin kurort şəhərdir. Buranın gözəlliyi turistlərin simpatiyasını çoxdan qazanıb. Şərm əş-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Qızıl qumlu çimərliklər bütün il boyu Misirin qonaqlarını sevindirir. Hətta qışda belə dənizdə çimmək olar, belə ki suyun temperaturu +20-22 dərəcədən aşağı düşmür. Şərm əş-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malik olan şəhərdir. Çoxlarında şəhərin adı ən maraqlı və çoxsaylı ekskursiyaların təşkil olunduğu Müqəddəs Yekaterina monastırı ilə bağlı assosiasiyalar oyadır. Şərm əş-Şeyx hərtərəfli istirahət üçün mükəmməl yerdir. Burada həm idmanla məşğul olmaq, həm dəniz faunasının gözəlliyinə tamaşa etmək, həm də məşhur mərcan parkı Ras-Məhəmməddə gəzintiyə çıxmaq olar.
Əhrar əş-Şam
Hərəkat Əhrar əş-Şam Əl İslami (ərəb. حركة أحرار الشام الإسلامية ‎; Şamın Azad İnsanlarının İslami Hərəkatı) — Suriya vətəndaş müharibəsində Bəşşar əl-Əsəda qarşı vuruşan əsas silahlı qruplaşmalardan biri. 2013-cü il iyun ayı məlumatlarına görə qruplaşmanın tərkibində 10 mindən 20 minədək döyüşçü var.
Əbu İshaq əş-Şirazi
Əbu İshaq əş-Şirazi (1003 – 1088) — İslam din xadimi, fiqh alimi, Nizamiyyə mədrəsəsinin ilk rəhbəri. == Haqqında == Əbu Həmid əl-Qəzali, əl-Kiyə əl-Hərrasi, Əbuttayyib ət-Təbəri kimi nəhəng din xadimləri ilə bərabər Əbu İshaq əş-Şirazinin (1003-1088) də azərbaycanlı ziyalıların elmli, bilikli fəqih kimi yetişməsində böyük əməyi olmuşdur. Şafii məzhəbi məktəblərindən birinin əsasını qoyan əşari Camaləddin Əbu İshaq İbrahim ibn Əli ibn Yusif Firuzabadi əş-Şirazi fiqhə aid bir çox əsərlərin müəllifidir. Səlcuqların baş vəziri Nizamülmülklə isti münasibətlərinə görə Bağdadda böyük təsirə malik idi. Əşərizmin mərkəzi olan Bağdad Nizamiyyə mədrəsəsində 17 ildən çox fiqh fənnini tədris etmişdir. Əbu İshaq Nizamiyyə mədrəsəsinin ilk müdiri kimi uzun müddət ona başçılıq etmişdir. Bağdada gəlmiş azərbaycanlılardan Əbülqasim Mahmud Yusif ibn Hüseyn əl-Bərzəndi ət-Tiflisi,Əbulvəfa Xəlil ibn Möhsün ibn Məhəmməd əl-Mərəndi, urməvilərdən Əbulqənaim Qanim ibn Hüseyn və Əbülfəzl Məhəmməd ibn Ömərə fiqhi o öyrətmişdi. Bağdadda qazı Əbuttayyib ət-Təbəridən fiqhi mənimsəmiş Qazı Əbülhəsən Əli ibn Həsən ibn Əli əl-Məyanəci ilə fiqhi birgə tədris etmişlər. Əs-Səmani onların münasibəti üçün səciyyəvi olan maraqlı bir fakt haqqında belə yazır: ”Şeyx Əbu İshaq əş Şirazinin qazı əl-Məyanəciyə göndərdiyi bir məktub gördüm. Sərlövhəsində yazılmışdı: “Fikirlərinə şərik olan, onunla fəxr edən və ona duaçı olan İbrahim ibn Əli əl- Firuzabadi”.
Xalid ibn Yezid əş-Şeybani
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. == Fəaliyyəti == Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır.Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi. O, Cavax (Cavaxeti) adlı yerdə xəstələndi və iki gündən sonra öldü.
Xalid ibn Yəzid əş-Şeybani
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. == Fəaliyyəti == Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır.Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi. O, Cavax (Cavaxeti) adlı yerdə xəstələndi və iki gündən sonra öldü.
İsa ibn Şeyx əş-Şeybani
Əbu Musa İsa ibn əş-Şeyx bin əs-Səlil əz-Zühli əş-Şeybani (Ərəbcə: عیسی ابن شیخ (d. ? - ö. 883) — Abbasi valilərindən. == Həyatı == Şeybanilərin Azərbaycanda yerləşmiş olan Rəbiə qoluna mənsubdur. Şeyx deyə məşhur olan atasının adı Əbdürrəzzaq və ya Əhməd olaraq qeyd edilir. İsanı tarix səhnəsinə çıxaran hadisə xəlifə Mütəvəkkil-billah dönəmində (847-861) meydana gəldi. Babəklə iş birliyi qurduğu üçün Samərrada həbs edilən Rəbiə qəbiləsinə mənsub Məhəmməd bin Bəis həbsdən qaçıb Mərənd qalasına sığınınca Mütəvəkkil-billah onu yaxalamaq üçün Buğa əs-Səğirin (Kiçik Buğanın) başçılığında bir ordunu Mərəndə göndərdi. İsa ibn Şeyx də bu orduda vardı. Buğa əş-Şərabi, İbn Bəis ilə eyni qəbiləyə mənsub İsanı ona elçi olaraq göndərdi.
Hənzələ ibn Əsəd əş-Şibami
Hənzələ ibn Əsəd əl-Şibami (ərəb. حَنْظَلَة بن أسعَد الشِبامی‎) və ya əl-Şami (الشامی) — Kərbəla döyüşü zamanı şəhid olan Hüseyn ibn Əlinin səhabələrindən biri. == Adı ilə bağlı fikir ayrılığı == Onun adı mənbələrdə bəzi fərqliliklərlə çəkilmişdir. Əş-Şeyx ət-Tusi Hüseyn ibn Əlinin səhabələri siyahısında onu Hənzələ ibn Əsəd əl-Şibami kimi qeyd edir. Digər mətnlərdə isə atasının adı Səd kimi qeyd olunur. İbn Şəhrəşub “Səd ibn Hənzələ” adlı bir şəxsi Kərbəla Şəhidləri kimi qeyd edir. Bununla belə, ət-Tustari onun adının Hənzələ ibn Əsəd əş-Şibami olduğuna inanır. == Aşura günü == Hənzələ Hüseyn ibn Əlidən Quranin Mumin surəsi"nin 30-33-cü ayələrini Kufə ordusuna oxumaq üçün icazə istədi: "Ey qövmüm! Həqiqətən, mən sizin üçün firqələrin günü kimi (bir gündən) qorxuram. Nuh qövmü, Ad və Səmud qövmləri və onlardan sonra gələnlər və Allah (Öz qullarına) zülm etmək istəməz.
Əş-şaab yurid iskat'en-nizam
Əş-şaab yurid iskat'en-nizam (ərəb. الشعب يريد إسقاط النظام Tərcüməsi: "İnsanlar rejimi devirmək istəyirlər"‎) — Ərəb baharında istifadə edilən siyasi şüar. Bu şüar ilk olaraq Yasəmən inqilabında işlədildi. Daha sonra Misir inqilabı (2011) zamanı tez-tez istifadə olunmağa başlandı. Misir inqilabında ilahi bir ifadə olmaqla bərabər, həmçinin divarlara ən çox yazılan şüar idi.
Əbis ibn Əbu Şəbib əş-Şakiri
Əbis ibn Əbu Şəbib əl-Şakiri (ərəb. عابس بن ابي شبيب الشاکري‎) — Siffeyn döyüşündə yaralanmış və Kərbəla şəhidlərindən biri. == Nəsil == Əbis böyük Bəni-Həmdan qəbiləsinin Bəni-Şakir qolundan idi. Qəbiləsinin adamları döyüşdə cəsur idilər və buna görə də ərəblər onları “Sabahın cavanları” mənasını verən Fətayan əs-Sabah adlandırırdılar. Atası Şəbib, Həbib, Şibt və ya Leys kimi qeyd edilmişdir. Əbis öz qəbiləsinin yaxşı xüsusiyyətlərinə görə mükəmməl şəxs idi. O, şiə əyanlarından və onların başçılarından idi. Əbis Əhli-beyt aşiqlərindən və onu müstəsna olaraq sevən Əli ibn Əbu Talibin tərəfdarlarından idi. == Əli ibn Əbu Talibi dəstəkləməsi == Əbis Siffeyn döyüşündə Əli ibn Əbu Talibə qoşulmuş və Siffeyn döyüşündə alnından yaralanmış, izi əbədi olaraq alnında qalmışdır. == Müslim ibn Əqili dəstəkləməsi == Müslim ibn Əqil Kufəyə daxil olduqdan sonra Muxtar ibn Əbu Ubeydin evinə getdi.
Arif Əşrəfov
Arif Əşrəfov (15 aprel 1958, Xaçmaz) — Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış deputatı. == Həyatı == Arif Əşrəfov 1958-cil il aprel ayının 15-də Xaçmaz şəhərində anadan olmuşdur. 1976–1990-cı illərdə Xaçmaz rayon Maliyyə şöbəsində inspektor, böyük iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışmışdır. Dəfələrlə işdə fərqlənməyə görə Respublika Maliyyə Nazirliyi və yerli orqanlar tərəfindən fəxri fərman və mükafatlarla təltif olunmuşdur. 1990-cı ildən yeni yaradılmış Xaçmaz rayon Vergi inspeksiyasının rəisi vəzifəsinə təyin olunmuş, 2001-ci ilə qədər bu vəzifədə çalışmışdır. 2001-ci ildə yeni yaradılmış 1 Saylı ərazi idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin hazırlanmasında işçi qrupunun tərkibində olmuşdur. 2003–2005-ci illərdə İqtisadi İnkişaf Nazirinin müşaviri, Antiinhisar Siyasəti Departamentinin rəhbəri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası "Rəqabər Məcəlləsi"nin Layihəsinin hazırlanmasında müstəsna rolu olmuşdur. 2006–2010-cu illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Aparatın rəhbəri vəzifəsində çalışmışdır.
Astaneyi-Əşrəfiyyə
Astaneyi-Əşrəfiyyə — İranın Gilan ostanında yerləşən şəhər. Astaneyi-Əşrəfiyyə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Astaneyi-Əşrəfiyyə şəhristanı
Astaneyi-Əşrəfiyyə şəhristanı (Farsca: شهرستان آستانه اشرفیه‎) - İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. == Ərazi == == Əhali == 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 107,801 nəfərdir . === Milli tərkib === Şəhristan əhalisi əsasən giləklərdən ibarətdir. == Bəxşlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşiəhali : 72,867 nəfər (2006 s.a.)şəhər əhalisi : 36,298 nəfər (2006 s.a.) kənd əhalisi : 36,569 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşiəhali : 34,934 nəfər (2006 s.a.)şəhər əhalisi : 13,762 nəfər (2006 s.a.) kənd əhalisi : 21,172 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşində :Astaneyi-Əşrəfiyyə şəhəriƏhalisi : 36,298 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşində :Kiyəşəhr şəhəriƏhalisi : 13,762 nəfər (2006 s.a.) == Dehistanlar == Şəhristanda 6 dehistan (kənd rayonu) vardır.
Astaneyi-Əşrəfiyə şəhristanı
Astaneyi-Əşrəfiyyə şəhristanı (Farsca: شهرستان آستانه اشرفیه‎) - İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. == Ərazi == == Əhali == 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 107,801 nəfərdir . === Milli tərkib === Şəhristan əhalisi əsasən giləklərdən ibarətdir. == Bəxşlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşiəhali : 72,867 nəfər (2006 s.a.)şəhər əhalisi : 36,298 nəfər (2006 s.a.) kənd əhalisi : 36,569 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşiəhali : 34,934 nəfər (2006 s.a.)şəhər əhalisi : 13,762 nəfər (2006 s.a.) kənd əhalisi : 21,172 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşində :Astaneyi-Əşrəfiyyə şəhəriƏhalisi : 36,298 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşində :Kiyəşəhr şəhəriƏhalisi : 13,762 nəfər (2006 s.a.) == Dehistanlar == Şəhristanda 6 dehistan (kənd rayonu) vardır.
Astanə Əşrəfiyə
Astaneyi-Əşrəfiyyə — İranın Gilan ostanında yerləşən şəhər. Astaneyi-Əşrəfiyyə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Astanə Əşrəfiyə şəhristanı
Astaneyi-Əşrəfiyyə şəhristanı (Farsca: شهرستان آستانه اشرفیه‎) - İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. == Ərazi == == Əhali == 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 107,801 nəfərdir . === Milli tərkib === Şəhristan əhalisi əsasən giləklərdən ibarətdir. == Bəxşlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşiəhali : 72,867 nəfər (2006 s.a.)şəhər əhalisi : 36,298 nəfər (2006 s.a.) kənd əhalisi : 36,569 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşiəhali : 34,934 nəfər (2006 s.a.)şəhər əhalisi : 13,762 nəfər (2006 s.a.) kənd əhalisi : 21,172 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşində :Astaneyi-Əşrəfiyyə şəhəriƏhalisi : 36,298 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşində :Kiyəşəhr şəhəriƏhalisi : 13,762 nəfər (2006 s.a.) == Dehistanlar == Şəhristanda 6 dehistan (kənd rayonu) vardır.
Baloğlan Əşrəfov
Baloğlan Xanoğlan oğlu Əşrəfov (8 oktyabr 1951, Bədəlan, Masallı rayonu – 26 aprel 2021, Bakı) — Azərbaycanlı müğənni Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişdir. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub. 1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib. 1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il Azərbaycan dili və ədəbiyyat müəllim işləmişdir. İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar etmişdir. 1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsertin nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında dəfələrlə solo konsertlər vermişdi. Baloğlan Əşrəfov oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki özü bəstələyib. Dünyanın bir sıra ölkələrində — Türkiyə, İraq, İran, Almaniya və MDB-nin bütün böyük şəhərlərində solo konsert proqramları ilə çıxış edib.
Bayraməli qışlağı (Əştərək)
Bayraməli qışlağı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Alagöz dağının cənubunda yerləşirdi. Erməni mənbələrində Bayraməli, Bayraməli kəndi formasında da qeyd edilir. Toponim Bayraməli şəxs adı ilə «yaşayış məntəqəsi, kənd» mənasında işlənən qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 53 nəfər, 1886-cı ildə 87 nəfər, 1897-ci ildə 132 nəfər, 1908-ci ildə 82 nəfər, 1916-cı ildə 100 nəfər yalnız azərbaycanlı və əcəmi kürdü yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1920-ci illərin sonunda kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Ceyhun Əşrəfov
Ceyhun Adil oğlu Əşrəfov (d. 1 yanvar 1982,Cəbrayıl)— Azərbaycan Sindo-ryu və Pençak-Silat Federasiyasının prezidenti == Həyatı == Ceyhun Adil oğlu Əşrəfov 1982-ci ildə yanvar ayının 1-də Cəbrayıl rayonunda anadan olub. == Təltifləri == 2017-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən fəxri diplomla təltif edilib. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən ölkədə idmanın inkişafından göstərdiyi xidmətlərinə fəxri fərmanla təltif edilib.
Elnur Əşrəfoğlu
Elnur Əşrəf oğlu Şükürov (19 iyun 1974, Bakı – 19 oktyabr 2021, Bakı), əsasən Elnur Əşrəfoğlu kimi qeyd olunur — Azərbaycan jurnalisti və televiziya aparıcısı. == Həyatı == === Erkən illəri === Uşaqlığı Zəngilan rayonunda keçib. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsini bitirib. === Jurnalist fəaliyyəti === 1992-ci ildə "525-ci qəzet"-də jurnalist kimi çalışıb. Qısa müddət "7 gün" və "Azərbaycan" qəzetləri ilə əməkdaşlıq etdikdən sonra 1993-cü ilin sonlarında Azərbaycan Televiziyasında 16 il işləyib. 1994-cü ildə AZTV-də müəllifi olduğu "Sport digest" əyləncəli idman televiziya verilişindən sonra ölkədə məşhurluq qazanıb. O, müxtəlif vaxtlarda AzTV-nin "Xəbərlər" baş redaksiyasında böyük redaktor, İdman Proqramları Baş Redaksiyasında baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Televiziyasında efirə gedən "Zirvəyə doğru: Sidney-2000", "Afina-2004", "Pekin zəfərləri", "Milli Olimpiya Komitəsi-10 il", "Professor", "9 nömrəli oyunçu", "Böyük hokkey", "Sehrbaz" və daha bir neçə sənədli filmin ərsəyə gəlməsində əməyi olub.1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb.2011-ci ilin oktyabr ayında "Space TV" telekanalının idman departamentinə rəhbər təyin olunub. === Jurnalistikadan kənar fəaliyyəti === 2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, daha sonra "Neftçi" futbol klubunun sözçüsü və prezidentinin müşaviri vəzifələrini icra edib. 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibin müavini təyin olub.
Hamamlı (Əştərək)
Hamamlı — Karbi mahalının (bəzi mənbələrdə Kərbibasar) Əştərək rayonuna tabe kənd. == Tarixi == Kənd 1728-ci ildən mə’lumdur. 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi çəkilir. Tam adı "Eyvazlı kəndin yaxınlığında Hamamlı kəndi". Başqa adı Dançılı XIX əsrin əvvəllərindən sonra əhalisi qarışıq idi. 1886-cı ildə kəndin əhalisi ermənilərdən idi və azərbaycanlılardan ibarət idi. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur. 1922-ci ildən sonra əhalinin bir hissəsi geri qayıtmışdır. 1948-ci illərdə əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir == Əhalisi == Əhalisi əsas etibarilə Azərbaycan türklərindən ibarət olmuşdur. 1949-cu ilin dekabr ayında əhali Ermənistan Sovet hökuməti tərəfindən Azərbaycan SSR-in Salyan rayonuna köçürülmüşdür.
Haxıs (Əştərək)
Haxıs - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Kəndin adı Axiz, Axis formalarında göstərilir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əxis kimi, Qafqazın 5 verstlik xəritəsində Axis formasında qeyd edilmişdir. Toponim «çay ağzı, mənsəbi», «keçid» mənasında işlənən ağıs, axız (>aqis>haxis>haxıs) sözü əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «h» səsi səsartımı hadisəsi nəticəsində sözə əlavə edilmişdir və toponim tələffüz formasına uyğun qeydə alınmışdır. Azərbaycan dilində saitlə başlanan bəzi sözlərə tələffüzdə «h» samitinin artırılması qanunauyğun haldır (araba-haraba, açarhaçar, elə-helə). Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Erm.SSR AS RH-nin 1.XII.1949 - cu il tarixli fərmanı ilə adı dəyişdirilib Zorab qoyulmuşdur.
Köhnə əşya satan və oğulları (roman)
Köhnə əşya satan və oğulları - Orxan Kamalın yazdığı psixoloji və sosial romandır. == Məzmun == “Köhnə əşya satan və oğulları” romanı baş qəhrəman Topal Antikvar və iki oğlunun həsrət və arzularını, bu həsrətlərlə arzularını həyata keçirmək üçün mübarizə aparmalarını, əllərində qalanı itirdikdən sonra çökmələrini əks etdirir. == Personajlar == 1. Antikvar- Hər kəsə hirsli və küsmüş, ailəsinə, xüsusən də uşaqlarına rəğbət bəsləyir. O, baş qəhrəmandır. Döyüşdə bir ayağını itirdiyi üçün axsaqdır. 2. Qocanın arvadı- O, övladları ilə əri arasında körpüdür, ailəsinin dağılmasını istəməsə də, gəlinini heç sevmir. Keçmişi öyür və gələcək üçün də eynisini istəyir. O, zəngin qayınatasını qonşularına şişirdir və buna görə də qonşularına qəribə gəlir.
Malik Əştər
Malik Əştər ibn Haris (585 – 658) — Həzrət Əlinin tərəfdarlarından biri. == Həyatı == Malik Əştər Nəxəi adı ilə tanınan Malik ibn Yəcus Nəxəi Yəmənin Məzhəc qəbiləsinin Nəxə nəslindəndir. Malik Əştər İmam Əlinin xüsusi köməkçilərindən və səhabələrindən biridir. O, böyük ordu sərkərdəsi və şücaətli şəxslərdən idi. Malik Əştərin Peyğəmbərin besətindən əvvəl dünyaya gəlməsi tarixi mənbələrdə qeyd olunur. Peyğəmbərin nümayəndələrinin Yəmənə gəlməsindən öncə Malikin həyatı barədə əldə heç bir məlumat yoxdur. Bəzi mənbələrdə Malik Əştər Peyğəmbərin ömrünün sonlarında İslam dinini qəbul etməsi və raşidi xəlifələrinin zamanında Şama hicrət etməsi qeyd olunub, lakin Onun tabein olduğu bildirilir. Malik qəsbkar xəlifələrin bidətlərilə daim mübarizə aparırdı. O, Qadisiyyə müharibəsindən sonra Kufədə məskunlaşdı. Orada nüfuzlu şəxslərdən olduğu üçün Osmanın xilafəti zamanında Əməvi hakimlərinin zülmünə qarşı çıxaraq, mücahidləri müdafiə edib.
Mir Əşrəf şah Xotəki
Mir Əşrəf şah Xotəki (1700, Qəndəhar vilayəti, Səfəvilər – 1730, Bəlucistan, Səfəvilər) — Hotaki sülaləsindən İranın ikinci şahı. == Həyatı == Əşrəf şah Mir Əbdüləziz xan Xotəkinin oğludur. 1700-cü ildə Qəndəhar şəhərində anadan olmuşdu. 1724-cü ildə Mahmud şah dəli oldu. Əfqanlar onun əmisi oğlu Əşrəf xanı taxta çıxardılar. Çünki Osmanlı sarayı həm Təhmasiblə, həm də Mahmudun əvəzinə taxta çıxmış Əşrəflə münasibətlərin birdəfəlik korlanmasını istəmirdi.Osmanlı sarayı müsbət cavab verilmədiyi halda Təhmasibin Rusiyaya yaxınlaşacağından da ehtiyat edirdi. Ona görə Osmanlı sarayı Rusiya tərəfini xəbərdar etməklə II Şah Təhmasibin yanına öz səfirini göndərdi. Amma bu səfirin apardığı müzakirələrin bir nəticəsi olmadı. Təhmasiblə bərabər, Əşrəf də Osmanlı dövləti ilə əlaqə yaratmağa çalışırdı.Çünki Əşrəf yaxşı anlayırdı ki, bölgənin güclü dövləti və qərbdən ölkənin həmsərhəd olduğu Osmanlı dövləti ilə anlaşma əldə edə bilməsə şahlığının ömrü də uzun olmayacaqdır. Ona görə Mahmudu əvəzləyəndən az sonra Əşrəf öz nümayəndə heyətinin Osmanlı sarayına göndərdi.
Məhəmməd Əşrəfov
Məhəmməd Yusif oğlu Əşrəfov (9 aprel 2002; Veyisli, Goranboy, Azərbaycan — 9 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhəmməd Əşrəfov 9 aprel,2002-ci ildə Goranboyda anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Məhəmməd Əşrəfov Füzuli və Cəbrayılın azad edilməsində savaşıb. 9 oktyabr, 2020-ci ildə Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Goranboyda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əşrəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əşrəfov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əşrəfov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məlik Əşrəf
Məlik Əşrəf Əmir Dəmirdaş oğlu Sulduz -(1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi == Həyatı == O, son nəticədə feodal ara müharibələrində qalib gəlir və Süleyman xanı ölkədən qaçmağa məcbur edir. Məlik Əşrəf 1344-cü ilin II rübündə Elxanlı şahzadəsi Ənuşirəvanı taxta çıxarıb ona Adil ləqəbi verir və Elxanlılar dövlətini 1355-ci ilə qədər onun adından idarə edir.Lakin o da qardaşı Şeyx Həsən (Kiçik) Sulduz kimi müstəqil Çobanlılar dövləti təsis edə bilmir. Hafiz Əbru dəfələrlə Məlik Əşrəfdən bəhs etmişdir. Müəllif yazır ki, Məlik Əşrəf h. 749 (1348)-ci ildə Azərbaycan Qarabağında idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi.Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu. Məlik Əşrəf rəqibləri Əmir Surğan Sulduz və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı. Çobanlıların hakimiyyəti dövründə (1338-1357) Elxanilərin dövlət quruluşunda heç bir dəyişiklik baş vermədi.
Məlik Əşrəf Sulduz
Məlik Əşrəf Əmir Dəmirdaş oğlu Sulduz -(1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi == Həyatı == O, son nəticədə feodal ara müharibələrində qalib gəlir və Süleyman xanı ölkədən qaçmağa məcbur edir. Məlik Əşrəf 1344-cü ilin II rübündə Elxanlı şahzadəsi Ənuşirəvanı taxta çıxarıb ona Adil ləqəbi verir və Elxanlılar dövlətini 1355-ci ilə qədər onun adından idarə edir.Lakin o da qardaşı Şeyx Həsən (Kiçik) Sulduz kimi müstəqil Çobanlılar dövləti təsis edə bilmir. Hafiz Əbru dəfələrlə Məlik Əşrəfdən bəhs etmişdir. Müəllif yazır ki, Məlik Əşrəf h. 749 (1348)-ci ildə Azərbaycan Qarabağında idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi.Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu. Məlik Əşrəf rəqibləri Əmir Surğan Sulduz və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı. Çobanlıların hakimiyyəti dövründə (1338-1357) Elxanilərin dövlət quruluşunda heç bir dəyişiklik baş vermədi.
Nəcəfəli sultan Əşrəfi
Nəcəfəli sultan Əşrəfi (?-?)—Abbas mirzə Qovanlı-Qacarın sərkərdəsi, diplomat. == Həyatı == == Fəaliyyəti == 1828-ci ildə Naxçıvanda yеrləşən rus qoşunu iyulun 1-də Abbasabad qalasını mühasirəyə aldı. Bu qala хanlığın ən güclü qalalarından biri idi. Qalaya şahın kürəkəni Məhəmmədəmin хan Qovanlı-Qacar başçılıq еdirdi. Onun köməkçiləri naхçıvanlı Əmin хan və təbrizli Rza хan idi. Qala qarnizonunda 3000-4000 nəfərə qədər əskər var idi. Qala müdafiəçiləri rus toplarının bombardımanına baхmayaraq, möhkəm dayanmışdılar. Onlar şahzadə Abbas Mirzədən kömək almaq ümidində idilər. Bu vaхt Abbas Mirzə danışıq aparmaq üçün Nəcəfəli Sultan Əşrəfi gеnеral-adyutant Paskеviçin yanına göndərmişdi. Abbas Mirzə Lənkəran хanlığını və İrəvan хanlığına məхsus Baş Abaranın Rusiyaya «güzəştə gеtmək» adı altında danışıqlar aparmaqla vaхt qazanmağa çalışırdı.
Pərviz Əşrəf
Racə Pərviz Əşrəf (26 dekabr 1950) — Pakistan İslam Respublikasının 19-cu baş naziri.
Qala Əntiq Əşyalar Muzeyi
Qala Əntiq Əşyalar Muzeyi - Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisində Heydər Əliyev Fondu tərəfindən yaradılıb. 2010-cu ilin iyununda muzeyin tikintisinə başlanıb və tikinti 2011-ci ildə başa çatıb. Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci il sentyabrın 7-də Muzeyin açılışında iştirak ediblər. Muzeydə 800 eksponat nümayiş etdirilir. Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində, üçüncü mərtəbədə isə respublikamızın müxtəlif regionlarından yığılmış, Avstriya, ABŞ, Almaniya, İngiltərə, İran, Rusiya, Fransa, Belçika, Özbəkistan, Türkiyə, Polşa və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir. İnzibati otaqlar, suvenirlər bölməsi və təmir-bərpa emalatxanası, konfrans zalı, binanın birinci mərtəbəsində fəaliyyət göstərir. Aşkar olunan qədim əşyalar məhz bu emalatxanada bərpa edilir. Muzeyin sahəsi 260 kv/m təşkil edir.
Rəhman Əşrəfov
Rəhman Əşrəfov (tam adı: Əşrəfov Rəhman İsmixan oğlu; 22 may 1955, Bakı – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. Rəhman Əşrəfov 1955-ci ilin 22 may tarixində Bakının Binə qəsəbəsində anadan olub. Binədəki 29 nömrəli xəstəxanada sürücü işləyib. 6 ay əvvəl Gülsümxanım adlı bir qızla ailə həyatı qurmuşdu. İşlətdiyi Moskviç maşınında təxminən saat 23.00 radələrində yaralı apararkən özü də yaralanmışdır. Xəstəxanaya aparılarkən yolda maşın yenidən atəşə tutulmuş, maşın sıradan çıxdığından yaralılar xeyli yerdə qalmalı olmuşdur. Sonra xəstələr Mərdəkan xəstəxanasına gətirilmişlər. Rəhmanın vəziyyəti ağır olduğu üçün yanvarın 22-də neyrocərrahiyyə xəstəxanasına dəyişdirilmişdir. Yanvarın 24-də həmin xəstəxanada vəfat etmişdir.

Значение слова в других словарях

беспреде́л дискредити́роваться лесоспла́в лука́ однозе́мец почтальо́нша толку́чий управи́тельша взя́тие запа́ривать нару́же профессионали́зм chorale Draco dropwise ecize motor narcotization pick over typist антиэлектрон беспредметность игловидный нефтяной осмысленный